Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Böyrək daşı lazerlə parçalanması

Böyrək daşı lazerlə parçalanması

QƏBULA YAZIL

Anonimlik qorunur

Böyrək daşı lazerlə parçalanması

Sidik daşı ( böyrək daşı ) xəstəliyi dedikdə sidik yollarında hər hansı bir səviyyədə daşın əmələ gəlməsi başa düşülür. Daşın yerləşdiyi yerə müvafiq olaraq böyrək daşları, sidik axarı, sidik kisə və sidik kanalı daşları müəyyən edilir. Elmi – texniki inkişafın urologiyada tətbiqi sayəsində sidik daşı xəstəliyi demək olar ki, bütün hallarda tam qapalı üsulla ( endoskopik ) müalicə edilir. Hətta böyrək daşlarının müalicə baxımından ən çətini olan mərcanvari daşlar tam endoskopik yolla parçalanaraq təmizlənir. Bu daşları vaxtında müalicə etmədikdə, vaxtında çıxartmadıqda böyüyərək böyrəyin boşluqlu hissəsini tam doldurur və böyrək öz funksiyasını itirir. Formasına görə maral buynuzunu yaxud mərcanı xatırlatdığı üçün bunlara mərcanvari yaxud koral daşlar deyilir. ( Böyrək daşı lazerlə parçalanması )

Sidik axarı, sidik kisə və sidik kanalı daşları bütün hallarda endoskopik yolla, yəni xüsusi endoskopik görüntü verən kamera ilə təchiz olunmuş alətlə sidik kanalının xarici dəliyindən keçməklə parçalanıb xaric edilir. Bəzi hallarda isə daş kiçik olduqda parçalamağa ehtiyac olmur və tam ekstraksiya edilir ( yəni tam çıxardılır ). Buna litoekstraksiya deyilir. Böyrək daşları isə isə əksər hallarda yuxarıda yazıldığı kimi tam qapalı, bəzi hallarda isə qismən qapalı olan perkutan əməliyyatla xaric edilir. Perkutan əməliyyat dedikdə bel nahiyyəsində 1sm dəlik açılmaqla oradan böyrək daxilinə keçilir və nefroskop ( yaxud renoskop ) adlanan kameralı alətlə böyrək daxilindəki daş parçalanır və xaric edilir. Burada da həmçinin əgər daş kiçikdirsə parçalanmadan da xaric edilə bilər. ( Boyrek dasi)

Bütün bu endoskopik əməliyyatlar müvafiq təyinatlı alətlərin köməkliyi ilə icra edilir. Əgər daş sidik kanalında və sidik kisəsində yerləşirsə sistoskop, sidik axarında ureteroskop, böyrəkdədirsə nefroskop yaxud renoskopdan istifadə edilir.böyrək daşı - lazer - perkutan
Böyrək daşlarının parçalanmasının ən müasir üsulu lazerlə parçalanmadır. Daşların ölçüsündən yerləşməsindən, bərkliyindən ( sıxlığından ) asılı olmayaraq bütün daşlar lazerlə parçalanır. Əməliyyat zamanı orqanizmə dəri örtüklərindən heç bir müdaxilə aparılmır, yalnız sidik kanalından keçməklə ( bəzi istisnalar olmaqla ) aparılır. Lazer litotripsiya zamanı daşın ölçüsündən və sıxlığından asılı olmayaraq vizual kontrol altında tamamilə toz halına salınır və sidiklə yuyularaq xaric edilir. ( Böyrək daşı lazerlə parçalanması )

 

Böyrək daşı lazerlə parçalanması üstünlükləri

1. Çox kiçik diametrli endoskopla icra edildiyi üçün sidik kanalı vəsidik axarı divarlarının zədələnmə ehtimalı minimum olur.

2. Digər metodlarla parçalana bilməyən ən yüksək sıxlıqlı daşlar parçalanır.

3. Daşın parçalanmasından alınan hissəsiklərin ölçüsü 2 mm – dən böyük olmur. Ona görə də parçalanmış daşın hissəcikləri əməliyat vaxtı və əməliyyatdan sonrakı dövrdə sidiklə asanlıqla yuyulub xaricə çıxır.

4. Lazerlə daşın parçalanması zamanı digər daşqırma metodlarında olduğu kimi daşın miqrasiyası müşahidə edilmir. Məsələn, digər daşqırma metodlarında sidik axarının böyrəyə yaxın hissəsinin daşlarını parçalamağa çalışanda çox tez – tez zərbə dalğasının gücündən daşın yuxarıya, böyrək ləyəninə miqrasiyası ( qaçması, qovulması ) baş verir.

4. Əməliyyatdan sonrakı bərpa dövrünün çox qısa olması

5. Ağırlaşmaların minimum olması

Daşın yerləşdiyi yerdən asılı olaraq keyləşdirmə ( narkoz ) növü seçilir. Əgər daş böyrəkdə və sidik axarının böyrəyə yaxın hissəsindədirsə əksər hallarda endotraxeal ( ümumi narkoz – yatızdırma ) narkoz növü seçilir. Daş sidik axarının sidik kisəyə yaxın hissəsində yaxud sidik kisədə və ya sidik kanalındadırsa bu halda əməliyyat spinal narkoz ( bel nahiyyəsindən keyidici maddəni vurmaqla ) aparılır. Spinal narkozda xəstənin beldə aşağı hissəsi tam hissiyyatsızlaşır, beldə yuxarı hissə isə keyiməmiş qalır, xəstənin huşu üstündə olur. Xəstənin istəyindən asılı olaraq əməliyyatın gedişini ekranda izləmək imkanı da olur. ( Böyrək daşı )

Böyrək daşı – lazerlə parçalanması nə vaxt olmaz ?

Lazerlə daşların qırılmasına əks göstərişlər bütün digər əməliyyatlara olan əks göstərişlərlə yanaşı, sidik kanalından keçməklə aparılan bütün əməliyyatların texniki cəhətdən mümkün olmadığı hallar aiddir.

1. Xəstənin ümumi vəziyyətinin ağır olması

2. Sidik – cinsiyyət orqanlarının kəskin irinli iltihabı xəstəlikləri

3. Sidik kanalında və sidik axarlarında daşdan aşağı hissədə daralmanın olması

Lazerlə sidik daşlarının parçalanması yüksək texnologiyalı əməliyyatlara aidir. Əməliyyatın icrası isə həkimdən klinik bilik və bacarıqla yanaşı yüksək dəqiqlik, səbir və “zərgərlik” tələb edir.

 

 

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

( Böyrək daşı lazerlə parçalanması )

Sosial şəbəkələrdə paylaş