Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Kəskin sidik ləngiməsi, sidiyə çıxa bilməmək. Sidik ifrazının mümkün olmaması.

Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması, sidik kisədə sidik qalması, sidiyə çıxa bilməmək, sidik kanalının tutulması.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması.

    Kəskin sidik ləngiməsi dedikdə sidik kisə dolu olmağına baxmayaraq sərbəst sidik ifrazının mümkün olmadığı hal başa düşülür. Bu halda sidik kanalına kateter qoyulur və sidik boşaldılır. Əgər  kateter keçməzsə sidik kisəyə qarının ön divarından drenaj – trubka ( rezin boru ) qoyulur ki, kisədəki sidik xaric edilsin. Kəskin sidik ləngiməsinin ən çox rast gəlinən səbəbi prostat vəzin adenomasıdır. Belə ki, müxtəlif alimlərin fikrinə görə prostat adenoması olan pasientlərin 0,5 – 7,4 % – də kəskin sidik ləngiməsi müşahidə edilir. 70 yaşdan yuxarı kişilərin təqribən 10 % – də kəskin sidik ləngiməsi olur. Prostat vəzin adenoması olan pasientlərdə kəskin sidik ləngiməsi dramatik hesab oluna biləcək ağırlaşmadır. Çünki, kəskin sidik ləngiməsi ürəyin infarktı qədər şiddətli ağrı və narahatlıqla müşaiyət olunan, təcili təxirəsalınmaz tibbi yardım tələb edən haldır. Ağrının şiddətini obrazlı şəkildə miokard infarktı ilə müqayisə etməyimiz heç də təsadüfi deyildir. Aparılmış müayinələrin nəticələrində məlum olmuşdur ki, kəskin sidik ləngiməsi olan pasientlərin 85 % – dən çoxunda prostat vəzidə mikroinfarktlar ( kiçik infarkt ocaqları) yaranır. Mikroinfarkt dedikdə qan dövranı kəskin pozuluş sahələr nəzərdə tutulur. Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması.

    Prostat vəzin adenoması zamanı prostat vəzi böyüdükcə sidik kanalının prostatdan keçən hissəsi kanal formasını itirir, deformasiya olunur, əyilir, uzanır, daralır və yanlarda prostat payları ilə sıxılaraq daralmış arxı, yaxud qıraqlarda əzilmiş borunu xatırladır. Bu səbəbdən də sidik ifrazı zamanı sidiyin axarına qarşı müqavimət artır. Bir sıra hallarda isə kəskin sidik ləngiməsinin səbəbi sidik kisənin həddən artıq dolmasıdır.

     

    Kəskin sidik ləngiməsi ehtimalını artıran faktorlar :

    • 70 – dən yuxarı yaş.

      Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması, sidik kisədə sidik qalması, sidiyə çıxa bilməmək, sidik kanalının tutulması.

      androloq.az

    • Prostat vəzin həcmi 50 sm3 – dən çox olduqda.
    • PSA səviyyəsi 2,5 – dən yuxarı olduqda.
    • Urofloumetriya müayinəsində sidik ifrazının sürəti 1 saniyədə 12ml – dən aşağı olduqda.
    • Spirtli içkilərin qəbulu.
    • Bir sıra dərman preparatlarının qəbulu ( ağrıkəsicilər, antidepressasntlar ).
    • Prostat vəzidə iltihab.
    • Soyuqdəymə.
    • Kəskin qıcıqlandırıcı qidalar.
    • Fiziki və emosional gərginlik.
    • Sidik ifrazının gecikdirilməsi ( ləngidilməsi ) . Məsələn avtobusla yol gedərkən sidik kisə dolu olmasına baxmayaraq sidik ifrazının ləngidilməsi.

    Bunlardan ən çox rast gəlinəni spirtli içkilərdən sonra rast gəlinən kəskin sidik ləngiməsidir. Bunun səbəbi isə spirtli içkilərin təsirində çanaq orqanlarında qanı dövranının kəskin güclənməsi nəticəsində prostat əzin kəskin qanlılığıdır. Başqa sözlə desək prostata gələn qanın miqdarı artır və prostat vəzidə kəskin ödem yaranır, ölçüsü böyüyür. Həmçinin spirtli içkilərin təsirindən orqanizdə sinir impulslarının ötürülməsi zəiflədiyi üçün reflekslər zəifləyir və sidik kisəsi normalda olduğundan daha zəif yığılır. Nəticədə kisədə olan sidiyi xaricə qova bilmir və kəskin sidik ləmgiməsi yaranır. Bir neçə dəfə sidik ifrazına cəhd edib alınmadığını görən xəstə daha da həyəcanlanır, həyəcanlandıqca isə sidik ifrazı daha mümkünsüz olur. Belə olduqda vaxt itkisi sidik kisənin daha gərgin dolmasına şərait yaradır və sərbəst sidik ifrazı ehtimalı daha da azalır.

     

    Kəskin sidik ləngiməsinin səbəbləri üç əsas qrupa bölünür

    • Obstruktiv səbəblər
    • İltihabı – infeksion səbəblər
    • Nevrogen səbəblər

     

    Obstruktiv dedikdə sidiyin ifrazını ləngidən mexaniki səbəblər nəzərdə tutulur. Bunlara aiddir :

    • Prostat vəzin adenoması və xərçəngi
    • Sidik kisə boynunun şişi və polipləri
    • Sidik kanalının polipləri
    • Sidik kanalında daralma
    • Sidik kanalında daş
    • Uşaqlarda fimoz : sünnət dərisinin yapışması səbəbindən sidik kanalının xarici dəliyinin bağlanması (sünnət olunan insanlarda buna rast gəlinmir)
    • Ginekoloji orqanlarda şişlər, kistalar
    • Çanaq dibi orqanlarında ( uşaqlıq, sidik kisə, düz bağırsaqda ) sallanma
    • Çanaq dibi orqanlarının xəstəlikləri ilə əlaqədar aparılmış əməliyyatlardan sonra

     

    İnfeksion iltihabı səbəblər :

    • sidik kanalının ( kəskin uretrit ), sidik kisəsinin ( kəskin sistit), prostat vəzinin ( kəskin prostatit ) və sünnət dərisinin kəskin iltihabı ( fimoz )

     

    Nevroloji səbəblər: o hallar aiddir ki, sidik kisə üzərində sinir sisteminin nəzarəti azalır. Belə hallarda sidik kisənin sinir təchizatı zəiflədiyindən sidik kisə əzələləri və sidik ifrazının reallaşması üçün boşalması zəruri olan sfinktor əzələləri sidik kisənin dolmasını hiss eləmir. Buna hipotonik tip neyrogen sidik kisəsi deyilir.

    • Dağınıq skleroz
    • Sinir sisteminin anadangəlmə xəstəlikləri
    • Baş və onurğa beyin travmaları
    • Bir sıra dərman preparatlarının qəbulu : antdepressantlar, əzələ tonusun aşağı salan preparatlar, bir sıra hormonal preparatlar, sidik qovucular, narkotik ağrıkəsicilər, parkinson xəstəliyinin müalicəsində istifadə edilən preparatlar da kəskin sidik ləngiməsi yarada bilir.

     

    Kəskin sidik ləngiməsi kişilərdə qadınlara nisbətən daha tez – tez rast gəlinir. Bu isə kişilərin sidik kanalının qadınların sidik kanalına nisbətən daha uzun olması və kişilərdə prostat vəzin olması ilə əlaqədardır.

    Kateteri neçə gün saxlamaq faydalıdır ? Kişinin ikinci ürəyində infarkt.

    Kəskin sidik ləngiməsi olan pasientlərdə əksər hallarda onlara edilən ilk yardım sidik kanalına rezin kateter salmaqla sidik kisədə olan sidiyi boşaltmaqdır. Sidik kisə boşaldıldı və pasientin vəziyəti yaxşıdır. Bəs qarant varmı ki, bir neçə satdan sonra yaxud sabah yaxud da bir neçə gün sonra yenidən bu problem yaşanmıyacaq ? Əlbəttə ki, yox. Uroloji dərnəklərdə çox tez – tez diskussiya mövzusu olan sidik kanalına qoyulan kateterin neçə gün saxlanmasıdır. Bir qrup alimlərin fikrinə görə 1 və 2 gün saxlandıqdan sonra sidik ifrazında olan fərq demək olar ki, eynidir və təkrarən kəskin sidik ifrazı ləngiməsi ehtimalı yüksəkdir. Lakin 3 gün kateter qaldıqdan sonra normal sidik ifrazının bərpa olunması ehtimalı 17 – 50 %, 7 günlükdə isə 25 – 60 % – dir. Xüsusən də prostat vəzin adenoması böyük olduqda və kisədən boşaldılan qalıq sidiyin miqdarı 1 litr və ona yaxın olduqda. Kateterin saxlandığı dövrdə və ondan sonra da bu pasientlər mütləq alfa – blokator adlanan dərman preparatları qəbul etməlidirlər. Bu preparatların qəbulu ilə prostat vəzinin və sidik kisə boynunun əzələ tonusu azalır və sidik ifrazı asanlaşır. Sidik kanalına qoyulan kateterlərin bir neçə növü var, bunlarda ən çox istifadə ediləni rezin Foley kateteridir. Foley kateterinin iki və üç kanallı olanı var. Daha çox iki kanallı Foley kateteri qoyulur.

     

    Tibbi yardıma qədər nə etməli ?

    Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması, sidik kisədə sidik qalması, sidiyə çıxa bilməmək, sidik kanalının tutulması.

    androloq.az

    Əgər xəstənin dözülməz ağrıları varsa, təcili yadım gecikirsə yaxud hər hansı bir səbəbdən təcili tibbi yardım gecikirsə xəstənin sidik kisə nahiyyəsinə isti qoymalı, evdədirsə isti vannaya oturmalıdır. Həmçinin no – şpa, platifillin, papaverin və.s kimi daxili orqanlarda olan əzələ spazmını, gərginliyini azaldan preparatlardan istifadə edilməlidir.

     

    Nə etmək lazımdır ki, kəskin sidik ləngiməsi yaranmasın?

    Bunun üçün kəskin sidik ləngiməsini yarada bilən faktorlardan uzaq olmaq vacibdir. Əgər sidik ifrazında hər hansı dəyişiklik varsa, sidik ifrazı tezləşibsə, gecələr bir neçə dəfə sidik ifrazına durursunuzsa, sidik ifrazı zamanı sidiyin şırnağı zəifləyibsə, sidik ifrazı ağrılı, yaxud yandırma hissi ilə müşahidə müşaiyət olunursa mütləq uroloq – androloqa müraciət edin və vaxtında müalicə olunun.

     

    Qalıq sidik və ya xroniki sidik ləngiməsi nədir ?

    Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması, sidik kisədə sidik qalması, sidiyə çıxa bilməmək, sidik kanalının tutulması.

    androloq.az

    Bəzən sidik ifrazından sonra sidik kisə tam boşalmır, orada müəyyən miqdar sidik kalır. Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Qalıq sidiyin miqdarını ölçməyin ən asan yolu USM müayinəsidir. Belə ki, pasient orta dolğunluqda sidik kisəsi ilə USM müayinəsindən keçir, daha sonra isə sidiyi boşaldır və təkrarən USM – də onun sidik kisəsinə baxılır. Əgər sidik kisədə sidik qalırsa bu qalıq sidik hesab olunur. Qalıq sidiyin 50 ml – dən artıq olması ciddi hesab olunmalıdır. Qlıq sidiyi ölçməyin digər yolu isə sidik ifrazından sonra sidik kanalından kateter salıb kisədən xaric olan sidiyin miqdarının ölçülməsidir. Bu o halda edilə bilər ki, USM müayinəsinin aparılması mümkünsüz olsun. Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması.

     

     

    Aşağıdakı məqalədə xroniki sidik ləngiməsi yaxud qalıq sidik haqqında ətraflı məlumat ala bilərsiniz.

     

    http://androloq.az/uslugi/qaliq-sidik-nedir-sidik-kisesinin-tam-bosalmamasi-sidik-lengimesi/

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Kəskin sidik ləngiməsi, qalıq sidik, sidik kisənin boşalmaması

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər