Ureaplazma urealitikum, ureaplazma nədir ?

Ureaplazma urealitikum, ureaplazma nədir dedikdə cinsi yolla yoluxa bilən, çox vaxt insan özü də bilmədən daşıyıcısı olduğu xəstəlik nəzərdə tutulur. Bir sıra infeksion xəstəliklər vardır ki, insan özü də bilmədən uzun illər onların daşıyıcısıdır. Bunlara misal olaraq herpes virusu, sitomeqalovirus, hepatit və ureaplazmadan ( ureaplazma urealitikum ) gedir. Herpes və hepatit haqqında geniş əhali kütləsi məlumatlı olsa da ureaplazma haqqında çox az insan məlumatlıdır. Ureaplazma həm cinsi yolla həm də kontakt – məişət yolu ilə yoluxur. Ureaplazmanın iki növü xüsusilə geniş yayılmışdır : ureaplazma urealitikum və ureaplazma parvum. Ureaplazma parvum heç bir şikayəti olmayan pasientlərdə daha tez – tez aşkarlanır. Daha doğrusu ureaplazmalar və mikoplazma hominis ( mikoplazma genitalium – dan fərqli olaraq ) şərti – patogen mikroorqanizmlərə aiddir. Bu o deməkdir ki, bir sıra insanlarda ureaplazma urealitikum aşkarlanmasına baxmayaraq bu onlarda xəstəlik törədmir. Mməsələn, qadınların 30 % – də uşaqlıq yolu möhtəviyyatının müayinəsində ureaplazma aşkarlanır. Hətta bir sıra mütəxəsislərin fikrincə bu orqanizmin normal mikroorqanizm florasına aiddir. Xəstəlik törədici mikroorqanizmin insan orqanizminə düşdükdən onun əlamətlərinin meydana çıxmasına qədərki vaxt inkubasion dövr adlanır. Ureaplazmada bu dövr 2 – 4 həftədir. Ureapalazmaların törətdiyi xəstəlik ureaplazmoz adlanır. ( Ureaplazma urealitikum, ureaplazma nədir ).

Ureaplazma parvumun 4, urealitikumun isə 10 serotipi məlumdur. Eyni insanda bu serotiplərin müxtəlif kombinasiyası aşkarlana bilər.

Ureaplazma urealitikum, ureaplazma nədir ? Nə zaman ureaplazmadan analiz vermək lazımdır ?

Ureaplazma urealitikum, ureaplazma nədir, ureaplazma parvum müalicə. Ureaplazma species,  ureaplazmoz, ureaplazmanın müalicəsi uroloq Ziyad Əliyev Bakıda.

androloq.az

Ureaplazmaların bir neçə növü məlumdur ki, bunlardan da diaqnostik əhəmiyyət kəsb edəni ureaplazma urealitikumdur. Əksər hallarda ureaplazma heç bir şikayət, narahatlıq yaratmır. Lakin orqanizm müqavimətinin, immunitetin zəifləməsi nəticəsində yaxud hər hansı digər cinsi yolla yoluxan xəstəliklə yanaşı olduqda müəyyən şikayətər yarada bilir.

Bütün digər cinsi yolla yoluxan infeksiyalarda olduğu kimi ureaplazmanın da əsas aşkarlanma metodu PZR – dir. PZR – polimeraz zəncirvari reaksiya deməkdir. Lakin polimeraz zəncirvari reaksiya vasitəsilə sidik kanalından ureaplazmanın aşkarlanması heç də o demək deyildir ki, hal – hazırda sidik kanalındakı iltihabın səbəbi odur. Başqa sözlə desək uraplazma aşkalanan bütün pasientlərdə iltihabın səbəbkarı kimi həmişə ureaplazmanı “ suçlamaq ədalətsizlik “ olardı. Ona görə də götürülən biomaterialda aşkarlanan törədicinin sıxlığı 1000 vahid / 1 ml olduqda ureaplazmoz haqda düşünmək lazımdır. Ona görə də adətən xroniki prostatit, uretrit barədə müayinə götürərkən spermanın əkilməsinə xüsusi önəm vemək lazımdır. Çünki, spermanın əkilməsi zamanı aşkarlana bilən qeyri spesifik bakteriyalar vardır ki, ureaplazmadan daha aqressivdir vəmüalicəyə daha çəin tabe olur. Bunlara qızılı stafilokoku misal göstərmək olar.

Adətən sidik kanalında iltihabla əlaqədar müraciət edən pasientlərdən patogen mikroorqanizmlər aşkar edilmədikdə mikoplazma və ureaplazmalar yoxlanılır. Patogen mikroorqanizmlərə xlamidiya traxomatis, trixomonas vaginalis, neysseriya qonoreya və mikplazma genitalium aiddir. Sidik kanalına aid heç bir şikayəti olmuyan kişilərdə ureaplazmanın yoxlanmasına əsas göstəriş isə həyat yoldaşlarında hamiləliyin bətndaxili inkişafdan qalması, özbaşına düşük olduqda və yaxud hamiləliyin olmamasıdır.

 

Ureaplazmanın törətdiyi iltihab ureaplazmoz adlanır.Kişilərdə ureaplazmanın əlamətləri və fəsadları.

Bir çox hallarda kişilərdə sidik kanalının xarici dəliyində az miqdarda bulanıq selikli – irinli yaxud selikli axıntı olur. Əksər hallarda isə şəffaf olur. Həmçinin sidik ifrazında diskomfort şəklində təzahür edə bilir. Bu diskomfort sidik ifrazının yandırma, sancı ilə müşahidə edilməsi, xayaların altında, aralıq nahiyəsində ağrı yandırma şikayətləri ilə xarakterizə olunur. Xüsusən də səhər yuxudan oyandıqda axırıncı sidik ifrazından 3 – 4 saat keçdikdə daha aydın bilinir. Lakin bu əlamətlər bütün ureaplazmalı pasientlərdə olmur. Məhz ona görə də biz həkimlər xəstələrin sidik kanalından analiz ( pzr yaxma ) götürərkən səhər sidiyə çıxmadan gəlmələrini məsləhət edirik. Sidik kanalında uzun müddət davam edən iltihabın nəticəsində xayada və xaya artımı da iltihablaşa bilir. ( orxit, orxoepididimit, epididimit ). Belə pasientlərin xayalarında daimi xarakterli yaxud vaxtaşırı təkrarlanan ağrı və sancılar olur. Cinsiyyət orqanlarında olan istənilən iltihabı proses kişi sonsuzluğuna gətirib çıxara bilər. Məlum olmuşdur ki, ureaplazmalar spermatozoidin hüceyrə membranasına yapışır və orada parazitlik edir. Spermatozoidin hüceyrə tamlığını pozur. Bunula da o spermatozoidin hərəkətini zəiflədir, həyat qabiliyyətini aşağı salır. Həmçinin ureaplazmalar tərəfindən ifraz olunan fermentlər sperm kütləsinin realoji xüsusiyyətlərini pozur və normal sperm kütləsinin formalaşması mümkün olmur.

Ureaplazma urealitikum, ureaplazma nədir, ureaplazma parvum müalicə. Ureaplazma species,  ureaplazmoz, ureaplazmanın müalicəsi uroloq Ziyad Əliyev Bakıda.

androloq.az

 

Qadınlarda ureaplazmanın  əlamətləri və fəsadları.

Qadınlarda da uşaqlıq yolunda olan iltihab və sidik ifrazında olan deyişikliklər əsas əlamətlərdəndir. Sidik ifrazında olan dəyişiklik əsasən tezləşmiş və ağrılı sidik ifrazında ibarət olur. Bir sıra hallarda isə endometrit və uşaqlıq borularında ciddi iltihaba səbəb olur. Həmçinin mayalanmış yumurtahüceyrənin hərəkəti, uşaqlıq divarına implantasiyası ( yapışması ) prosesi pozulur. Həmçinin hamiləliyin spontan abortla ( özbaşına düşüklə ) nəticələnməsi, bətndaxili inkişafdan qalmalar, uşağın az çəki ilə doğulması, müxtəlif inkişaf qüsurları ilə doğulma ehtimalının olması mümkündür.

 

Ureaplazmanın müalicəsi.

Bütün digər cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi müalicə hər iki partnyorda eyni vaxtda aparılmalıdır. Müalicə müddətində onların cinsi münasibətinə qadağa qoyulur. Yalnız hər ikisində müayinə nəticələri təmiz çıxdıqdan sonra onlara cinsi əlaqədə olmağa icazə verilir.

Qəti şəkildə özünümüalicə ilə məşğul olmayın. Düzgün apaılmayan müalicə nəticəsində ureaplazmalar aqressivləşir və müalicəyə daha çətin tabe olur. Ureaplazmalar hüceyrə daxili törədici olduğundan onun müalicəsi xüsusi dərman seçimi tələb edir. Belə ki, ureaplazma və mikoplazmalar hüceyrələrin daxilində yaşayır artıb çoxalır. Seçim dərman elə olmalıdır ki, o heceyrə divarından dail ola bilsin və ureaplazmanı məhv etsin. Bu seçimi isə yalnız həkim müəyyən edə bilər. Əks halda fasiləsiz olaraq uzun müddət müalicə alsaz belə ureaplazma sağalan deyil. ( Ureaplazma urealitikum, ureaplazma nədir )

 

Ureaplazma urealitikumun profilaktikası. Ureaplazmadan necə qorunmalı ?

Ureaplazma urealitikum, ureaplazma nədir, ureaplazma parvum müalicə. Ureaplazma species,  ureaplazmoz, ureaplazmanın müalicəsi uroloq Ziyad Əliyev Bakıda.

androloq.az

Bütün digər cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi ureaplazma və mikoplazmada da əsas profilaktik tədbir təsadüfi cinsi əlaqədən çəkinmək və qoruyucudan istifadə etməkdir.

 

 

Uroloq – androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/