Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Ereksiya nədir, o necə yaranır ?

ereksiya nedir

QƏBULA YAZIL

Anonimlik qorunur

Ereksiya nedir ?

Ereksiya nedir dedikdə cinsi orqanın bərkiməsi ( rigidliyinin artması, sərtləşməsi, durması ) başa düşülür. Əksinə olaraq erektil disfunksiya yaxud cinsi zəiflik dedikdə isə bu prosesin pozulması halı başa düşülür. Yəni, cinsi qıcıqlandırıcının təsirindən cinsi orqanın bərkiməməsi, yaxud cinsi aktın mükün olması üçün lazımi dərəcədə bərkiməsinin mümkün olmadığı hal başa düşülür. ( ereksiya nedir ) Ereksiya ərəfəsində cinsi orqana gələn arterial qanın axını 8 – 10 dəfədən 25 dəfəyə qədər artır. Ereksiya zamanı cinsi orqanın ölçüsü 2,5 – 4 dəfə böyüyür. Uzunluğu orta hesabla 12 – 16 sm – ə qədər uzanır.

Ereksiya çox mükəmməl tənzimlənən proseslər toplusundan ibarət prosesdir. Lakin mən çalışacam ki, bu mürəkkəb prosesi sadələşdirilmiş formada sizə izah edim. Təsəvvür edək ki, cinsi orqan dolub boşala bilən şardır . Cinsi qıcıqlandırıcı dedikdə cinsi həvəs oyada bilən faktorlar başa düşülür. Cinsi qıcıqlandırıcını görməklə, səsini eşidməklə, toxunmaqla, iyini duymaqla, hiss etməklə qıcığı qəbul edən orqandan ( görmə, eşitmə, iybilmə, toxunma ) baş beyində olan ereksiya mərkəzinə sinir impulsları ötürülür. Baş beyin isə bu siqnalı alıb ona cavab olaraq onurğa beyinə əmr edir ki, cinsi orqanı təşkil edən mağaralı cismin əzələləri boşalsın. Əzələlərin boşalması ilə mağaralar daxilində təzyiq aşağı düşür və bu mağaralara ( boşluqlara ) sürətlə qanın dolması başlayır. Mağaralı cismin qanla dolması halı ereksiya halıdır. İki mağaralı cisim cinsi orqanın əsasını təşkil edir.

 

Ereksiya nədir, o necə yaranır ? Ereksiyanın fazaları

ereksiya - nedir

 

Ereksiyanın yaranma prosesi mağaralı cisim daxilində gedən beş əsas fazadan ibarətdir.

1. Latent faza – kaveroz cisim əzələlərinin və onun daxilində arterial damarların əzələlərinin başalması ilə kaverna daxilində mənfi təzyiqin yaranması və ora qan axınının sürətlənməsi ilə xarakterizə olunur. Bu zaman qan əvvəlkinə nisbətən bir neçə dəfə artıq sürətlə kavernalara dolmağa başlayır və cinsi orqanın ölçüsü nisbətən böyüyür.

2. Dolma fazası – sürətli qan axını nəticəsində kavernoz cisim daxilindəki təzyiq diastolik ( ürək əzələsinin boşalması zamanı ürək mədəciklərində olan təzyiq ) təzyiqdən yüksək olur. Bu andan etibarən də kaverna daxilinə qanın dolması diastola mərhələsində mümkün olmur, ancaq sistola ( ürək əzələsinin yıgılması zamanı ) mərhələsində olur. Bu fazanın davamiyyəti pasientin yaşından, həmçinin də cinsi qıcığın, stimulyasiyanın intensivliyindən asılıdır.

3. Tam ereksiya fazası – qan kaverna boşluqlarına dolur və orada təzyiq artır. Nəticəsində isə venoz qanı kavernoz cisimdən aparan ( kavernoz cismin kənarlarında, ağlı qişa adlandırdığımız qişanın altında yerləşən ) vena damarları sıxılır. Bu isə yenə də öz növbəsində kaverna daxilində təzyiqi artırır. Buna da korporal venooklyuziv mexanizim deyilir. Tam ereksiya fazası kavernoz cisim daxili təzyiqin sistolik təzyiqə bərabərləşddiyi ana qədər davam edir. Bununla da qanın kaverna boşluğuna dolma sürəti ( dolma fazasındakına ) nisbətən zəifləyir və kavernoz cisimdən gedən venoz qanla eynilik təşkil edir.

4. Rigid ereksiya fazası ( sərt ereksiya fazası ) – cinsi orqan kökünün, aralıq nahiyyəsinin və oturaq əzələlərinin yığılması hesabına kavernoz cisimdən gedən venoz qanın axınının qarşısı kəskin alınır və kavernoz cisim daxili təzyiq sistolik təzyiqdən yüksək olur.

5. Detümüssensiya fazası cinsi orqan kökünün və oturaq əzələlərinin boşalması ilə kavernoz cisimdən venoz qanın getməsi sürətlənir. Həmçinin kaverna daxili əzələlərin yığılaraq kavernoz boşluqları daraltması nəticəsində arterial qanın kaverna daxilinə dolmasını kəskin azalır və cinsi orqan boşalır, ölçüləri kiçilir, yumşalır, adi sakit vəziyyətinə qayıdır. Bu mexanizmi bura yazmaqda məqsədim ereksiyanın necə mürəkkəb proseslər toplusundan ibarət olmasını sizlərə çatdırmaqdır. Daha doğrusu cinsi orqanın bərkiməsi əzələ bərkiməsi yox, boşluqlu bir orqanın içərisinin qanla dolmasıdır. Son zamanlar erektil disfunksiya daha geniş yayılmışdır və ona görə də təbabətin aktual problemlərindən olub diqqətlə öyrənilməkdədir. (ereksiya nedir)

 

Cinsi zəiflik kişiləri sarsıdan ciddi səbəbdir. Cinsi orqan necə sərtləşir ?ereksiya - nədir ? - Cinsi orqan necə sərtləşir? - Cinsi zəifliyin müalicəsi? - androloq - uroloq Ziyad Əliyev - Bakıda

Erektil disfunksiya pasientlərdə heç də bütün hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşaiyət olunmur. Ereksiyanın cüzi zəifləməsindən tutmuş, erkən boşalma, ereksiyanın ümumiyyətlə olmamasına qədər gətirib çıxarda bilir. Hətta cüzi zəifləməsinə baxmayaraq kişinin həyat keyfiyyətinə, əhval – ruhiyyəsinə çox ciddi mənfi təsir göstərir. Bütün digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Qeyd etmək vacibdir ki, cinsi zəiflik erkən mərhələdə əksər hallarda müalicəyə asanlıqla tabe olur. Lakin buna baxmayaraq kişilərin öz səhlənkarlıqları səbəbindən prosesin daha ağırlaşmış formalarına çox rast gəlinir. Cinsi zəiflik haqqında daha ətraflı məlumat digər məqalələrdə yazılmışdır. (Ereksiya nedir)

Ereksiyanın müxtəlif formaları haqqında daha ətraflı məlumatı aşağıdakı məqalədə oaxuya bilərsiniz

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/az/

https://boyrekdasi.az/az/

 

Sosial şəbəkələrdə paylaş