Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Xaya dopleri ( xayalığın ultrasəs müayinəsi )

xaya dopleri

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Varikoselin ultrasəslə müayinəsi ( usm )

    Varikoselin müayinəsi ilk növbədə xəstəyə baxışdan, onunla söhbətdən başlayır. Digər məqalələrdə qeyd olunduğu kimi, varikoselin müayinəsi isti otaq şəraitində aparılmalıdır. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur. Ona görə də varikosele olan xəstənin müayinəsi isti otaqda aparılmalıdır ki, xayalığın dərisi büzüşmüş olmasın. Çünki, xayalığın dərisi büzüşmüş vəziyyətdə olduqda damarları təyin etmək çətinləşir yaxud mümkün olmur. Xüsusən də səpələnmiş damar tipi olan insanlarda. Ona görə də yay vaxtı varikoselin əllə və gözlə aparılan müayinəsi daha asan olur və əgər II, III və IV dərəcə varikosel varsa aşkarlanır. Lakin soyuq və sərin vaxtlarda xayalığın dərisi büzüşdüyündən əllə müayinə dəqiq olmaya bilər. Ona görə də demək olar ki, bütün hallarda varikoselə şübhə olan pasientləri xaya dopleri ( xayalığın ultrasəs müayinəsi ) müayinəsindən keçiririk.

    Bildiyimiz kimi insanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

    – magistral tip
    – səpələnmiş tip

    Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 2 – 4 ədəd.
    Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur. Bu halda venaların sayı daha çox olur, 5 – 7 və daha çox.

    xaya dopleri - Varikosele mualicesi, varikosel elametleri nece olur

    Xaya dopleri (skrotal dopler )

    Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və. s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan klapanlar ( qapaqlar ) aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır.

    Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,6 mm, ayaqüstə və gərginlik sınağından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur.

    Adətən varikosel əməliyyatından 3 ay sonra təkrar xaya dopleri müayinəsi və spermoqram müayinəsi aparılır.

    (xaya dopleri – rəngli dopler muayinəsi – skrotal dopler bakida – uzman uroloq dr ziyad – xayanın usm müayinəsi – uzi )

     

    Varikosel xəstəliyi haqqında ətraflı məlumat aşağıdakı məqalədə verilmişdir.

    ( xaya dopleri – xayanın dopleri – xaya uzi – skrotal dopler – reflux nedir  – retroqrad axın nədir )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər