Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Xaya burulması, xayada ağrı

Xaya burulması

QƏBULA YAZIL

Anonimlik qorunur

Xaya burulması nədir ? Kəskin xayalıq sindromu

Xaya burulması dedikdə xayanın öz oxu ətrafında burulması və bununla da xayada kəskin ağrının yaranması ilə xarakterizə olunur. Ağrı anidən, kəskin başlayır. Ağrının şiddəti xayanın öz oxu ətrafında burulma dərəcəsindən asılıdır. Belə ki, burulma nə qədər çox olarsa ağrı daha şiddətli olur. Burulma zamanı damarlar və sinirlər sıxılır, xayanın qan dövranı kəskin zəifləyir. Burulma ən çox sol xayada rast gəlinir.

Xaya burulması təcili yardım tələb edən haldır. Əgər 5 – 6 saat ərzində burulma aradan qaldırılmazsa xaya toxuması tədricən nekrozlaşır və ölü toxumaya çevrilir. Belə olduğu halda hətta xayanın çıxarılması ilə nəticələnə bilər. ( Bu barədə müalicə bölümündə daha ətraflı yazmışam )

 

Xaya burulmasının səbəbləri

Xaya burulmasnın ən çox rast gəlinən səbəbi xayanın kisə daxilində ifrat hərəkətli olmasıdır. Bunun da əsas səbəbi xayanın, toxum ciyəsinin və xaya qişalarının inkişaf qüsurları ilə əlaqədar xayanın xayalığa normal fiksasiya olunmamasıdır.  Belə ki, xaya xayalığa yaxşı fiksasiya olunmadıqda, kisə daxilində sanki, asılı vəziyyətdə və çox hərəkətli olur. Bu isə nəinki hansısa bir kiçik bir travmanın təsirindən, hətta özbaşına xayanın oxu ətrafında fırlanmasına səbəb ola bilir. Xaya burulmasına səbəb ola biləcək anomaliyalar kişilərin təqribən 12 – % də rast gəlinir. Adətən xayanın ön səthi sərbəst olur, arxa səthi isə qişalara fiksasiya olunur ki, xayalıq daxilində burulma, yerdəyişmə etməsin. Lakin xayanın fiksasiyası zəif olduqda, xaya daha hərəkətli olur və burulma ehtimalı yüksəlir.

 

Xayanın burulma ehtimalı yüksək olan uşaqlar.

Xayanı xayalığın dibinə fiksasiya edən bağın zəif inkişaf etməsi yaxud anadangəlmə  olmaması.

Kriptorxizm ( xayanın xayalıqdan yuxarıda qalması ) və digər anomaliyaları olan uşaqlarda daha tez – tez rast gəlinir.

Anadangəlmə qasıq yırtığı olan uşaqlar

Anadangəlmə toxum ciyəsi uzun olan uşaqlar

Yarımçıq doğulan uşaqlarda daha tez – tez rast gəlinir

 

Xaya burulması əsasən 12 – 18 yaşda olan oğlan uşaqlarında, daha az hallarda isə yenidoğulmuşlarda və yetkin yaşda olan oğlanlarda rast gəlinir. Xaya xayalıqda normal vəziyyətdə olarkən sanki toxum ciyəsindən asılı vəziyyətdə olub kisənin daxilində hərəkətli vəziyyətdədir. Toxum ciyəsi arteriya, vena damarları, sinirlər və toxumdaşıyıcı borudan və bunları bir dəsətə şəklində saxlayan toxumalardan ( fassiyalardan ) ibarətdir.

Uşaq ana bətnində olarkən onun xayaları bel nahiyyəsində yerləşir. Doğulana yaxın onun xayaları aşağıya doğru enərək qasıq kanalından keçir və xayalığa düşür. Xayalığa düşmənin səbəbi isə odur ki, xayalar toxum yaradıcı orqan kimi fəaliyyət göstərə bilsin. Belə ki, xaya toxumasının normal fəaliyyəti üçün bədən temperaturu əlverişli mühit deyil. Yəni 36,6 – 37 C xaya toxuması üçün daha isti mühitdir və bu mühitdə olarkən xayalarda toxumyaranma prosesi getmir. Bu temperaturda xaya toxumasında spermatozoidlərin əmələ gəlmə, artma və çoxalma fazalarını təmin edən bütün bioloji proseslər pozulur. Ona görə də orqanizm xayaları daha sərin saxlamaq məqsədilə xaya kisəsi adlanan yuva yaradıb. Lakin bu sərbəstlik ifrat olduqda, xaya daxilində xayaların fiksasiyası zəif olduqda xaya öz oxu ətrafında burula bilir.

Adından göründüyü kimi də, bu kəskin hal xaya burulması adlanır. Əksər hallarda hansısa kəskin hərəkət, hoppanma, tullanma, qaçış, idman və.s xayalığa olan travma nəticəsində yaranır. Onsuz da xaya kisəsində hərəkətli olan xaya, kəskin hərəkət zamanı normalda burula bildiyindən daha çox burulur və həmin vəziyyətdə qalır. Xayanın burularaq öz əvvəlki vəziyyətinə qayıdmaması xaya burulması adlanır.

 

Xaya burulmasının əsas əlamətləri

Xayada anidən yaranan kəskin şiddətli ağrı xaya burulmasının əsas əlaməti ola bilər. Bu zaman ağrı müvafiq tərəf qasıq nahiyyəsinə, qarına ötürülə bilir. Xəstələrin 1/3 – də qusma, ürəkbulanma, halsızlıq yaranır. Hətta ağrının şiddətindən huşun itməsi, soyuq tər basma kimi hal olur. Bədən temperaturu yüksələ bilir. Əgər burulmuş xaya artıq tam nekozlaşıb və irinləmə prosesi gedirsə temperatur 39 – 40C də ola bilər. Xayada şişkinlik, dərisinin qızarması yaxud rənginin solğunlaşması da əsas əlamətlərdəndir. Burulmuş xaya digər xayadan yuxarıda yerləşir. Belə halla rastlaşdıqda ləngimədən həkim uroloq – androloqa, gecə saatları olsa belə təcili yardıma müraciət etmək lazımdır. Gecədən səhərə qədər itirilən vaxt xayanın itirilməsinə səbəb ola bilər. Əgər ilk altı saat ərzində xəstəyə yardım göstərilərsə xayanın funksiyasını 100 % – ə qədər qorumaq olur. Əlbəttə ki, burulmanın dərəcəsindən asılı olaraq.

 

Təsnifatı

Xaya burulmasının iki forması vardır. Ekstravaginal və intravaginal. Ekstravaginal burulma xayanın qişalarla birlikdə burulmasıdır. Əsasən böyük uşaqlar üçün xarakterdir. İntravaginal burulma isə xayanın özünün burulmasıdır, yəni qişa daxilində xayanın özünün burulması. Bu hal əsasən bir yaşa qədər olan uşaqlar üçün daha xarakterdir.

Xaya burulmasının hər iki forması xayalığın müvafiq tərəfində anidən kəskin ağrı ilə başlayır. Ağrı o zaman azalır yaxud kəsilir ki, xaya tam nekrozlaşır.

 

Diaqnostika

Adətən kəskin əlamətlərlə başladığı üçün peşəkar həkim uroloq üçün diaqnostikası o qədər də çətinlik törədmir. Ümumiyyətlə isə kəskin xaya ilə müraciət edən uşaqlarda ən çox ehtimal edilən diaqnoz xaya burulması və xaya hidatidinin burulmasıdır.

Burulmuş xaya digərindən daha yuxarıda görünür, qeyri standart yerləşir. Bununla yanaşı müvafiq tərəfdə 6 saatdan artıq davam edən kəskin ağrı, şeşkinlik, ürək bulanma, qusmanın olması xayada burulma olması ehtimalını arırır. Diaqnostikada ən vacibi sorğu materiallarıdır. Çünki, xayada kəskin ağrı yarada bilən digər xəstəliklərdən fərqləndirmək çox vacibdir. Ən vacib və digər bir diaqnostik vasitə xaya dopleridir. Dopler müayinəsində xayanın qan dövranı pozulub yaxud normal olduğunu dəqiq müəyyən etmək olur.

 

Xaya burulmasının müalicəsi

Xaya burulması təcili təxirəsalınmaz yardım tələb edən haldır. Burulma anından ilk altı saat ərzində yardım göstərilərsə xayanı tam xilas etmək mümkündür. Əgər hər hansı səbəbdən cərrahi müdaxilə gecikərsə xayanın nekrozlaşması ilə nəticələnə bilər. Belə olduqda isə xayanı xilas etmək mümkün olmur və xaya çıxarılmalıdır.Xaya burulması nədir ? Kəskin xayalıq sindromu Xaya burulması dedikdə xayanın öz oxu ətrafında burulması və bununla da xayada kəskin ağrının yaranması ilə xarakterizə olunur. Ağrı anidən, kəskin başlayır. Ağrının şiddəti xayanın öz oxu ətrafında burulma dərəcəsindən asılıdır. Belə ki, burulma nə qədər çox olarsa ağrı daha şiddətli olur. Burulma zamanı damarlar və sinirlər sıxılır, xayanın qan dövranı kəskin zəifləyir. Burulma ən çox sol xayada rast gəlinir. Xaya burulması təcili yardım tələb edən haldır. Əgər 5 - 6 saat ərzində burulma aradan qaldırılmazsa xaya toxuması tədricən nekrozlaşır və ölü toxumaya çevrilir. Belə olduğu halda hətta xayanın çıxarılması ilə nəticələnə bilər. ( Bu barədə müalicə bölümündə daha ətraflı yazmışam ) Xaya burulmasının Ssbəbləri Xaya burulmasnın ən çox rast gəlinən səbəbi xayanın kisə daxilində ifrat hərəkətli olmasıdır. Bunun da əsas səbəbi xayanın, toxum ciyəsinin və xaya qişalarının inkişaf qüsurları ilə əlaqədar xayanın xayalığa normal fiksasiya olunmamasıdır.  Belə ki, xaya xayalığa yaxşı fiksasiya olunmadıqda, kisə daxilində sanki, asılı vəziyyətdə və çox hərəkətli olur. Bu isə nəinki hansısa bir kiçik bir travmanın təsirindən, hətta özbaşına xayanın oxu ətrafında fırlanmasına səbəb ola bilir. Xaya burulmasına səbəb ola biləcək anomaliyalar kişilərin təqribən 12 - % də rast gəlinir. Adətən xayanın ön səthi sərbəst olur, arxa səthi isə qişalara fiksasiya olunur ki, xayalıq daxilində burulma, yerdəyişmə etməsin. Lakin xayanın fiksasiyası zəif olduqda, xaya daha hərəkətli olur və burulma ehtimalı yüksəlir. Xayanın burulma ehtimalı yüksək olan uşaqlar. Xayanı xayalığın dibinə fiksasiya edən bağın zəif inkişaf etməsi yaxud anadangəlmə  olmaması. Kriptorxizm ( xayanın xayalıqdan yuxarıda qalması ) və digər anomaliyaları olan uşaqlarda daha tez - tez rast gəlinir. Anadangəlmə qasıq yırtığı olan uşaqlar Anadangəlmə toxum ciyəsi uzun olan uşaqlar Yarımçıq doğulan uşaqlarda daha tez - tez rast gəlinir Xaya burulması əsasən 12 - 18 yaşda olan oğlan uşaqlarında, daha az hallarda isə yenidoğulmuşlarda və yetkin yaşda olan oğlanlarda rast gəlinir. Xaya xayalıqda normal vəziyyətdə olarkən sanki toxum ciyəsindən asılı vəziyyətdə olub kisənin daxilində hərəkətli vəziyyətdədir. Toxum ciyəsi arteriya, vena damarları, sinirlər və toxumdaşıyıcı borudan və bunları bir dəsətə şəklində saxlayan toxumalardan ( fassiyalardan ) ibarətdir. Uşaq ana bətnində olarkən onun xayaları bel nahiyyəsində yerləşir. Doğulana yaxın onun xayaları aşağıya doğru enərək qasıq kanalından keçir və xayalığa düşür. Xayalığa düşmənin səbəbi isə odur ki, xayalar toxum yaradıcı orqan kimi fəaliyyət göstərə bilsin. Belə ki, xaya toxumasının normal fəaliyyəti üçün bədən temperaturu əlverişli mühit deyil. Yəni 36,6 - 37 C xaya toxuması üçün daha isti mühitdir və bu mühitdə olarkən xayalarda toxumyaranma prosesi getmir. Bu temperaturda xaya toxumasında spermatozoidlərin əmələ gəlmə, artma və çoxalma fazalarını təmin edən bütün bioloji proseslər pozulur. Ona görə də orqanizm xayaları daha sərin saxlamaq məqsədilə xaya kisəsi adlanan yuva yaradıb. Lakin bu sərbəstlik ifrat olduqda, xaya daxilində xayaların fiksasiyası zəif olduqda xaya öz oxu ətrafında burula bilir. Adından göründüyü kimi də, bu kəskin hal xaya burulması adlanır. Əksər hallarda hansısa kəskin hərəkət, hoppanma, tullanma, qaçış, idman və.s xayalığa olan travma nəticəsində yaranır. Onsuz da xaya kisəsində hərəkətli olan xaya, kəskin hərəkət zamanı normalda burula bildiyindən daha çox burulur və həmin vəziyyətdə qalır. Xayanın burularaq öz əvvəlki vəziyyətinə qayıdmaması xaya burulması adlanır.   Xaya burulmasının əsas əlamətləri Xayada anidən yaranan kəskin şiddətli ağrı xaya burulmasının əsas əlaməti ola bilər. Bu zaman ağrı müvafiq tərəf qasıq nahiyyəsinə, qarına ötürülə bilir. Xəstələrin 1/3 - də qusma, ürəkbulanma, halsızlıq yaranır. Hətta ağrının şiddətindən huşun itməsi, soyuq tər basma kimi hal olur. Bədən temperaturu yüksələ bilir. Əgər burulmuş xaya artıq tam nekozlaşıb və irinləmə prosesi gedirsə temperatur 39 - 40C də ola bilər. Xayada şişkinlik, dərisinin qızarması yaxud rənginin solğunlaşması da əsas əlamətlərdəndir. Burulmuş xaya digər xayadan yuxarıda yerləşir. Belə halla rastlaşdıqda ləngimədən həkim uroloq - androloqa, gecə saatları olsa belə təcili yardıma müraciət etmək lazımdır. Gecədən səhərə qədər itirilən vaxt xayanın itirilməsinə səbəb ola bilər. Əgər ilk altı saat ərzində xəstəyə yardım göstərilərsə xayanın funksiyasını 100 % - ə qədər qorumaq olur. Əlbəttə ki, burulmanın dərəcəsindən asılı olaraq.   Təsnifatı Xaya burulmasının iki forması vardır. Ekstravaginal və intravaginal. Ekstravaginal burulma xayanın qişalarla birlikdə burulmasıdır. Əsasən böyük uşaqlar üçün xarakterdir. İntravaginal burulma isə xayanın özünün burulmasıdır, yəni qişa daxilində xayanın özünün burulması. Bu hal əsasən bir yaşa qədər olan uşaqlar üçün daha xarakterdir. Xaya burulmasının hər iki forması xayalığın müvafiq tərəfində anidən kəskin ağrı ilə başlayır. Ağrı o zaman azalır yaxud kəsilir ki, xaya tam nekrozlaşır.     Diaqnostika Adətən kəskin əlamətlərlə başladığı üçün peşəkar həkim uroloq üçün diaqnostikası o qədər də çətinlik törədmir. Ümumiyyətlə isə kəskin xaya ilə müraciət edən uşaqlarda ən çox ehtimal edilən diaqnoz xaya burulması və xaya hidatidinin burulmasıdır. Burulmuş xaya digərindən daha yuxarıda görünür, qeyri standart yerləşir. Bununla yanaşı müvafiq tərəfdə 6 saatdan artıq davam edən kəskin ağrı, şeşkinlik, ürək bulanma, qusmanın olması xayada burulma olması ehtimalını arırır. Diaqnostikada ən vacibi sorğu materiallarıdır. Çünki, xayada kəskin ağrı yarada bilən digər xəstəliklərdən fərqləndirmək çox vacibdir. Ən vacib və digər bir diaqnostik vasitə xaya dopleridir. Dopler müayinəsində xayanın qan dövranı pozulub yaxud normal olduğunu dəqiq müəyyən etmək olur.   Xaya burulmasının müalicəsi Xaya burulması təcili təxirəsalınmaz yardım tələb edən haldır. Burulma anından ilk altı saat ərzində yardım göstərilərsə xayanı tam xilas etmək mümkündür. Əgər hər hansı səbəbdən cərrahi müdaxilə gecikərsə xayanın nekrozlaşması ilə nəticələnə bilər. Belə olduqda isə xayanı xilas etmək mümkün olmur və xaya çıxarılmalıdır. Düzdür, cərrahi əməliyyatdan savayı xayanın əllə burulması texnikası da var. Cərrahi əməliyyatdan əvvəl həkim cəhd göstərib burulmanı ləğv etməyə çalışmalıdır. Az hallarda mümkün olur ki, xaya burulduğu vəziyyətdən öz əvvəlki vəziyyətinə qayıdsın. Çünki, burulma zamanı xaya çox ağrılı olur və toxunmaq mümkün olmur. Əgər xayanı əllə, yəni əməliyyatsız yolla, buraraq öz əvvəlki vəziyyətinə qaytara bildiyinizi düşünürsüzsə, mütləq dopler müayinədə xayanın qan dövranının bərpa olunduğuna əmin olmaq lazımdır. Bu halda adətən xəstənin ağrısı da azalır. Əgər xayanın qan dövranında müsbət dəyişiklik varsa, deməli xayanı öz əvvəlki pozisiyasına qaytara bilmisiniz. Bu halda da yataq rejimi, bir gün xəstəxanada nəzarət vacibdir. ( Xayada ağri, xayada sanci, xayanin sismesi ) Düzdür, cərrahi əməliyyatdan savayı xayanın əllə burulması texnikası da var. Cərrahi əməliyyatdan əvvəl həkim cəhd göstərib burulmanı ləğv etməyə çalışmalıdır. Az hallarda mümkün olur ki, xaya burulduğu vəziyyətdən öz əvvəlki vəziyyətinə qayıdsın. Çünki, burulma zamanı xaya çox ağrılı olur və toxunmaq mümkün olmur. Əgər xayanı əllə, yəni əməliyyatsız yolla, buraraq öz əvvəlki vəziyyətinə qaytara bildiyinizi düşünürsüzsə, mütləq dopler müayinədə xayanın qan dövranının bərpa olunduğuna əmin olmaq lazımdır. Bu halda adətən xəstənin ağrısı da azalır. Əgər xayanın qan dövranında müsbət dəyişiklik varsa, deməli xayanı öz əvvəlki pozisiyasına qaytara bilmisiniz. Bu halda da yataq rejimi, bir gün xəstəxanada nəzarət vacibdir.

 

( Xayada ağri, xayada sanci, xayanin sismesi, xaya burulmasi mualicesi )

Sosial şəbəkələrdə paylaş