Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Hiperaktiv sidik kisəsi yaxud qeyri stabil sidik kisə (sidik saxlamazlıq, sidik qaçırtma)

( sidik qaçırtma - sidik saxlamazlıq - sidik buraxma - hiperaktiv sidik kisəsi - sidik qaçırma - sidik kisə xəstəlikləri - uroloq - androloq Ziyad Əliyev Bakı)

QƏBULA YAZIL

Anonimlik qorunur

Hiperaktiv sidik kisəsi dedikdə, sidik kisəsi əzələlərinin qeyri – iradi yığılması nəticəsində qəfildən yaranan və saxlanılması mümkün olmayan yaxud çox çətinliklə mümkün olan sidik ifrazına çagırış nəzərdə tutulur. Xəstələrin 30 % – də sidiyi saxlaya bilməmək səbəbindən sidik qaçırtma da olur. Əsas xüsusiyyət sidiyə çağırışın qəfildən yaranması və məcburedici xarakteridir, ki təxirə salmaq, gecikdirmək mümkün olmur. Xəstəliyin əlamətlərinin meydana çıxması sidik kisəsi cisminin ( əzələvi hissəsi – detruzor ) qeyri – stabil yaxud qeyri – iradi yığılmasıdır,ona görə də hiperaktiv sidik kisəsinə qeyri – stabil sidik kisə yaxud neyrogen sidik kisə də deyirlər. Başqa sözlə desək sidik kisə əzələləri qeyri – iradi olaraq yığılır və insanda sidik ifrazına qeyri adi, əmredici, məcburedici və qarşısı alına bilməyən çağırış yaranır.

Hiperaktiv sidik kisə qadınlarda cavan yaşda, kişilərdə isə əksinə 50 yaşdan yuxarılarda daha çox rast gəlinir. Uzun müddət səhv olaraq belə hesab edirdilər ki, kişilərdə tezləşmiş sidik ifrazı yalnız uroloji xəstəliklər ( sidik kisəsinin iltihabı və daşı, prostatit, prostat adenoması ) fonunda olur. Hal hazırda isə dəqiqləşdirilib ki, qəfləti yaranan və məcburedici ( imperativ ), tezləşmiş sidik ifrazı ilə müraciət edən pasientlərdə əgər sidik ümumi analizi normaldırsa, sidik kisə və sidik axarlarında daş, şiş və sidik ifrazında tezləşmə yarada bilən hər hansı bir xəstəlik yoxdursa deməli xəstənin şikayətləri hiperaktiv sidik kisəsi ilə əlaqədar ola bilər.

 

Hiperaktiv sidik kisənin iki forması vardır, yaş və quru

  1. Sidik qaçırtma ilə müşahidə olunan hiperaktiv sidik kisə ( yaş yaxud nəm HASK ).  HASK müəyyən olunan xəstələrin 1/3 – də sidik qaçırtma müşahidə olunur.
  2. Sidik qaçırtma ilə müşahidə olunmayan hiperaktiv sidik kisə ( quru HASK )

 

Hiperaktiv sidik kisənin əlamətləri

Normada sidik kisədə dolma və boşalma fazaları növbələşir. Belə ki, böyrəklərdə əmələ gələn sidik hər iki sidik axarı ilə sidik kisəsinə axır. Normal halda sidik kisəsi 50 – 60 ml / saat sürətlə dolur. Sidik ifrazına ilkin çağırış sidik kisə yarımçıq olduqda, yəni kisədə sidik 150 – 250 ml olduqda yaranır. İnsanların böyük əksəriyyəti bu siqnalları hiss edir, lakin buna baxmayaraq ayaqyoluna tələsmir, çünki bu zaman yaranan çağırış mülayimdir və tələsməmək olar, ona görə də özünə münasib vaxt olan kimi ayaqyoluna gedir. Sidik kisəsinin aktiv yığılması və sidik ifrazı isə kisədə 250 – 500 ml sidik olduqda yaranır. Lakin hiperaktiv sidik kisəsi zamanı sidik kisəsinin yığılması dolma fazası bitməmiş ( yəni, kisədə az miqdarda sidik olduqda, təqribən 50 – 150 ml ) yaranır, özü də elə güclü olur ki, xəstə özünü güclə qaça – qaça ayaqyoluna çatdırır. Hətta bir sıra hallarda ayaqyoluna tez çatmaq istiyərək qaçarkən yıxılıb travma alan pasientləri də görürük.

 

Sidik qaçırtma – sidik saxlamazlıq – sidik buraxma – hiperaktiv sidik kisəsi

1. Sidiyə getmək istəyinin ( sidik ifrazına çağırış ) gözlənilmədən qəfildən yaranması

2. Sidiyə getmək istəyinin sidik kisə dolu olmadığı hallarda da yaranması

3. Qəfildən yaranan sidik ifrazına çağırışın, saxlanılması, gecikdirilməsi mümkün olmur və məcburedici sidik ifrazı ilə nəticələnir.

4. Sidik ifrazına çağırış o qədər güclü olur ki, insan ayaqyoluna çatana qədər sidikqaçırtma ( sidiksaxlamazlıq ) ilə də nəticələnə bilir. Buna imperativ yaxud urgent sidik saxlamazlığı deyilir. Sutkada iki dəfə və daha çox epizodun olması

5. Gündüz sidik ifrazının 6 dəfədən, gecələr 2 dəfədən çox olması.

 

Bütün bunlar sidik kisəsi sinirlərinin həssaslığının, əzələlərinin isə keçiriciliyinin artması ilə əlaqələndirilir. Belə ki, sidik kisənin çox kiçik qıcıqlara güclü yığılma ilə reaksiya verməsi nəticəsində gözlənilməz, qəfləti yaranan və gecikdirilməsi mümkün olmayan sidik ifrazına çağırışla müşahidə olunur. HASK zamanı müşahidə olunan sidikqaçırtma yaxud sidik saxlamazlıq, sidik saxlamazlıqın digər formalarından onunla fərqlənir ki, sidikqaçırtma sidik ifrazına gözlənilmədən qəfləti çağırış zamanı, yaxud dərhal ondan sonra sidikifrazını saxlamaq mümkün olmadıqda baş verir. Çağırış yarandıqdan sidik ifrazına qədər keçən vaxt bir neçə san – dən bir neçə dəq – yə qədər ola bilər.

Xəstəlik insanın aktiv həyat tərzini pozur, o daima çalışır ki, ayaqyoluna yaxın olsun ki, sidik ifrazına çağırış olduqda özünü çatıra bilsin.sidik saxlamazlıq,sidik qaçırtma Beləliklə də bu insanlar işə getməyə, gəzməyə çıxmağa qorxurlar ki, birdən avtobusda olduqda, yaxud elə bir yerdə ola bilərlər ki, yaxınlıqda ayaqyolu olmaz və sidiyi saxlıya bilməzlər. Hətta işə getməkdən imtina edirlər. Tanışları ilə bir yerdə olduqda çox tez – tez onların ayaqyoluna getməsi ətrafdakıların diqqətini çəkir və beləliklə də bu insanlar get – gedə cəmiyyətdən uzaqlaşırlar, onların həyat keyfiyyəti aşağı düşür, ailədə, məişətdə sosial adaptasiya çətinləşir. Bütün bu narahatlıqlar xəstədə depressiyaya, yuxusuzluğa və digər psixoloji problemlərin yaranmasına səbəb olur.

Hiperaktiv sidik kisənin səbəbləri. Hiperaktiv sidik kisə bir sıra xəstəliklər zamanı müşahidə olunur

1. Onurğanın və baş beyinin müxtəlif xəstəlikləri ( insult, dağınıq skleroz, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi, ensefalitlər, diabetik və alkoqol neyropatiyaları )

2. Onurğanın və baş beyinin anomaliyaları

3. Onurğanın və baş beyinin travmaları

4. Sidik kisəsinin xəstəlikləri və anomaliyaları

5. Sidik – cinsiyyət yollarının müxtəlif xəstəliklərində ( prostat adenoması )

6. Yaşla əlaqədar.

7. Müxtəlif hormonal xəstəliklər nəticəsində sidik kisəsinin daxili qoruyucu qatının zədələnməsilə əlaqədar sinir – reseptor həssaslığının yüksəlməsi və.s

8. Müxtəlif stresli vəziyyətlər, alkoqol, kofein qəbulu, çox maye qəbulu əlamətləri daha da artırır

 

Diaqnostikası 

Hiperaktiv sidik kisəsi haqqında danışarkən, xəstədə eyni əlamətləri verən digər xəstəliklərin olması tam inkar edilməlidir. Əgər yuxarıda qeyd edilən əlamətlərlə müraciət edən xəstədə sidik kisəsi və prostat vəzin iltihabı, interstisial sistit, sidik kisədə, sidik kanalında və sidik axarlarında daş, sidik kisə və prostat vəzidə şiş yoxdursa xəstədə hiperaktiv sidik kisəsi var demək olar. Praktikada hiperaktiv sidik kisəsinin başqa xəstəliklər kimi müalicəsinə, məsələn: sistit, sidik kisəsinin leykoplagiyası, prostatit adı altında qeyri – düzgün müalicəsi ilə biz həkim – uroloqlar çox tez – tez rastlaşırıq. Belə pasientlər ya müalicənin effektsizliyi səbəbindən tez – tez həkim dəyişir. Bunların bir qismi bizi axtarıb tapır və sağalır, başqa bir qismi isə uzunmüddətli müalicənin effektsizliyindən yorulur və ümumiyətlə müalicə almaqdan imtina edirək belə düşünür ki, müalicəsi mümkün deyil. Bəziləri isə özünümüalicə ilə məşğul olurlar.

Həkim uroloqların hamısı HASK barədə məlumatlıdır, ola bilər ki, kiminsə maraq dairəsində deyil, yaxud daha az məşğul olur və.s. Statistikaya görə prostat adenomsı ilə müraciət edən pasientlərin təqribən 1/3 – də əlamətlərin əsas səbəbi hiperaktiv sidik kisə olur. Qeyri düzgün diaqnostika səbəbindən bunların hamısına prostat adenoması ilə əlaqədar cərrahi müalicə məsləhət görülür. Məhz ona görə də, hətta prostat adenomasından əməliyyat olunan pasientlərin təqribən 1/3 – də əməliyyatdan sonra da tez – tez sidik ifrazı saxlanılır. Bütün bunların səbəbi xəstələrin müayinəsi zamanı yol verilən səhvlər və qeyri düzgün diaqnostikadır.  Diğər sahələrdə çalışan həkimlər, xüsusən də ginekoloqların bu barədə məlumatlı olmaları vacibdir. Çünki əksər hallarda qadınlar sidik – cinsiyyət yolları ilə əlaqəli hər hansı problem olduqda birinci növbədə ginekoloqa müraciət edirlər.

 

Xəstədən soruşulan sorğu məlumatları düzgün diaqnozun əsasını təşkil edir

Əgər xəstə tez – tez sidik ifrazına çıxırsa, sidik ifrazı gözlənilmədən qəfildən yaranırsa, bir neçə saniyə yaxud dəqiqə ərzində özünü ayaqyoluna çatdırmaq məcburiyyətində olduğunu deyirsə, bəzən sidikqaçırtma ilə də müşahidə olunursa həkim hiperaktiv sidik kisəsini yaddan çıxartmamalıdır. Sözsüz ki, sidik ümümi analizi, usm və sistoskopiya müayinəsində  bu əlaqmətləri verə biləcək başqa somatik xəstəlik olmadıqda HASK – dən söhbət gedə bilər.  Sidikqaçırtma bütün hallarda olmur.

Diaqnozu müəyyənləşdirmək üçün ilk növbədə həkim xəstədən sorğu ( anamnez ) məlumatlarını dolğunluğu ilə toplamalıdır.

Bura aiddir: xəstəliyin ilkin əlamətləri nə vaxt, nədən sonra yaranmışdır, xəstəliyin əlamətlərinin kəskinliyi nədən asılıdır, bu xəstəliyə görə müalicə alıbmı, sidiyə getmə gündəliyi ( hər dəfə sidiyə çıxanda vaxtı, sidiyin miqdarını, həmçinin hansı mayedən nə qədər və nə vaxt qəbul etdiyini qeyd eləməlidir ) azı 3 – 4 gün ərzində, sidik ifazının xarakteri ( ağrılı, yandırma ilə, qırıq-qırıq, sidik qaçırtmanın olması ), qasıq üstü və böyrək nahiyyələrində ağrının olması yaxud olmaması. HASK üçün sidik kisəsinin proyeksiyası, qasıqüstü nahiyyədə, bel nahiyyədə ağrının olması qətiyyən xarakter deyil.

 

Xəstə bu suallara cavab verməlidir?

1 .Sutka ərzində sidiyə neçə dəfə çıxırsız ?

2. Gün ərzində sidiyə neçə dəfə çıxırsız ?

3. Gecə sidiyə çıxmaq üçün neçə dəfə yuxudan oyanırsız ?

4. Qəfildən, gözlənilmədən yaranan və saxanılması çox çətin olan sidik ifrazı nə dərəcədə tez – tez olur ? ( hər gün yaxud gündə neçə dəfə və.s )

5. Əgər ayaqyoluna çatana qədər sizdə sidikqaçırtma olursa təqribən nə qədər sidik qaçırdırsız ?

6. Asqırma, öskürmə, gülmə zamanı, yaxud qaçanda, tullananda sidikqaçırtma olurmu ?

İmperativ yaxud urgent sidik saxlamazlığın stres sidik saxlamazlığından fərqi aşağıdakı cədvəldə göstərilmişdir

 

Əlamətlər Hiperaktiv sidik kisə (imperativ sidiksaxlamazlıq) Stres sidiksaxlamazlıq yaxud gərginlik sidik saxlamazlığı
Sutka ərzində 8 dəfədən çox sidik ifrazı ( gün ərzində 6 dan, gecə 2 dəfədən çox ) Bəli Xeyir
Gözlənilmədən, qəfildən yaranan və saxlanılması çox çətin olan sidik ifrazı çağırışı Bəli Xeyir
Gecələr yuxuda olarkən qəfildən yaranan sidik ifrazına çağırışla əlaqədar 1-2 və daha çox sidiyə durma Bəli Xeyir
Sidik ifrazına çağırış yarandıqdan sonra xəstənin ayaqyoluna təlsmədən çata bilməsi Xeyir. Xəstə əlində nə işi varsa onu atıb ayqyoluna qaçır. Xeyir
Xəstə ayaqyoluna çatana qədər (sidiyi saxlıya bilmirsə) qaçırtdığı sidiyin müqayisəli miqdarı Çox miqdarda Az miqdarda yaxud cüzi
Askırma, öskürmə, gülmə, qaçma, tullanma zamanı sidik qaçırtma Xeyir Bəli

 

Sidik ümumi və bakterioloji müayinəsi yoxlanmalı, cinsi yolla yoluxan xəstəliklərin olmamasına əmin olmaq lazımdır.sidik qaçırtma - sidik saxlamazlıq - sidik buraxma - hiperaktiv sidik kisəsi - sidik qaçırma - sidik kisə xəstəlikləri - uroloq - androloq Ziyad Əliyev Bakı Çanaq orqanlarının və böyrəklərin usm müayinəsi, qalıq sidiyin olub olmaması və.s dəqiqləşdirilməlidir. Ehtiyac olduqda sistoskopiya müayinəsi olunmalıdır. Sistoskopiya dedikdə yüksək dəqiqlikli görünüş verən kamera ilə təciz olunmuş alət vasitəsilə sidik kanalından keçməklə sidik kisəsi daxilinin gözlə vizual müayinəsi başa düşülür.

 

Hiperaktiv sidik kisənin müalicəsi

Müalicə lazımi dərman preparatları ilə yanaşı, xəstənin həyat tərzində müəyyən dəyişikliklərin eləməsi ilə daha effektiv olur.

Dieta

1. İlk növbədə çalışmaq lazımdır ki, qəbzlik olmasın, bunun üçün qida rasionunda dəyişiklik edilməlidir. Çünki qəbzlik olan pasientlərdə yoğun bağırsaq ( yoğun bağırsağın düz bağırsağa yaxın hissəsi ) nəcis kütləsi ilə gərgin dolu olduqda sidik kisəsinə mexaniki təzyiq edirək əlavə qıcıq yaradar, nəticədə sidik kisəsi yığıla bilər, bu isə qəfildən yaranan və tezləşmiş sidik ifrazına səbəb olar.

Tünd çay, kofe, qazlı içkilər içilməsin, zərərli vərdişlər-siqaret çəkilməsin, spirtli içki içilməsin. Əgər xəstədə nokturiya varsa ( yəni gecələr sidik ifrazına durursa ) məsləhət görmək lazımdır ki, yatmazdan 2 – 3 saat əvvəl maye qəbul etməsin.

Keqel hərəkətləri

2. Çanaq dibi əzələlərinin möhkəmlənməsinə xidmət edən fiziki məşqlərin edilməsi.sidik qaçırtma - sidik saxlamazlıq - sidik buraxma - hiperaktiv sidik kisəsi - sidik qaçırma - sidik kisə xəstəlikləri - uroloq - androloq Ziyad Əliyev Bakı Bu hərəkətlərə sidik ifrazının ortasında sidiyi saxlamaq ( sidik ifrazını ortada dayandırırsız, tələsmədən 3 – ə qədər sayıb bıraxırsız), yarım oturaq yaxud oturaq vəziyyətdə nəcis ifrazı zamanı gücənməklə müşahidə olunan çanaq dibi ( çanaq diafraqması ) əzələlərinin yığılması hərəkətlərini təkrarlamaq, həmçinin ümumilikdə çanaq dibi əzələlərinin möhkəmlənməsinə xidmət edən hərəkətlər aiddir. Bunlara Keqel hərəkətləri də deyirlər. Hər bir pasient internetdə “çanaq orqanları üçün Keqel hərəkətləri” yazıb axtarış verərsə onları əyani də görə bilər.

Keqel hərəkətləri həm kişilərdə həm də qadınlarda müşahidə olunan sidik saxlamazlıqlar, nəcis saxlamazlıq, düz bağırsaq xəstəlikləri, prostatit və həmçinin çanaq orqanları ilə əlaqədar yarana biləcək cinsi problemlərin tez aradan qalxmasına kömək edir. Demək olar ki, bu hərəkətləri edən bütün pasientlərdə xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq yaxşılaşma yaxud tam sağalma müşahidə olunur. Çox yaxşı olar ki, o hərəkətlərin hərəsindən 10 dəfə gündə 5 dəfə olmaqla bir ay ərzində edəsiniz.

 

Sidik ifrazı üzərində ciddi nəzarətsidik qaçırtma - sidik saxlamazlıq - sidik buraxma - hiperaktiv sidik kisəsi - sidik qaçırma - sidik kisə xəstəlikləri - uroloq - androloq Ziyad Əliyev Bakı

3. Müalicə ərəfəsində sidik ifrazı ciddi qrafik əsasında olmalıdır. Belə ki, həkim tərəfindən müəyyən cədvəl tərtib olunaraq xəstəyə verilir və xəstə çalışır ki, cədvəldə yazılan vaxtlarda sidiyə çıxsın, hətta sidik kisədə sidik yoxdursa yaxud sidiyə getmə istəyi yoxdursa belə. Bu cədvəl, sidik ifrazı üzərində nəzarəti ( kontrolu ) təmin etmək üçün çox vacibdir.

 

Peşəkar uroloq seçimi

4. Ən əsası isə hər bir konkret situasiyada dərman preparalarının seçimidir. Bu zaman sizə həkimin peşəkarlığı, klinik təcrübəsi və klinik manevr bacarığı kömək edəcək. Çünki, əgər həkim klimaksda olan ( aybaşıdan kəsilmiş ) qadın xəstədə hiperaktiv sidik kisənin olmasını müəyyənləşdiribsə, bu halda xəstənin hormonal statusu korreksiya olunmadan HASK ilə müraciət edən digər pasientlərdə aparılan standart müalicə taktikası yetərincə effektli olmuya bilər yaxud effektsiz olar. Bu xəstə ginekoloqla konsultasiya edilməli və bizim müalicəmizlə yanaşı estrogenlərlə də hormonal əvəzedici müalicə almalıdır. HASK 30 % – ə qədər hallarda neyrogen xarakterli olur. Əgər HASK-in hansısa nevroloji xəstəlik fonunda yaranması ehtimal olunursa, xəstənin tam nevroloji müayinəsi aparılmalıdır. ( sidik saxlamazlıq,sidik qaçırtma )

Hiperaktiv sidik kisəsinin müalicəsində istifadə olunan dərman sayı o qədər də çox deyildir. Hər bir dərmanda olduğu kimi, HASK zamanı təyin olunan dərmanların da yan effektləri vardır. Bunlara ağızda quruluq, gözdə quruluq, qəbizlik, görmənin pozulması. Ona görə də dərman seçimi olarkən mütləq xəstədə olan digər xəstəliklər nəzərə alınmalı və yan effektləri azaldan kombinasiya seçilməlidir.sidik qaçırtma - sidik saxlamazlıq - sidik buraxma - hiperaktiv sidik kisəsi - sidik qaçırma - sidik kisə xəstəlikləri - uroloq - androloq Ziyad Əliyev Bakı

Əgər hamilə qadın adı çəkilən əlamətlərlə müraciət edərsə, nəzərə almaq və pasientin özünə də izah etmək lazımdır ki, bu əlamətlər hamiləliyin gedişinə uygun olaraq qarındaxili təzyiqin artması ilə əlaqədardır. Demək olar ki, bütün hallarda hamiləlikdən sonra normal sidik ifrazı bərpa olunur. Əgər bərpa olunmazsa lazımi müayinələr aparılaraq müəyyən olunan diaqnoza müvafiq müalicə təyin edilir.

Stres sidik saxlamazlıq yaxud gərginlik sidik saxlamazlıq haqqında ətraflı məlumatı aşağıdakı linkdən ətraflı oxuya bilərsiniz.

Sosial şəbəkələrdə paylaş

Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər