Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikoselin müayinəsi

Varikoselin müayinəsi - damar genelmesi - xayada damar genislenmesi

QƏBULA YAZIL

Anonimlik qorunur

Varikoselin müayinəsi haqqında ətraflı

Varikoselin müayinəsi ilk növbədə xəstəyə baxışdan, onunla söhbətdən başlayır. Digər məqalələrdə qeyd olunduğu kimi, varikoselin müayinəsi isti otaq şəraitində aparılmalıdır. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur. Ona görə də varikosel olan xəstənin müayinəsi isti otaqda aparılmalıdır ki, xayalığın dərisi büzüşmüş olmasın. Varikoselin müayinəsi Çünki, xayalığın dərisi büzüşmüş vəziyyətdə olduqda damarları təyin etmək çətinləşir yaxud mümkün olmur. İsti havada varikoselin əllə və gözlə aparılan müayinəsi daha asan olur. Lakin soyuq və sərin vaxtlarda xayalığın dərisi büzüşdüyündən əllə müayinə dəqiq olmaya bilər. Xüsusən də səpələnmiş damar tipi olan insanlarda. Ona görə də demək olar ki, bütün hallarda varikoselə şübhə olan pasientləri xaya dopleri ( xayalığın ultrasəs müayinəsi ) müayinəsindən keçiririk.

Bildiyimiz kimi insanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

– magistral tip
– səpələnmiş tip

Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 2 – 4 ədəd.
Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur. Bu halda venaların sayı daha çox olur, 5 – 7 və daha çox.

 

 

Varikoselin əlamətləri və dərəcələri

Təzahür formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :

I-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı zaman ( buna valsalva sınagı deyilir ) toxum ciyəsinin əllə müayinə edərək aşkarlamaq olur.Varikoselin müayinəsi

II-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

III-DƏRƏCƏ : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur. ( xayada sallanma, şişkinlik, ağrı olur)

 

IV-DƏRƏCƏ : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir ( atrofiyalaşır ), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.
Xəstəlik, xaya səthidə ( 90 % – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir.

Xaya dopleri ( skrotal dopler )Varikoselin müayinəsi

Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və. s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan klapanlar ( qapaqlar ) aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır.

Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,6 mm, ayaqüstə və gərginlik sınağından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur.

Adətən varikosel əməliyyatından 3 ay sonra təkrar xaya dopleri müayinəsi və spermoqram müayinəsi aparılır.

Varikosel xəstəliyi haqqında ətraflı məlumat aşağıdakı məqalədə verilmişdir.

Sosial şəbəkələrdə paylaş

Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər