Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Xayanın atrofiyası, xayanın kiçilməsi

xayanın atrofiyası

QƏBULA YAZIL

Anonimlik qorunur

Xayanın atrofiyası, xayanın kiçilməsi

Xayanın atrofiyası dedikdə, onun ölçülərinin kiçik olması nəzərdə tutulur. Atrofiya zamanı xaya toxumasında çox ciddi və geri dönməz dəyişikliklər baş verir. Bunun nəticəsində də spermatogenez pozulur və nəhayət sonsuzluqla nəticələnə bilir. Spermatogenez dedikdə spermatozoidlərin əmələ gəlmə prosesi başa düşülür. Xayanın ölçüsünün kiçilməsi nədicəsində onun funksional aktiv hüceyrələri azalır və tədricən birləşdirici toxuma elementləri ( çapıq toxuması ) ilə əvəz olunur. ( xayanın atrofiyası – xaya atrofiyası – xayanın kiçik olması )

 

Xaya atrofiyasının səbəbləri

Xaya atrofiyası anadangəlmə və qazanılma olur. Anadangəlmə səbəblərdən ən çox rast gəlinəni yuxarıda qeyd etdiyimiz kriptorxizmdir. Həmçinin sidik – cinsiyyət orqanlarının digər anomaliyaları xaya atrofiyası ilə müşaiyət oluna bilir. Atrofiya sağda və solda ayrı – ayrılıqda həm də hər iki xayada eyni vaxtda ola bilər.

xayanın atrofiyası

Ən çox rast gəlinən səbəblərdən biri kriptorxizmdir. Kriptorxizm dedikdə xayaların xaya kisəsində olmaması başa düşülür, yəni xayaların xayalığa enməməməsi halı. “ Kriptos “ gizli,  “ orxis “ xaya deməkdir. Xaya öz təbii yatağından kənarda qaldıqda onun funksional aktiv toxuması inkişafdan qalır. Bunun əsas səbəbi isə xayanın çox həssas termorequlyasiya xüsusiyyətidir. Yəni, xaya toxumasının normal fəaliyyət göstərməsi, böyüməsi, spermatozoid əmələ gətirməsi üçün çox vacibdir ki, o öz yerində, xaya kisəsində olsun. Belə ki, insan bədən temperaturu 36,6 – 37C olduğu halda xayalıqda bu 33,6 – 34C – dir. Əgər kriptorxizmli uşağa vaxtında cərrahi müdaxilə edilib xaya endirilməzsə onun xayası yaxud xayaları ( əgər hər ikisi yuxarıda qalarsa ) funksiya göstərmiyə bilər.

Xayanın atrofiyasına səbəb ola bilən digər patologiyalar aşağıdakılar aiddir. Xayalığın qan dövranı pozğunluqları ( varikosele ), xaya damarlarında atereskleroz, ağır forma şəkərli diabet, xaya qan dövranı pozğunluqları ilə müşahidə olunan müxtəlif travmalar və.s. Bildiyimiz kimi orqanın qan dövranı zəiflədikdə ona gələn qidalı maddələr və oksigen azalır, xayanın həcmi kiçilir.

 

Digər səbəblər

Xaya və xaya artımının kəskin iltihabı zamanı demək olar ki, 80 % – ə hallarda xayada atrofik dəyişikliklərə rast gəlinir. Xayanın kəskin iltihabı orxit, xaya artımının kəskin iltihabı isə epididimit adlanır. Bunlar ikisi eyni vaxtda da ola bilir və orxoepididimit adlanır. Adətən xaya və xaya artımında kəskin iltihab cinsi yolla yoluxan xəstəliklərə tez -tez yoluxan, xayalıq nahiyyəsindən travma alan insanlarda yaranır. Həmçinin el arasında qulaqdibi yaxud svinka kimi tanınan xəstəlik olan parotit xəstəliyi keçirən insanlarda da orxit çox tez – tez rast gəlinir.

xayanin atrofiyasi

Qasıq nahiyyədə aparılan əməliyyatlardan sonra

Varikosele zamanı (bu barədə sonsuzluq və spermatologiya bölməsində “ varikosele haqqında ətraflı məlumat “ – ı oxuya bilərsiniz )

Müxtəlif hormonal pozğunluqlar. Məsələn bir çox idmançıların steroid preparatlar qəbul etməsi nəticəsində xayalarda testosteron sintezi zəifləyir, xayanın funksional aktivliyi tormozlanır və ölçüləri kiçilir, konsistensiyası yumşalır.

Piylənmə də xaya atrofiyasına gətirib çıxarda bilir. Həmçinin piy toxumasında olan aromatazalar kişi cinsi hormonu olan testosteronu qadın hormonu olan estrogenə çevirməklə də cinsi horman balansını pozur.

Xaya atrofiyasından şübhələnməyə əsas verən əlamətlər aşağıdakılardır. Birinci növbədə xayanın ölçülərinin kiçik olmasıdır ki, bunu da ilk növbədə insan özü müəyyən edə bilər. Əgər uşaqdırsa,əlbəttə ki, valideyini. Atrofiya zamanı xaya öz formasını, elastikliyini, sərtliyini, hamarlığını itirir. Bu zaman o ya yumşalır, nazikləşir, toxuması sanki boşalır, konsistensiysı yumşalır, yaxud da əksinə sərt, bərk çapıq toxuması kimi əllənir. Həmçinin cinsi zəiflik, cinsi həvəssizlik, cinsi həyatın keyfiyyəti aşağı düşür, erektil disfunksiya yaranır. Eyni zamanda spermatogenez pozulduğundan eyakulyatın göstəriciləri zəifləyir və təbii yolla ata olmaq ehtimalı azalır.

Əgər nəzərə alsaq ki, kişi cinsi hormonu olan testosteron əsasən xayalarda hazırlanır, qanda bu hormonun səviyyəsinin aşağı düşməsi olacaq. Bu isə öz növbəsində sümük – əzələ sisteminin zəifliyi, tez yorulma, halsızlıq, əhval – ruhiyyənin tez – tez dəyişilməsi, depressiv vəziyyətlərlə müşahidə edilə bilir.

 

Atrofiyanı necə aşkarlamaq olar. Müayinə

Atrofiyanın vaxtında aşkarlanıb müalicə edilməsi çox vacibdir.

Müayinəyə aiddir pasientlə yaxud onun valideyini ilə söhbət, əllə xayaların müayinəsi, qanda testosteron səviyyəsinin təyini və spermoqramma müayinəsi. Həminin xayaların müayinəsi zamanı ən çox informativ metod usm ( uzi ) – dir. Bu zaman xayanın ölçüləri, sıxlığı, strukturunda ola hər hansı törəmə, kista, kalsinat, abses ( irinli ocaq ), qişalar arasına maye toplanması asanlıqla müəyyən edilə bilir.

 

Xaya atrofiyasının müalicəsi

xayanın atrofiyası

Atrofiyanın müalicəsi onu yaradan səbəbdən asılı olaraq müxtəlifdir. Əgər xaya atrofiyasının səbəbi varikosel, hidrosel, qasıq yırtığıdırsa vaxtında edilmiş əməliyyatla xaya ölçüləri və spermaqram göstəriciləri qismən yaxud tam bərpa ola bilər. Xayanın ölçüsünün bərpa olunması onun kiçilməsinə səbəb olan faktorun təsir müddətindən asılıdır. Yəni atrofiya nə qədər ciddidirsə, bərpa olunma ehtimalı d bir o qədər azdır. Xaya atrofiyası çox ciddi bir haldır. Belə ki, kişi sonsuzluğu və müxtəlif hormonal pozğunluqlara səbəb ola bilir. Ona görə də, xayaların ölçüsünün kiçik olmasına çox ciddi yanaşmalı və mütəxəsis androloq – uroloqa müraciət etmək vacibdir. ( xayanın atrofiyası – xaya atrofiyası )

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/az/

https://boyrekdasi.az/az/

 

 

 

 

 

( xayanın atrofiyası – xaya atrofiyasi – xayanın kiçilməsi – atrofik xaya – orxofibroz – xayanın inkişafdan qalması )

Sosial şəbəkələrdə paylaş