Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sidik kanalının daralması – sidik kanalında darlıq – sidik kanalı darlığı

Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı - sidik kanalında darlıq - sidik kanalında əməliyyat - sidik kanalının lazerlə genişləndirilməsi - uroloq androloq Ziyad Əliyev Bakıda

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı

    Striktura dedikdə sidik kanalının daralması başa düşülür. Qadınlarda sidik kanalı daha enli və qısadır. Ona görə də sidik kanalı daralmaları qadınlarda az rast gəlinir və demək olar ki, həmişə ginekoloji əməliyyatlardan, travmalardan, şüa terapiyadan sonra yaranır. Xəstəlik əsasən kişilərdə rast gəlinir. Bu isə kişilərdə sidik kanalının anatomik xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, kişilərdə sidik kanalı uzundur, dardır və iki yerdə təbii əyriliyi vardır. Kişilərin təqribən 1 – 1,5 % – i sidik kanalında daralmadan əziyyət çəkir. Böyük şəhərlərdə çanaq sümüklərinin sınığı ilə müşahidə olunan avtotravmalardan sonra hər il yüzlərlə insanda sidik kanalının daralmalarına rast gəlinir. Əslində isə sidik kanaında daralma olan pasientlərin sayı daha çoxdur. Çünki belə pasientlər sidik ifrazının çətinləşməsi ilə əlaqədar həkimə müraciət edərkən əksər hallarda onlara səhv diaqnoz qoyulur. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

    Bunun iki əsas səbəbi vardır.

    1. Birincisi ona görə ki, uroloqların cəmi 4 % – i sidik kanalı cərrahiyyəsi ilə məşğul olur. Bu o deməkdir ki, böyük əksəriyyət uroloqlar bu xəstəliyin diaqnostikası və müalicəsi ilə ciddi məşğul olmur.
    2. Sidik kanalında daralmanın olmasını diaqnozlaşdırmaq üçün əlavə müayinə vasitələrinə ehtiyac duyulur. Bütün xəstəxanalarda bu müayinələrin olmaması da xəstəliyin müayinəsini mümkünsüz edir.

    Səhvən bu pasientlərə prostat vəzin adenoması, prostatit, sistit, sidik kisənin atoniyası, sidik kisə boynunun sklerozu diaqnozu qoyulur.

    Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı - sidik kanalında darlıq - sidik kanalında əməliyyat - sidik kanalının lazerlə genişləndirilməsi - uroloq androloq Ziyad Əliyev Bakıda

    Daralma eyni vaxtda bir və ya bir neçə yerdə ola bilər. Həmçinin sidik kanalının qismən daralmasından tutmuş mənfəzinin tam bağlanmasına ( obliterasiya ) qədər və bütün sidik kanalı boyunca ( total striktura ) daralmaya rast gəlinir. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

     

    Sidik kanalında daralma hansı səbəblərdən yarana bilər?

    – ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

    Sidik kanalının daralması sidik kanalı divarında sərt toxumanın ( çapıq toxumasının ) əmələ gəlməzi ilə əlaqədardır. Daralmanın yerini müəyyən eləməklə onun təxmini səbəbini və əksinə səbəbini müəyyən etməklə onun xarakterini təyin etmək olur.

    Daralma anadangəlmə və qazanılma olur. Anadangəlmə daralmalar çox nadir hallarda rast gəlinir.

    Sidik kanalında daralma aşağıdakı müxtəlif səbəblərdən yarana bilir.

    1. Travma : – sidik kanalının zədələnməsi ilə müşahidə olunan cinsi orqan travmaları və yaralanmaları, aralıq nahiyyəsinin travmaları və yaralanmaları, çanaq sümüklərinin sınıqları ilə müşahidə edilən travmalar. Bunlar ehtiyyatsız cinsi əlaqə zamanı cinsi orqanın əzilmələri, sınıqları, bərk əşyanın üstünə yıxılmaqla aralıq nahiyyəsinin travmaları, avtotravmalarda çanaq sümüklərinin sınıqları zamanı yaxud bununla əlaqədar aparılan əməliyyatlarda sidik kanalının zədələnmələri, sidik kanalına yad cismin salınması və.s ola bilər.
    2. Cinsi orqanın və sidik kanalının termiki, kimyəvi yanıqları : – Bunlara bir çox hallarda özünümüalicə ilə məşğul olan insanlarda rast gəlinir. Çox təəssüf olsun ki, bir qism insanlar həkimə getməyə utanır və cinsi yolla yoluxan xəstəlikləri özləri müalicə etməyə cəhd göstərir. Bu məqsədlə onlar müxtəlif maddələri ( gümüş nitrat, xlorheksidin, miramistin, spirt, dimeksid, kerosin ) sidik kanalına yeridməklə müalicə olunmaq istəyirlər. Başqa bir qism isə bu maddələri cinsi əlaqədən sonra cinsi yolla yoluxa bilən xəstəliklərin profilaktikası məqsədilə sidik kanalına yeridir. Hər iki halda nəticəsi çox ağır ola bilər. Belə ki, sidik kanalına yeridilən kimyəvi maddə sidik kanalının selikli qişasını yandırır, büzüşdürür və nəticədə kanal daralır. Bir sıra hallarda bu xəstələrin sərbəst sidik ifrazı olmur və biz onlarda təzə sidik kanalı formalaşdırana qədər müvəqqəti olaraq qarının ön divarından sidik kisəsinə drenaj trubka ( episistostoma ) qoyuruq.
    3. İltihab : – cinsi yolla yoluxan xəstəliklər, sidik – cinsiyyət orqanlarının vərəmi, sidik kanalının, prostat vəzinin iltihabı
    4. Tibbi müdaxilə : – sidik kanalına kateterin qoyulması, sidik kanalının bujlanması, sidik kanalından keçməklə sidik kanalında, sidik kisədə, prostat vəzidə, sidik axarlarında, böyrəkdə aparılan endoskopik prosedura və əməliyyatlar sidik kanalında daralmaya səbəb ola bilər. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda – idrar kanalı darlığı )

     

    Sidik kanalında darlığın əlamətləri

    ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

     

    ” İnsan öz işəməyindən zövq almalıdır ” –  Professor Qabor

     

    Prostat vəzin adenomasından sonra sidik ifrazını çətinləşdirən ikinci ən çox yayılmış xəstəlik sidik kanalının daralmasıdır ( striktura ) . Əgər aşağıda sadalanan əlamətlər 40 yaşa qədər olan kişidə yaranıba daha çox sidik kanalının daralmasından şübhələnmək lazımdır. 40 yaşından yuxarı kişidə yaranıbsa prostat adenoması ehtimalı daha yüksəkdir.

     

    Xəstədə aşağıdakı əlamətlər olduqda sidik kanalının daralmasından şübhələnmək lazımdır

    – ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq )

    Sidik ifrazının çətinləşməsi. Belə ki, xəstə sidiyə gedəndə gücənir, qarının ön divar əzələlərini gərginləşdirir.

    Qarının aşağısında daima ağrı və diskomfort hissinin olması

    Bəzən daralma elə bir həddə olur ki, xəstə sidiyə çıxa bilmir. Sidik ifrazının mümkün olmaması ( buna kəskin sidik ləngiməsi deyilir ) .

    Sidik kanalının (uretranın) daralması - strikturası

    Sidik ifrazı zamanı ağrı, diskomfort olması

    Sidik kisəsinin dolu omasına baxmayaraq sidiyin az çıxması

    Sidik ifrazından sonra sidik kisənin tam boşalmaması hissiyyatı ( kisə tam boşalmır və qalıq sidik qalır )

    Sidik şırnağının təzyiqinin zəifləməsi

    Qeyri – iradi olaraq sidiyin damcı – damcı axması

    Sidik şırnağının haçalanması, səpələnməsi ( duşdan gəlməni xatırladması )

    Sidikdə qan olması

    Spermada qan olması

    Sidik kanalından daimi axıntının olması. Müalicə vaxtı axıntı kəsilir və yenidən başlayır

    Eyakulyasiya zamanı spermanın sidik kanalından tam çıxmaması. (Sidik kanalının daralması – striktura – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda)

     

    Travmadan sonra sidik kanalında daralma yaranan xəstə ilə söhbət 

    Qarşımda 28 yaşında cavan oğlan əyləşib. Tez – tez əlini qarnına apararaq özünü narahat hiss edir.Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı

    – Sidik ifrazınız nə vaxt çətinləşib ? – deyə soruşdum. O artıq xeyli vaxtdır sərbəst işəmir. Sidik kanalında daralma yarandığı üçün onun sidik kisəsinə qarının ön divarından drenaj – kateter ( trubka ) qoyulub və sidik oradan xaric olur. Buna episistostoma deyilir ( şəkilə bax )

    Çox ağır avtotravmadan sonra 1 ay reanimasiyada yatdığını qeyd edərək bu yaxınlarda evə yazıldığını bildirdi.

    – Günün birində səhər durdum ki, işiyə bilmirəm, amma sidik kisəm doludur . Bir neçə dəfə oturub – qalxdım, qarnıma isti qoydum xeyri olmadı. Təcili yardım çağırdım, onlar məni xəstəxanaya apardılar. Xəstəxanada sidik kanalıma kateter qoymağa çox cəhd göstərsələr də alınmadı. Dedilər ki, sidik kanalınızda daralma var, qarının ön divarından sidik kisəyə drenaj trubka qoymaq lazımdır. Həkimlər başqa çıxış yolu qalmadığını dedilər və mən razılaşdım. Bu drenaj məni çox narahat edir, tez – tez tutulur, kənarından sidik sızır paltarlarımı isladır. Gündə bir neçə dəfə paltar dəyişsəm də sidik iyi verirəm – deyir xəstə.

    – Drenaj – trubkanı neçə gündən bir dəyişirsiz ?

    – Hətta hər gün dəyişsəm də yaxşı olmuram. Doktor, xahiş edirəm deyin görək bunun bir çarəsi var yoxsa mən bütün ömür boyu bu trubka ilə gəzməliyəm?

    – Gəlin əvvəlcə sizi müayinə edim. Müəyyənləşdirək görək daralma sidik kanalının hansı hissəsindədir və daralmış hissənin uzunluğu nəqədərdir. Səbirli olun, sizi əmin edirəm ki, köməyim dəyəcək. Müayinələr… (Sidik kanalının daralması – striktura – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda)

     

    Sidik kanalında darlığın müayinəsi – urologiyada zərgər işi

    – ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq )

    Bu xəstələrin dəqiq diaqnostikası onların müalicəsində optimal müalicə metodunun seçilməsi və xəstəliyin təkrar yaranma ehtimalını minimuma endirmək üçün ən vacib məqamdır.Sidik kanalının (uretranın) daralması - strikturası uroloq androloq ziyad dr

    Diaqnostikada məqsəd nədir ?

    1. Daralmanın dəqiq səbəbini müəyyənləşdirmək .
    2. Daralmanın dəqiq yerini və hansı məsafədə olmasını müəyyənləşdirmək .
    3. Daralmış yerin yuxarı və aşağı kənarlarının vəziyyətini qiymətləndirmək
    4. Daramış yerin selikli qişasının və qan dövranının vəziyyətini qiymətləndirmək
    5. Ağırlaşmaların olub olmaması. Bunlara aiddir sidik kanalı, sidik kisə divertikulu ( divertikul dedikdə sidik kanalı yaxud sidik kisə divarında kisəyə yaxud yırtığabənzər genişlənmə başa düşülür ), sidik kisədə qalıq sidik, sidik kisənin daşı, sidik yollarının infeksiyası, sidik axarları və böyrək ləyəninin genişlənməsi, böyrək çatışmazlığı. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

    Daralmanın müayinə metodları. Daralmanı necə müəyyən etmək olar ?

    Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı - sidik kanalında darlıq - sidik kanalında əməliyyat - sidik kanalının lazerlə genişləndirilməsi - uroloq androloq Ziyad Əliyev Bakıda

    – ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq )

    1. Sorğu məlumatları – anamnez : xəstəliyin əlaqmətlərinə və sorğu məlumatlarına əsasən daralma səbəbini ehtimal etməyə imkan verir.
    2.  Urofloumetriya – sidik ifrazının müayinəsi. Bu zaman sidik ifrazının maksimal sürəti, sidik ifrazının orta sürəti, sidik ifrazının davametmə vaxtı, sidiyin sürətinin maksimuma çatana qədər keçən vaxt, ifraz olunan sdiyin miqdarı, sidik ifrazına başlayana qədər keçən vaxt müəyyən olunur.
    3. Uretrosistoskopiya – daralmış nahiyyəni və onun kalibrini ( mənfəzini ), sidik kanalının xarici dəliyindən daralmaya qədər olan hissənin selikli qişasının vəziyyətini, daralmış nahiyyənin aşağı kənarını müəyyən etməyə imkan verir. Uretrosistoskopiya dedikdə xüsusi yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətlə sidik kanalı və sidik kisə daxilinin gözlə müayinəsi başa düşülür. Müayinə zamanı sidik kanalı daxilini həkim ekranda görür.Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı
    4. Uretrosistoqrafiya – rentgen kontrast maddəni sidik kanalına yeridməklə sidik kanalının rentgen təsvirini alırıq. Bununla biz sidik kanalında daralmanın dəqiq yerini, onun yuxarı-aşağı sərhədini müəyyən edirik. Normada sidiyin maksimal sürəti 1 san – də 15 ml – dən çox olmalıdır. Əgər sidiyin maksimal sürəti 5 ml/san və ondan aşağıdırsa yaxın bir ayda kəskin sidik ləngiməsi ehtimalı 50 % – dən yuxarıdır. Kəskin sidik ləngiməsi dedikdə sərbəst sidik ifrazının olmaması başa düşülür.
    5. Ultrasəs müayinəsi ( usm ) prostat vəzin ölçülərini, həcmini, sidik kanalının daralmış hissəsinin qan təchizatını, sidik kisədə qalıq sidiyin olması, sidik kisə divarında divertikul, sidik kisədə daş, sidik axarları və böyrəklərdə genişlənməni müəyyən etməyə imkan verir.
    6. Ümumi sidik analizi və sidiyin əkilməsi – sidikdə iltihabı, infeksiyanı müəyyən etməyə imkan verir. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

     

    Ölkəmizdə sidik kanalı cərrahiyyəsi nə vəziyyətdədir ?

    Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı

    Əgər ümumi xarakterizə etsək vəziyyət heç də qənaətbəxş deyildir. Xüsusən də 3 sm – dən uzun olan daralmalar, obliterasiya ( mənfəzin tam bağlanması ), sidik kanalının cinsi orqandan keçən hissəsinin ( penil uretra ) daralmaları olan hallarda. İndi izah edim nəyə görə. Son illər Avropa ölkələri və Amerikada rekonstruktiv plastik cərrahiyyə çox sürətlə inkişaf edərək sidik kanalı cərrahiyyəsinə də öz təsirini göstərmişdir. Bununla əlaqədar olaraq sidik kanalı mənfəzinin genişlənməsinə yönəlmiş bir çox yeni modifikasiyalı əməliyyatlar təklif olunmaqdadır. Bu əməliyyatların böyük bir hissəsi bədənin digər hissəslərindən götürülmüş selikli qişa ilə sidik kanalının daralmış hissəsinin tam bəpa edilməsinə yönəlib. Belə ki, yanağın içəri səthindən, dodaqdan, sünnət əməliyyatı zamanı kəsilib atılan dərinin içəri səthi, sidik kisədən götürülən selikli qişa, sidik kanalının daralmış hissəsini genişləndirmək üçün ” yamaq ” qismində istifadə edilir.

    Sovet hakimiyyəti dövründə səhiyyəmizin inkişaf etmiş qərb ölkələrinin səhiyyəsindən izolə olunması bir çox yeniliklərin ölkəmizdə tətbiqini qeyri – mümkün edib. Ona görə də sidik kanalı cərrahiyyəsində ciddi nailiyyətlər əldə olunmayıb. Hal – hazırda da bir çox uroloqlar sidik kanalında daralması olan pasientləri bujlayır, özü də daralmanın xarakterini, səbəbini, ölçüsünü, yerləşdiyi nahiyyəni dəqiq bilmədən. Hər növbəti bujlamada sidik kanalı divarı daha çox zədələnir və gələcəkdə aparılması qaçılmaz olan rekonstruktiv əməliyatın nəticəsinə mənfi təsir edir. Ümumiyyətlə isə bujlama müasir sidik kanalı cərrahiyyəsinin prinsiplərinə zidd proseduradır, hətta sadə daralmanı bujlamaqla mürəkkəb daralmaya çevirmək olur. Bu o deməkdir ki, hər dəfə sidik kanalına buj saldıqda, daralmış nahiyyəni genişləndirmək istədikdə ora əlavə travma verilir, darlıq məcburi genişləndiyi üçün yenidən daha uzun məsafədə daralma yaranır. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

    Optik endouretrotomiya – lazerlə sidik kanalı darlığının müalicəsi ( əməliyyatı )

    ( Sidik kanalının daralması - sidik kanalında daralma - striktura - sidik kanalı - sidik kanalında darlıq - sidik kanalında əməliyyat - sidik kanalının lazerlə genişləndirilməsi - uroloq androloq Ziyad Əliyev Bakıda )Çox geniş yayılmış digər əməliyyat növü də var, buna optik uretrotomiya deyilir. Uretrotomiya endoskopik əməliyyatdır, başqa sözlə desək sidik kanalı daxilinə yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş xüsusi alət -uretroskop yaxud sistoskopla daxil olub daralmanın ləğv edilməsi əməliyyatıdır. Buna baxmayaraq uretrotomiya keçirmiş hər iki pasientdən birində ( 50 % ) təkrari daralma yaranır. Yəni əməliyyatın effektivliyi aşağıdır. Əgər təkrari daralma yaranırsa və yenə də optik uretrotomiya əməliyyatı aparılırsa efektivlik 20 – 25% – dən yüksək deyildir. 3 – cü dəfə daralma yaranarsa uretrotomiya effektsizdir.

    Nəzərə alsaq ki, sidik kanalı təkdir, onun normal olmaması, daralması insanın həyat keyfiyyətinə çox mənfi təsir göstərir, sidik cinsiyyət sisteminin işini pozur.

    Son illər müasir informasiya vasitələrinin tətbiqi ilə və digər qərb ölkələrindən olan uretral cərrahlarla sıx təmas, onlarda təşkil olunmuş kurslar və seminarlarda bizim iştirakımız müasir uretral cərrahiyyəni bizim ölkəmizə gətirmək imkanı vermişdir. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda )

     

    Həkimin hansı müalicə metodunu seçməsi nədən asılıdır? – Sidik kanalının daralması – striktura

    Sidik kanalının daralması - striktura - sidik kanalında darlıq - sidik kanalında əməliyyat - sidik kanalının lazerlə genişləndirilməsi - uroloq androloq Ziyad Əliyev Bakıda

    Müalicə metodunun seçilməsi aşağıdakı faktorladan asılıdır:

    1. Daralmanın sidik kanalının hansı hissəsində yerləşməsindən. Sidik kanalının ön və arxa hissəsinin daralmaları ayırd edilir.
    2. Daralmanın ölçüsündən ( daralmış nahiyyənin aşağı-yuxarı kənarları arasındakı məsafədən ) asılı olaraq qısa və uzun strikturalar ayırd edilir. Əgər strikturanın ölçüsü 2 sm – ə qədərdirsə qısa, 2 sm – dən böyükdürsə uzun striktura hesab olunur. Əgər sidik kanalının 2/3 hissəsi daralıbsa subtotal, sidik kanalı tamamilə daralıbsa total striktura adlanır. Bəzən sidik kanalının mənfəzi daralıb tamamilə bağlanır. Buna sidik kanalının obliterasiyası deyilir. Bu halda sərbəst sidik ifrazı olmur və müvəqqəti olaraq xəstənin sidik kisəsinə qarının ön divarından drenaj trubka ( episistostoma ) qoyulur.

    Rekostruktiv uroloji cərrahiyyədə yüksək texnologiyaların tətbiqi belə xəstələrin demək olar ki, hamısına kömək etmək imkanı yaradır. Bu əməliyyatlarla sidik kanalı mənfəzini tam bərpa edirik ki, bununla da xəstənin sərbəst sidik ifrazı mümkün olur. Ancaq bu imkanlardan o cərrahlar, uroloqlar yararlana bilir ki, sidik kanalının hər cür daralmaları zamanı bütün dünyada mövcud olan müalicə və diaqnostik imkanlardan xəbərdar olsun.

    Əgər striktura sidik kanalının aralıq hissəsində yerləşirsə və 2 sm – dən uzun deyilsə daralmış hissə sağlam toxuma sərhəddində kəsilir və sidik kanalının ucları arasında anastomoz qoyulur ( yəni uc – uca tikilir ) .

    Sidik kanalının aralıq hissəsində 2 sm – dən uzun və sidik kanalının cinsi orqandan keçən hissəsində olan 0,5 sm – dən böyük istənilən daralma plastik əməliyyat yolu ilə ləğv edilir. Yəni yanağın içəri səthindən götürülmüş selikli qişa sidik kanalında olan daralmış hissəni genişləndirmək üçün “yamaq” qismində istifadə edilir. (Sidik kanalının daralması – striktura – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda)

     

    Sidik kanalında daralma olan başqa bir xəstə ilə söhbəti sizə təqdim edirik

    Xəstənin sidik kanalında böyük bir daralma var. Mən izah elədim ki, sizin yanağınızın daxili səthindən selikli qişa götürüb onu sidik kanalında olan daralma nahiyyəsinə tikməliyik ki, sidik kanalında daralma olan hissəni genişlənməsi mümkün olsun və darlıq aradan qalxsın.

    – Yanağımın selikli qişası ilə işədiyim yerin nə əlaqəsi var ? – deyə xəstə soruşur. Sözün açığı bu sual mənim özümə də çox maraqlı olardı, əgər uretral cərrahiyyə ilə məğul olmasaydım.

    Çoxsaylı tədqiqatlarda da sübuta yetirilib ki, sidik kanalı strikturasında ( daralmasında ) daralmış hissəni genişləndirmək üçün ən yaxşı plastik material yanağın selikli qişasıdır.

    Sxematik olaraq vərəq üzərində əməliyyatı xəstəyə izah eləməyə çalışıram ki, xəstədən növbəti sualı eşitdim . – Mənim yanağımı kəsib götürsəz necə olacaq, sifətim eybəcərləşməz ?

    – Əlbəttə ki, yox. Biz yanağın içəri səthindən çox kiçik hissəni götürürük. Bir həftədən sonra onun yeri tam sağalacaq.

     

    … bir ildən sonra həmin xəstə məni görür və …

     

    – Doktor, mən həqiqətən da işəməyimdən həzz alıram.

     

    Nə etmək lazımdır ki, sidik kanalında daralma yaranmasın ?

    1. Cinsi yoluxan xəstəliklərə yoluxmamaq yaxud yoluxma olsa da vaxtında müalicə alıb tam sağalmaq
    2. Təsadüfi cinsi əlaqədən çəkinmək yaxud qoryucudan istifadə etmək
    3. İldə bir dəfə həkim uroloq – androloqun müayinəsində olmaq
    4. Travma və soyuqdan qorunmaq
    5. Həkim məsləhəti olmadan özbaşına sidik kanalına müdaxilə etmək, kateter və ya hansısa dərmanı yeridmək olmaz.

    (Sidik kanalının daralması – striktura – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – Ziyad Əliyev – sidik axari darligi – idrar kanali darligi  )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər