Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Böyrək daşı, sistin daşları nədir.

Böyrək daşı, sistin daşları, böyrək daşının tərkibi, uroloq Ziyad Aliyev

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Böyrək daşı, sistin daşları nədir.

    Böyrək daşı xəstəliyi çox geniş yayılmış xəstəlikdir. Hər 100 nəfərdən 5 – də sidik daşı aşkarlanır. Bu xəstəlik sidik yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur. Daşlar sidiyin tərkibində olan maddələrin kristallaşması nəticəsində yaranır. Ən çox rast gəlinən daşlar oksalat, fosfat və urat daşlarıdır. Daşların 60 % – dən çoxu qarışıq tərkiblidir. Urat daşları bir mənalı olaraq böyrəkdə əmələ gəlir. Sidik daşı xəstələrinin 1 – 2 % ni sistin daşları təşkil edir. İrsi faktora bağlı olduğundan sistin daşları daha erkən yaşlarda da rast gəlinir. Sistin daşları əsasən o insanlarda yaranır ki, onların sidiyində sistinin miqdarı normadan yüksək olur. Buna sistinuriya deyilir. ( Böyrək daşı, sistin daşları nədir ).

    Böyrək daşı, sistin daşları, böyrək daşının tərkibi, uroloq Ziyad Aliyev

    Sistinuriya, tərkibində kükürd olan aminturşuların ( sistin, ornitin, lizin, arginin ) mübadilə pozğunluğu olan insanlarda rast gəlinir. Digər amin turşulara nisbətən sistin demək olar ki, sidikdə həll olmur, ona görə də kristallar əmələ gətirir. Sistinuriya irsi patologiyadır. Normalda sutkalıq sidiklə xaric olan sistinin miqdarı 80 mq – dan az olduğu halda, sistinuriya zamanı sidikdə sistinin miqdarı 400 – 1000 mq – a qədər yüksəlir. Sistin çox çətin həll olan maddə olduğundan asanlıqla kristallaşır və böyrəkdə, sidik yollarında daşların əmələ gəlməsinə səbəb olur. Onun həll olması sidiyin ph ( turşu – qələvi müvazinəti ) göstəricisindən asılıdır. Sistinin həll olma xüsusiyyətini artırmaq üçün sidiyin ph göstəricisi 7,5 dən yüksək olmalıdır və bunun üçün maye qəbulunu artırmaq lazımdır. Gün ərzində 3,5 litr maye qəbul etmək lazımdır sidiyin turşluğu azalsın və qələvi xarakterli olsun. Sidik daşı olan xəstələr bilməlidirlər ki, su onlar üçün ən yaxşı dərmandır. ( Böyrək daşı terkibi – sistin )

    Sistin daşı olan xəstələrdə təkrarən daş yaranma riski yüksəkdir.

    Sistin tərkibli böyrək daşı olan xəstənin müayinəsi.

    USM və komputer tomoqrafiya müayinəsi, sidikdə sistinin miqdarının təyin edilməsi..

    Sistin tərkibli böyrək daşının müalicəsi.

    Böyrək daşı, sistin daşları, böyrək daşının tərkibi, uroloq Ziyad Aliyev

    androloq.az

    Digər tərkibdə olan daşlar kimi, ölçüsündən asılı olaraq müxtəlif müalicə seçilə bilər. Daşlar kiçik olduqda dieta və müvafiq konservativ müalicə təyin olunur. Böyük ölçüdə daşlarda isə cərrahi əməliyyatların müxtəlif kombinasiyada tətbiqi mümkündür. Sistin daşları çox sərt olduğu üçün hilmium lazerlə kontakt litotripsiya ( parçalanması ) daha məqsədə uyğun hesab olunur.

    Sistin ərkibli böyrək daşlarının profilaktikası.

    Zülali qidalardan az yemək ( ət, balıq, yumurta, süd) lazımdır. Çünki, zülali qidalar aminturşulara parçalanaraq sidiyin turşuluğunu artırır. Bu da sistin daşlarının yaranmasına şərait yaradır.

    Meyvə tərəvəz çox yemək, maye çox içmək lazımdır ki, sidiyin turşuluğu azalsın.

     

    https://androloq.az/uslugi/boyrek-dasi/

     

    https://androloq.az/uslugi/boyrek-dasi-lazerle-parcalanmasi/

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər