Məlum olmuşdur ki, sidik kanalında iltihabla, diskomfortla əlaqədar müraciət edən, xlamidiya və qonoreyası ( triplit ) aşkarlanmayan xəstələrin 10 – 35 % – də əsas törədici mikoplazma genitalium – dur. Bir çox hallarda heç bir əlamətsiz keçə bilir. Ehtimal olunur ki, prostatit, epididimit (xaya artımının iltihabı ), orxitin ( orxit xayanın iltihabıdır ) əsas səbəblərindən biri mikoplazma genitaliumdur. Cinsi partnyorların hər hansı birində mikoplazma genitaliumun aşkarlanması onların hər ikisinin müalicəsinə əsas verir. Müalicə ərəfəsində və müalcədən sonrakı dövrdə hər iki partnyorda müayinələrin nəticəsinin təmiz çıxana qədərki dövrdə cinsi əlaqəyə məhtudiyyət qoyulur. ( mikoplazma genitalium – mikoplazma hominis )

Mikoplazma genitalium nədir ? Əlamətləri

Sidik kanalının iltihabı

Sidik ifrazının ağrılı olması, yandırma və sancı ilə müşahidə olunması

Sidik kanalından cüzi miqdarda axıntının və seliyin olması

Sidik kanalı ilə yanaşı xəstədə düz bağırsaq ətrafında iltihabın olması

Cinsi orqan başında diskomfort və vaxtaşırı olaraq cinsi orqan başının dərisinin iltihablaşması, şişməsi – balanopostit.mikoplazma genitalium - mikoplazma hominis

 

Mikoplazma genitaliumun diaqnostikası

Əsas diaqnostik metod sidik kanalından götürülən sıyrınıtının yaxud sidiyin ilk porsiyasının pzr ( polimeraz zəncirvari reaksiya ) müayinəsidir.

 

Mikoplazma genitaliumun müalicəsi

Bütün digər cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi müalicə hər iki partnyorda eyni vaxtda aparılmalıdır. Müalicə müddətində onların cinsi münasibətinə qadağa qoyulur. Yalnız hər ikisində müayinə nəticələri təmiz çıxdıqdan sonra onlara cinsi əlaqədə olmağa icazə verilir.mikoplazma genitalium - mikoplazma hominis

Qəti şəkildə özünümüalicə ilə məşğul olmayın. Düzgün apaılmayan müalicə nəticəsində ureaplazmalar aqressivləşir və müalicəyə daha çətin tabe olur. Ureaplazmalar hüceyrə daxili törədici olduğundan onun müalicəsi xüsusi dərman seçimi tələb edir. Belə ki, ureaplazma və mikoplazmalar hüceyrələrin daxilində yaşayır artıb çoxalır. Seçim dərman elə olmalıdır ki, o heceyrə divarından dail ola bilsin və ureaplazmanı məhv etsin. Bu seçimi isə yalnız həkim müəyyən edə bilər. Əks halda fasiləsiz olaraq uzun müddət müalicə alsaz belə ureaplazma sağalan deyil. ( ureaplazma urealitikum – mikoplazma )

 

Profilaktikası

Bütün digər cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi mikoplazma genitaliumda da əsas profilaktik tədbir təsadüfi cinsi əlaqədən çəkinmək, xəstə insanın hamam tualet ləvazimatlarından istifadə etməmək və qoruyucudan istifadə etməkdir. ( mikoplazma genitalium – mikoplazma hominis )