Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Uşağın cinsinin təyini, uşağın cinsiyyəti.

UşağıUşağın cinsinin təyini, cinsiyyət oğlan, qız, androloq Ziyad Əliyev Bakıda.n cinsinin təyini

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Uşağın cinsinin təyini. Oğlan yaxud qız ?

    Uşağın cinsinin təyini, yaxud hamiləlik planlaşdırılarkən gələcək övladının oğlan yaxud qız olmasının “ sifarişi “ olduqca aktual mövzudur. Statistik məlumatlara görə doğulan uşaqların 52 % – i oğlan, 48 % – i isə qızdır. Yəni, hər doğulan 100 qıza 106 oğlan düşür. Dölün cinsinin əvvəlcədən planlaşdırılması həmişə aktual məsələlərdən olub. Bu vaxta qədər dölün cinsinin əvvəlcədən planlaşdırılması üçün istifadə edilən metodların arasında elmi cəhətdən özünü doğruldan və təstiqini tapanı barədə indi sizə ətraflı izahat verəcəm. Düzdür insanlar daha çox xalq təbabətinə əsaslanan üsullara daha çox üstünlük verir, buna baxmayaraq elm bu sahədə heç də ondan geri qalmır.

    Uşağın cinsinin təyini, cinsiyyət oğlan, qız, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

     

    İnsan genetikası haqqında qısa məlumat. Uşağın cinsinin təyini.

    Yəqin xatırlatmaq yerinə düşərdi ki, doğulacaq uşağın cinsi spermatozoiddən asılıdır. İnsan hüceyrələrinin genomu 46 xromosomdan ibarətdir. Bunlardan axırıncı iki xromosom ( 45 və 46 – cı ) cinsi xromosomdur. Qalan digər 44 xromosom isə somatik xromosomlar adlanır. Cinsi xromosomlar kişidə və qadında fərqlidir. Qadında axırıncı iki xromosom, yəni cinsi xromosomlar XX, kişidə isə XY .

    Orqanizmin bütün digər hüceyrələrindən fərqli olaraq isə cinsi hüceyrələr 23 xromosomludur. Bunlardan 22 – si somatik, 1 – i ( 23 – cü ) isə cinsi xromasomdur. Qadın yumurta hüceyrəsində cinsi xromasom X – dır. Kişi cinsi hüceyrəsi olan spermatozoidlərin  50 % – i X, digər 50 % – i Y xromosom daşıyır. X xromosom daşıyanlar ginesperma, Y xromosomlu spermatozoidlər isə androsperma adlanır. Əgər mayalanma prosesində yumurtahüceyrəni Y xromosomlu spermatozoid ( androsperma ) mayalandırırsa oğlan döl inkişaf edir. X xromosomlu spermatozoid ( ginesperma ) mayalandırırsa qız döl inkişaf edir. Beləliklə də doğulacaq uşağın cinsi asılıdır yumurtahüceyrəni mayalandıran spermatozoidin Y yaxud X xromosomlu olmasından. ( Uşağın cinsinin təyini, cinsiyyət oğlan, qız, androloq Ziyad Əliyev Bakıda.)

    Uşağın cinsinin təyini, cinsiyyət oğlan, qız, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    X və Y xpermatozoidlərin fərqi.

    Y spermatozoidlərin ( androsperma ) elektron mikroskopik öyrənilməsi sübut edib ki, onkar daha yüngül və daha kiçikdirlər. Çünki, onların nüvəsində DNT ( dezoksiribonuklein turşusu ) daha azdır. Ona görə də onlar daha aktivdir və yumurta hüceyrəyə daha tez çatmaq şansları var. Lakin onlar ətraf mühitin faktorlarına qarşı çox həssasdırlar. Onlar qələvi mühiti daha çox sevir, turş mühitə dözümsüzdürlər. Qadın cinsiyyət yollarına düşdükdə adətən 24 – 36 saatdan çox yaşamırlar. Məhz bu xüsusiyyətlərinə görə X və Y spermatozoidləri fraksiyaya ayırıb süni mayalanmada isifadə etmək olur. Belə ki, Y və X xromosomları fraksiyalara ayırmaqla qız və oğlan sifarişləri qəbul oluna bilir.

    X spermatozoidlər ( androsperma ) isə daha böyük və daha ağırdırlar. Bunların nüvə maddəsi ( DNT ) daha çoxdur. Daha yavaş hərəkət edirlər. Ətraf mühitin faktorlarına dözümlüdürlər, qadın cinsiyyət yollarına düşdükdə daha uzun müddət?  5 – 6 gün yaşayırlar.

     

    Aşağıdakı hallarda qızın doğulma ehtimalı yüksəkdir

    1. Əgər cinsi əaqə ovulyasiyadan 2 – 4 gün əvvəl olubsa. Çünki bu dövrdə qadın cinsiyyət yollarının ph – ı turş olur. Bu mühitə Y xromosomlu spermatozoidlər az dözümlüdürlər, ona görə də tez tələf olurlar. Deməli yumurtahüceyrəni X spermatozoid mayalandıracaq. Ph dedikdə mühitin turşu qələvi müvazinəti başa düşülür. Ph – ın 7 olması neytral, 7 – dən aşağı turş, 7 – dən yuxarı isə qələvi mühit deməkdir.
    2. Əgər cinsi əlaqə ənənəvi şəkildə ( missioner pozası ) olursa, bu halda da spermatozoidlər uşaqlıq boynundan daha uzaq məsafəyə tökülür, harada ki, nisbətən turş mühit var. Yuxarıda qeyd etdiyimiz kimi turş mühitdə Y spermatozoidlər az yaşayır və tələf olurlar. Yenə də qız dölün yaranma ehtimalı artır.
    3. Əgər cinsi əlaqə zamanı kişi erkən boşalır və qadın bu hissi yaşamırsa, mühit yenə də turş olur. Bu halda da Y spermatozoidlər tez tələf olurlar. X xromosomlu ginesperma isə bu mühitə dözümlüdür və onun yumurtahüceyrə ilə görüşmə şansı yüksəkdir.
    4. Əgər kişi ( gələcək ata ) daima sıx alt paltar geyinirsə, işi həddən artıq isti şəraitdədirsə, siqaret çəkirsə, daha çox bitki mənşəli qidalarla qidalanırsa X – spermatozoidlərin şansı daha çoxdur.
    5. Əgər son iki ayda aktiv cinsi həyat yaşamayıblarsa, gec – gec olublarsa cinsi əlaqədə ( yəni həftədə 1 dəfə ) . Belə ki, gec – gec cinsi əlaqədə olduqda eyakulyatda X spermatozoidlərin konsentrasiyası artır və qız doğulma ehtimalı yüksəlir.
    6. Əgər aybşı qurtarandan sonra hər gün cinsi əlaqədə olurlarsa eyakulyatda Y spermatozoidlərin konsentrasiyası azalır. ( Uşağın cinsinin təyini )

     

    Aşağıdakı hallarda oğlan olma şansı yüksəkdir

    1. Əgər cinsi əlaqə ovulyasiyadan 12 saat əvvəl və ovulyasiya saatlarında yaxud ovulyasiyada 12 saat sonra olarsa oğlan olma ehtimalı yüksəkdir. Y spermatozoidlər daha aktiv olduğundan, onlar yumurtahüceyrəyə daha tez çatır və mayalandırır. Həm də ona görə ki, ovulyasiya öncəsi qadın cinsiyyət yollarında ph daha qələvi xarakterli olur. Bu isə Y xromosomlu spermatozoidlərə daha aktiv daha uzun müddət yaşamaq şansı verir.
    2. Əgər cinsi əlaqə zamanı cinsi orqanın vaginaya maksimum çox daxil olduğu vəziyyət (poza ) seçilərsə spermatozoidlər uşaqlığa daha tez çatır. Y spermatozoidlərin daha az yaşamalarını və sürətli olmalarını nəzərə alaraq bu olduqca vacib şərtdir.
    3. Əgər kişidə erkən boşalma ( eyakulyasiya ) yoxdursa və qadın normal cinsi həzzə çata bilirsə uşaqlıq yolu ph – ı qələviləşir. Bu hal isə Y – spermatozoidə daha uzun müddət yaşama şansı verir. Həmçinin əgər qadın cinsi əlaqədən əvvəl adi içməli su ilə uşaqlıq yolunu azacıq isladarsa da eyni effekt alına bilir. Yəni mühit qismən qələviləşir.
    4. Əgər ovulyasiyaya qədərki son 4 – 5 gündə cinsi fisilə olarsa Y spermatozoidlərin konsentrasiyası artır.
    5. Əgər son iki ayda aktiv cinsi həyat yaşayıblarsa ( iki gündə bir dəfə ). Bu halda da hesab edilir ki, eyakulyatda Y spermatozoidlərin konsentrasiyası artır. ( Uşağın cinsinin təyini )

    Qeyd

    Aşağıda yazılan metodika ABŞ – ın Virciniya genetika institutunda hazırlanıb. Buna hamiləlik planlaşdırmanın fizioloji metodu deyilir. Effektivliyi 70 – 75 % – dir. Nisbətən çətin tərəfi ovulyasiyanın dəqiq vaxtının müəyyən edilməsidir. B unun üçün də ovulyasiya testi istifadə edə bilərsiniz. Ovulyasiya testi ilə sidikdə LH hormonun maksimum səviyyəsini müəyyən etdikdən 24 – 36 saat sonra ovulyasiya baş verir.

    Ovulyasiya testini nə vaxt etməli ?

    Əgər sizdə aybaşı tsikli requlyardırsa, yəni vaxtı – vaxtında olursa növbəti aybaşının başlamasına 17 gün qalmış başlayın. Yəni ki, sizin tsikliniz 28 gündürsə 11 – ci günündən, 33 gündürsə 16 – cı günündən başlayın. Xatırladım ki, tsiklin birinci günü dedikdə aybaşının başladığı gün hesab olunur.

    Əgər sizin tsikliniz requlyar deyilsə, yəni ki, hər dəfə eyni vaxtda olmursa, son 6 ayda olan ən qısa tsikli seçin. Yəni son 6 ayda 26 gün də olub 28, 30, 33 gün də. Siz 26 gündən hesablayın. Belə olduqda 26 – 17 = 9. Yəni aybaşının 9 – cu günü edin ovulyasiya testini. Belə olan halda ola bilər ki sizə 5 yaxud 10 test lazım olsun. Bir qutuda 5 test olur.

    Teti istifadə etməzdən əvvəl mütləq istifadə qaydasını oxuyun və təlimata uyğun edin. Səhərlər yuxudan duran kimi yoxlamaq birinci əsas şərtdir. Testin üzərində iki xətt olur. Birincisi əsas, ikincisi isə kontrol. Əgər birinci xəttin rəngi ikincidən açıqdırsa deməli hələ ovulyasiyaya 24 – 36 saatdan çox vaxt qalıb. Əgər birinci xətt eynilə ikinci kimidirsə yaxud ikincidən tünd rəngdədirsə ovulyasiya yaxın 24 – 36 saatda olacaq.

    Sizə maraqlı ola biləcək bir neçə statistik məlumat
    1. Əgər iki doğuş arasında fasilə iki ildən azdırsa çox vaxt uşaqların cinsləri eyni olur. Yəni əvvəlki oğlan olubsa sonrakı da oğlan olma şansı yüksəkdir, qız olubsa qız. Buradan belə nəticəyə gəlmək olar ki, birinci övladınız qız olubsa və oğlan uşağı istəyirsinizsə, bu iki doğuş arasındakı fasilənin üç il olmasını gözləmək məsləhətdir.

    Əgər iki doğuş arasındakı fasilə 3 ildən artıqdırsa, çox vaxt əks cinsi uşaq doğulur. Yəni birinci oğlan olubsa , ikincinin qız olma şansı daha yüksəkdir.

    1. Əgər abortdan dərhal sonra hamiləlik qalarsa bu halda qız dölün doğulma şansı yüksəkdir.
    2. Əgər ata anadan böyükdürsə oğlan uşağının doğulma ehtimalı daha yüksəkdir. Əksinə olaraq ana atadan böyükdürsə qız övladının doğulma ehtimalı iki dəfə yüksəkdir. ( Uşağın cinsinin təyini )
    Bir neçə cümlə mayalanma haqqında
    Uşağın cinsinin təyini, cinsiyyət oğlan, qız, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Əgər USM – də uşaqlıq önə doğru əyilmiş antefleksio ( normal ) vəziyyətdədirsə cinsi əlaqədən sonrakı bir neçə saat ərzində arxası üstə uzamnmaq məsləhətdir. Əgər uşaqlıq arxaya doğru əyilmiş – retrofleksio vəziyyətdədirsə cinsi əlaqədən sonrakı bir neçə saat ərzində qarnı aşağı uzanmaq məsləhətdir.

    Ən vacibi isə budur . . .

    Hamilə qaldıqdan sonra dölün cinsini dəyişmək mümkün deyil. Hər şeydən əvvvəl doğulacaq uşağın cinsinin Allahın ixtiyarında olduğuna əmin ol və cinsindən asılı olmayaraq övladını sev ! Əks halda ana bətnində olarkən sizin övladınız özünü arzuolunmaz və ana və atasının görmək istədiyi kimi olmadığını hiss edə bilər. Sizin övladınız hansı cinsdən doğulursa deməli sizin ailənizə Allah bunu lazım bilib. ( Uşağın cinsinin təyini haqqında çalışdığım qədər məlumat verdim sizlərə )

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər