Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Cinsi zəifliyin səbəbləri. Xroniki prostatit cinsi zəifliyin əsas səbəbidir

Cinsi zəifliyin səbəbləri - dr ziyad aliyev androloq - uroloq - prostatit

QƏBULA YAZIL

Anonimlik qorunur

Xroniki prostatit cinsi zəifliyin əsas səbəbidir

Xroniki prostatit kişilərdə ən çox görülən xəstəliklərdən biridir. 40 yaşa qədər olan kişilərin təqribən 1/3 – i prostatitlə əlaqədar müalicə alıb. Prostatitlə əlaqədar həkimə müraciət edən kişilərin isə təqribən yarısı cinsi zəiflikdən ( erektil disfunksiya ) əziyyət çəkir. Ona görə də əksər həkimlər bunlara ayrı – ayrılıqda iki müxtəlif xəstəlik kimi yanaşırlar. Belə olan halda nəyin birincili xəstəlik, nəyin onun ağırlaşması ( nəticəsi ) olmasını müəyyənləşdirmək həkim üçün heç də həmişə asan olmur. Yəni ki, prostatit birinci yaranıb və onun nəticəsində erektil disfunksiya ( cinsi zəiflik ) əmələ gəlib, yaxud da bunlar hər biri ayrı – ayrılıqda iki xəstəlik kimi inkişaf ediblər. Hər iki halda bu xəstəliklər biri digərinin gedişini daha da ağırlaşdırır. ( Cinsi zəifliyin səbəbləri )

Kişinin cinsi sağlamlığı prostat vəzinin sağlamlığı ilə sıx əlaqədardır. Məhz ona görədir ki, prostat vəzini kişinin ikinci ürəyi adlandırırlar. Xroniki prostatitli xəstələrdə yaranan cinsi zəifliyin xarakterik xüsusiyyətləri vardır. ( Xroniki prostatit zamanı cinsi zəiflik, cinsi zəifliyin səbəbləri )

 

Xroniki prostatit olan xəstələrdə cinsi zəiflik üç formada təzahür edir

Xroniki prostatit zamanı cinsi zəiflik, cinsi zəifliyin səbəbi - prostat vəzi - prostatitin əlamətləri -prostatit zamanı erkən boşalmanın effektiv müalicəsi

 

  • Cinsi istəyin ( həvəsin ) azalması

 

  • Ereksiya zamanı cinsi orqan rigidliyinin ( sərtliyinin ) zəif olması

 

  • Erkən boşalma yaxud erkən qurtarma ( premator eyakulyasiya )

 

 

Hətta müəyyən edilmişdir ki, xroniki prostatitli kişilərdə bu əlamətlər müəyyən ardıcıllıqla inkişaf edir. Belə ki, əvvəlcə erkən boşalma yaxud tezləşmiş eyakulyasiya ( erkən eyakulyasiya ), daha sonra ereksiyanın zəifləməsi, daha sonra isə libido azlığı ( yəni cinsi istəksizlik, həvəssizlik ) yaranır. Prostatitli pasientlərin təqribən 1/3 – də eyakulyasiya zamanı yaxud ondan dərhal sonra ağrı olur. Bu isə o pasientlərdə toxum qabarının da çox ciddi şəkildə iltihabı prosesə məruz qalması ilə əlaqədardır. Toxum qabarı dedikdə sidik kanalının prostat vəzidən keçən hissəsində olan və hər iki toxumdaşıyıcı axacağın parostat vəzidən keçərək sidik kanalına açıldığı hissə nəzərdə tutulur.

Erkən boşalma prostatitli pasientlərin təqribən 30 – 35 % – də rast gəlinən seksual pozğunluqlardan biridir. Məhz bu pasientlərin də uretroskopik müayinəsi zamanı toxum qabarının ciddi iltihabı müəyyən edilmişdir. Uretroskopiya sidik kanalının xüsusi endoskopik kamera ilə videogörüntülü müayinəsidir. Bu haqda saytımızda müvafiq bölmədə ətraflı məlumat verilib. Həmçinin, o pasientlər ki, erkən boşalma ilə müraciət ediblər, onların müayinəsi zamanı təqribən yarısından çoxunda xroniki prostatt diaqnozlaşdırılıb. ( Cinsi zəifliyin səbəbləri – xroniki prostatit )

 

Xroniki prostatit cinsi zəifliyin əsas səbəbidir

Əgər prostatit vaxtında və düzgün müalicə olunarsa cinsi zəiflik yaranmaz. Həmçinin də xəstə səhlənkarlıq edərək müayinə, müalicə olunmazsa çox cavan yaşlarında ciddi ereksiya zəifliyi ( impotensiya ) ilə nəticələnər.( Xroniki prostatit zamanı cinsi zəiflik, cinsi zəifliyin səbəbi - prostat vəzi - prostatitin əlamətləri -prostatit zamanı erkən boşalmanın effektiv müalicəsi uroloq - androloq Ziyad Əliyev ) Xroniki prostatit olan xəstələrdə cinsi əlaqələrin sayı azalır. Müəyyən vaxtdan sonra pasientdə depressiya, cinsi əlaqədən çəkinmə və.s yaranır. Xəstələr özlərini cinsi güc nöqteyi nəzərdən  olduqlarından daha zəif hiss edirlər və ciddi stres yaşayırlar. Əvvəllər epizodik ( hərdən ) müşahidə olunurdusa, xroniki prostatit müalicə olunmadıqda cinsi zəiflik daha dərinləşir, xəstələri daha çox narahat edir və sinir – psixi dəyişikliklərə səbəb olur.

Yuxarıda qeyd olunan və xroniki prostatitli pasientlərdə rast gəlinən üç əsas simptomdan ( ağrı, erkən eyakulyasiya, və erektil disfunksiya ) pasientə daha çox psixoloji zərbə vuran erektil disfunksiyadır. Məhz ona görə də tətbiq olunan müasir müalicə protokolları ilkin olaraq pasientin cinsi həyatında pozitiv dəyişikliklərin yaradılmasına, ereksiyasının bərpasına yönəlib.

Xroniki prostatit vaxtında müalicə olunmadıqda prostat vəzidə normal toxuma elementlərinin birləşdirici toxuma ( çapıqla ) ilə əvəz olunması ( fibrozlaşma ), başqa sözlə desək çapıqlaşma prosesi getdiyindən ağrılar və bütün digər əlamətlər daha dayanıqlı xarakter alır.

 

Prostatit və sonsuzluq (cinsi zəifliyin səbəbləri)

 

Bildiyimiz kimi prostat vəzi sperm kütləsinin formalaşmasında da iştirak edir. Ona görə də prostatitli xəstələrin sperm göstəricilərində çox ciddi  dəyişikliklər aşkarlanır və bir çox hallarda kişi sonsuzluğunun səbəbi olur. Belə ki, prostat vəzidə hazırlanan prostat şirəsi spermatozoidlərin sağlamlığına, onların aktivliyinə çox yaxşı təsir göstərir, həmçinin, spermatozoidlər qadın uşaqlıq yoluna düşərkən oranın turş mühitindən qoruyur. ( Cinsi zəifliyin səbəbləri )

Xroniki prostatit haqqında geniş və ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsinin

 

 

 

( Xroniki prostatit zamanı cinsi zəiflik, cinsi zəiflik nədən yaranır, cinsi zəifliyi necə müalicə etmək olar, cinsi zəifliyi əmələ gətirən səbəblər, cinsi zeflik nedir, cinsi zeifliyin sebebi, cinsi zeifliyin mualicesi, cinsi zəifliyin tənii yolla müalicəsi )

Sosial şəbəkələrdə paylaş