Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikoselin səbəbləri, ( səbəbi )

Varikoselin səbəbləri, damar genişlənməsi, androloq Ziyad Əliyev Bakıda.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin səbəbləri. Varikoseleni yarada bilən səbəblər aşağıdakılardır.

     

    1.  İrsi olan damar divarı zəifliyi ( irsiyyətə bağlı damar çatışmazlığı ). Bu nə deməkdir ? Yəni irsi olaraq damarların daxilində olan qapaqlarda defekt olur. Bu xəstələrin bir qismində ürək qapaqlarında da problem olur. Yuxarı müsariqə ( yuxarı çöz arteriyası ) arteriyasının sol böyrək venasını nə dərəcədə sıxması ( buna aortamezenterial pinset deyilir ) – Nutcracker sindrom.
    2. Varikosele olan tərəfdə xayanın venoz drenajını ( xayadan gedən venoz qanın daşınmasını ) həyata keçirən damarların anatomik qruluş xüsusiyyəti.
    3. Böyrək sallanması
    4. Böyrəyin aşağı qütbündən inkişaf edən kistalar və şişlər.

    Varikoselin səbəbləri. Varikoselenin yaranmasına təkan verən faktorlar – ( provakasiya edici faktorlar ).

    Qarın boşluğunda təzyiqin tez – tez, uzunmüddətli ( xroniki ) və kəskin artması ilə müşaiyət olunan bütün hallar, astma və allergik bronxitli xəstələr, ağciyər vərəmi və ağciyərin peşə ilə əlaqədar xroniki xəstəlikləri, hansı ki, uzunmüddətli öskürəklə müşahidə edilir.  ( Varikoselin səbəbləri haqqında ətraflı məlumat)

    • Ağır fiziki iş
    • Ağır idmanla məşğul olmaq ( ona görə də varikoseleni bəzən idmançıların xəstəliyi də adlandırırlar )
    • Qəbizlik

    Venalarda genişlənmə necə yaranır?

    Varikoselin səbəbləri, damar genişlənməsi, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Bunu başa düşmək üçün venaların qruluşuna nəzər salmaq lazımdır. Bildiyimiz kimi arteriyalar arterial qanı orqanlara daşıyan damarlardır. Arterial qan – oksigenlə və qidalı maddələrlə zəngin təmiz qandır. Venalarla isə əksinə, venoz qan orqanlardan ürəyə daşınır.  Venoz qan – tərkibində oksigeni, qidalı maddələri az, toksiki maddələri, sərbəst radikalları çox olan çirkli qandır. Nəzərə almaq lazımdır ki, arteriyalarla qanın orqana dogru axın sürəti venalar vasitəsilə orqandan gedən qanın axın sürətindən dəfələrlə yüksəkdir. Venalarla orqandan gedən qanın geriyə axmaması üçün venaların daxilində klapan rolunu oynayan qapaqlar vardır.

    Şəkil : venaların daxilində klapanlar.

    Bir çox hallarda varikoselenin səbəbi bu klapanların ya anadangəlmə olaraq olmaması, yaxud normal fəaliyyət göstərməməsidir. Normal halda bu klapanlar qanın orqandan getməsi zamanı açılır və sonra da bağlanır ki, gedən venoz qan  ( çirkli qan ) yenidən orqana ( xayaya ) qayıdmasın. Varikosele xəstəliyinin səbəbləri arasında əsas yerlərdən birini də varikoz xəstəliyinə irsi meyillik tutur. İrsi meyilik zamanı toxum ciyəsi venaları daxilində klapanlar ya olmur, yaxud bu klapanların qruluşunda qüsur ( defekt ) olur. Həmçinin damar divarında irsi faktorlarla əlaqədar olan yetməməzlik ola bilir. Bu halda venalar varikoz xəstəliyinə daha asan məruz qalır. Belə insanlarda hətta ürək qapaqlarında ( klapanlarda ) da qüsur aşkarlanma ehtimalı var. ( Varikoselin səbəbləri )

     

    Varikoselenin əsas səbəblərindən biri hesab olunan aortamezenterial pinset nədir?

    Varikoselin səbəbləri, damar genişlənməsi, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Aortamezenterial pinset dedikdə iki böyük damar – qarın aortası və ondan ayrılan yuxarı mezenterika ( yaxud yuxarı çöz arteriyası ) arteriası arasında qalan bucaq nəzərdə tutulur. Məhz bu bucaqda qalan sol böyrək venası ( sol böyrəkdən və sol xayadan qanı aparan damar ) sıxılır və bu sol böyrəkdən və sol xayadan gedən qanın axınına mane olur.

     

    Varikoselin səbəbləri, damar genişlənməsi, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    1 – sag böyrək, 2 – sol böyrək, 3 – aşagı boş vena, 4 – qarın aortası, 5 – sol xaya venası ( yaxud sol daxili toxum venası), 6 – sol sidik axarı, 7 – sag böyrək arteriyası, 8 – yuxarı mezenterika arteriyası (yaxud yuxarı çöz arteriyası), 9 – sol böyrək venası.
    Şəkildən də göründüyü kimi qarın aortası ( 4 ) və ondan ayrılan yuxarı mezenterika arteriyası ( 8 ) pinset əmələ gətirir. Sol böyrək venası ( 9 ) bu pinsetdə sıxılır ( 4 və 8 arasında ) və qanın axını həm sol böyrək venasında ( 9 ) həm də sol xaya venasında ( 5 ) ləngiyir.

    Qanın vena daxilində uzunmüddətli ləngiməsi venaların genişlənməsinə və varikoslenin yaranmasına səbəb olur. Əgər nəzərə alsaq ki, yuxarı mezenterika arteriyası ( 8 ) bağırsaqların böyük bir hissəsini qanla təmin edir və bu bağırsaqlar sanki ondan asılı vəziyyətdədir, deməli insan ayaq üstdə qaldıqda bu bağırsaqların ağırlığından yuxarı mezenterika arteriyası ( 8 ) aşağı dartılır və sol böyrək venası ( 9 ) daha çox sıxılır. Ona görə də ayaqüstə olarkən varikoseleni aşkarlamaq daha asan olur və varikosele daha aydın görünür. Uzanıq ( horizontal ) vəziyyətdə isə bağırsaqların yuxarı mezenterika arteriyasına ( 8 ) düşən ağırlığı azalır və varikosele daha az nəzərə çarpır.

    Yuxarıda qeyd olunduğu kimi varikosele 90 % – dən artıq hallarda soltərəfli olur. Bunun əsas səbəbi xayalardan qanı aparan ( xayaların venoz drenajını həyata keçirən ) damarların ( venaların ) gedişinin fərqli olması ilə izah edilir. Məlum olmuşdur ki, sağ xaya venası aşağı boş venaya, sol xaya venası isə sol böyrək venasına açılır və sağa nisbətən 6 – 8 sm uzundur. Bir daha anatomiyaya nəzər salaq. Şəkildən də göründüyü kimi, xaya venalarının açıldığı venalarda qanın gedişinə hər hansı maneə olarsa xaya venalarında da qanın ləngiməsi olacaq. ( Varikoselin səbəbləri )

     

    Varikosel haqqında ətraflı məlumatı aşağıdakı linkdə oxuya bilərsiniz. 

    http://androloq.az/uslugi/varikosele-nedir-sperma-faizi-sonsuzluq/

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər