Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Urofloumetriya nədir ?

Urofloumetriya nədir ?

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Urofloumetriya nədir ? – sidik ifrazının çətinləşməsi zamanı əsas müayinələrdən biridir.

    Urofloumetriya dedikdə, xəstədə sidik ifrazını göstəricilərinin ölçülməsi başa düşülür. Urofloumetriya zamanı xəstə, urofloumetr adlanan xüsusi ölçücü cihaza boru ilə birləşmiş qaba işəyir. Müayinə sidik kisənin dolmuş vəziyyətində və xəstə üçün rahat şəraitdə aparılmalıdır. Başqa heç bir xüsusi hazırlıq tələb etmir. Ölçücü cihaz ifraz olunan sidiyin miqdarını, sidiyin maksimal və orta sürətini, sidik ifrazının davametmə müdətini ölçərək xüsusi qrafik əyri şəklində təsvirini çıxardır, həkim uroloq isə bu qrafikə əsasən sidik ifrazında olan dəyişikliyin xarakterini, səbəbini müəyyənləşdirir. Uroflometriyanın nəticəsinə əsasən aşağı sisik yollarının ( sisik kisə, sidik kanalı ) fəaliyyəti barəsində dolğun məlumat ala bilirik.

     

    Urofloumetriya göstəriciləri.


    Urofloumetriya nədir ?

    Uroflometriya. Sidiyin maksimal sürəti. Yəni bir saniyədə ifraz olunan maksimum sidiyin miqdarı. Normada kişilər üçün 15 ml/san və daha yüksək, qadınlar üçün isə 20 ml/san və daha yüksəkdir. Adətən bu göstəricinin yüksəlməsi sidik kisəsinin tonusu yüksəldikdə ( hiperaktiv sidik kisəsi) və sidik kanalı daxili təzyiqin ( uretral müqavimətin ) azalması zamanı müşahidə olunur. Bu göstəricinin azalması isə əksər hallarda sidik kisə tonusunun ( yığılma qabiliyyətinin ) zəifləməsi, sidik kanalı daxili müqavimətin yüksəlməsi ( prostat adenoması və sidik kanalı daralmaları ) zamanı müşahidə olunur.

    Sidiyin orta sürəti normada 10ml san – dən yuxarı olmalıdır.

    Sidik ifrazının davametmə vaxtı

    Sidiyin sürətinin maksimuma çatana qədər keçən vaxt, normada 4 – 9 san

    İfraz olunan sidiyin miqdarı. Urofloumetriyanın göstəriciləri o vaxt daha həqiqi, daha düzgün hesab olunur ki, sidik kisədə 200 – 500 ml sidik olsun. Kisədəki sisiyin həcmi 100 ml – dən az, 500 ml – dən çox olduqda nəticə təhrif oluna bilir.

    Sidik ifrazına başlayana qədər keçən vaxt. Normada adətən 10 san – dən çox olmur.

     

    Urofloumetriya necə aparılır ?

    Uroflometriya üçün gələrkən sidik kisəsi dolu olmalıdır. Mülayim dolu olmalıdır, gərgin dolu yox.

    Xəstə qəbul elədiyi dərman preparatları haqqında həkimə bildirməlidir. Xüsusən də prostat adenomasından müalicə alan xəstələr. Belə ki, prostat adenomasının müalicəsində istifadə olunan alfa blokatorlar adlanan dərman preparatları qəbul edən pasientlər. Bu dərmanlara tamsulozin ( omnik ), doksazozin ( kardura ), terazozin ( artezin ) və.s. Çünki bu dərmanlar sidik kisə və sfinkter əzələlərinin tonusuna təsir edir və urofloumetriyanın nəticələrini təhrif edə bilər.

    Həkim uroloq yaxud müayinə kabinetində olan tibb personalı xəstəyə urofloumetrlə davranışı başa salmalıdır. Xəstə müayinəyə başlayarkən, yəni ki, işəməyə başlamazdan 5 san əvvəl urofloumetrin start düyməsini basmalı, sidik ifrazını qurtardıqdan sonra 5 san sayıb stop düyməsini basmalıdır.

    Sidik ifrazı zamanı xəstə qarın presini, aralıq əzələlərini gərginləşdirməməli, sidik kanalını sıxmamalı və imkan daxilində bədəni çox tərpədməməlidir.

     

    Sidik ifrazı qurtardıqdan sonra aparatın printerindən sidik ifrazını xarakterizə edən qrafik əyri çıxır. Məhz bu qrafikə əsasən də həkim uroloq aşağı sidik yollarının funksional vəziyyəti barədə məlumat alır. Bu isə düzgün diaqnozun formalaşdırmaqda və düzgün müalicənin təyin olunmasında müstəsna əhəmiyyətə malikdir. ( Urofloumetriya nədir ? )

     

    Uroflometriya müayinəsinə göstərişlər. Sidik ifrazında dəyişikliyin yaranması ilə müşahidə olunan bütün hallarda urofloumetriya müayinəsi olunmalıdır.

    1. Prostat vəzin adenoması
    2. Prostat vəzin xərçəngi
    3. Sidik kanalının daralmaları
    4. Hiperaktiv yaxud neyrogen sidik kisə ( yaxud qeyri – stabil sidik kisə )
    5. Sidik saxlamazlıq yaxud sidik qaçırtma olduqda

     

    Urofloumetriyanın aparılmasına əks göstəriş yoxdur. 

    Fəaliyyətimiz haqqında daha ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər