Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Sidik kisə xərçəngi

Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Nə etməli – əgər diaqnoz sidik kisə xərçəngi qoyulubsa

    Bildiyimiz kimi, böyrəklərdə əmələ gələn sidik, sidik axarları ilə axaraq sidik kisəyə toplanır. Yəni sidik kisə sidiyin toplanması üçün bir rezervuar rolunu oynayır. Sidik kisə qarının aşağısında qasıq sümüklərinin arxarında yerləşir. Sidik kisə dolu olduğu zaman hər bir insan onu əllə hiss edə bilər. Daxildən selikli qişa ilə örtülü, divarları isə 3 əzələ qatından ibarətdir. Xərçəng xəstəliyi sidik kisənin daxilindən inkişaf edir. ( Sidik kisə xərçəngi )

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    Bu məqalədə sidik kisə xərçənginin ən müasir diaqnostika və müalicə imkanlarından danışacam.

     

    Heç bir ağrısı olmayan və bu vaxta qədər özünü tam sağlam hesab edən insan təsadüfən sidiyində qan görür. Yaxud, usm müayinədə sidik kisə divarından inkişaf edən törəmə aşkarlanır. Bu zaman ona sistoskopiya müayinəsi və o törəmədən biopsiya götürülərək müayinə olunması məsləhət görülür. Xəstənin özünə yaxud yaxın qohumlarına da deyilir ki, biz sidik kisə xərçənginin olmasını ehtimal edirik. Nə, xərçəng ? – müalicəsi olmayan xəstəlik … xəstə həyəcanlandı, əzələləri boşaldı, qolları yanına sallanmış şəkildə, sanki huşunu itirəcək.

     

    Müasir təbabətin diaqnostik imkanları sidik kisə xərçənginin ağırlıq dərəcəsini müəyyən etməyə imkan verir. Həmçinin effektiv və radikal müalicə yolları, şüa və kimya terapiya demək olar ki, çox hallarda bu xəstəlikdən insanı tamamilə xilas etməyə imkan verir. Əlbəttə ki, çox vacibi xərçəngin dərəcəsidir. İstər kişilərdə istərsə də qadınlarda sidik kisə xərçənginin əməliyyatı demək olar ki, tam qapalı üsulla, yalnız sidik kanalından daxil olmaqla aparılır.

    İmkan daxilində xəstəni keçirəcəyi əməliyyat və müalicəsi barədə daha aydın şəkildə başa salmaq lazımdır. Bunun üçün biz xəstə ilə ətraflı söhbət edir, əməliyyatın təxmini gedişi, mahiyyəti barədə kağız üzərində də olsa qrafik təsvir edib, ona izahat veririk. Bununla da onun müalicənin effektivliyinə olan inamını və güvənini daha da artırırıq. Xəstənin inamının olması isə artıq uğurlu müalicənin başlangıcıdır. Xüsusən də onkoloji xəstəliklər zamanı.

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

     

    Sidik kisə xərçənginin səbəbləri

    Dəqiq səbəbləri məlum deyil. Lakin sidik kisə xərçənginin əmələ gəlmə ehtimalını artıran bir sıra faktorlar müəyyən edilib. Məsələn siqaret və bir sıra kimyəvi maddələrin, məsələn anilinin təsiri artıq təstiqlənib. Siqaret çəkənlərdə bu xəstəliyin ratgəlmə tezliyi çəkməyənlərə nisbətən 6 dəfə yeksəkdir. Bu maddələr bədəndən sidiklə xaric olduğu üçün sidik kisənin selikli qişası ilə daima kontaktda olur və selikli qişada xərçəng prosesinə səbəb olur. Məhz ona görə də istər siqaet çəkənlər, istərsə də igər kimyəvi maddələrlə sıx kontaktda olan insanlar gün ərzində 2 litrdən artıq maye içməlidir.

    Həmçinin sidik kisə dolu olduqda sidik ifrazına çağırış varsa onu ləngitmək olmaz. Ona görə də qeyd etmək istəyirəm ki, sidik kisə xərçəngi sürücülərdə daha tüz – tez rast gəlinir. Çünki, onlar həyatlarının çox hissəsini yollarda olur və hər dəfə sidik ifrazına çağırış olanda yaxınlıqda tualet olmadığı üçün sidik daha uzun müddət kisədə qalır. Bu da sidiyin tərkibində olan konserogenlərin sidik kisəyə konserogen təsirini artırır. Məlum olmuşdur ki, hətta xlorlaşdırılmış su içmək də sidik kisə xərçəngi ehtimalını 2 dəfə artırır.

    Tərkibində A, C vitaminləri, alfa karotin, kalium və çox doymamış yağ turşuları ilə zəngin olan bitki yağlarından istifadə qoruyucu xüsusiyyəti vardır.

     

    Sidik kisə xərçənginin əlamətləri

    Sidik kisə xərçəngi əvvəldən ya heç bir əlamətsiz yaxud çox zəif, nəzərə çarpmayan əlamətlərlə keçir. Bunlar qarının aşağısında, sidik kisənin proyeksiyasında yüngül ağrı, sızıltı, ağırlıq hissi, sidik ifrazının tezləşməsi, gecələr sidiyə durma və.s ola bilər. Göründüyü kimi bu əlamətlər sidik kisənin, prostat vəzinin iltihabında və prostat adenoması zamanı da rast gəlindiyi üçün insanlar buna ciddi əhəmiyyət vermirlər. Sidik kisə xərçəngi 60 yaşdan yuxarı kişilərdə daha çox rast gəlinir. Çox kiçik ölçüdə olan sidik kisə xərçəngi bəzən güclü qanaxma şəklində təzahür edir. Əksər hallarda bu sidik kisə xərçənginin ilkin əlaməti olur.

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    90 % – dən artıq hallarda sidik kisə şişləri bədxassəli olur. Əgər bu əlamətlər yaşı 55 – 60 dan  yuxarı, siqaret çəkən, kimyəvi maddələrlə tez – tez kontaktda olan, ailə üzvlərində onkoloji xəstəliyi olan insanlarda yaranarsa buna daha ciddi yanaşılmalıdır.

    Adətən sidik kisə xərçənginin ilkin əlaməti sidikdə qanın olması olur, təqribən 75 % hallarda. Günün birində, həmişəki kimi insan özünü tam normal hiss etdiyi vəziyyətdə sidiyə çıxarkən sidiyin rənginin qırmızı olmasını görür. Aydın hiss olunur ki, sidik qanlıdır. Xəstələrlə söhbət əsnasında məlum olmuşdur ki, müraciət edən xəstələrin 50 % də ikinci dəfədir ki, sidikdə qan görüb. Yəni bu xəstələrlə söhbət əsnasında məlum olan odur ki, son 1 – 3 ayda artıq 2 – ci dəfədir ki, sidikdə qan görüb. Sidik kisə daxilində qanaxmadan yaranan laxta böyüyərək sidik kisəni tam doldurar və sərbəst sidik ifrazı mümkün olmuya bilər.

    Digər bir əlamət ağrı və yandırma ilə olan, tezləşmiş qeyri normal sidik ifrazıdır. Əgər şiş sidik axarlarının sidik kisə daxilinə açılan dəlikləri nahiyyəsində olarsa, onları sıxarsa, bu zaman böyrəklərdən sidiyin axması çətinləşər. Belə hal uzun müddət davam edərsə böyrək genişlənir və zaman keçdikcə funksiyası zəifləyir və xroniki böyrək çatışmazlığı inkişaf edir. Bəzən isə pielonefritlə ağırlaşır, müvafiq tərəf böyrəkdə genişlənmə ağrı verir, xəstənin bədən hərarəti yüksəlir.

     

    Sidik kisə xərçənginin dərəcələri

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    İnsanın qida, nəfəs yolu ilə qəbul etdiyi bütün kanserogen maddələr bədəndən əsasən sidiklə xaric olur. Kanserogen dedikdə xərçəng əmələ gətirə bilən maddələr nəzərdə tutulur. Bunlardan ən çox aşkarlanan və ən çox öyrəniləni tütün məmulatlarıdır (  siqaret ). Bütün bu maddələr sidik kisənin selikli qişasına öz mənfi, dağıdıcı təsirini göstərir.

    İnsan bədənində bütün orqan və toxumaların böyüməsi, çoxalması o orqanı təşkil edən hüceyrələrin bölünməsi hesabına mümkün olur. Kanserogen adlanan bu maddələrin sidiyin tərkibində bədəndən çıxarkən sidik kisədə toplanması nəticəsində sidik kisənin selikli qişasını təşkil edən hüceyrələrin nizamlı bölünmə prosesi pozulur. Beləliklə xərçəng prosesinə start verilir. Bu xərçəngin 1 – ci mərhələsidir. İlkin müraciət edən xəstələrin təqribən 75 % də birinci dərəcə aşkarlanır. Buna qeyri – invaziv xərçəng deyilir.

    Xərçəng prosesi inkişaf etdikcə daha dərin qatlara doğru yayılır və proses əzələ qişasına çatır. Bu sidik kisə xərçənginin 2 – ci mərhələsidir. Buna invaziv xərçəng deyilir.

    Əgər sidik kisə hüdudlarından kənara çıxırsa 3 – cü dərəcədir. Digər ətraf orqanlara yayılıbsa xərçəngin 4 – cü dərəcəsidir.

     

    Sidik kisə xərçənginin dərəcələrini sadalamaqda məqsədim vardır. Ən dəhşətlisi burasıdır ki, artıq 2 – ci  və digər dərəcələrdə xərçəngin müalicə yolu yalnız sidik kisənin TAM çıxarılmasıdır.

     

    Sidik kisə xərçənginin müayinəsi. Diaqnostika

    Müalicənin uğurlu nəticəsi üçün diaqnoz ən qısa müddətdə dəqiqləşdirilməlidir. Əksər hallarda belə pasientlərlə söhbət əsnasında məlum olur ki, sidikdə qan gördükdən bir neçə ay sonra müraciət edib. Başqa bir halda sidiyində bir dəfə qan görüb, lakin bir müddətdən sonra sidiyin rəngi normallaşdığı üçün həkimə getməyib. Yaxud sidikdə qan olub, həkimə müraciət edib düzgün diaqnoz qoyulmadığı üçün müalicə də düzgün aparılmayıb.

    Xərçəng prosesi gözləməyi, vaxt itirməyi səhlənkarlığı sevmir. İtirilən vaxt xəstənin əleyhinə işləyir.

     

    Sidik kisə xərçənginin diaqnostikasında dəqiqləşdirilməsi vacib iki əsas sual var həkim üçün?

    • Ehtimal olunan törəmə həqiqətən xərçəngdir ya yox.
    • Əgər xərçəngdirsə sidik kisə divarının hansı qatına qədər yayılıb.
    • Digər orqanlara və limfa vəzilərinə metastaz varmı ?

     

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    USM müayinəsi ( uzi )

    Adətən sidik kisə şişləri təsadüfi usm müayinəsində aşkarlanır. Şişin ölçüsü böyük əhəmiyyət kəsb etmir, əsas onun dərinliyidir ( sidik kisə divarı daxilinə ).

     

     

    MRT ( maqnit rezonans tomoqrafiya ).

    Çanaq orqanlarının MRT müayinəsi kiçik metastazların olub olmamasını, prosesin ətraf orqanlara yayılmasını daha dəqiqliklə müəyyən etməyə imkan verir.

     

     

    KT ( komputer tomoqrafiya ).

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    Döş qəfəsi orqanlarının KT müayinəsi sidik kisə xərçəngi aşkarlanan xəstələrin keçməli olduğu əsas müayinələrdən biridir. Sidik kisə xərçəngi çox tez- tez ağciyərlərə metastaz verə bilir.

     

    Sistoskopiya müayinəsi

    Sistoskopiya dedikdə sidik kisə daxilinin vizual müayinəsi başa düşülür. Adətən vena daxili narkoz altında 10 – 15 dəqiqə ərzində, bəzən də yerli keyitmə altında aparılır. Bunun üçün sistoskop adlanan alət sidik kanalının xarici dəliyindən sisik kanalına, oradan da sidik kisəyə daxil edilir. Sistoskopun ucluğu xüsusi dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuşdur ki, bu görüntü birbaşa ekrana ötürülür.

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

     

    TUR biopsiya. ( TUR – Trans uretral rezeksiya, yəni sidik kanalından keçməklə )

    TUR biopsiya dedikdə tam endoskopik yolla sidik kisəyə daxil olmaqla sidik kisə daxilində olan şişin endoskopik yolla təmizlənməsidir. Götürülmüş material histoloji müayinəyə göndərilir. Əgər histoloji müayinədə məlum olsa ki, şiş sidik kisə divarında əzələ qatına keçməyib bu biopsiya həm də müalicəvi əməliyyat hesab olunur. Əgər məlum olsa ki, şiş sidik kisə divarının əzələ qatına keçib o halda müalicə taktikası kəskin dəyişir.

     

    Sidik kisə xərçənginin müslicəsi

    Sidik kisə xərçəngi, sidikdə qan olması, sidik kisənin törəməsi,sidik kisə şişi

    androloq.az

    Bu müalicə həkim və xəstənin xərçəngə qarşı ağır və aqressiv mübarizəsidir. Sidik kisə xərçənginin birinci dərəcəsində əməliyyat tam qapalı üsulla aparılır və müalicə bununla yekunlaşır. Buna TUR əməliyyatı deyilir. TUR – trans uretral rezeksiya deməkdir. Trans uretral isə sidik kanalından keçməklə deməkdir. Yəni sidik kanalından sidik kisəyə daxil olmaqla sidik kisə divarında olan xərçəngin xüsusi elektrikli ilgəklə kəsilib götürülməsidir. Bu ilgək birləşdirilən alət bütövlükdə rezektoskop adlanır. Rezektoskop da eynilə sistoskopda olduğu kimi ucluğu yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətdir. Videoda göründüyü kimi sidik kisə divarında olan xərçənğ kəsilərək götürülür və yeri yandırılır. Oradan götürülmüş material histoloji müayinəyə göndərilir.

    Qapalı əməliyyat

    Xərçəngin dərəcəsi haqqında ən dəqiq məlumatı histoloji müayinənin nəticəsi verir. Əgər histoloji müayinədə məlum olsa ki, xərçənğ prosesi selikli qişa ilə məhtudlaşır və əzələ qişasına keçmir, deməli birinci dərəcədir. Aparılmış əməliyyat müalicəvi xarakter alır, sidik kisə daxilinə həftədə bir dəfə olmaqla bir neçə həftə kimyəvi dərman yeridilir. Təkrar sistoskopik müayinə isə 2,5 – 3 aydan sonra planlanır.

    Açıq əməliyyat

    Əgər histoloji müayinədə yazılsa ki, xərçəng sidik kisənin əzələ qatına keçib, bu artıq xərçəngin ikinci dərəcəsi hesab olunur. Aparılan əməliyyat isə müalicəvi deyil, diaqnostik əhəmiyyət kəsb edir. Belə olduqda xərçəngin müalicəsi sidik kisənin tam xaric edilməsidir, – əgər digər orqanlara və limfa düyünlərinə metastazlar yoxdursa. Sidik kisənin tam çıxarılması radikal sistektomiya əməliyyatı adlanır.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    ( Sidik kise şişi, sidik kisede xerceng, sidik kise polipi, sidik kisenin polipi, sidik kisədə shish, sistoskopiya, sidik kse tur emeliyyatı, sidik kisede toreme )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər