Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sidik kisə divertikulu.

Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Sidik kisə divertikulu nədir ?

    Sidik kisə divertikulu dedikdə sidik kisə divarında əlavə kisəyəbənzər genişlənmənin olması başa düşülür. Başqa sözlə desək sidik kisə divarında əmələ gələn yırtıqdır. Bunu şəkildən daha asan anlamaq olar. Əgər sidik kisə divarında olan divertikul sayı bir neçə ədəd və daha çoxdursa, buna sidik kisə divertikuliti deyilir.

    Sidik kisə divertikullarının iki forması müəyyən edilir.

    • Həqiqi divertikul.
    • Yalançı divertikul.
    Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

    androloq.az

    Həqiqi divertikul anadangəlmə olur. Həqiqi divertikulun divarı sidik kisə divarı kimi eyni qatlardan təşkil olunub. Adətən həqiqi divertikul sidik kisənin arxa divarında olur və  tək olur.

    Yalançı divertikul isə sonradan yaranmadır. Səbəbləri barədə aşağıda ətrafl yazmışam. Əlbəttə ki, əsas yaranma səbəbi sidik ifrazının çətinləşməsidir. Belə ki, prostat adenoması, sidik kanalında daralma və. s. səbəblərdən sidik ifrazı çətinləşir. Sidik kisə sidiyi xaricə qovmaq üçün əlavə qüvvə səhv edir. Buna baxmayaraq sidik kisə tam boşalmır. Belə olduqda sidik kisə əzələləri güclənir, qalınlaşır. Lakin proses uzun müddət davam etdikdə, yəni vaxtında müalicə aparılmadıqda bu əzələlər zəifləyir. Zəifləmə o həddə gəlib çatır ki, əzələ lifləri aralanır. Belə sidik kisəyə trabekulyar sidik kisə deyilir.

    Sistoskopiya zamanı trabekulyar sidik kisəyə baxdıqda sidik kisə divarında əzələ lifləri selikli qişadan aydın seçilir. Divertikulun əmələ gəlməsi də məhz sidik kisə əzələ liflərinin zəifləməsi və aralanması nəticəsində yaranır. Əzələ lifləri aralandıqda sidik kisənin selikli qişası əzələ lifləri arasından xaricə doğru qabarır. Bu hal sidik kisə divarında olan yırtığı xatırladır və divertikul adlanır. Buradan da görünür ki, belə divertikulun divarı yalnız sidik kisənin selikli qişasından ibarətdir. Şəkildən göründüyü kimi divertikul əmələ gəldiyi yer çox müxtəlif ola bilər. A və B – şəkllərində divertikul sol böyrəkdən gələn sidik axarının sidik kisəyə açılan dəliyinin üzərində yaranıb. C – şəklində isə sidik axarının sidik kisəyə açılan dəliyi divertikulun içində qalıb.

    Sidik kisədə divertikulun səbəbləri.

    Həqiqi divertikullar adından göründüyü kimi anadangəlmədir. Bütün digər anadangəlmə xəstəliklər kimi bunların da səbəbi hamiləlik zamanı keçirilən müxtəlif infeksion xəstəliklər və pis vərdişlərdir. Bəzən də irsi meyillik olduğu barədə məlumatlar vardır.

    Yalançı yaxud qazanılma sidik kisə divertikulu aşağıdakı səbəblərdən yarana bilər :

    Prostat adenoması, prostat xəsçəngi və sidik kanalının daralması sidik kisədən sidiyin xaric olmasını çətinləşdirən hallardır. Sidik kisə xəsrçəngi sidik kisə boynunda yerləşərsə, o da sidik ifrazını çətinləşdirən haldır.  Sidik kisə travması isə kisə divarının zədələnəsinə səbəb olmaqla sonradan kisə divarında divertikulun əmələ gəlmsinə gətirib çıxarda bilir.

     Sidik kisədə diertikulun əlamələri.

    Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

    androloq.az

    Sidik kisə divertikulunun özünə məxsus spesifik bir əlaməti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, qazanılma divertikul sisik ifrazının çətinləşməsinə səbəb olan bir sıra xəstəliklərin ağırlaşmasıdır. Yəni onların fəsadıdır. Ona görə də o xəstəliklərin gedişi ağırlaşdıqca sidik kisədə divertikulun əmələ gəlmə ehtimalı artır. Bu xəstəliklərin divertikul əmələ gətirənə qədərki əlamətləri isə aşağıdakılardır. Özündə bu əlamətləri və yaxud bunlara bənzər əlamətlər hiss edən hər bir kəs gecikdirmədən həkim uroloqa müraciət etməlidir.

    • Sidik kisənin tam boşalmaması hissiyyatı.
    • Sidik kisənin hissəvi yaxud porsiyalarla boşalması. Belə ki, sidik ifrazından bir neçə dəqiqə sonra təkrarən sidik ifrazına çağrış gəlir və təkrar sidik ifraz olunur. Xaric olan sidiyin həcmi müxtəlif ola bilər. Bu onunla əlaqədardır ki, birinci sidik ifrazı zamanı sidik kisə boşalır. Sonradan yaranan çağırış isə divertikulun daxilində olan sidiyin sidik kisəyə dolması (  qayıdması ) ilə əlaqədardır.
    • Sidikdə qan olması yaxud bulanıq olması. https://androloq.az/sidikd-qan-olmasi-hematuriya/
    • Sidik kisə proyeksiyasında ( qarının aşağısında ) ağrının olması.

    Divertikul müalicə olunmazsa nə olar ?

    • Əgər vaxtında müalicə aparılmazsa, müdaxilə olunmazsa sidik kisə iltihablaşır və hətta irinləyə bilir. Bu irinliiltihab sidik axararı ilə böyrəklərə yayılır, böyrəklərdə kəskin iltihab yarada bilir. Buna pielonefrit deyilir.
    • Bir çox hallarda divertikulun içində daş əmələ gəlir.

      Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

      androloq.az

    • Divertikulun divarında şiş əmələ gəlir ( sidik kisə xərçəngi ). https://androloq.az/uslugi/sidik-kise-xercengi/
    • Divertikulun partlaması. Bu əsasən divertikulun irinləməsi nəticəsində olur. İrinləmiş divertikul deşilir yaxud qarın boşluğu təzyiqin artmasına səbəb olan hər hansı bir haldan partlayır. Nəticədə irin qarın boşluğuna, sidik kisə ətrafı sahəyə dağılır. Bu hal peritonit adlanır. Peritonit zamanı insanı xilas etmək çox çətindir. Çünki, qarına tökülmüş irin bübün qarındaxili orqanları zədələtir. Həm də ki, divertikul olan insanlar yaşlı , zəifləmiş insanlar olduğundan bunları həyata qaytarmaq çox çətin olur.

    Sidik kisə divertikulunun müayinəsi.

    Divertikulu aşkarlamaq müasir təbabətin imkanları qarşısında çox da çətin deyildir. Adətən divertikul aşkarlandıqda artıq gec olur. Onu ilkin mərhələdə aşkarlamaq üçün isə xəstənin vaxtında həkimə müraciət etməsi vacibdir.

    • USM ( ultrasəs – uzi ). Ultrasəsdə divertikulu aşkarlamaq, ölçmək, daxilində daş, törəmə varmı, yoxmu bilmək o qədər də çətin deyildir.

      Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

      androloq.az

    • Digər bir müayinə sistoqrafiyadır. Sidik kisəsinə rentgen pozitiv ( rentgendə görünə bilən maddə – uroqrafin ) doldurulur. Sonnra rentgen şəkil çəkilir. Rentgendə divertikula xas görüntünü aşkarlamaq çətinlik törədmir. Belə ki, sidik kisənin simmetrikliyi pozulur, kisəvari genişlənmə müəyyən edilir.
    • Başqa bir müayinə sistoskopiyadır. Sistoskopiya mütləq proseduradır divertikulun müayinə və müalicəsi üçün. Çünki, bəzən böyrəkdən açılan sidik axarının dəliyi divertikul içində yaxud çox yaxınlığında yerləşə bilir. Ona görə də adətən divertikulu əməliyyat etməzdən əvvəl hər iki sidik axarına stent qoyulur. Bu o məqsədlə edilir ki, divertikulun kəsilməsi, soyulması yaxud çıxarılması zamanı sidik axarı zədələnməsin. https://androloq.az/uslugi/sistoskopiya-nedir/
    • Əgər divertikulun divarında usm müayinəsin zamanı törəmə aşkarlanıbsa MRT müayinəsi tövsiyyə olunur.

    Divertikulun müalicəsi.

    Sidik kisə divertikulu müalicəsi, divertikul nədir, uroloq Ziyad Əliyev Bakıda. Sidik kisənin divertikulu necə yaranır, necə müalicə olunur, əməliyyatı.

    androloq.az

    Sidik kisə divertikulu cərrahi xəstəlikdir və bu xəstəliyin yeganə qəbul olunmuş müalicə yolu cərrahi əməliyyatdır. Bu əməliyyatların müxtəlif modifikasiyaları mövcuddur. Ümumilikdə isə qapalı və açıq olmaqla iki qrupa bölmək olar bu əməliyyatları. Qapalı əməliyyat laparoskopik əməliyyatdır. Bədəndə kəsik olmadan iki – üç dəlikdən daxil olmaqla divertikul sidik kisədən ayrılır. Açıq əməliyyat dedikdə isə qarının ön divarında, göbəkdən aşağı hissədən aparılır.

    Divertikulun müalicəsi dedikdə təkcə divertikulun xaric edilməsi deyil, onu yaradan səbəbin də aradan qaldırılması başa düşülür. Əgər divertikul prostat adenoması nəticəsində əmələ gəlibsə, divertikulun xaric olunması ilə yanaşı prostat adenoması da aradan qaldırılmalıdır.

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər