Tibbi statistika göstərir ki, dünyada yaşayan 25 – 50 yaş arasında olan kişilərin yarısından çoxu sidik – cinsiyyət sistemi xəstəliklərindən bu və ya digər şəkildə əziyyət çəkir. Bu statistika bizim ölkədən də yan keçmiyib. Hətta müəyyən səbəblər üzündən əvvəllər 50 yaşdan yuxarı kişilərdə aşkarlanan bəzi xəstəliklər daha cavan yaşlarda rast gəlinir. Belə ki, erektil disfunksiya (impotensiya), varikosele, sonsuzluq o qədər geniş yayılıb ki, tibbi problem olmaqla yanaşı həm də çox ciddi sosial problemə çevrilib. İllərdir tərəfimizdən həyata keçirilən minlərlə xəstə qəbulu və cərrahi əməliyyatlar bunu deməyə əsas verir. Məhz bu müddət əzində həm ölkəmizdə həm də onun hüdudlarından kənarda topladığımız unikal təcrübə sayəsində biz pasientlərin inam və etibarını qazandıq. (Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi)

Müasir andrologiya və urologiya təbabətin bütün digər sahələri kimi sürətlə inkişaf edir, xəstəliklərin müasir müalicə metodları və onlardan qorunma yollarını təklif edir.

 

Androloq.az – ı yaratmaqda məqsədimiz müasir dünya standartlarını və protokollarını ölkəmizdə tətbiq və təmsil etməklə, aşağıda adları sadalanan xəstəliklərin müayinəsini və uğurlu müalicəsini insanlar üçün əlçatan etməkdir. (Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi)

Nəzərinizə çatdırım ki, xəstəxanamız və kollektivimiz uroloji – androloji profildə ixtisaslaşmışdır. Klinikamızda ən müasir standartlara cavab verən rentgen – uroloji kabinet, daşların paraçalanması üçün kontakt-lazer litotripsiyası, endoskopik, laparoskopik və lazer cərrahiyyəsi üçün zəruri olan hər cür avadanlıqla təchiz olunmuş əməliyyatxana, təcrübəli kollektiv, yüksək səviyyədə sterilizasiyaedici avadanlıqlar və hər cür İFA (immunoferment analiz), biokimyəvi, PZR (polimeraz zəncirvari reaksiya) müayinəsinin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz olunmuş labarotoriya sizin xidmətinizdədir.

 

Müalicəsi tərəfimizdən uğurla həyata keçirilən xəstəliklər:

(- Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi)

 

kişi sağlamlığına aid bütün sualların cavablandırılması

sidik daşı xəstəliyinin bütün formalarının lazerlə kəsiksiz parçalanması : – böyrək daşı, sidik axarı daşı, sidik kisə daşı

böyrək sallanması (nefroptoz) – laparoskopik əməliyyat

böyrək kistası – laparoskopik və açıq əməliyyatlar

nefrektomiya (böyrəyin çıxarılması) – böyrək büzüşməsi zamanı və III dərəcə hidronefroz olduqda

hidronefroz – böyrəyin genişlənməsi – laparoskopik və açıq əməliyyat

sidik axarı darlığının ləğvi – laparoskopik və açıq əməliyyat

böyrəyin iltihabı (pielonefrit)

prostat vəzin adenoması – dərman müalicəsi və lazerlə endoskopik əməliyyatı (TUR-trans uretral rezeksiya) və açıq əməliyyat (transvezikal və Millin əməliyyatı)

prostat vəzin sklerozu – lazerlə endoskopik

prostatit – prostat vəzin iltihabı

sistoskopiya – sidik kanalından keçməklə sidik kisə daxilinin kamera ilə müayinəsi

uretroskopiya – sidik kanalı daxilinin kamera ilə müayinəsi

sidik kisə şişləri – lazerlə endoskopik əməliyyatı (TUR-trans uretral rezeksiya)

sidik kisənin leykoplagiyası – lazerlə vaporizasoya

sistit – (sidik kisənin iltihabı)

hiperaktiv sidik kisə – (qəfildən sidik ifrazına çağırışın yaranması ilə xarakterizə olunur ki, ayaqyoluna çatana qədər sidiyi saxlamaq heç də həmişə mümkün olmur.)

gərginlik (stress) sidik saxlamazlığı- (asqırma, öskürmə, gülmə zamanı və gəzəndə qəfildən sidik qaçırtma ilə müşahidə edilir) – müalicəsi təqribən 30-40 dəqiqə çəkən əməliyyatdır.

sidik ifrazının nevrogen mənşəli pozğunluqları

enurez – uşaqlarda sidik qaçırtma

sidik kanalının strikturası(daralması) – endoskopik üsulla və açıq üsulla ləğvi

hipospadiya (sidik kanalının cinsi orqanın başına açılmadığı hallar)

sidik kanalı iltihabı

cinsi yolla yoluxan xəstəliklər

sünnət

Peyroni xəstəliyi (cinsi orqanda əyrilik)

kişi sonsuzluğu və ona səbəb olan faktorların ləğvi

varikosel – ə müasir yanaşma- mikrocərrahi əməliyyat

erektil disfunksiya (cinsi zəiflik)

erkən boşalma (premator eyakulyasiya)

kriptorxizm (xayaların xayalıqda olmaması) – uşaqlarda müşahidə edilir. Lakin valideyinlərin səhlənkarlığı üzündən böyük yaşlarda da rast gəlinir

hidrosele-xayalıqda maye toplanması

xaya artımının kistası

xayanın burulması – təcili təxirəsalınmaz əməliyyat tələb edir. Xaya burularkən burulma zamanı xaya damarlarının sıxılma dərəcəsindən asılı olaraq bir neçə saat ərzində xaya toxuması nekrozlaşır. Ona görə də əməliyyat təcili olmalıdır ki, xaya nekrozlaşarsa xayanı xilas etmək olmur və xaya kəsilib götürülür.

sidik – cinsiyyət orqanları arasında olan svişlər

sidik – cinsiyyət orqanlarının travmaları

sidik – cinsiyyət orqanlarında anadangəlmə xəstəliklər (anomaliyalar)

əvvəllər aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması və təkrari effektiv aparılması.

 

 

Bəlkə də dünyanın hər yerində belədir, sağalamlığımızla əlaqədar problem yarandıqda mütləq yaxşı həkim axtarışına çıxırıq. Ona görə də tez qohum-əqrəbədən, dost-tanışdan, iş yoldaşı, sinif yoldaşından yaxşı həkim soruşuruq.

 

BİZİM ÜSTÜNLÜYÜMÜZ NƏDİR? BİZİ SEÇMƏYİNİZİN SƏBƏBLƏRİ

-Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi

 

Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi

  1. Peşəkar yanaşma : müasir və az travmatik müalicə metodları (lazer və endoskopik cərrahiyyə)

 

  1. Xaricdə ixtisaslaşmış həkim və digər tibb personalımız.

 

  1. Sizdə yanaşı gedən xəstəliklərin olduğu halda digər sahələrdən olan peşəkar həkimlərimizlə konsilium eləmək imkanımız.

 

  1. Digər xəstəxanalarda aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması imkanımızın olması.

 

  1. Endoskopik və laparoskopik əməliyyatların və diaqnostik prosedurların uğurla aparılması üçün lazım olan bütün avadanlıqlar Avropa Uroloqlar Assosiasiyasının standart və tövsiyyələrinə uyğundur. (Karl Storz-Almaniya istehsalıdır).

 

  1. Təcrübəli anestezioloq – reanimatoloq komandamız var ki, adi stasionarlarda xəstəyə narkoz verməkdən imtina edildiyi halda bizim komandamız belə ağır yükün altına girib ordan üzü ağ çıxmağı bacarır.

 

  1. Komfort : xəstələrin yazıldığı vaxta uyğun gecikmədən qəbulu, hər şəraiti olan stasionar və əməliyyatdan sonra xəstələrə xüsusi diqqət. (Haqqımızda-andrologiya-urologiya-kişi sonsuzluğunun müasir müalicəsi)