Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sistoskopiya nədir?

Sistoskopiya nədir - uretroskopiya nədir uroloq androloq bakıda, sistit- urologiya dr ziyad əliyev

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Sistoskopiya nədir – uretroskopiya nədir?

    Sistoskopiya dedikdə sidik kisənin, uretroskopiya dedikdə sidik kanalının daxildən vizual müayinəsi başa düşülür. Əksər hallarda bu iki müayinə eyni vaxtda aparılır və uretrosistoskopiya adlanır. Çünki, sidik kisəsinə baxmaq üçün sidik kanalından keçməliyik. Sistoskopiyanı çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş alətlə edirik, bu alət sistoskopdur. Müayinə zamanı həkim ekranda sidik kanalının və sidik kisəsinin daxilini görür və onu sistoskopik nöqteyi – nəzərdən dəyərləndirir, sonda isə əməliyyatın protokolu və video yazısı xəstəyə verilir. Sidik kisə xəstəliklərinin müalicəsi ilə çox ciddi məşğul olan həkim kimi mən öz pasientlərimə sistoskopiya müayinəsini çox tez – tez təyin edirəm. Sistoskopiyanı edən həkim onun normal mənzərəsini, selikli qişanın normal relyefini və digər xarakterik xüsusiyyətlərini xəstəliklərdən ayırmağı bacarmalıdır. Ona görə də sistoskopiyanın keyfiyyəti və effektivliyi onu edən həkimdən çox asılıdır. ( Sistoskopiya nədir )

    Öz praktikamda yüzlərlə xəstəni sistoskopiya etmişəm. Sidik kanalı və sidik kisə xəstəliklərinin dəqiq, düzgün müayinə və müalicəsi demək olar ki, sistoskopiya etmədən mümkün düyildir. Məsələn xroniki uretrit, sidik kanalı daralmaları, kollikulit, xroniki sistit, leykoplagiya, interstisial sistit, sidik kisə xərçəngi, böyrək və sidik kisə vərəmi, sidik kisə və sidik kanalı polipləri, sidik kisə divertikulunun ən dəqiq müayinə metodu sistoskopiyadır. ( Sistoskopiya )

    Sistoskopiyanın qadında və kişidə xüsusiyyətləri

    Sistoskopiya xəstənin arxası üstə uzanmış vəziyyətində, əməliyyatxana şəraitində aparılır. Sidik kanalından sidik kisəyə sistoskopla daxil olmaq üçün xəstənin ayaqları bud çanaq oynağından aralanmış və diz oynağından qatlanmış vəziyyətdə ( ginekoloji kresloda olduğu kimi ) olmalıdır. Sidik kisəsinə daxildən baxış 3 – 5 dəqiqə çəkir, lakin ümumilikdə prosedura özü 20 – 25 dəqiqə vaxt aparır. ( Sistoskopiya nədir – uretroskopiya nədir)

    Sistoskopiya qadında daha asandır, çünki qadın sidik kanalı həm qısadır həm də geniş. Kişidə isə sidik kanalı uzundur, dardır və iki hissədə fizioloji əyriliyi vardır. Ona görə də qadınlarda sistoskopiyanı bəzi hallarda yerli keyidmə altında etsək də, kişilərdə bu mümkün deyildir. Mən çalışıram bütün hallarda sistoskopiyanı vena daxili narkoz altında edim, yəni xəstə yatızdırılsın. Çünki xəstə yatdıqda ağrı hiss etmir və ona görə də sidik kisə divarlarına tələsmədən daha arxayın baxıram, lazımı hərəkəti, manipulyasiyanı edə bilirəm. Sistoskopiyadan bir neçə saat sonra yaxud növbəti gün xəstə evə yazılır. Sistoskopiyanı istənilən yaşda olan xəstədə etmək olar, hətta uşaqlarda da. Uşaqlar üçün daha kiçik ölçülü sistoskop vardır. ( Sistoskopiya nədir )

    Sistoskopiya endoskopik əməliyyatdır və onu bütün xəstələrə təyin etmirik. Əksər hallarda sistoskopiya dəqiqləşdirici metod kimi digər müayinələrdən sonra apaılır.Sistoskopiyaya göstərişi həkim uroloq təyin edir.

     

    Bu göstərişlər hansılardır?

    1. Sidikdə qanın olması

    2. Sidiyin müayinəsi zamanı atipik ( şiş hüceyrələri ) hüceyrələrin tapılması

    3. Çox tez – tez təkrarlanan sistit

    4. Sidik ifrazında yaranan dəyişikliklər, hansı ki, digər müayinələrdə səbəbi tapılmamışdır.

    5. Sidik kisə şişləri

    6. Sidik kisə ilə digər orqanlar arasında sviş olduqda

     

    Sistoskopiyanı həm diaqnostik həm də müalicə məqsədi ilə edirik. Belə ki, sidik kisə leykoplagiyası olduqda və xərçəngə şübhə olduqda sidik kisə divarından kiçik hissə götürülür və histoloji müayinəyə göndərilir. Lakin sidik kisə polipində, sidik kisə daşlarında müalicə məqsədi ilə edilir ( endoskopik yolla daş parçalanır, polip götürülür ), sidik axarına stent, kateter qoyulur, sidik kisə divarında eroziya, yara olduqda o hissə yandırılır ( koaqulyasiya edilir ) və.s. ( Sistoskopiya nədir )

     

    Sistoskopiya və uretroskopiya hansı xəstəliklərin əsas müayinə metodudur?

    Sidik kisə şişləri

    Sidik kisə ilə digər orqanlar ( uşaqlıq, uşaqlıq yolu, uşaqlıq boynu ) arasında sviş olduqda

    Sidik kisə travması ( peritonxarici )

    Sidik kisədə daş

    Sidik kisədə iltihab ( sistit )

    Sidik kanalı daralması

    Sidik kanalının polipləri və digər şişləri

    Sidikdə qan olduqda onun səbəbini müəyyən etmək üçün sistoskopiya edirik. Sidikdə qan əksər hallarda sidik kisəsi xərçəngi, sidik kisə polipi və böyrək xərçəngi ilə əlaqədar olur.

    Həmçinin sidik kisədə yad cisim olduqda onu çıxartmaq və bir sıra əməliyyatların aparılması

     

    Sistoskopiya və uretroskopiyanı nə vaxt etmək olmaz

    1. Sidik – cinsiyyət orqanlarında kəskin iltihabı proses olduqda, sidik kanalından irinli axıntı olduqda.

    2. Xəstədə yüksək hərarət olduqda

    3. Aybaşı vaxtı sitoskopiya etmək olmaz.

     

    Sistoskopiya və uretroskopiyaya necə hazırlaşmalı?

     

    Xəstə səhər yemək yeməməlidir. Cinsiyyət orqanları gigiyenik təmizlənməlidir.

    Sistoskopiya planlı proseduradır, yəni bir neçə gün əvvəldən planlaşdırılır və xəstəyə profilaktik antibakterial preparatlar təyin olunur.

    Əgər xəstə qan durulaşdırıcı dərmanlar-məsələn aspirin qəbul edirsə, bir həftə öncədən onu dayandırmalıdır.

     

    Normal sistoskopiya protokolu necə olmalıdır?

    Sidik kanalının xaici dəliyində sistoskopun tubusu maneəsiz daxil oldu. Sidik kanalı keçiriciliyi normalır, daralma yoxdur, selikli qişada patoloji dəyişiklik yoxdur. Sidik kisə selikli qişası fiziolojidir, divarları hamardır, trabekulyarlıq yoxdur, kisədə daş, divertikul, törəmə, eroziya və leykoplagiyaya şübhəli zona yoxdur. Sidik axarı dəlikləri oval ( aypara və. s formada ) formada olub normal yerində yerləşir. Leto üçbucağı və sidik kisəsi boynu mormal görüntüdədir. ( Sistoskopiya nədir – uroloq – androloq Ziyad Əliyev Bakıda )

    Sistoskopiya qurtardıqdan sonra xəstənin istəyi ilə müayinənin video yazısı ona təqdim olunur.

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər