Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Böyrəkdə stent

Stent nədir, böyrəkdə stent

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Sidik axarı stenti. Stent nədir, böyrəkdə stent

    Sidik axarına qoyulan stent dedikdə hər iki ücu qıvrım, uzunluğu 20 – 30 sm olan nazik borucuq başa düşülür. Stent qoyulmasının məqsədi, sidiyin böyrəkdən sidik kisəsinə sərbəst axınını təmin etməkdir. ( Stent nədir, böyrəkdə stent )

     

    Nə üçün stent qoyulur ?

    Sidik böyrəkdə əmələ gəlir və sidik axarları ilə axaraq sidik kisədə toplanır. Normada hər bir insanda iki böyrək və iki sidik axarı olur.   Belə ki, hər hansı bir maneə ( sidik axarında daş, qan laxtası, irin olduqda ) səbəbindən sidiyin böyrəkdən sidik kisəsinə axması mümkün olmur yaxud çətinləşə bilir. Həmçinin sidik axarında və böyrəkdə aparılan endoskopi əməliyyatlardan sonra sidik axarlarının selikli qişası iltihablaşa, qalınlaşa bilir ( ödemləşir ) və sidiyin axmasına mane olur. Ona görə də endoskopik əməliyyatlardan sonra da stentin qoyulması mütləqdir. Belə olduğu halda sidik böyrək ləyənində toplanır, oranı genişləndirir və xəstəyə şiddətli ağrı, sancı verir.

    Əgər sidik axarı mənfəzi daşla tam tutularsa buna böyrəyin yaxud sidik axarının tam bloku deyilir. Bu halda böyrəkdə əmələ gələn sidik, sidik kisəyə axa bilmədiyindən böyrək ləyənini gərgin genişləndirir. Bunun ağrısı isə dözülməz olur və heç bir dərman müalicəsinə tabe olmur. Belə olduğu halda xəstəyə göstərilən ilk effektiv yardım sidik axarına daxili J stentin qoyulmasıdır. Bəzən isə stentin qoyulması qarın boşluğunda aparılılan digər əməliyyatlaar zamanı sidik axarlarının aydın seçilib, zədələnməməsi üçün profilaktik məqsədlə qoyulur. Çünki, stent qoymadan əgər çanaq orqanlarında hər – hansı bir əməliyyat aparılırsa sidik axarının zədələnmə ehtimalı daha çoxdur. ( Stent nədir, böyrəkdə stent )

     

    Sidiyin böyrəkdən axınına mane ola bilən hallar

     

    1. Böyrək və sidik axarı daşları
    2. Sidik axarı, sidik kisə və prostat vəzin bədxassəli şişləri
    3. Prostat vəzin adenoması
    4. Peritonarxası sahənin fibrozu ( Ormando xəstəliyi )
    5. Hamiləlik zamanı döl ana bətnində böyüdükcə sidik axarlarını sıxır, kompressiya edir. ( bu barədə daha ətraflı məlumat xidmətlərimiz – ümumi urologiya – hidronefroz bölümündə yazılıb ) Bu halda da sidik axarı mənfəzi sıxıldığı üçün sidiyin böyrəkdən sidik kisəyə boşalması ləngiyir və böyrək ləyənində genişlənmə yaranır. Hamilə qadınlarda böyrək ağrılarının əsas səbəbi də hidronefrozzdur. Buna hamiləlik hidronefrozu deyilir və ən çox sağ tərəfdə olur. Bu sağ sidik axarının anatomik xüsusiyyətləri ilə əlaqədar daha çox sıxılmasına bağlıdır. Düzdür, hamiləlik zamanı hidronefrozun digər əsas səbəbi qadın hormonal sistemindəki kəskin dəyişikliklə əlaqədar sidik axarlarının zəif yığılmasıdır. Yəni hormonal dəyişikliklə əlaqədar sidik axarlarının əzələləri daha gec – gec və daha zəif yığılır ki, bunun da nəticəsində böyrəkdə əmələ gələn sidiyin sidik kisəyə axması ləngiyir.
    6. Digər orqan və toxumalarda inkişaf edən şişlərin sidik axarını sıxması
    7. Digər orqan və toxumalarda aparılmış əməliyyatlar zamanı sidik axarlarının zədələnməsi

     

    Stent necə qoyulur ?

    ( Stent nədir, böyrəkdə stent ) 

    Stentin qoyulması vena daxili narkoz altında aparılır. Əvvəlcə xüsusi təyinatlı alət vasitəsilə sidik kanalının xarici dəliyindən sidik kanalına, oradan da sidik kisəyə daxil olunur. Stentin hər iki ucu belə qıvrılır ki, stent yerini dəyişməsin. Stentin sidik kisədəki ucu belə qıvrılır .

     

    Alət sistoskop yaxud ureteroskop ola bilər. Hər iki alət sidik kanalı və sidik kisənin daxilinin aydın vizual görüntüsünü almaq üçün xüsusi optika ( kamera ) ilə techiz edilib. Sidik kisəyə daxil olduqda hər iki böyrəkdən gələn sidik axarlarının dəliklərini aşkar etmək peşəkar uroloq həkim üçün o qədər də çətin deyildir. Daxil olduğumuz alətin işçi kanalı vasitəsilə üzərində stenti sürüşdürəcəyimiz zondu ( qayd ) sidik axarının sidik kisəyə açılan dəliyinə salıb böyrəyə qədər itələyirik. Əmin olduqdan sonra ki, zondun ucu böyrək ləyəninə çatıb, daha sonra bu zondun üzəri ilə stenti böyrəyə qədər itələyib, eyni zamanda zondu dartıb çıxardırıq. Sonda isə stentin bir ucu böyrəkdə, digər ucu isə sidik kisədə qıvrılıb qalır və sidiyin böyrəkdən sidik axarı vasitəsilə sidik kisəyə axmasını təmin edir. Stent qoyulan gün əksər hallarda xəstə evə yazılır. ( Stent nədir, böyrəkdə stent )

     

    Stentin çıxarılması Stent nədir, böyrəkdə stent

    Stentin çıxarılması da endoskopik proseduradır. Belə ki, kişilərdə təqribən 5 dəqiqəlik narkoz altında sistoskop adlanan alətlə sidik kanalından daxil olunaraq stentin sidik kisədəki ucundan tutulub xaric edilir. Qadınlar üçün nəzərdə tutulmuş stentin aşağı ucunda xüsusi sap vardır ki, məhz stentin çıxardılması üçün nəzərdə tutulub. Belə ki, stenti qoyduqdan sonra o sap sidik kanalından xaricə çıxardılır və leykoplastr vasitəsilə xəstənin bud nahiyəsinə yapışdırılır. Stenti çıxarmaq istədikdə isə o sapı yavaş – yavaş dartırıq və heç bir keyidici, narkoz olmadan, sidik kisəyə daxil olmadan stent xaric edilir. Pasient 1 saat sonra evə buraxılır.

    Ən çox qoyulan stentlər 1 aylıq stentlərdir.

     

    Stentin fəsadları ( ağırlaşmaları ). Yaxın ağırlaşmalar.

    1. Ağrılı və tez – tez sidik ifrazı
    2. Sidikdə qan olması ( bu əsasən stentin sidik kisədəki ucunun sidik kisə selikli qişasını cızması ilə əlaqədardır )
    3. Sidik kisə – sidik axarı reflüksü. Stent olduqda sidik kisəyə dolan sidik böyrəyə tərəf qayıdıb orada iltihab törədə bilir.
    4. Bakteriuriya, urosepsis, pielonefrit
    5. Qızdırma, böyrək sancısı
    6. Stent düzgün qoyulmadıqda böyrəkdən qanaxmna ola bilir.

     

    Uzaq ağırlaşmalar əsasən stenti vaxtında çıxartmadıqda olur.

    1. Stentin üzərinin sidik duzları ilə örtülməsi nəticəsində onun dəlikləri bağlanır və böyrəkdə genişlənmə, sancı yarada bilir. Buna stentin inkrustasiyası deyilir.
    2. Stentin sidik kisədəki ucunun sidik axarına “ qaçması “
    3. Stentin çürüməsi, fraqmentasiyası ( dağılması ) – stenturiya
    4. Unudulmuş stent “ . Bir sıra hallarda insanlar əməliyyat zamanı qoyulan stenti unudur. Belə ki, həkim əməliyyat zamanı stenti qoyur və pasientə tapşırır ki, mütləq deyilən tarixdə gəlin stenti çıxardaq. Pasient bir sıra hallarda bunu unudur yaxud səhlənkarlıq edir və deyilən vaxtda getmir. Bu isə öz növbəsində bütün stent böyu onun üzərinə sidik duzlarının çökməsi və böyük daşların toplanması ilə nəticələnir. Nəticəsə isə 5 dəqiqəlik olmalı olan stent çıxartma prosedurası saatlarla davam edən böyük bir əməliyyata çevrilir. ( Stent nədir, böyrəkdə stent – böyrək stenti – sidik axarında stent – uroloji stent – uroloji xəstəxana – sidik axarı stenti – böyrəyə stent qoymaq – hamiləlik və böyrəkdə stent – stent qoyulma – stent taxma – stent çıxarma  )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər