Azoospermiya dedikdə eyakulyatda ( spermada ) spermatozoidlərin olmaması başa düşülür. Kişilərin təqribən 4 % – ə qədərində azoospermiya aşkarlanır və kişi sonsuzluğunun ən ciddi səbəblərindəndir. Sonsuzluqla müraciət edən ailələrin isə 10 – 15 % – də azoospermiya aşkarlanır. Azoospermiya heç bir əlamətsiz keçir. Ona görə də ailə cütü bundan o vaxt xəbər tutur ki, hamiləlik olmaması ilə əlaqədar həkimə müraciət edir. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Spermatozoidlərin əmələ gəlmə prosesi spermatogenez adlanır. Spermatogenez prosesinin pozulmasının müxtəlif formaları vardır.
Spermatologiyada istifadə edilən terminlər
Azoospermiya – eyakulyatda spermatozoidlərin olmadığı hal.
Normazoospermiya – spermoqram göstəricilərinin normal olduğu hal.
Oliqospermiya – eyakulyatın miqdarının 1,5 ml – dən az olması.
Oliqozoospermiya – eyakulyatda spermatozoidlərin az olmasi ( eyakulyatın 1 ml – də spermatozoid sayının 15 mln – dan az olması, yaxud eyakulyatda spermatozoidlərin ümumi sayının 40 mln – dan az olması ) .
Astenozoospermiya – aktiv irəli hərəkətli spermatozoidlərin azlığı.
Teratozoospermiya – eyakulyatda spermatozoidlərin patoloji formalarının çox olması.
Akinezoospermiya – spermatozoilərin tam hərəkətsiz olmasi yaxud hərəkətli spermatozoidlərin kəskin az olması.
Nekrozoospermiya – eyakulyatda canlı spermatozoidlərin olmaması ( tam ölü spermatozoidlər ) .
Əksər hallarda spermatogenez prosesinin pozulmalarının bir neçə formasına eyni vaxtda rast gəlinir. Məsələn : oliqoastenozoospermiya, oliqoteratozoospermiya və.s
Azoospermiya diaqnozu yalnız spermoqram analizindən sonra müəyyən olunur. Bunun üçün pasient 2 həftə ərzində iki dəfə spermoqramma verir. Əgər hər iki spermaqrammada spermatozoid tapılmazsa azoospermiya təstiqlənir. Doğrudur, spermoqram vermədən də, qanda follikulstimullaşdırıcı ( FSH ) hormonun səviyyəsini yoxlamaqla spermoqramda kəskin kənara çıxma olub – olmaması haqqında dolayı məlumat almaq olar. Lakin daha doğru məlumatı spermoqram verir. Belə ki, azoospermiyanın sekretor formasında qanda FSH səviyyəsi kəskin qalxsa da ekskretor formasında ya dəyişməz qalır yaxud cüzi yüksək olur. Ona görə də hamiləliyin baş tutmaması ilə əlaqədar olaraq kişinin nüayinəsinə spermoqram müayinəsindən başlamaq lazımdır. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Azoospermiyanın hansı formaları var ?
Azoospermiyanın 3 forması mümkündür.
- Obstruktiv yaxud ekskretor azoospermiya
- Sekretor yaxud qeyri obstruktiv azoospermiya
- Tranzitor yaxud keçici azoospermiya ( müvəqqəti xarakterli )
Obstruktiv azoospermiya dedikdə xayalarda spermatozoid olduğu halda eyakuyatda spermatozoidlərin olmamasıdır. Bunun səbəbi toxumçıxarıcı yolların hər hansı bir səviyyəsində keçiriciliyin pozulmasıdır. Obstruksiya 70 % – ə qədər hallarda xaya artımı səviyyəsində, 15 % xayada kanalcıqlarda, 10 % toxumdaşıyıcı axacaqda, 1 % hallarda isə prostat vəzi səviyəsində müşahidə edilir. Obstruksiya dedikdə tıxanma, qapanma başa düşülür. Obstruktiv azoospermiya adətən xaya artımı və toxumdaşıyıcı axacağın kəskin iltihabından, travmasından sonra müşahidə edilir, qismən isə irsi faktorlarla əlaqəli olur. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Qeyri – obstruktiv azoospermiya dedikdə isə xayalarda spermatozoidlərin yaranmadığı hal başa düşülür. Yəni bu halda xayalarda spermatozoidlərin əmələgəlmə prosesi getmir. Əksər hallarda irsi faktorlarla əlaqədar olur.
Azoospermiyanın obstruktiv yaxud sekretor ( nonobstruktiv yaxud qeyri obstruktiv ) olmasını isə qanda qonodotrop hormonların səviyyəsinə əsasən ehtimal edirik. Belə ki, xayalarda spermyaranma prosesini təmin edən və baş beyində hipofiz vəzidə hazırlanan qonodotrop hormonların qandakı səviyyəsi xayalarda spermyaranma prosesi ilə sıx bağlıdır. Əgər xayalarda sperm yaranma prosesi dayanarsa yaxud ümumiyyətlə insan bədənində spermyaranma prosesi getmirsə qanda qonadotrop hormonların səviyyəsi kompensator olaraq artır. Qonadotrop hormonlardan bu halda ciddi əhəmiyyət kəsb edəni FSH ( follikulstimullaşdırıcı hormondur ) – dır. Əgər spermyaranma getmirsə deməli qanda FSH səviyyəsi yüksəlir. Bu isə qeyri – obstruktiv azoospermiyaya xas haldır. Amma bu halda FSH – ı iki həftə fasilə ilə iki – üç dəfə yoxlamaq məsləhətdir. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Obstruktiv azoospermiya olan pasientlərdə xayalarda spermyaranma prosesinin getməsinə baxmayaraq eyakulyatda sperm tapılmır. Bu halda əgər qanda FSH yoxlanılsa ya norma həddində yaxud normadan cüzi yuxarı olacaq. Deməli, belə nəticəyə gəlirik ki, eyakulyatında spermatozoid tapılmayan və qanında FSH və digər qonadotrop hormonları normal olan pasientlərdə obstruktiv azoospermiyadır.
Xayalarda spermatozoidlərin əmələ gəlmə prosesi haqqında
Spermatozoidlər xayada qıvrım kanalçıqlarda əmələ gəlir. Daha doğrusu kanalcığın divarında əmələ gəlir və kanalcıq mənfəzinə çıxır. Bunu şəkildən də aydın görmək olar. Bu kanalcıqlara qıvrım toxum kanalçıqları deyilir. Əmələ gələn spermatozoidlərin yetişmə və formalaşma prosesi isə xaya artımının düz toxum kanalcıqlarında gedir.
Spermatozoidlərin əmələgəlmə, yetişmə və formalaşma prosesləri çox dəqiqliklə tənzimlənən termorequlyasiya şəraitində mümkün olur. Bu mühitin cüzi pozulması spermatogenezi pozur və həttə xaya toxumasında geri dönməz dəyişikliklərə səbəb olar. Belə ki, xayalarda spermatozoidlərin əmələ gəlmə, yetişmə, formalaşma prosesi üçün optimal temperatur mühiti 33,6 – 34 C – dir. Əgər hər hansı faktorun təsirindən xayaların temperatur tənzimi pozularsa bu özünü spermatogenezdə əks etdirir. Temperatur tənzimi uzunmüddətli pozularsa spermatogenez də daha ciddi pozular və eyakulyatda defektli, anormal spermatozoilərə daha çox rast gəlinər. Sperm yaradıcı toxumanın temperatura bu qədər həssas olmasının əsas səbəbi isə spermatogenez prosesini idarə edən bioloji aktiv maddələrin bədən temperaturundan 2 – 3 dərəcə aşağı temperaturda fəaliyyət göstərməsidir. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Azoospermiyanın səbəbləri
Azoospermiyanın bir çox səbəbləri ola bilər, bunlara aiddir :
İrsi faktorlar ( irsən keçən azoospermiya )
Anadangəlmə xəstəliklərlə əlaqədar azoospermiya. Məsələn, uşaq doğularkən xayaların olmaması ( anorxizm ), hər iki xayanın qarın boşluğunda qalması ( ikitərəfli qarın kriptorxizmi ), xayalarda hər hansı birinin olmaması ( monorxizm ), toxumdaşıyıcı axacaqların kistoz xəstəliyi, onların tam inkişaf etməməsi və.s
Xayaların travmasından sonra.
Xayaların iltihabı – ( orxit – ən çox parotit yaxud qulaqdibi adlanan xəstəlikdən sonra yarnır. Bu zaman xayalar iltihablaşır və sperm yaradıcı toxuması zədələnir və çapıq tooxuması ilə əvəz olunur ) . Bu iltihab əksər hallarda travma alan, cinsi yolla yoluxan xəstəliklərə tutulan, prostatitdən uzunmüddətli düzgün müalicə almayan pasientlərdə rast gəlinə bilir.
Həmçinin onkoloji xəstəliklərlə əlaqədar kimya, şüa terapiya alan pasientlərdə də azospermiya çox sıx – sıx müşahidə edilir.
Sidik kanalında və prostat vəzidə, xayalarda, qasıq kanalında, toxum ciyəsində əməliyyat keçirmiş pasientlərdə də azoospermiyaya ehtimalı az deyil.
Azoospermiyanın əlamətləri –
(Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Azoospermiya olan kişilərin xarici görkəmi, skelet əzələ qruluşu, fiziki aktivliyi əksər hallarda digərlərindən fərqlənmir. Həmçinin cinsi orqanın ölçüsü və formasi adi olur. Ereksiya normal olur və onlar hamı kimi normal cinsi həyat yaşayırlar, sperma normal miqdarda xaric olur. Heç yerlərində ağrısı olmur. Sekretor forma azoospermiyada ola bilər ki, ikincili cinsi əlamətlər zəif inkişaf eləsin. Belə ki, bədəndə tüklənmənin zəif olması, qadın tipdə piylənmə, ginekomastiya ( süd vəzilərin normadan çox inkişaf eləməsi ) rast gəlinə bilir. Həmçinin sekretor forma azoospermiyada xayalar və cinsi orqanın ölçüləri nisbətən kiçik olur və ereksiya, libido zəifliyi müşahidə edilə bilir.
Bəs nədən bilmək olar ki, kişidə azoospermiya var ya yox? Bütün hallarda azoospermiyanı aşkarlamaq üçün spermoqram müayinəsi verilməlidir. Əgər ailə qurubsa və bir il ərzində həyat yoldaşında hamiləlik olmayıbsa artıq müayinə olunmağa əsas var. Lakin hamiləliyin olmaması heç də o demək deyildir ki, kişidə dəqiq azoospermiyadır. Sadəcə olaraq bir il və ondan artıq müddət ərzində hamiləliyin olmaması spermoqram analizi verməyə əsas verən səbəbdir. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Spermoqramma kişinin sperm göstəriciləri haqqında məlumat verən universal müayinədir. Spermoqram müayinəsində nəinki azoospermiya həmçinin eyakulyatın digər göstəriciləri haqqında da məlumat alınır. Azoospermiya olan pasientlərin müayinə alqoritminə spermoqramdan başqa qanda hormonların səviyyəsi, xayaların, prostat vəzi və toxum kisəciklərinin usm yaxud dopler müayinəsi, cinsi yolla yoluxa bilən xəstəliklərin PZR ( polimeraz zəncirvari reaksiya ) ilə dianostikası da daxildir. Həmçinin zərurət olduqda genetik müayinələr, hətta xaya biopsiyası aparıla bilir.
Azoospermiyanın müalicəsi –
(Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Hansı müalicə metodu effektivdir ? Müalicə metodunun seçilməsi asılıdır azoospermiyanın səbəbinin nə olmasından. Əgər azoospermiyanın səbəbi hormonal çatışmazlıqdırsa əvəzedici hormonal terapiya müalicə metodu olaraq seçilməlidir. Əsasən azoospermiyanın sekretor ( qeyri – obstruktiv ) formasında effektivdir. Əgər səbəb cinsi oqanlarda infeksion iltiabı faktordursa antibakterial, ferment preparatlarla müalicə və.s.
Azoospermiyada özünümüalicə və xalq təbabəti üsulları ilə müalicə etmək faydasızdır. Müxtəlif otlar, dəmləmələr heç bir fayda verməz. Bu işi həkim uroloq – androloqa həvalə etmək lazımdır. Müalicənin effekti adətən 3 – 6 ay ərzində bilinir.
Bir sıra hallarda isə azoospermiyanın müalicəsi mikrocərrahi yolladır. Belə ki, mikrocərrahi yolla toxumdaşıyıcı axacağın keçiriciliyi bərpa olunur, xaya damarlarında varikoz genişlənmə ləğv edilir və.s və bununla da azoospermiya müalicə edilir. Varikoz damar genişlənməsi zamanı rast gəlinən azoospermiya tranzitor, yəni keçici xarakterli azoospermiyadır. Mikrocərrahi yolla toxumdaşıyıcı axacaq keçiriciliyinin bərpası isə yalnız obstruktiv forma azoospermiya olan pasientlərdə edilir. (Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – uroloq androloq Ziyad Əliyev Bakıda)
Bütünlüklə sadalanan tədbirlərin görülməsinə baxmayaraq spermoqram göstəricilərində dəyişiklik olmursa biopsiya edilərək xayada spermatozoidlər alınır və köməkçi reproduktiv vasitələrdən ( KRV ) – süni mayalanmadan – istifadə edilir. Biopsiya edərkən götürülməli olan material xaya yaxud xaya arımının nisbətən genişlənmiş kanalcıqlarından götürülür. Ehtimal olunur ki, onların daxilində spermatozoidlərin tapılma ehtimalı daha yüksəkdir. Bunu şəkildə də təsvir etmişik.
(Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – varikosel – cinsi xəstəliklər – uroloq androloq Ziyad Əliyev Bakıda – androloqbaku – androloqbakı)
http://androloq.az/uslugi/kisi-sonsuzlugu-sonsuzluq-cinsi-zeiflik-cinsi-xestelikler-androloq/
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.
( Azoospermiya nədir? Eyakulyatda spermatozoidlərin olmaması – sonsuzluq müalicəsi – varikosel – cinsi xəstəliklər – uroloq androloq Ziyad Əliyev Bakıda – androloqbaku – androloqbakı – uroloqbaku – uroloqbaki – azospermiyabaki – azoospermiyabaku – sonsuzluqbaku – sonsuzluqbaki – sperma faizin nece qaldırmaq olar – sonsuzlugun sebebleri – spermaqrammabaki – spermaqrambaku spermanin faizi nece olmalidir – spermanin tərkibi – spermani nece artırmaq olar – sperma analizi – spermanin faizi nece olmalidir )