Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Varikosele nədir ? Damar genişlənməsi.

Varikosele nədir, xayada damar genişlənməsi, varikosel nedir, müalicə Bakıda Androloq Ziyad Əliyev. Xayalarda varikoz damar genişlənməsi.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikosele nədir ?

    Varikosele nədir dedikdə xayalarda damar genişlənməsi kimi tanınan xəstəlik başa düşülür. Bu xəstəlik zamanı xaya və toxum ciyəsi venalarında varikoz genişlənmə yaranır. Varikosele zamanı xaya venalarında yaranan genişlənmə eynilə aşağı ətraf venalarında olan genişlənməsini xatırladır. Genişlənmə 90 – 92 % hallarda sol xayada, 1 – 2 % sağ, 5 – 7 % hallarda isə hər iki xaya venalarında rast gəlinir. Varikoselə müxtəlif yaş qruplarında rast gelməsinə baxmayaraq 90 % – dən artıq hallarda 15 – 30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosele ağır fiziki işlə ( 75 % ) və idmanla məşğul olan insanlarda rast gəlinir. ( Varikosele nədir sualına cavab tapçmağa çalışırıq )

    Varikosele nədir ? Spermaya necə təsir edir? Bütün bu suallar məqalədə androloq Ziyad Əliyev ətraflı cavablandıracaq.

    Varikosele nədir, xayada damar genişlənməsi, varikosel nedir, müalicə Bakıda Androloq Ziyad Əliyev. Xayalarda varikoz damar genişlənməsi.

    androloq.az

    Varikosele anlayışını, onun aktuallığını əhatəliklə dərk eləmək üçün varikoselin gənclər arasında nə dərəcədə tez – tez aşkarlanmasını, nə zaman aşkarlanmasını, ən çox rast gəlinən ağırlaşmasının nə olduğunu  və vaxtında cərrahi əməliyyat olunmazsa nəyə səbəb ola biləcəyini hörmətli oxucularımızın diqqətinə çatdırmaqda özümü borclu bilirəm. Kişi sağlamlığının qorunmasında məsuliyyətin bir hissəsinin də həkim uroloq – androloq olaraq mənim də üzərimə düşdüyünü nəzərə alıb daha geniş məlumat vermək qərarına gəldim.

    Statistik məlumatlara görə varikosele 15 – 30 yaş arasında olan gənclərin təqribən 15 – 20 % – də rast gəlinir. Varikoselenin ən ciddi fəsadı xayanın atrofiyası ( kiçilməsi ) nəticəsində xayanın spermyaratma funksiyasının zəifləməsidir. O baxımdan da varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biri hesab olunur.

    Varikosele aşkarlanan kişilərin sperm müayinələrinin nəticələri göstərir ki, bunların 70 – 75 % də müxtəlif dərəcədə zəifləmə var. Sonsuzluqla müraciət edən kişilərin müayinəsi zamanı isə onların 35 – 40 % – də varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin ( həyat yoldaşları bir dəfə hamilə olan kişilər ) isə 70 – 75 % də varikosel müəyyən olunur. (varikosel nedir , xayalarda damar genişlənməsi, damar genəlməsi, xayada varikoz, varikosele nedir )

    Əlamətsiz keçdiyinə görə də pasientlərin həkimə müraciətlərinin gecikməsinə və müraciət edən pasientlərin əksəriyyətində varikoselenin gecikmiş və ağırlaşmış formalarının aşkarlamasına səbəb olur. Əgər həkimə vaxtında müraciət edərsinizsə gələcəkdə özünüzü və ailənizi yaxud övladınızı sonsuzluq kimi tibbi və sosial ağır problemdən sığortalamış olarsınız.  Təqribən 10 % – ə qədər hallarda hər hansı bir ağrı, diskomfort hissiyyatı ilə müşahidə edilir. Qalan digər hallarda isə ( təqribən 90 % – də ) təsadüfi müayinə zamanı, yaxud sonsuzluqla əlaqədar müraciət edərkən şakar edilir.

    Varikoselehaqqında ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz

    http://androloq.az/uslugi/varikosele-nedir-sperma-faizi-sonsuzluq/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər