Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosele əməliyyatından sonra sperma analizi

Varikosel əməliyyatından sonra sperma analzi

QƏBULA YAZIL

Anonimlik qorunur

Varikosel əməliyyatından 3 ay sonra sperma analizi vermək olar ?

Varikosel əməliyyatından sonra sperma analzi nə vaxt verilə bilər ? Əməliyyatdan sonra sperma analizi verərkən mütləq spermatozoidlərin yaranma, çoxalma, yetişmə və formalaşma prosesləri nəzərə alınmalıdır. Belə ki, ana herminogen hüceyrədən yetkin spermatozoidin əmələ gəlməsinə qədərki dövr spermatogenez adlanır. Ortalama bu müddət 90 gün davam edir. Ona görə də mikroskopik ( mikrocərrhi ) varikosel əməliyyatından 3 ay sonra təkrar sperma analizi vermək olar. Daha doğrusu xəstələrə tövsiyyə olunur ki, təkrar sperm analizi əməliyyatın 3 aylığında verilsin.

 

Varikosel əməliyyatından sonra sperma analzi, androloq Baku, dr ziyad aliyev

 

Bütün bu dinamik müşahidə dövründə xəstənin sperm göstəricilərinin normallaşdırılması üçün digər alternativ müalicə vasitələrindən də istifadə edilməlidir. Bir çox hallarda xəstələr əməliyyatdan imtina edir. Bunun səbəbini biz çox yaxşı bilirik. Yazıram siz də bilin. Əsas səbəb yaxın adamlarında, qohumunda, tanışında aparılan uğursuz əməliyyatlardır. Bəli, bu belədir. Çünki, klinik olaraq aşkarlanan və birbaşa cərrahi müdaxilyə ehtiyac duyulan xəstələrə cərrahi müdaxilə məsləhət edərkən olnarda bu əməliyyatla bağlı çox ciddi təşviş vardır. Bu təşviş əməliyyat olunmaqdan qorxmaqla bağlı deyildir. Əvvəllər uğursuz əməliyyat keçirmiş çoxlu sayda tanış və qohumlarının taleyini yaşamaq istəməməyi ilə bağlıdır. Əlbəttə ki, biz nə qədər də izah etsək, aydınlıq gətirməyə çalışsaq belə insanların əksəriyyəti gələcəkdə sonsuz ola bilmək qorxusu ilə əməliyyatdan imtina edirlər. Mən onlara izah etməyə alışıram ki, sizin ətrafınızda olan və uğursuz əməliyyat keçirən insanların heç biri mikrocərrahi əməliyyat keçirməyib.Varikosel əməliyyatından sonra sperma analzi, dr ziyad aliyev, androloq Baku

Yalnız köhnə üsul və köhnə yanaşma və prinsiplərlə əməliyyat olunublar. Əməliyyatdan sonra da heç biri adekvat müalicə almayıblar. Müasir elmin andrologiya və spermatologiyaya tətbiqi sayəsində əvvəllər mümkün olmayan yaxud az effektiv olan metodlar daha da təkmilləşib. Artıq bir neçə ildir ki, biz varikosel əməliyyatını yalnız mikroskopik üsulla ( mikrocərrahi yolla ) icra edirik. Minlərlə xəstə üzərində icra etdiyimiz mikrocərrahi əməliyyatlar bir daha onu deməyə əsas verir ki, mikroskop altında aparılan əməliyyat əsil qızıl standartdır. ( Varikosel əməliyyatından sonra sperma analzi )

 

 

Ən yaxşı spermaqramma göstəriciləri varikoseleektomiya əməliyyatından neçə ay sonra olur ?

Varikosel əməliyyatından sonra sperm göstəricilərinin ən yaxşı vəziyyəti əməliyyatın 6 aylığında olur. Əgər əməliyyatdan 6 ay sonra sperm göstəricilərində müsbətə doğru ciddi dəyişiklik vardırsa 9 və 12 ci aylar gözlənilməsi və spermoqram analizləri təkrarlanmalıdır. 90 % – dən artıq hallarda 6 ay müddətində spermoqramda hər hansı dəyişiklik yoxdursa, sonrakı aylarda əməliyyat səbəbindən hər hansı bir irəliləyiş baş vermir. Əlbəttə ki, əməliyyat düzgün aparılıbsa. Düzgün əməliyyat dedikdə varikoselin müalicəsində müasir dünya standartı olaraq qəbul edilmiş mikrocərrahi üsul nəzərdə tutulub. Çünki, qarantlı olaraq arterial damarların qorunması əsasən mikrocərrahi ( mikroskopik ) üsulla mümkündür.

Varikoseli olan xəstələrin 10 % – i ata olmaq qabiliyyətini saxlayır. Ona görə də xəstə dedikdə ki, qohumumda yaxud tanışımda varikosel var, lakin uşağı oldu. Bəli bu mümkündür deyə cavab veririk, xəstələrin 10 % – də. Əməliyyatdan sonra isə bu göstərici dəyişir 76 – 80 % – olur. ( Varikosel əməliyyatından sonra sperma analzi )

 

Spermatozoidlərin əmələ gəlməsi haqqında

Spermatozoidlərin əmələ gəlmə prosesi spermatogenez adlanır. Bu proses 4 əsas mərhələdən ibarətdir : əmələ gəlmə, çoxalma, yetişmə və formalaşma. Bütünlükdə proses 75 – 90 gün ərzində mümkün olur. Spermatozoidlərin əmələ gəlmə və çoxalması xayada, yetişmə və formalaşma prosesi isə xaya artımında ( epididimisdə ) gedir. Əməliyyatdan sonrakı 15 – 20 gün ərzində xayanın venoz drenajının kəskin dəyişikliyi ilə əlaqədar olaraq xayalıqda nisbətən şişkinlik, ödem və venoz damarların daha aydın nəzərə çarpması müşahidə edilir. Daha sonra isə venoz drenaj normallaşır və xaya toxumasının normal trofikası bərpa olur. Ona görə də əməliyyatdan sonrakı 15 – 20 gün və spermatogenezin 75 – 90 gününü nəzərə alaraq əmliyyatdan ən azı 3 ay sonra spermaqramma vermək tövsiyyə olunur. Əgər spermaqram göstəricilərinin aşağı olmasının səbəbi varikosele olubsa, ən optimal sperm göstəriciləri adətən əməliyyatdan sonrakı 6 cı aya təsadüf edir.

Yekun

Yekun : spermaqramma analizi varikosel əməliyyatından sonra tam 3 ay keçdikdən sonra verilməlidir. Əgər spermaqram göstəriciləri tam tormallaşmayıbsa növbəti 3 ay da keçməlidir ki, xayanın tam potensialı üzə çıxsın və ən yüksək spermoqram göstəriciləri alınsın.

 

https://androloq.az/uslugi/varikosel-nedir-sperma-faizi-sonsuzluq/

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/az/

https://boyrekdasi.az/az/

Sosial şəbəkələrdə paylaş