Androloq, uroloq, uroginekoloq Ziyad Əliyev.
Androloq həkim kişi cinsiyyət sistemi xəstəliklərini öyrənən, onları müalicə edən həkimdir. Tibbi statistika göstərir ki, dünyada yaşayan 25 yaşdan yuxarı kişilərin yarısından çoxu sidik – cinsiyyət sistemi xəstəliklərindən bu və ya digər şəkildə əziyyət çəkir. Bu statistika bizim ölkədən də yan keçmiyib. Hətta müəyyən səbəblər üzündən əvvəllər 50 yaşdan yuxarı kişilərdə aşkarlanan bəzi xəstəliklər daha cavan yaşlarda rast gəlinir. Belə ki, erektil disfunksiya ( impotensiya ), varikosele, sonsuzluq o qədər geniş yayılıb ki, tibbi problem olmaqla yanaşı həm də çox ciddi sosial problemə çevrilib. İllərdir tərəfimizdən həyata keçirilən minlərlə xəstə qəbulu və cərrahi əməliyyatlar bunu deməyə əsas verir. Məhz bu müddət əzində həm ölkəmizdə və onun hüdudlarından kənarda topladığımız unikal təcrübə sayəsində biz pasientlərin inam və etibarını qazandıq.
Müasir andrologiya və urologiya təbabətin bütün digər sahələri kimi sürətlə inkişaf edir. Xəstəliklərin müasir müalicə metodları və onlardan qorunma yollarını öyrənir.
Androloq . az – ı yaratmaqda məqsədimiz.
Androloq.az – ı yaratmaqda məqsədimiz müasir dünya standartlarını və protokollarını ölkəmizdə tətbiq və təmsil etməklə, aşağıda adları sadalanan xəstəliklərin müayinəsini və uğurlu müalicəsini insanlar üçün əlçatan etməkdir. ( androloq Ziyad Əliyev )
Nəzərinizə çatdırım ki, xəstəxanamız və kollektivimiz uroloji – androloji profildə ixtisaslaşmışdır. Klinikamızda ən müasir standartlara cavab verən rentgen – uroloji kabinet, daşların paraçalanması üçün holmium kontakt lazer litotripsiyası, endoskopik, laparoskopik və lazer cərrahiyyəsi üçün zəruri olan hər cür avadanlıqla təchiz olunmuş əməliyyatxana, təcrübəli kollektiv, yüksək səviyyədə sterilizasiyaedici avadanlıqlar var. Hər cür İFA ( immunoferment analiz ), biokimyəvi, PZR ( polimeraz zəncirvari reaksiya ) müayinəsinin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz olunmuş labarotoriya sizin xidmətinizdədir.
Androloq Ziyad Əliyev : Müalicəsi tərəfimizdən uğurla həyata keçirilən xəstəliklər:
Andrologiya
- Kişi sağlamlığına aid bütün sualların cavablandırılması.
- Kişi sonsuzluğu, sperma azlığının səbəbinin genetik səviyyədə araşdırılması. Kişi sonsuzluğu və ona səbəb olan faktorların ləğvi.
- Varikosel xəstəliyinin müalicəsinə ən müasir yanaşma – mikrocərrahi ( mikroskopik ) əməliyyat. Varikosele haqqında heç yerdə eşitmədikləriniz.
- Erektil disfunksiya ( cinsi zəiflik ).
- Erkən boşalma ( premator eyakulyasiya ).
- Prostat vəzin adenoması – dərman müalicəsi və lazerlə qapalı endoskopik əməliyyat ( TUR – trans uretral rezeksiya ) və açıq əməliyyat ( transvezikal və Millin əməliyyatı ). TUR əməliyyatı dedikdə sidik kanalından keçməklə aparılan əməliyyat başa düşülür. https://androloq.az/uslugi/lazerl-prostat-m-liyyati/
- Prostat vəzin sklerozu – lazerlə endoskopik.
- Prostatit – prostat vəzin iltihabı. ( tam müalicə )
- Peyroni xəstəliyi ( cinsi orqanda əyrilik ).
- Kriptorxizm ( xayaların xayalıqda olmaması ) – uşaqlarda müşahidə edilir. Lakin valideyinlərin səhlənkarlığı üzündən böyük yaşlarda da rast gəlinir.
- Hidrosele – xayalıqda maye toplanması.
- Xaya artımının kistası.
- Xayanın burulması – təcili təxirəsalınmaz əməliyyat tələb edir. Xaya burularkən burulma zamanı xaya damarlarının sıxılma dərəcəsindən asılı olaraq bir neçə saat ərzində xaya toxuması nekrozlaşır. Ona görə də əməliyyat təcili olmalıdır ki, xaya nekrozlaşarsa xayanı xilas etmək olmur və xaya kəsilib götürülür.
- Fimoz, parafimoz, sünnət.
Urologiya
- Sidik daşı xəstəliyinin bütün formalarının lazerlə kəsiksiz parçalanması: – böyrək daşı, sidik axarı daşları, sidik kisə daşı. https://androloq.az/uslugi/boyrek-dasi/
- Böyrək sallanması ( nefroptoz ) – laparoskopik əməliyyat.
- Böyrək kistası – laparoskopik və açıq əməliyyatlar.
- Nefrektomiya ( böyrəyin çıxarılması ) – böyrək büzüşməsi zamanı və III dərəcə hidronefroz olduqda.
- Hidronefroz – böyrəyin genişlənməsi – laparoskopik və açıq əməliyyat. https://androloq.az/uslugi/hidronefroz-nedir-boyrekde-genislenme/
- Sidik axarı darlığının ləğvi – laparoskopik və açıq əməliyyat.
- Böyrəyin iltihabı ( pielonefrit ) tam müalicə.
- Sistoskopiya – sidik kanalından keçməklə sidik kisə daxilinin kamera ilə müayinəsi. https://androloq.az/uslugi/sistoskopiya-nedir/
- Uretroskopiya – sidik kanalı daxilinin kamera ilə müayinəsi. https://androloq.az/uslugi/uretroskopiya/
- Sidik kisə şişləri – lazerlə endoskopik əməliyyatı ( TUR – trans uretral rezeksiya): https://androloq.az/uslugi/sidik-kise-xercengi/
- Sidik kisənin leykoplagiyası – lazerlə vaporizasoya. https://androloq.az/uslugi/xroniki-sistit/
- Sistit – ( sidik kisənin iltihabı ).
- Hiperaktiv sidik kisə – ( qəfildən sidik ifrazına çağırışın yaranması ilə xarakterizə olunur ki, ayaqyoluna çatana qədər sidiyi saxlamaq heç də həmişə mümkün olmur ).
- Gərginlik (stress) sidik saxlamazlığı- (asqırma, öskürmə, gülmə zamanı və gəzəndə qəfildən sidik qaçırtma ilə müşahidə edilir) – müalicəsi təqribən 30-40 dəqiqə çəkən əməliyyatdır.
- Sidik ifrazının nevrogen mənşəli pozğunluqları.
- Enurez – uşaqlarda sidik qaçırtma.
- Sidik kanalının strikturası ( daralması ) – endoskopik üsulla və açıq üsulla ləğvi: https://androloq.az/uslugi/sidik-kanalinin-daralmasi/
- Hipospadiya ( sidik kanalının cinsi orqanın başına açılmadığı hallar ).
- Sidik kanalı iltihabı.
- Cinsi yolla yoluxan xəstəliklər.
- Sidik – cinsiyyət orqanları arasında olan svişlər.
- Sidik – cinsiyyət orqanlarının travmaları.
- Sidik – cinsiyyət orqanlarında anadangəlmə xəstəliklər ( anomaliyalar ).
- Əvvəllər aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması və təkrari effektiv aparılması.
Bəlkə də dünyanın hər yerində belədir, sağalamlığımızla əlaqədar problem yarandıqda mütləq yaxşı həkim axtarışına çıxırıq. Ona görə də tez qohum – əqrəbədən, dost – tanışdan, iş yoldaşı, sinif yoldaşından yaxşı həkim soruşuruq.
Androloq Ziyad Əliyev: Bizim üstünlüyümüz nədir ? Bizi seçməyinizin səbəbləri
- Peşəkar yanaşma : müasir və az travmatik müalicə metodları ( lazer və endoskopik cərrahiyyə )
- Xaricdə ixtisaslaşmış həkim və digər tibb personalımız.
- Sizdə yanaşı gedən xəstəliklərin olduğu halda digər sahələrdən olan peşəkar həkimlərimizlə konsilium eləmək imkanımız.
- Digər xəstəxanalarda aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması imkanımızın olması.
- Endoskopik və laparoskopik əməliyyatların və diaqnostik prosedurların uğurla aparılması üçün lazım olan bütün avadanlıqlar Avropa Uroloqlar Assosiasiyasının standart və tövsiyyələrinə uyğundur. ( Karl Storz-Almaniya istehsalıdır ).
- Təcrübəli anestezioloq – reanimatoloq komandamız var ki, adi stasionarlarda xəstəyə narkoz verməkdən imtina edildiyi halda bizim komandamız belə ağır yükün altına girib ordan üzü ağ çıxmağı bacarır.
- Komfort : xəstələrin yazıldığı vaxta uyğun gecikmədən qəbulu, hər şəraiti olan stasionar və əməliyyatdan sonra xəstələrə xüsusi diqqət.