Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Qasıq yırtığı əməliyyatı

qasıq yırtığı, uroloq ziyad əliyev , androloq

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Qasıq yırtığı

     

    Qasıq yırtığı dedikdə qarın boşluğu orqan və toxumalarının qasıq kanalından keçməklə xaricə qabarması halı başa düşülür.

    Yırtıqlar qarının ön divarının zəif nöqtələrində olur. Bunlara qasıq kanalı, bud kanalı, göbək nahiyyəsi, qarının ağ xətt nahiyyəsi aiddir. Müvafiq olaraq da yaranan yırtıqlar qasıq yırtığı, bud yırtığı, göbək yırtığı və ağ xətt yırtığı adlanır.

    Yırtıqlar anadangəlmə və sonradan qazanılma olmaqla iki qrupa ayrılır. Qazanılma yırtıqlarda yırtığın yarandığı nahiyyəyə müvafiq olaraq adlandırılır. Lakin qazanılma yırtıqlar adından göründüyü kimi anadangəlmə olmurlar, sonradan yaranırlar. Adətən yırtıqların əsas səbəbi qarın boşluğu təzyiqin artmasına səbəb olan faktorlar olur. Məsələn : davamlı olan ağır fiziki iş yaxud ağır idmanla məşğul olmaq. Həmçinin asma və vərəm xəstəliyi olan pasientlərdə daimi və uzunmüddətli öskürək nəticəsində qarın boşluğu təzyiqin davamlı artması yırtıqlara səbəb ola bilir. Yırtıq cərrahi xəstəlikdir və yırtığın yeganə qəbul olunmuş müalicə yolu cərrahi müdaxilədir.

    Yırtıqların ən çox rast gəlinəni qasıq yırtığıdır. Bütün yırtıq əməliyyatlarının 75 % ə qədəri qasıq yırtığıdır. Anadangəlmə yırtıqlar əsasən uşaqlarda müşahidə edilir. 10 % hallarda 40 yaşdan sonra da müşahidə oluna bilər.

    Qazanılma yırtıqlar daha çox rast əlinir və yırtıqların 85 % – ə qədərini təşkil edir.

    Yırtığın səbəbləri

    • Yaşın 40 dan yuxarı olması
    • İrsiyyət ( yaxın ailə üzvlərində yırtığın olması )
    • Cinsiyyət ( əsasən kişilərdə rast gəlinir, 6 – 8 dəfə daha çox )
    • Piylənmə və kəskin arıqlama
    • Keçirilmiş doğuşların sayı
    • Ağır fiziki iş və idman
    • Uzunmüddətli qəbizlik
    • Uzunmüddətli öskürək
    • Sidik ifrazının çətinləşməsi ( prostat adenoması yaxud sidik kanalının daralması zamanı )

    Yırtığın əlamətləri

    Qasıq yırtığının əsas əlaməti adından göründüyü kimi qasıq nahiyyəsində olan şişkinlikdən və həmin nahiyyənin ağrılı olmasından ibarət ola bilir. Lakin bu əlamətlər müxtəlif intensivlikdə və müxtəlif kombinasiyada rast əlinə bilir. Belə ki, bəzən çox böyük yırtıq olmasına baxmayaraq ağrı olmuya bilər. Həmçinin də əksinə çox kiçik bir yırtıq olduğu halda ciddi ağrı verə bilir. Qasıq yırtığı adətən ciddi ölçüyə çatdıqdan sonra hiss olunmağa başlayır. Bu halda pasientlərin əsas şikayəti vaxtaşırı olaraq qasıq nahiyyəsində yaranan və itib gedə bilən şişkinlikdən olur. Belə ki, insan ayaqüstə olduqda, qarın boşluğu təzyiqin artmasına səbəb olan hərəkət etdikdə ( idman, fiziki iş, qəbizlik, askıqrma, öskürmə və.s ) o şişkinlik yaranır. Sakit vəziyyətə keçdikdə, uzandıqda ( horizontal vəziyyət ) isə itir və görünməz olur. Düzdür bu görünməzlik xəstənin özü üçün olur. Bu şikayəti xəstə həkimə bildirərəsə həkim nə axtardığının fərqidə olur və yırtığın aşkarlanmasına yönəlik müayinələr edir. Az hallarda olur ki, əllə hiss olunmasın və usm (  uzi ) müayinəsinə ehtiyac olsun.

    Əgər yırtıq qasıq kanalından kənara çıxmırsa, daha doğrusu qasıq kanalının xarici dəliyindən xaricə çıxmırsa buna kanal mərhələsində olan yırtıq deyilir. Əgər yırtıq qasıq kanalının xarici dəliyindən qabarırsa və vizual olaraq aşkarlanırsa formalaşmış qasıq yırtığıdır. Bəzən yırtıq nəinki qasıq kanalının xarici dəliyindən qabarır, hətta xayalığa qədər sallanır. Xayalıqda ciddi assimmetriyaya səbəb ola bilir. Buna qasıq – xaya yırtığı deyilir.

    Yuxarıda qeyd etdiyimiz kimi qarının ön divarının zəif nöqtələrindən qarın boşluğu orqan və toxumalarının xaricə dəri altına çıxması və qabarması yırtıq adlanır.

    Qasıq yırtığı əsasən üç elementdən ibarət olur.

    • Yırtıq qapısı
    • Yırtıq kisəsi
    • Yırtığın möhtəviyyatı

    Yırtıq qapısı dedikdə qasıq kanalının qarın boşluğundan başladığı nahiyyə başa düşülür.

    Yıırtığın kisəsi qarın boşluğunu daxildən örtən pərdə – periton təşkil edir. Yırtıq formalaşarkən qarın boşluğu orqanları qarını daxildən örtən və periton adlanan pərdə ilə əhatələnmiş şəkildə qasıq kanalının daxili dəliyindən kanalın mənfəzinə doğru yuvarlanır ( yerdəyişir ).

    Yırtıq möhtəviyyatı isə yırtıq kisəsinin daxilində qasıq kanalına yuvarlanan orqan və toxumalardır. Bunlar əsasən nazik və yoğun bağırsaq ilgəkləri, böyük və kiçik piylik, sidik kisə divarı və.s ola bilir.

    Yırtıqların fəsadı – yırtığın boğulması.qasıq yırtığı əməliyyatı uroloq androloq ziyad əliyev

    Yırtığın boğulması dedikdə, onun möhtəviyyatını təşkil edən orqanların xaricə çıxdıqdan sonra yenidən daxilə, qarın boşluğuna qayıda bilməməsi halı başa düşülür. Belə ki, bir çox pasientlərin sözlərinə görə böyük ölçüdə qasıq yırtığı olmasına baxmayaraq onları narahat etmir. Sıx alt paltar yaxud xüsusi enli kəmər taxmaqla onun qabarmasının qarşısını alırlar. Yaxud qabarsa belə onu asanlıqla, əllə basmaqla qarın boşluğuna qaytara bilirlər. Lakin bu heç də həmişə belə asan olmur. Hətta mümkünsüz ola bilir . Məhz bu hal yırtığın boğulması adlanır. Yəni artıq yırtıq boğulmuşdur. Həmişə əllə düzələ bilən yırtıq indi hətta peşəkar həkim tərəfindən belə qarın boşluğuna qaytarıla bilmir. Yırtığın boğulması kəskin təxirəsalınmaz cərrahi müdaxilə tələb edən haldır.  

    Bu vaxta qədər planlı şəkildə həm öz vaxtını, işini, gücünü ayarlayıb, həm də həkimin rahatlıqla edə bilmiş olduğu əməliyyatı palansız şəkildə, təcili halda, gecənin bir vaxtı ütməli olacaq. Həm də növbətçi həkim. Çünki, planlı əməliyyatlarda xəstənin həkimi və xəstəxananı seçmək imkanı var. Əvvəlcədən həkimin müayinəsində olur. Əgər qərar verirsə ki hansı həkim onu əməliyyat etsin, vaxtını ayarlayıb əməliyyata gəlir. Yırtıq boğulduqda isə təcili yardımla ən yaxınlıqda olan xəstəxanaya çatdırılır və ən qısa zamanda əməliyyat olunur. Çünki, yırtıq boğulması halında, yırtığın möhtəviyyatını təşkil edən orqan və toxumaların nekrozu ( həyat qabiliyyətini itirir ) baş verir. Əgər yırtıq möhtəviyyatını bağırsaq ilgəkləri təşkil edirsə boğulma davam etdikdə bağırsaqların qan dövranı pozulur, nekrozlaşır. Nəticədə əməliyyat zamanı bağırsağın müvafiq hissəsinin kəsilib götürülməsinə ( rezeksiyasına) qərar verilə bilir.

    Buradan öründüyü kimi, ilkin baxışdan çox sadə bir xəstəlik kimi görünən qasıq yırtığı çox ciddi fəsadlara yola aça bilər.

    Qasıq yırtığı əməliyyatı

    Yuxarıda qeyd etdiyimiz kimi qasıq yırtığı cərrahi xəstəlikdir və bu xəstəliyin yeganə qəbul olunmuş müalicə yolu cərrahi müdaxilədir. Qasıq yırtığının yaranması zamanı qasıq kanalı öz normal ölçüllərini böyüdür və onun normal anatomik strukturları assimmmetrik, nizamsız şəkildə dağılır, kanal bir neçə dəfə genişlənir və qısalır. Əməliyyat texmnikası xəstənin yaşından, cinsindən, yanaşı gedən xəstəliklərdən, əvvəllər keçirilən əməliyyatlardan asılı olaraq fərdi olaraq seçilir. Bu zaman da həkimin klinik bilik və bacarığı, klinik manevr qabiliyyəti önə çıxır. Əməliyyatlar iki böyük qrupa bölünür :

    Autoplastika yaxud autohernioplastika

    Alloplastika yaxud allohernioplastika

    Autoplastika dedikdə qasıq kanalının dağılmış strukturlaının təmiri, bərpası ətraf toxumaların hesabına aparılır. Bu əməliyyat daha cavan yaşlarda və uşaqlarda aparılır. Ola bilir ki, yaşlı insanlarda da aparılsın. Bu asılıdır onun ümumi sağlamlığından, sümük – əzələ toxumasının möhkəmliyindən, qasıq kanalının nə dərəcədə zədələndiyindən ( dolayısıyla yırtığın ölçüsündən ) və.s.

    Alloplastika dedikdə isə qasıq kanalının zədələnmiş, dağılmış toxuma və strukturlarını xüsusi sintetik torun köməkliyi ilə möhkəmələndirilməsi əməliyyatı başa düşülür. Bu torlar müxtəlif ölçüdə və müxtəlif təyinatlı ola bilir. Təkcə qasıq yırtığında deyil digər yırtıqların ləğvində də tətbiq edilir. Bu torlar xüsusi inert maddədən istehsal olunur ki, bənin toxumaları ilə sıx birləşə bilsin və allerik reaksiyalara səbəb olmasın.

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər