Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Peyroni xəstliyi

Peyroni xəstəliyi nədir, peyroni müalicə, əməliyyat androloq Baku dr Ziyad Əliyev. Cinsi orqanda əyrilik, cinsi orqanın əyilməsi.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Peyroni xəstəliyi nədir ?

    Peyroni xəstəliyi dedikdə cinsi orqanın əyilməsi ilə xarakterizə olunan xəstəlik başa düşülür. Əyilmənin dərəcəsindən asılı olaraq ağrılı ereksiya da xarakter əlamətlərdəndir. Məhz bu ağrı normal cinsi əlaqəni mümkünsüz edir. Xəstəliyin adı bu xəstəliklə ilk dəfə qarşılaşan və onun müalicəsi ilə ciddi məşğul olan Fransız cərrahı Fransua Peyroni ilə bağlıdır.

    Peyroni xəstəliyi cinsi orqanın xəstəliyidir və ona görə də yalnız kişilərdə rast gəlinir. Mahiyyətini başa düşmək üçün ilk növbədə cinsi orqanın anatomiyasını, onu təşkil edən strukturları təsəvvür etmək lazımdır. Cinsi orqan iki ədəd mağaralı cisim ( kavernoz cisim ) və bir ədəd ( süngəri cinsim ) spongioz cisimdən ibarətdir. Spongioz cisim boruşəkilli orqandır və sidik kanalını əmələ gətirir. Həmçinin cinsi orqanın ucunda genişlənərək cinsi orqanın başını ( glans penis ). Şəkildən bunu anlamaq o qədər də çətin deyildir.

    Mağaralı cisim cinsi orqanın əsas hissəsini təşkil edir. Cinsi orqanın ereksiya vəziyyətini ala bilməsi, sərtləşməsi məhz bunlarla mümkündür. Belə ki, adından göründüyü kimi mağaralı cisimin adı onun daxilində mağaraların, yəni boşluqların olmasından xəbər verir. Məhz bu boşluqlara qanın dolması ilə cinsi orqan sərtləşir və bu vəziyyət ereksiya adlanır. Ereksiya zamanı mağaralı cisimin boşluqlarındakı təzyiq kəskin yüksəlir. Bu təzyiq nədən artır? Əlbəttə ki, həmin boşluqlara, başqa sözlə desək mağaralara sürətli şəkildə qanın dolması baş verir. Bunun nəticəsində penis, cinsi əlaqənin mümkün ola bilməsi üçün zəruri olan sərtlik qazanır. Mağaralı cisimin daxilndə olan təzyiqə dözüm göstərib cırılmaması üçün onu xaricdən örtən xüsusi fibroz təbəqə vardır. Buna ağlı qişa deyilir. Hər bir mağaralı cisim ayrı – ayrılıqda kapsula şəklində ağlı qişa ilə əhatə olunub.

    Peyroni xəstəliyinin mahiyyəti

    Beləliklə də keçək mətləbə. Peyroni xəstəliyinin mahiyyəti məhz mağaralı cisimi xaricdən örtən ağlı qişanın zədələnməsidir. Necə olur ki, ağlı qişa zədələnir. Bu zədələnmə əsasən travmatikdir. Kobud cinsi əlaqə və müxtəlif zədələnmələr cinsi orqanda Peyroni xəstəliyinə səbəb ola bilər. Belə ki, ağlı qişa çox elastik olan və 3 qatdan ibarət fibroz liflərdən təşkil olunub. Yaş artdıqca travmalara dözümlülüyü azalır, elastikliyi zəifləyir. Ona görə də kiçik bir travmadan cinsi orqanda mikroqansızma ocaqları yarana bilir ki, bu da gələcəkdə peyroni xəstəliyinin yaranması üçün zəmin yaradır. Belə ki, travma almış nahiyyədə ağlı qişaya qansızma olur, onun lifləri cırılır. Zaman keçdikcə həmin nahiyyə qalınlaşır, kobudlaşır və çapıq əmələ gəlir. Buna görə də Peyroni xəstəliyinin başqa adı fibroplastik indurasiyadır. Zaman keçdikcə cinsi orqan çapıq olan tərəfə əyilir.

    Peyroni xəstəliyinin əlamətləri

    Yuxarıda qeyd etdiyimiz kimi üç əsas əlaməti vardır. Cinsi orqanda ağrı, əyilmə və cinsi zəiflik. Adətən əvvəlcə ağrı yaranır və ereksiya epizodlarında daha nəzərəçarpan olur. Daha sonra cinsi orqanda əyilmə yaranır. Əyilmə başlanğıc mərhələdə cinsi əlaqəyə ciddi məhtudiyyət yaradmır. Əyilmə artdıqca ereksiya daha ağrılı olur. Hətta o yerə gətirir ki, insan cinsi əlaqədə olmaqdan imtina edir. Daha sonra isə bütün bu şikayətlərə cinsi zəiflik başqa sözlə desək erektil disfunksiya qoşulur. Adətən bu şikayətlər uzun müddət ərzində inkişaf edir. Lakin çox qısa müddətdə yaranan hallarda mövcuddur. Yuxarıda qeyd olunan bu üç simptom heç də həmişə birlikdə olmurlar. Adətən ağrı hər üç xəstədən ikisində olur. Həmçinin ağrının xarakteri də fərqlənir. Bir qismində ereksiya zamanı, digər qismində yalnız cinsi əlaqə zamanı olur. Hətta ola bilir ki, ereksiya olmadan da ağrı davam yaransın və davam etsin.

    Cinsi orqanın ( penisin ) əyilməsi.

    Peyroni xəstəliyi nədir, peyroni müalicə, əməliyyat androloq Baku dr Ziyad Əliyev. Cinsi orqanda əyrilik, cinsi orqanın əyilməsi.

    Peyroni xəstəliyi zamanı penisdə əyriliklər. Androloq Ziyad Əliyev.

    Yuxarıda qeyd etdiyimiz kimi ağlı qişanın travma zamanı zədələnmiş hissəsi qalınlaşır, çapıqlaşır, sərtləşir və həmin tərəfdə ağlı qişa qısalır. Müvafiq olaraq da ağlı qişa qısalmış tərəfə doğu cinsi orqanı dartıb əyir. Ən çox əyilmələr yuxarıya, qarının ön divarına doğu rast gəlinir. Lakin bütün digər tərəflərə: sağa, sola, aşağıya yaxud eyni vaxtda aşağıya və sağa və.s müxtəlif kombinasiyada əyilmələrə rast gəlinir.

    Peyroni zamanı erektil disfunksiya

    Peyroni xəstəliyi zamanı erektil disfnksiyanın iki əsas səbəbi qeyd edilir.

    1. Cinsi orqanın xarici görünüşünə ( eybəcərliyinə ) görə kişinin keçirdiyi utancaqlıq, sıxıntı və həyacan.
    2. Xəstəliyin yaranmasına səbəb olan travmanın təsiri və xəstəliyin özünün inkişafı ilə əlaqədar olaraq penis toxumasının özündə gedən dəyişikliklər.

    Peyroni xəstəliyi tez yaxud gec cinsi zəifliyə gətirib çıxardır.

    Peyroni xəstəliyinin müayinəsi

    Təcrübəli həkim uroloq yaxud androloq üçün Peyronini aşkarlamaq bir o qədər də çətin deyildir. Bunun üçün əvvəlcə xəstəni ətraflı dinləmək və sadəcə cinsi orqana əllə toxunmaq lazımdır. Toxunmaq dedikdə, daha doğrusu palpasiya etmək. Palmasiyadan əvvəl hansı tərəfə əyilməni əvvəcədən xəstədən soruşmaq və əyilmə tərəfdə fibroz qalınlaşmanı axtarmaq. Bir çox hallarda təkcə əllə yoxlamaqla Peyroni olub olmamasını, yaxud fibroz qalınlaşmış hissənin ölçülərini müəyyən etmək olur. Bəzi hallarda isə əlavə diaqnostik vasitələr köməyimizə çatır. Məsələn usm və mrt ( maqnit rezonans tomoqrafiya ).

    Özlərində peyroni xəstəliyinin əlamətlərini hiss edənlər yaxud cinsi orqanda əyilmə ilə əlaqədar həkimə getmək istəyənlərin etməli olduğu çox vacib iş nədir? Həkimə getməmişdən ereksiya zamanı cinsi orqanı yuxarıdan, sağ, sol tərəflərdən və aşağıdan şəklini çəkin.

    Cinsi orqan damarlarının dopleri yaxud penil dopler Peyroni xəsəliyi ilə əlaqədar müraciət edən xəstələrin hamısına edilməli olan vacib müayinədir. Çünki, bir çox hallarda peyroni olan xəstələrdə cinsi zəifliyin başqa digər səbəbləri də aşkarlanır.

    Peyroni xəstəliyinin müalicəsi

    Əgər əyrilik ciddi deyilsə, pasientə ağrı vermirsə yaxud çox ciddi narahatlıq yaradmırsa altı ay ərzində konservativ müalicəyə önəm verilir. Yəni müxtəlif dərman preparatları ilə müalicə aparılır. Əgər aparılan müalicə fonunda nəzərəçarpacaq yaxşılaşma varsa müalicə davam etdirilir və lazımı tövsiyyələr verilməkə dinamik müşahidə aparılır.

    Əgər cinsi orqanda deformasiya ciddidirsə cərrahi müdaxiləyə önəm verilir. Peyroni xəstəliynin müalicəsində müxtəlf əməliyyat modifikasiyaları mövcuddur. Ayrı ayrılıqda bu barədə ətraflı məlumat veriləcəkdir.

    Peyroni xəstəliyi nədir, peyroni müalicə, əməliyyat androloq Baku dr Ziyad Əliyev. Cinsi orqanda əyrilik, cinsi orqanın əyilməsi.

    Peyroni xəstəliyi. Nesbit əməliyyatı.

    Nesbit əməliyyatı

    Daha tez – tez aparılan əməliyyatlardan biri Nesbit əməliyyatıdır. Bu əməliyyat zamanı əyilmənin əks tərəfində ağlı qişaya büzücü tikiş qoymaqla cinsi orqan düzləndirilir. Bu əməliyyatın çatışmayan xüsusiyyəti cinsi orqan ölçüsünün kiçilməsidir.

    Digər bir əməliyyat növü qraftinqdir. Əməliyyatın mahiyyəti əyilmə tərəfdən ağlı qişanın qalınlaşmış, çapıqlaşmış hissəsini kəsib götürməklə, o nahiyyəni ağızın içindən götürülmüş selikli qişa parçası yamaqlayıb qapamaq.

    Cinsi orqanın protezləşdirilməsi

    Ciddi cinsi zəifliyi olan pasientlərdə isə cinsi orqanın protezləşdirilməsi əməliyyatına önəm verilir. Bu zaman cins orqanın daxilinə slikondan hazırlanmış iki slindir yerləşdirilir. Bu silindirlər xayalıqda yerləşdirilmiş rezervuarla əlaqələndirilir. Xayalıqda dərinin altında olan rezervuara toxunmaqla cinsi orqan daxilindəki slindirlər dolur və cinsi orqan ereksiya vəziyyətini alır.

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər