Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sıx alt paltar geyinmək spermanı necə zəiflədir ?

Sıx alt paltarın spermaya təsiri varikosel effekti yaradır. Androloq Ziyad

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Nəyə görə kişilərə sıx alt paltar geyinmək tövsiyyə olunmur. Sıx alt paltarın spermaya təsiri ? Spermanı necə zəiflədir?

    Bildiyimiz kimi, xayalar cisiyyət vəziləridir. Yəni bioloji aktiv toxumadır. Onlar həm spermatozoidlərin hazırlanmasını həm də cinsi hormon olan testosteronun əsas mənbəyidir. Yəni spermatozoidlər tamamilə, testosteronun isə əsasən xayalarda hazırlanır. ( Sıx alt paltarın spermaya təsiri aşağıda izah olunub )

    Xayalar bütün digər orqanlarda fərqli olaraq bədənin xaricində, xüsusi yataqda – xayalıqda yerləşir. Burada onlar özlərini normal, komfortlu hiss edirlər. Orqanzmin bütün digər orqan və tocumalarından fərqli olaraq xayalığın dərisi altında piy təbəqəsi yoxdur. Yəni, təkamül prosesində xayalıq, yaxud xaya kisəsi piydən azad olub. Onun yerinə isə xayalığın dərisi altında ətli qişa adlanan, ətraf mühitə çox həssas və tez reaksiya vermək qabiliyyəti qazandıran qəbəqə var. Bu isə xayalığa xüsusi bir özəllik qazandırıb.

    Sıx alt paltarın spermaya təsiri varikosel effekti yaradır. Androloq Ziyad

    androloq.az

    Bu özəllik nədir ? Hər bir insan bilir ki, xayalığın dərisi soyuq havada yığılır, isti havada isə boşalır, sallanır. Bu xüsusiyyə xayalara özəl bir termorequlyasiya xüsusiyyəti qazandırıb. Heç bir orqan və toxumada ətraf mühitin temperaturuna bu qədər çevik reaksiya vermək xüsusiyyəti yoxdur. Bu hal da zərurətdən doğub. Belə ki, orqan və toxumaların davranışları onların bioloji xüsusiyyətlərinin təzahürüdür. Belə ki, soyuq havada xayalığın dərisi yığılırsa deməli xayalara soyuqdur. Yaxud özündə olan istiliyi itirməmək üçün dərisi yığılır. Əksinə olaraq isti havada xayaığın dərisi boşalır, sallanır. Yəni xayalığın səthi böyüyür, müvafiq olaraq onun istilikvermə qabiliyyəti də artır. Deməli buradan belə bir qənaətə gəlirik. Xayalığın özünün unikal termorequlyasiya xüsusiyyəti vardır.

     

    Sıx alt paltarın spermaya təsiri. Sıx alt paltar geyinmək varikosel xəstəliyi qədər xayalara mənfi təsiri edir.

    Bəs bu xüsusiyyət haradan doğub, nədən yaranıb? Məlum olub ki, xayalığın daxilində gedən bütün bioloji proseslər, bu prosesləri idarə edən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar, trensmembran G – zülallar yalnız bədən temperaturundan 3 – 4 C aşağı temperaturda fəaliyyət göstərir. Yəni xayalığı temperaturu artarsa dərisi boşalır, sallanır ki, optimal temperauru təmin etsin xayalar üçün. Əksinə ətraf mühitdə temperatur aşağı düşərsə xayalığın dərisi yığılır. Bir sıra xəstəliklər zamanı xayalığın temperaturu artır. Nətiəcədə isə xayalığın funksiyası pozulur. Məsələn : varikosele, hidrosele, limfosele. Varikosele zamanı xayalığın ətrafında venalarda varikoz genişlənmə yaranır. Genişlənmiş venar daima venoz qanla dolu olduğundan xayadaxili bioloji prosesləri pozur. Çünki, qan bədən temperaturudur ( 36,6 – 37 C ), xayalığın temperaturunu yüksəldir. Eləcə də hidrosele zamanı xaya qişaları arasına toplanmış maye bədən temperaturu olduğundan xayanın temperaturunu qaldırır. Həmçinin xayalığın dərisi tarım dartıldığı üçün ətraf mühitin temperatur fərqinə reaksiya verə bilmir. ( Sıx alt paltarın spermaya təsiri barədə aşağıda. )

    Sıx alt paltarın xayalara və spermatozoidlərə təsiri molekulyar səviyyədə?

    Sıx alt paltarın spermaya təsiri varikosel effekti yaradır. Androloq Ziyad

    androloq.az

    Yuxarıda qeyd olunduğu kimi, xayalar bədəndən xaricdə yeləşir və ətraf mühitin temperatur fərqinə reaksiya xüsusiyyəti vardır. Sıx alt paltar da həmçinin, xayalığı bədənə sıxdığı üçün xayaların termorequlyasiyası pozulur. Xayalar uzun müddət bədənə sıxılmış vəziyyətdə qaldıqda termorequlyasiya pozulur və onların bioloji aktivliyi zəifləyir. Həm spermatozoidlərin hazırlanması həm də testosteron sintezi zəifləyir. Prosesin davametmə müddətindən asılı olaraq bu proses geri dönməyən xarakter daşıya bilər. Yəni, bu o deməkdir ki, insan uzun müddət, bir neçə ay yaxud bir neçə il sıx alt paltar geyinərsə onun nəsiltörətmə xüsusiyyətinə mənfi təsir göstərər. Bəs bu necə olur?

    Yuxarıda qeyd etdiyimiz kimi, spermatozoidlər xayalarda hazırlanır. Spermatozoidin temperatur fərqinə çox həssas hissəsi vardır. Bunlar spermatozoidlərin başında olan akrosomal membranın üzərində olan zülallardır. Bunlar öz kimyəvi qruluşuna görə qlikozaaminqlikanlara aiddir. Bu zülalların qarşılıqlı reaksiyası ilə mayalanma prosesinə start verilir. Belə ki, bunlara qruluşca çox yaxın olan zülallar yumurtahüceyrənin də səthində var. Bu zülların qarşılıqlı təsiri Zp reaksiya yaxud spermatozoidin yumurtahüceyrəni tanıması reaksiyası adlanır ( Zp yumurtahüceyrənin şəffaf qişasının adından götürülüb – zona pellusida ). Məhz bu reaksiyadan sonra spermatozoid yumurtahüceyrəyə daxil olur. Göründüyü kimi bu zülallar mayalanma prosesinin başlanması üçün əsas rolu oynayır.

    Yuxarıda qeyd ettdik ki, sıx alt paltar geyindikdə xayalarda termorequlyasiya pozulur. Yəni, bu zaman xayalar bədənə sıx yapışır və temperaturu daima bədən temperaturu olur. Bədən temperaturunun təsirindən yuxarıda qeyd olunan və spermatozoidin başında yerləşən qlikozaminqlikan adlanan bu zülallar denaturasiya uğrayır. Yəni, öz təbii qruluşunu dəyişir. Denaturasiya sözünün hərfi mənada tərcüməsi pıxtalaşma adlanır. Bu zülalların pıxtalaşması spermatozoidin yumurtahüveyrəni tanımasını və reaksiya qabiliyyətini əngəlləyir. Nəticədə mayalanma baştutmur.

    Eyni zamanda xaya daxilində gedən bir çox bioloji proseslər zəifləyir. Nəticədə spermatozoidlərin əmələ gəlmə prosesi də pozulur, onların sayı azalır.

     

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər