Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Vezikulit nədir ? – toxum kisəciyinin iltihabı.

Vezikulit nədir, toxum kisəciyinin iltihabı müalicə Bakıda androloq dr Ziyad

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Vezikulit nədir?

    Vezikulit dedikdə toxum kisəciklərinin iltihablaşması başa düşülür. Vezika seminalis – toxum kisəcikıəri deməkdir. Vezikulit termini də buradan götürülüb. Toxum kisəcikləri cüt orqandır.

     

    Səbəbləri:

    Sidik kanalından yoluxa bilən istənilən bakteriya yaxud törədici sidik kanalına düşərək iltihab yarada bilər. Adətən vezikulit olan kişilərdə yanaşı olaraq prostatit də olur. Prostatit prostat vəzinin iltihabıdır. Çünki həm prostatitin həm də vezikulitin səbəbi sidik kanalından yoluxan törədicilərdir. Sidik kanalından yoluxa bilən törədicilər dedikdə adətən cinsi yolla yoluxan xəstəlilərin törədiciləri başa düşülür. Amma cinsi yolla yoluxa bilən, lakin zöhrəvi olmayan törədicilər də sidik kanalından keçərək prostatit və vezikulit törədə bilər. Məsələn : sperma nümunəsinin bakterioloji müayinəsi ( əkilməsi ) zamanı çox tez – tez streptokok, stafilokok, bağırsaq çöpləri adlanan bakteriyalar aşkarlanır. Toxum kisəcikləri sidik kanalı ilə əlaqələndirən toxumdaşıyıcı axacaqdır – duktus deferens. Toxumdaşıyıcı axacağın iltihabı deferentit adlanır.

    Vezikulit nədir, toxum kisəciyinin iltihabı müalicə Bakıda androloq dr Ziyad

    Sidik kisə, prostat vəzi, toxum kisəcikləri və toxum daşıyıcı axacağın anatomiyası

    Toxumdaşıyıcı axacaq xaya arteriyası və venaları, limfa damarları və xayanı qaldıran əzələ ilə birlikdə toxum ciyəsini – funikulus spermatikus – u təşkil edir. Toxum ciyəsinin iltihabı funikulit adlanır. Eyni zamanda ola bilər ki, digər orqan və toxumalarda olan iltihab törədiciləri qan və limfa vasitəsilə toxum kisəcikləri və prostat vəziyə gəlsin. Beləliklə də orada iltihab törədsin. Lakin bu vəziyyət nadir hallarda olur.

    Vezikulit nədir, toxum kisəciyinin iltihabı müalicə Bakıda androloq dr Ziyad

    Sidik kisə. prostat vəzi, toxum kisəcikləri, toxum daşıyıcı axacağn anatomiyası öndən arxaya.

    Əlamətləri

    Yalnız vezikulitin özünə məxsus əlamətlər yoxdur. Vezikulit zamanı da xəstənin şikayətləri prostatit zamanı olan şikayətlərdir. Bu hal əslində ona görədir ki, vezikulit çox zaman prostatit ilə yanaşı olur. Toxum kisəcikləri adından göründüyü kimi, toxum kütləsinin depolandığı yerdir. Daha doğrusu burada toplanan möhtəviyyatda spermatozoidlər olur, lakin əsasən toxum kisəciklərinin öz sekretindən ibarət olur. Toxum kisəciklərinin daxili sekretor epiteli adlanan toxuma ilə örtülüdür. Bu toxuma daima xüsusi sekret ifraz edir. Sekret dedikdə vəzinin hazırladığı, yəni onu təşkil edən hüceyrələrin hazırladığı, ifraz etdiyi maye başa düşülür. Bir neçə gün cinsi əlaqədə olmayan kişinin toxum kisəciklərinə USM –  də baxdıqda onlar dolu vəziyyətdə görünür. Cinsi əlaqədən dərhal sonra isə onlar boşalır. Kisəciklərin daxilində toplanan möhtəviyyat spermatozoidlərin həyat fəaliyyəti üçün zəruri olan bir sıra maddələrlə çox zəngindir.

    Əsas əlamətləri  aşağıdakılardır :

    Aralıq və düz bağırsaq ətrafında ağrılar.

    Eyakulyasiya zamanı ağrının olması.

    Bir çox hallarda sidik ifrazı da ağrılı ola bilir.

    Sperma ( eyakulyatın ) miqdarının azalması.

     

    Toxum kisəciklərinin iltihabı xəstəliyindən başqa kistoz xəstəliyi və digər bədxassəli şişləri də olur. Lakin bu xəstəliklər adətən yaşlı insanlarda rast gəlinir.

    Müalicəsi

    Vezikulit zamanı da müalicə proststitdə olduğu kimi antibakterial preparatlar, qan dövranı yaxşılaşdıran tərmanlar və proseduralardan barətdir. Həmçinin kəskin qidalardan imina etmək, cinsi əlaqədə olmamaq yaxud qoruyucu ilə olmaq tövsiyyə olunur. Əgər pasientin qəbizliyi varsa onun da profilaktikası aparılmalıdır. Bütün hallarda bunu həkim uroloq – androloqla konsultasiya etməklazımdır. Heç bir halda özünümüalicə ilə məşğul olmayın.

     

    Fəaliyyətimiz haqqında daha ətraflı aşağıdakı saytlarda.

    https://androloq.az

    https://varikosele.az

    https://boyrekdasi.az/

    https://prostatvezi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər