Cinsi yolla da yoluxa bilən xəstəlik olub törədicisi kandida cinsindən olan göbələklər, 80 – 90 % – ə qədər hallarda candida albikans göbələyidir. (Urogenital kandidoz – cinsi orqanlarda göbələk xəstəliyi – cinsi infeksiyalar – uroloq – androloq Ziyad Əliyev)Urogenital kandidoz - cinsi orqanlarda göbələk xəstəliyi - cinsi infeksiyalar

Xəstəlik kişilərə nisbətən qadınlarda 10 dəfə çox rast gəlinir.

Xəstəliyin yaranma səbəbi və yoluxma yolları 

kandidozlu xəstə ilə qoruyucusuz cinsi əlaqədə olmaq – uzun müddət geniş təsir spektirli antibiotiklərdən istifadə etmək – immunitetin zəifləməsi – şəkərli diabet – C, B2, B6 vitamin çatışmazlığı – vaginal ( uşaqlıq yoluna ) qoyulan müxtəlif tərkibli şamlar – hamiləlikdən qorunmaq üçün istifadə olunan preparatlar ( kontraseptivlər ) – kontakt – məişət yolu ( xəstə insanın çirklənmiş paltarları, əşyaları ilə kontakt zamanı da yoluxma mümkündür ) .

 

Xəstəliyin gedişinin üç forması ayırd edilir :

  • kandida daşıyıcılıq
  • kəskin kandidoz
  • xroniki kandidoz.

 

Əlamətləri

Urogenital kandidoz – cinsi orqanlarda göbələk xəstəliyi – cinsi infeksiyalar – uroloq – androloq Ziyad Əliyev

Kandizoz hər üç halda sidik – cinsiyyət orqanlarının selikli qişasının müxtəlif dərəcədə zədələnməsi ilə müşaiyət olunur. Kandida daşıyıcılıqda əlamətlər çox zəif olur yaxud olmur. Ona görə də insanlar kandidozlu olduqlarını bilmirlər və çox vaxt təsadüfi müayinə zamanı aşkarlanır.

 

Kişilərdə əlamətlər

Xarici cinsiyyət orqanında ( əsasən cinsi orqanın baş hissəsində ) hüdudları aydın seçilə bilən, dəriyə yaxud selikli qişaya sanki bərk yapışmış, hopmuş kimi görünən ağımtıl – boz rəngli ərpin yaranması, qızartı, həmçinin cinsi orqanın, xayalığın, aralıq, qasıq hissənin dərisinin zədələnməsi və qaşınması, az hallarda isə seroz, nisbətən köpüklü-irinli axıntının olması,  sidik ifrazının ağrı və yandırma ilə olunması aiddir.

 

Qadınlarda əlamətlər Urogenital kandidoz - cinsi orqanlarda göbələk xəstəliyi - cinsi infeksiyalar

Xarici cinsiyyət orqanlarında ( kiçik və böyük cinsiyyət dodaqları selikli qişası, dərisi ), qasıq və aralıq nahiyyəsinin dərisində qaşınma, eroziyalar, çox halarda irinli – köpüklü axıntının olması, cinsi əlaqənin ağrılı olması, sidik ifrazının əvvəlində ağrı və yandırma ilə olması aiddir. Bu əlamətlər aybaşı öncəsi nisbətən kəskinləşir və daha qabarıq olur.

 

 

DiaqnostikasıUrogenital kandidoz - cinsi orqanlarda göbələk xəstəliyi - cinsi infeksiyalar

Urogenital kandidoz – cinsi orqanlarda göbələk xəstəliyi – cinsi infeksiyalar – uroloq – androloq Ziyad Əliyev

Pasientlə söhbət zamanı, onun şikayətlərini dinləyərkən artıq urogenital kandidozun olmasını ehtimal eləmək olar. Diqanostikası üçün cinsiyyət orqanlarına baxışla yanaşı sidik – cinsiyyət yollarından sıyrıntı şəklində götürülmüş materialın mikroskopik və PZR  ( polimeraz zəncirvari reaksiya ) üsulu ilə müayinəsi aparılır. Bu müayinələrin hansının aparılmasını yaxud hansı ardıcıllıqla aparılmasını müalicə həkimi təyin edir.

 

Müalicəsi

 
Müalicə pis vərdişlərdən imtina, şəxsi gigiyena qaydalarına ciddi əməl olunması, yanaşı gedən xəstəliklərin müalicəsi ( hansı ki,kandidoza meyillilik yaradır yaxud onun gedişini agırlaşdırır ) və immun sistemin gücləndirilməsindən başlamalıdır. Müalicə zamanı cinsi əlaqə olmaz. Cinsi partnyorların hər ikisi eyni vaxtda müalicə almalıdırlar. Kandidoz o vaxt sağalmış hesab olunur ki, müalicədən sonra əlamətlərin itməsi ilə yanaşı götürülmüş sıyrıntı materialınin müayinəsi zmanı kandida göbələyi tapılmasın.  

 

ProfilaktikasıUrogenital kandidoz - cinsi orqanlarda göbələk xəstəliyi - cinsi infeksiyalar

Təsadüfi cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək digər cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi əsas vasitədir.

 

Urogenital kandidoz – cinsi orqanlarda göbələk xəstəliyi – cinsi infeksiyalar – uzman uroloq – androloq Ziyad Əliyev Bakıda – urolog androlog – urologiya – andrologiya baku