Bakterial vaginoz yaxud qardnerellyoz dedikdə uşaqlıq yolu disbakteriozu nəzərdə tutulur. Xəstəliyin törədicisi qardnerella vaginalis adlanan bakteriyadır. Əsasən cinsi partnyorunu tez-tez dəyişən, hormonal və antibiotik tərkibli vaginal şamlardan uzun müddət və ya tez – tez istifadə edən, şəxsi gigiyenaya əməl etmiyən insanlarda rast gəlinir. Törədici bakterialar uşaqlıq yolunda artıb çoxalaraq öz həyat fəaliyyəti məhsulları ( ifrazatları ) ilə, normal halda qadın uşaqlıq yollarında yaşayan və qadının sağlamlığı üçün zəruri olan bakteriaların məhvinə səbəb olur. Normal halda qadın cinsiyyət yolllarında yaşayan bir sıra bakteriyalar var ki, onlar cinsiyyət orqanlarında yerli immunitetinin yaranmasını təmin edir. Qardnerellyoz 25 % – ə qədər hallarda tam sağlam qadınlarda da aşkarlanır. Qardnerellyoz insan həyatı üçün xüsusi təhlükə yaratmasa da, müalicə olunmadıqda cinsiyyət orqanlarında ciddi iltihabı prosesə səbəb olmaqla hamilə qalmağa mane olur, hətta hamiləliyin yarımçıq qırılmasına belə səbəb ola bilir. (qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər – uroloq – androloq – Ziyad Əliyev Bakıda)

Hal – hazırda xəstəliklərin müasir təsnifatında qardnerellyoz cinsi yolla yoluxan xəstəliklərə ( cyyx ) aid edilməsə də, əsasən aktiv cinsi həyat yaşayan, cinsi partnyorunu tez – tez dəyişən insanlarda aşkarlandığı üçün, cinsi yolla yoluxan xəstəlik kimi təsvir edilir.

qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər

Qadında əlamətlər qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər

Qardnerellyoz – 50 % – ə qədər hallarda müəyyən əlamətlərlə göstərməsinə baxmayaraq təqribən 50 % – ə qədər hallarda isə heç bir əlamətsiz keçir. Qadın cinsiyyət yollarında iylənmiş balıq iyini xatırladan, ağımtıl rəngli, nisbətən köpüklü-irinli xarakterli axıntının olması, qaşınma, quruluq hissiyyatı və cinsiyyət yollarında ümumi diskomfortla müşahidə edilir. Bir sıra hallarda eroziyaların yaranmasına səbəb olur.

 

Kişidə əlamətlər

90 – 95 % hallarda heç bir əlamətsiz keçir, az hallarda sidik kanalının yüngül iltihabı şəlində, yaxud yalnız səhərlər sidik kanalının uc hissəsində bir damcı axıntı şəklində təzahür edir. Çox az hallarda kişilər özlərində bunu hiss edir.

 

Diaqnostikası (müayinəsi) –

qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər

Qardnerellyozun olub olmamasını müəyyən etmək üçün qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından sıyrıntı yaxud axıntı materialı götürülüb mikroskopik, bakterioloji müayinə olunmalıdır. Heç bir halda qardnerellyozun diaqnostikası yalnız xəstəliyin əlamətlərinə əsasən müəyyən olunmamalıdır. (qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər – uroloq – androloq Ziyad Əliyev)

 

Müalicəsi – qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər

qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər

Götürülmüş müayinə materialında qardnerellyoz aşkarlandıqda spesifik müalicəyə başlamaq məsləhətdir. Müayinə materialı dedikdə kişilərdə sidik kanalından, qadında isə uşaqlıq yolundan götürülmüş sıyrıntı nəzərdə tutulur.

Profilaktikası – necə qorunmalı? 

qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi xəstəliklər

Şəxsi gigiyenaya ciddi əməl etmək, təsadüfi cinsi əlaqədən çəkinmək, qorunmaq, müxtəlif cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq, onlara tutulduqda da özünümüalicə ilə məşğul olmamaq, vaxtında həkimə getmək, müayinə və müalicə olunmaq vacibdir. Həkim məsləhəti olmadan müxtəlif tərkibli vaginal şamlardan istifadə etməmək.  (qardnerellyoz-qardnarella-bakterial vaginoz-cinsi yolla yoluxan xəstəliklər – uroloq – androloq Ziyad Əliyev)

Digər cinsi yolla yoluxan xəstəliklər haqqında məlumatlar