Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Litotripsiya. Böyrək daşlarının lazerlə müalicəsi.

Litotripsiya böyrək daşı lazerlə müalicə Bakıda, uroloq Ziyad Əliyev. Distansion, kontakt lazer litotripsiya, sidik axarında olan daşların parçalanması.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Litotripsiya nədir?

    Litotripsiya dedikdə sidik yollarında olan daşların bədəndə kəsik aparılmadan xırdalanaraq xaric edilməsi prosedurası başa düşülür. Litotripsiya proseduru litotriptor adlanan cihazın köməkliyi ilə aparılır. Böyrəkdə, sidik axarlarında və sidik kisədə olan daşlar litotripsiyannın müxtəlif növlərindən istifadə etməklə toz halına salınır. Litotripsiyadan sonra sidik ifra edərkən özü də bunun şahidi olur. Belə ki, xəstənin sidiyi bulanıq, qumlu, daşlı olur. Bəzən sidiyin qanlı olması da mümkündür.

    Litotripsiya böyrək daşı lazerlə müalicə Bakıda, uroloq Ziyad Əliyev. Distansion, kontakt lazer litotripsiya, sidik axarında olan daşların parçalanması.

    androloq.az

    Litotripsiyanın aşağıdakı iki forması vardır.

    • Distansion litotripsiya.
    • Kontakt litotripsiya. Kontakt litotripsiya sidik kanalından keçməklə aparılarsa transuretral adlanır. Bədənin hər hansı hissəsində dəlik açılmaqla aparılarsa perkutan litotripsiya adlanır.

     

    Distansion litotripsiya böyrək, sidik axarı və sidik kisə daşlarının müalicəsində.

    Distansion litotripsiya dedikdə, adından göründüyü kimi, bədənə müdaxilə olmadan müəyyən məsafədən aparılır. Belə ki, rentgen yaxud USM ( ultrasəs )  naviqasiya ( görüntüüləmə altında ) daşın yeri dəqiq müəyyən edilir. Daha sonra litotriptor adlanan cihazla daş nişanğaha götürülür. Yəni parçalanmaq üçün hədəflənir. Xəstə tam hazır olduqdan sonra daşqıranın ( litotriptorun ) düyməsinə sıxılır. Daşqıranın iş prinsipi ultrasəs dalğalarını bir nöqtəyə fokuslamaqla alınmış enerjinin təsir gücü ilə daşları parçalamaqdır. Müvafi olaraq usm dalğaları daşın üzərinə fokuslanır. Həkim uroloq isə ya rentgen yaxud uzi ( usm ) naviqasiya altında əməliyyatın gedişini izləyir. Çünki, həm dalğanın təsirindən daşın miqrasiyası ola bilir, onu anında kontrol etmək lazımdır. Həmçinin daşın üzərinə göndərilən dalğaların sayını, sıxlığını və.s tənzimləyir.

    Distansion litotriptorlar görüntüləmə üsuluna görə renten, ultrasəs və qarışıq ( yəni həm rentgen həm də ultrasəs ) olmaqla üç formada ola bilir. Bildiyimiz kimi daşlar rentgendə görünməyinə görə iki qrupa bölünür. Rentgen neqativ və rentgen pozitiv. Yumşaq daşlar rentgendə müəyyən oluna bilmir yaxud çox çətinliklə müəyyən oluna bilir. Bunlar rentgen neqativ daş adlanır. Məsələn urat daşı rentgen neqativdir. Sərt daşlar isə, daha doğrusu sıxlığı yüksək olan daşlar rentgendə asan aşkarlanır. Bunlara rentgen pozitiv daşlar deyilir. Məsələn : oksalat, ksantin, struvit və qarışıq daşlar.

    Litotripsiya böyrək daşı lazerlə müalicə Bakıda, uroloq Ziyad Əliyev. Distansion, kontakt lazer litotripsiya, sidik axarında olan daşların parçalanması.

    androloq.az

    Ona görə də litotripsiya prosedurasından xəstə əvvəl mütləq komputer tomoqrafiya müayinəsindən keçməlidir. Əgər daşın sıxlığı aşağıdırsa rentgen görüntüləmə ilə işləyən litotriptor onu yaxşı görməyəcək yaxud ümumiyyətlə görməyəcək. Ona görə də dügün litotripsiya əməliyyatı icra etmək mümkünsüz olacaq. Bu halda ultrasəs yaxud qarışıq görüntüləməsi olan litotriptorla işləmək lazımdır. Ümumiyyətlə isə daşın sıxlığı 1000 Xaunsfeld və daha yuxarıdırsa distansion üsulla onu parçalamaq demək olar ki, mümkün deyil. Xainsfeld göstəricisi daşlarının sıxlığının ölçü vahididir.

    Distansion litotripsiyanın çatışmazlığı.

    • Əsas çatışmaqlıq əks göstərişlərin çox olmasıdır. Bunlara aşağıdakılar aiddir:
    • Ölçüsü 2 sm – dən böyük daşlar.
    • Sidik axarıda və sidik kanalında daralma.
    • Sidik yollarında hər hansı hissədə irinli və kəskin iltihabın olması. Məsələn prostatit, epididimit, orxit, pielonefrit, kəskin sistit və.s.
    • Daşın sidik axarında uzun müddət qalması.
    • Böyrək sallanması.
    • Böyrək vərəmi, kista və törəmənin olması.
    • Böyrək çatışmazlığı.
    • Əvvəllər keçirilmiş distansion litotripsiyada parçalanmayan daş.
    • Qanında laxtalanma problemi olan insanlar və qandrulaşdırıcı ( aspirin və tərkibində aspirin olan dərmanlar ) qəbul edən insanlar. Hər hansı orqandan qanaxmanın olması. Həmçinin aybaşı vaxtı bu proseduranı aparmaq olmaz.
    • Böyrək damarlarında anevrizma ( damar divarında şarabənzər genişlənmə ) olanlar.

    Bu siyahını artırmaq da olar. Ona görə də distansion litotripsiya daha az hallarda tətbiq olunur.

     

    Son zamanlar, xüsusilə də kontakt lazer litotripsiya (  aşağıda ətraflı məlumat verilib ) tətbiq olunduqdan sonra distansion litotripsiya daha za – az tətbiq edilir. Distansion litotripsiyadan sonra daşın hissəcikləri sidik axarına düşüb çox tez – tez böyrək sancısına səbəb olur. Hətta elə olur ki, çox saylı kiçik ölçüdə olan daşlar sidik axarında üst – üstə toplanaraq sidiyin axmasına mane olur. Bu isə böyrəkdə genişlənməyə səbəb olmaqla şiddətli ağrı, böyrək sancısı yaradır. Hətta bir çox halarda böyrəkdə irinli iltihaba yəni pielonefritə səbəb ola bilir. Belə hallarda isə endoskopik müdaxiləyə, yəni kontakt lazer litotripsiyaya, litoekstraksiyaya, bəsən stent qoymağa ehtiyac duyulur. Məhz bütün bu səbəblərdən distansion litotripsiya zaman keçdikcə daha az – az tətbiq edilir.

    Başqa bir tərəfdən də zərbə dalğasının cüzi də olsa düzgün fokuslanmaması sidik axarının cırılmasına, böyrəkdə böyük ölçüdə hematomanın yaranmasına, qanaxmaya səbəb ola bilir.

    Distansion litotripsiyanın üstünlüyü.

    Litotripsiya böyrək daşı lazerlə müalicə Bakıda, uroloq Ziyad Əliyev. Distansion, kontakt lazer litotripsiya, sidik axarında olan daşların parçalanması.

    androloq.az

    Əsas üstünlük ondan ibarətdir ki, bədənə ümumiyyətlə heç bir müdaxilə edilmədən aparıla bilir. Əlbəttə ki, anesteziyanı çıxmaq şərtilə.

    Kontakt pnevmatik litotripsiya nədir?

    Kontakt litotripsiyanın da iki əsas forması vardır. Pnevmatik və lazer litotripsiya. Pnevmatik litotriptor, adından göründüyü kimi, hava dalğası ilə işləyir. Lazer litotriptorlar daha müasirdir və daha geniş tətbiq spektri vardır.

    Kontakt litotripsiya distansion litotripsiyadan fərqli olaraq daşı gözlə görərək parçalama metodudur. Bu zaman orqanizmə əsasən sidik kanalından, çox az hallarda isə bel yaxud qarın boşluğu tərəfdən kiçik dəlikdən daxil olmaqla aparılır. Bədəndə kəsik aparılmır. Kontakt litotripsiya zamanı da daşın parçalanması əsasən zərbə dalğası ilə baş verir. Lakin xüsusi özəllikləri ilə daha fərqli bir prosedurdur. Xüsusən də son illərin elmi naliyyətləri bu metodu daha da təkil etmişdir. Ona görə də distsnsion litotripsiya üzərində çox ciddi üstünlükləri, geniş tətbiq spektri vardır.

    Son bir neçə ilə qədər kontakt litotripsiya xüsusi pnevmatikli litotriptor alətlər vasitəsilə edilirdi. Belə ki, yxarıda qeyd etdiyimiz kimi kontakt litotripsiya üçün sidik kanalından daxil olmaq lazımdır. Daşın yerləşdiyi yerə müvafiq olaraq sidik kisəyə, sidik axarlarına və böyrəyə qədər qalxmaq mümkündür. Əgər daş sidik kisədədirsə sistoskopla, sidik axarı və böyrəkdədirsə ureteroskop yaxud nefroskopla daxil olunur. Sistoskop, ureteroskop, nefroskop ucluqları xüsusi dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətlərdir. Bu kameradan alınan görüntü xüsusi optik şunur vasitəsilə ekrana ötürülür.

    Yuxarıda sadaladığım alətlərin işçi kanalları vardır. Belə ki, sistoskopla sidik kisəyə daxil oluruq sidik kanalından. Bu sistoskopun içərisində bir ya iki kanal olur ki, biz bu kanal vasitəsilə daşqıran litotriptorun ucluğunu sidik kisəyə daxil edirik. Bütün bu prosesi ekranda izləyib kontrol edirik. Daşqırma prosesin üçün daşı əvvəlcə görüntüləyirik, daşqıranın ucluğunu daşa dirədikdən sonra daşqıranın pedalına basırıq. Beləlikə də sidik kisədə olan daş göz qabağında parçalanır, toz halına salınır. Adətən bu əməliyyatlar beldən aşağı hissənin keyidilmsilə aparılır. Buna spinal anesyeziya deyilir. Ona görə də xəstənin huşu üstündə olur, raha t danışır və əməliyyatı izləyir. Əlbətttə ki, izləmək arzusu varsa. Əgər pasient baxmaq istəmirsə yüngül yatızdırılır ki, ətrafdan izolyasiya olunsun, həyəcən yaşamasın. Pnevmatik litotriptorun xüssusi dalğa generatoru vardır ki, həkim pedala basarkən daşın üzərinə güclü səs dalğası seli bıraxılır. Məhz bu dalğanın təsirindən daşlar parçalanır.

    Pnevmatik litotriptorun çatışmazlığı.

    Pnevmatik litotriptorla işləyərkən dalğanın zərbəsindən daş göz qabağında silkələnir, hətta görüntü sahəsindən qaçır, uzağa sıçrayır. Məhz bu effekt pnevmatik litotriptorların əsas çatışmazlığı hesab olunur. Xüsusən də əgər daşın sıxlığı yüksək olarsa. Belə ki, yumşaq daşlar daşqırma zamanı yuxarı qaçsa da hər dəfə daha çox fraqmentasiya olur. Belə ki, sidik axarına aşağıdan daxil olub sidik axarındakı daşı qırmaq istədikdə daş yuxarıya, böyrəyə doğru qaçır, diyirlənir. Bəzən elə olur ki, daş böyrəyin içərisinə qaçır və hər hansı kasacığa dail olur ki, orada da onu tapıb parçalamaq mümkün olmur. Məhz bu çatışmazlıq pnevmatik litotriptorların tətbiqini sidik axarı daşlarının müalicəsi üçün məhdudlaşdırır.

    Pnevmatik litotripsiyanın üstünlüyü.

    Litotripsiya böyrək daşı lazerlə müalicə Bakıda, uroloq Ziyad Əliyev. Distansion, kontakt lazer litotripsiya, sidik axarında olan daşların parçalanması.

    androloq.az

    Lakin böyük ölçüdə böyrək daşları və sidik kisənin böyük ölçüdə daşlarının parçalanmaı üçün pnevmatik litotriptor geniş tətbiq edilməkdədir. Böyük ölçüdə böyrək daşlarının, məsələn 4 – 5 sm – lik daşların sidik kanalından keçməklə parçalanması, toz halına salınaraq xaric edilməsi demək olar ki, mümkünsüzdür. Bunlar üçün ən geniş istifadə edilən əməliyyat növü perkutan əməliyyatdır. Perkutan əməliyyat, bel nahiyyəsində 1,0 sm – ə qədər ölçüdə kiçik bir dəlikdən böyrəyə daxil omaqla aparılır. Kutanea – dəri deməkdir. Perkutan dedikdə dəridən keçməklə aparılan əməliyyat başa düşülür. Bu əməliyyat üçün istifadə edilən alət nefroskop adlanır. Nefro – böyrək, skopiya – görüntüləmə deməkdir. Nefroskopun diametri nisbətən geniş olduğu üçün, hətta bir sm – ə qədər ölçüdə daş hissəciklərini xaric etmək olur. Bu əməliyyat məhz pnevmatik daşqıranla aparılır. Pnevmatik daşqırma zamanı daşlar daha böyük ölçüdə hissələrə parçalanır. Ona görə də pnevatik daşqıranlar böyük ölçüdə böyrək daşlarını parçalamaq üçün əsas vasitə olaraq qalmaqdadır.

    Kontakt lazer litotripsiya.

    Lazer kontakt litotripsiya böyrək daşı müalicəsinin ən müasir üsuludur. Bu zaman da daşın parçalanması vizual kontrol altında aparılır, yəni daş göz qabağında toza çevrilir. Bəli, məhz toz halına çevrilir. Lazerlə daşqırmanın əsas üstünlüyü də elə budur. Hətta ən yüksək sıxlıqlı daşlar lazerlə asanlıqla parçalanır.

    Lazer dedikdə məcburi şüalanmasından alınan enerji başa düşülür. Laser – : “ Light Amplifikation by Stimulated Emission of Radiation “ . Yuxarıda qeyd etdiyimiz kimi, görünütləmə üçün istifadə etdiyimiz alətlərin ( sistoskop, ureteroskop, nefroskop ) işçi kanalınan istifadə etməklə lazerin ucluğunu da daşa yaxınlaşdırırıq. Məsələn ureteroskopla sidik axarına daxil olmuşuq, artıq daşı görürük. Optimal bir məsafədə daşı nəzarətdə saxlamaqla lazerin ucluğunu daxil edib ekranda görünənədək içəri göndəririk. Budur lazerin ucluğu göründü. Lazerlərin ucluğu adətən yaşıl işıq saçır, lakin qırmızı və göy rəng də ola bilir. Bu işıq yanan ucluğu daşa dirəyib lazerin pedalını basırıq. Budur daş, göz qabağında parçalanmağa başladı. Holmium lazerin üstünlüyü sidik axarı daşlarının müalicəsində əvəzsizdir. Xüsusən də, daş sidik axarının yuxarı 1/3 – i adlanan hissəsində olduqda. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, lazerlə daşqırma zamanı demək olar ki, daşın miqrasiyası olmur. Yəni lazerin zərbəsindən daş yerini dəyişmir, yaxud çox cüzi dəyişir.

    http://androloq.az/uslugi/sidik-dasi-xesteliyi-boyrek-dasi-uroloq-androloq/

    https://androloq.az/uslugi/boyrek-sancisi/

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://boyrekdasi.az/

    https://prostatvezi.az/

    https://varikosele.az/

    https://androloq.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər