Sidikdə qanın olması, daha doğrusu sidikdə eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin olması hematuriya adlanır. Normal halda sidiyin mikroskopik müayinəsi zamanı görmə sahəsində 1 – 2 eritrositin olması norma hesab oluna bilər. Eritrositlərin miqdarının sidikdə artması sidikdə qanın olması deməkdir. Sidikdə qanın miqdarından asılı olaraq mikrohematuriya və makrohematuriya ayırd edilir. Makrohematuriyada sidiyin rəngi çəhrayı yaxud qırmızı olur, laxtalar da ola bilər, mikrohematuriyada isə sidiyin rəngi dəyişmir. Əgər sidikdə qan gözlə müəyyən olunursa makrohematuriya, gözlə müəyyən olunmadığı və yalnız mikroskop altında müəyyən olunarsa mikrohematuriya adlanır. Hematuriya bir sıra xəstəliklərdə müşahidə olunur. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

Hematuriyanın böyrək yumaqcıqları ilə əlaqəli olan və olmayan iki forması mövcuddur. Böyrək yumaqcıqları böyrəyin mikroskopik funksional hissəsidir, sidiyin əmələ gəlmə prosesi məhz böyrək yumaqcıqlarında gedir. Bir böyrəkdə milyona yaxın yumaqcıq olur. Əgər hematuriya böyrək yumaqcıqları ilə əlaqədardırsa adətən xəstədə xarakterik əlamətlər olur. Bunlara bədəndə şişkinliyin ( ödemin ) olması, sidiyin miqdarının azalması, yüksək arterial təzyiq, sidik analizində isə yüksək miqdarda zülal və eritrositar slindirlərin olması aiddir. Yumaqcıqla əlaqədar olmayan yaxud qeyri qlomerulyar hematuriya isə uroloji xəstəliklər üçün xarakterdir. Bunlara aiddir: böyrək, sidik axarı və sidik kisə daşları, böyrək, sdik kisə, prostat vəzin xoşxassəli və bədxasəli şişləri, iltihabı xəstəlikləri, vərəmi, böyrək sallanması ( nefroptoz ), böyrəkdə kistaların olması və.s. Əgər sidikdə qan sidik ifrazının əvvəlində ( birinci stakana sidik ifraının əvvəlində 10 – 15 ml sidik götürülür) müşahidə olunursa buna başlanğıc ( yaxud inisial ) hematuriya deyilir və sidik kanalının arxa hissəsinin xəstəlikləri yaxud travması üçün xarakterdir. Başlanğıc hematuriyanı uretroragiyadan fərqləndirmək lazımdır. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya)

Uretroragiya və sidikdə qan

Uretroragiya, sidik ifrazı olmadan sidik kanalından qanın axmasıdır və sidik kanalı travmaları üçün xarakterdir. Əgər sidiyin qanlı olması sidik ifrazının axırında müşahidə olunursa ( üçüncü stakana sidik ifrazının axırında 10 – 15 ml sidik götürülür ) buna terminal yaxud son hematuriya deyilir. Terminal hematuriya sidik kisə və prostat vəzin kəskin iltihabı, sidik kisə daşı, sidik kisə və prostat xərçəngi, prostat vəzin adenoması üçün xarakterdir. Ola bilir ki, hematuriya bütün sidik ifrazı boyu ( hər üç stakanda – bu zaman ikinci stakana sidiyin orta porsiyasından 50 – 100 ml sidik götürülür ) müşahidə olunur və buna total hematuriya deyilir. Total hematuriya böyrək xəstəlikləri ( böyrək və sidik axarı daşı, böyrək və sidik axarı şişləri ) və travmaları üçün xarakterdir. Ola bilir ki, sidik axarlarının qruluşuna müvafiq olaraq ipə yaxud iyəbənzər uzunsov formada laxtalar da müşahidə olunsun. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

Böyrək sancısı olan xəstələrdə çox tez-tez sidikdə qan ola bilir. Sidikdə qan böyrək sancısı ilə müşahidə olunan digər xəstəliklərdə də ola bilər. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə deməli böyük ehtimalla sancının səbəbi sidik daşıdır. Əgər sidikdə qan sancıdan əvvəl yaranıbsa deməli xəstədə böyrək sancısının səbəbi sidik axarının qan laxtası yaxud kazeoz kütlə ( böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə ) ilə tutulması ola bilər. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir.

Bəzən hematuriya intensiv olduqda sidik kisəsi qan laxtası ilə dolur, buna sidik kisəsinin tamponadası deyilir. Tamponada zamanı sidik ifrazı çətinləşir yaxud mümkün olmur. Müalicəsi təcili olaraq sidik kisəsini laxtadan təmizləmək, sidik ifrazını bərpa etmək və qanaxmanı dayandırmaqdan ibarətdir. Sidik kisəsini laxtadan təmizlənməsi adətən sidik kanalından keçməklə endoskopik yolla mümkün olur, bəzən isə açıq əməliyyata ehtiyac qalır. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

 

SƏBƏBLƏ

(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya)

  1. sidik daşı xəstəliyi ( böyrək, sidik axarı, sidik kisəsi daşı )(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya - böyrek sancısı - uroloq - androloq Ziyad Əliyev Bakıda)
  2. Böyrəklər və sidik yolarında infeksion iltihabı xəstəliklər ( sistit, pielonefrit )
  3. Böyrəklər, sidik axarı, sidik kisəsinin travmalarında
  4. Böyrəklər, sidik kisə, prostat vəzin şişlərində ( prostat adenoması və xərçəngində, sidik kisə və böyrək şişlərində )
  5. Böyrəklər, sidik sidik kisə, prostat vəzin vərəmində
  6. Böyrəklərin polikistoz xəstəliyində
  7. Qanın laxtalanmasına təsir göstərən bir sıra dərman preparatlarının qəbulundan sonra

Mikrohematuriya həmçinin ağır fiziki işdən sonra və uzun məsafə qaçdıqda yaxud ağır işlə, idmanla məşğul olduqdan sonra yarana bilər.

 

DİAQNOSTİKASI

(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya)

Makrohematuriya adi gözlə baxdıqda müəyyən oluna bilər. Bu zaman sidiyin rəngi ət yuyuntusundan tünd qırmızı rəngə qədər dəyişə bilər. Sidiyin rənginin tünd qırmızı rəngdə olması heç də həmişə xəstəliyin ağırlıq dərəcəsinə dəlalət eləmir. Xəstənin müayinəsinə sorğu məlumatlarından başlamaq, təzyiqini ölçmək lazımdır. Sidikdə qan görüb ya yox, ilk dəfə sidikdə nə vaxt qan görüb, nə qədər vaxtdan sonra təkrarlanıb, xəstə özü sidikdə qanın əmələ gəlməsi ilə yanaşı digər dəyişikliklər ( bədəndə şişkinlik, baş ağrı, təzyiqin yüksəlməsi, bədəndə hər hansı bir nahiyyədə ağrı, sancı, son vaxtlar kəskin arıqlama və.s ) hiss edib ya yox, və.s. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

 

Lazımi müayinələr

1. Sidiyin ümumi analizi

2.Ultrasəs müayinəsi ( usm ) böyrəklər, sidik kisə, prostat vəzi

3. Sistoskopiya ( yüksək keyfiyyətli görünüş verən kamera ilə təchiz olunmuş alətlə sidik kanalından keçməklə sidik kisəsi daxilinin gözlə müayinəsi ) . Hətta bu zaman video görüntü diskə yazılıb xəstənin özünə yaxud yaxınlarına verilə bilər. Sistoskopiya zamanı əgər sidik kisədən qanaxma müəyyən olunmazsa da, qanaxmanın hansı böyrəkdən olduğunu müəyyən etmək olur. Belə ki, sidik axarlarının sidik kisəsinə açılan daxili dəliyinə baxdıqda hansı böyrəkdə qanaxma varsa o tərəfdə sidik axarından qanlı sidiyin sidik kisəsinə axdığını görə bilirik.(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya - böyrek sancısı - uroloq - androloq Ziyad Əliyev Bakıda) - ekskretor uroqrafiya

4. KT və MRT ( əsasən böyrək şişləri, böyrək vərəmi və böyrək daşı ilə əlaqədar olan qanaxmalarda zəruridir )

5. Əgər xəstədə travma olubsa ekskretor uroqrafiya aparıla bilər. Ekskretor uroqrafiya dedikdə xəstənin vena daxilinə rentgen kontrast maddə ( uroqrafin ) yeridildikdən sonra sidik yollarının bizə lazım olan hissəsinin rentgen – qrafik görüntüsünü ( təsvirini ) almaq üçün müvafiq intervallarla bir neçə rentgen şəkil çəkilir.(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya - böyrek sancısı - uroloq - androloq Ziyad Əliyev Bakıda) Ekskretor uroqrafiyanın mahiyyəti vena daxili yeridilən kontras maddənin böyrəklərdən süzülərək sidiklə xaric olması zamanı sidik yollarının rentgen vizualizasiyasıdır. Əgər travma nəticəsində böyrək və sidik yollarının hər hansı bir səviyyəsində tamlıq pozulubsa ( yəni böyrək ləyəni, sidik axarları, sidik kisə deşilibsə, cırılıbsa ) ekskretor müayinədə vurulan kontrast maddənin sidiyin axma trayektoriyasından kənara çıxması müəyyən olunur. Buna sidiyin ekstrovazasiyası deyilir. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

6.Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya Sidik kisə zədələnmələrində isə sistoqrafiya müayinəsi aparıla bilər. Sistoqrafiya müayinəsi dedikdə 0,9 % – li 300 ml NaCl məhlulu ilə durulaşdırılmış kontrast maddəni (uroqrafin) kateterlə sidik kisəyə yeridib rentgen şəkil çəkməkdən ibarətdir. Əgər sidik kisə tamlığı pozulubsa ( yəni sidik kisənin divarı cırılıb yaxud deşilibsə ) sistoqrafiyada vurulan kontrast maddənin sidik kisə sərhədlərindən kənara ( sidik kisə ətrafı toxumaya yaxud qarın boşluğuna ) çıxması müəyyən olunur.

Adətən bu müayinələrin hamısının aparılmasına ehtiyac olmur.

Qanaxmanın ehtimal olunan səbəbinə əsasən hansı müayinənin, yaxud müayinələrin hansı kombinasiyada aparılmasını müalicə həkimi müəyyən edir. Hematuriyanın dəqiq səbəbinin müəyyən olunmasının çox mühüm əhəmiyyəti vardır. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

 

Sidikdə qan və xərçəng

Belə ki, əgər hematuriya böyrəklər, sidik kisə, prostat vəzi xərçənginin başlanğıc mərhələsində müşahidə olunarsa, hematuriyanın səbəbinin vaxtında müəyyən edilməsi həm də xərçəngin yayılmasının profilaktikası ola bilər. Çünki hematuriya, xüsusən də əlamətsiz keçən hematuriya 50 % – dən artıq hallarda böyrək və sidik kisə xərçənginin ilkin əlaməti olur, xüsusən 40 yaşdan yuxarı insanlarda, ən çox da kişilərdə. Çünki böyrəklər, sidik yolları xərçəngi kişilərdə qadınlara nisbətən iki dəfə daha çox rast gəlinir.

Hematuriya müəyyən müddətdən sonra kəsilə bilir,müəyyən müddətdən, bəzən də uzun müdətdən sonra isə təkrarlana bilir. Bu müddət ərində xəstə müayinə olunmur, təkrari qanama olduqda yaxud müayinə olunduqda təsadüfən sürprizlə qarşılaşır. XƏRÇƏNG! Ona görə də sidikdə qanın olmasına laqeyid qalmaq olmaz, təcili olaraq müayinə olunmalı, səbəbi müəyyənləşdirilməlidir. Hematuriya nisbətən az hallarda böyrək vərəmində və böyrəklərin polikistoz xəstəliyində ( böyrəkdə çoxlu kistaların olması ) müşahidə olunur. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda)

 

“Xəstədə ağrı olmadan sidiyində qan aşkarlanırsa şişi (xərçəngi) axtar!”

Ona görə də sidiyində qan tapılan xəstələrə daha dərinləşdirilmiş müayinələrin aparılmasının zəruri olduğunu qətiyyətlə bildirmək lazımdır. Çünki, sidiyində qan tapılan və hansısa bir vacib işinin yaxud səfərinin olmasını əsas gətirərək müayinə olunmaq istəmiyən xəstələrə də rast gəlirik. Onları, əlamətsiz keçən hematuriyanın ciddiliyinə inandırmaq və lazımi müayinələrə cəlb etmək vacibdir. Xəstəni əlamətsiz keçən hematuriyanın ciddiliyi ilə ətraflı məlumatlandırıb müayinə etməliyik ki, müəyyən vaxtdan sonra o xəstə həkimin yanına ağır, fəsadlaşmış və əməliyyata tabe olmayan ( inoperabel xərçəng ) sidik kisə yaxud böyrək xərçəngi ilə gəlməsin. Belə olduğu halda xəstənin sonrakı peşimançılığı fayda vermir, həkim isə xəstəni vaxtında yetərincə məlumatlandırmadığı üçün vicdanı qarşısında əziyyət çəkir. Bu arada institut vaxtlarımda müəllimlərimdən eşitdiyim bir cümləni xatırladım, “xəstədə ağrı olmadan sidiyində qan aşkarlanırsa şişi (xərçəngi) axtar!”.

Bizim təcrübəmizdə dəfələrlə olub ki, təsadüfi müayinə zamanı aşkarlanmış hematuriyaya əsasən müayinələr genişləndirilmiş və sidik kisə, böyrək və prostat xərçəngi aşkarlanıb həkim onkoloqlara göndərilərək vaxtında radikal müalicə edilmişdir. Sidiyində qan görən xəstələrin yalnız 50 % – ə qədəri narahat olub həkimə müraciət edir. Qalan 50 % – i isə ya internetdən yaxud apteklərə yaxınlaşaraq şikayətlərini deyib hər hansı qandayandırıcı dərmanı qəbul etməklə özlərini sağalmış hiss edirlər. Yayılmış metastazlarla müraciət edən xəstələrdən soruşduqda ki, nə vaxtsa sidiyinizdə qan olubmu, yaxud görmüsüzmü? Əksəriyyəti 7 – 8 ay yaxud bir neçə ay əvvəl olmuşdu əhəmiyyət vermədim deyir. Hansı ki, sidikdə qan gördüyü zaman müraciət etsəydi bəlkə də xərçəngdən tamamilə sağalardı yaxud ömrü uzanardı. Ona görə də belə bir söz var, “hər bir intelegent insan öz sidiyinin rəngini bilməlidir, tanımalıdır “. (Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – böyrək həkimi – uroloq – androloq Ziyad Əliyev Bakıda)

 

MÜALİCƏSİ – Sidikdə(qan) qanın olması-Uroloq-androloq

Hematuriyanın müalicəsi onu yaradan səbəbin aradan qaldırılmasına yönəlmişdir. Göründüyü kimi hematuriyanın səbəbləri çoxdur və hər bir konkret situasiyada fərdi yanaşma tələb edir.

(Sidikdə qanın (qan) olması-Urologiya-andrologiya – böyrek sancısı – uroloq – androloq Ziyad Əliyev Bakıda, boyrek xestelikleri – lazerle boyrek dasi emeliyyati – sidikde qanin mualicesi – sidikde qanin sebebleri – sidikde qan gelmesi – sidikde zulal – sidikde eritrosit olmasi – sidikde leykositlərin olması -uzman uroloqbaku – uroloqbaku – andrrolobaki – uroloqbaki)