Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat vəzin adenoması, prostat böyüməsi

Prostat vəzin adenoması müalicə, prostat vəzin xoşxassəli hiperplaziyası. Prostat böyüməsi

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat vəzin adenoması

    prostat, sidik kisə

    androloq.az

    Prostat vəzin adenoması 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur və yaş artdıqca daha çox aşkarlanır. 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən uroloji xəstəlik olmaqla yanaşı həm də ən çox əməliyyata səbəb olan xəstəlikdir. Prostat  adenomasına prostat vəzin xoş xassəli hiperplaziyası da deyilir. Bu xəstəlik prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar olan şikayatlərin müydana çıxması ilə müşahidə olunur. Sidik kisə, sidik kanalı və prostat vəzin yerləşməsini, mövqeyini təsəvvür etməklə hətta həkim olmayan insan prostat adenomasının əlamətlərinin necə yarandığını anlaya bilər.

    Prostat vəzini göz önündə təsəvvür edinprostat vəzin anatomiyası

    Prostat sidik kisəsinin altında, sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edən orqandır. Məhz ona görə də prostat vəzinin böyüməsilə müşahidə olunan xəstəliklər sidik ifrazının çətinləşməsinə, az – az qırıq – qırıq, haçalanma, duşdan gəlməni xatırladan səpələnməyə, sidiyin şırnağının zəifləməsinə, hətta sidk ifrazının mümkün olmamasına səbəb ola bilir. Bir çox insanlar bu əlamətləri yaşlanma ilə əlaqələndirir. Onun cərrahi müdaxilə ilə düzələ biləcəyinə inanmır. Düzdür, xəstəliyin inkişafı yaşla əlaqədar  kişilərin orqanizmində gedən hormonal dəyişikliklərlə əlaqəlidir. Hansı ki, 45 – 50 yaşdan yuxarı kişilərin böyük əksəriyyətində rast gəlinir. Kişilərdə belə hormonal dəyişiklik andropauza yaxud  kişi klimaksı adlanır.

     

    prostat böyüməsi, sidik kisə

    androloq.az

     

     

    Prostat vəzin böyüməsi sidik kanalının sıxılmasına səbəb olur və xəstənin sidik ifrazı çətinləşir. Vəzin həcmindən və xəstəliyin dərəcəsindən asılı olaraq, xəstənin sidik ifrazının cüzi çətinləşməsindən tutmuş, sidik ifrazının mümkün olmamasına qədər gətirib çıxarda bilər.

    Təəssüflər olsun ki, bir qrup xəstələr, hətta bəzi həkimlər cərrahi əməliyyata axırıncı çıxış yolu kimi baxırlar. Hətta konservativ müalicənin əks göstəriş olduğu hallarda bəzi xəstələr həkimi təhrik edirlər ki, nə edirsə etsin, ancaq əməliyyat deməsin və onlara müalicə yazsın. Bununla xəstələr öz vəziyyətlərini daha da çətinləşdirirlər. Çox gecikmiş vəziyyətdə, sidik ifrazının mümkün olmadığı halda ( kəskin sidik ləngiməsi ) gəlirlər. Yaxud böyrək çatışmazlığı ilə cərrahi müdaxilə üçün müraciət edirlər. Çox təəssüflər olsun ki, artıq gec olur.

    Nisbətən cavan xəstələri narahat edən başqa bir səbəb var. Onlar prostat vəzidən əməliyyatından sonra cinsi əlaqədə ola bilməyəcəklərini düşünürlər. Bu kökündən səhv fikirdir, əlbəttə ki əslində belə deyil. Çünki, prostat vəzidə aparılan müasir əməliyyatlar cinsi orqanın sərtləşməsinə ( ereksiyaya ) xidmət edən sinir və damarların tam qorunması şəraitində aparılır.  Bipolyar TUR əməliyyatından sonra bir çox pasientlərdə cinsi funksiyaların daha da yaxşılaşması müşahidə olunur.

     

    İnsan prostat vəzin adenoması əlamətlərini necə hiss edə bilər?

    • Prostat adenomasının ilk əlamətlərinə sidik ifrazındakı dəyişikliklər aiddir:

      prostat böyüməsi yaxud prostatın boyumesi

      androloq.az

    – gecələr sidik ifrazına durma.

    – sidiyin şırnağının zəifləməsi, nazikləşməsi, haçalanması və duşdan gələn kimi səpələnməsi. Sidik ifrazının qırıq – qırıq və ya fasiləli olması, əsasən də sidik ifrazının axırında.

    – sidik ifrazı qurtardıqdan bir neçə saniyə sonra az miqdarda sidiyin kanalda qalması. Sonradan alt paltara axması.

    – sidiyin ifrazı vaxtının uzanması.

    – sidik ifrazı zamanı qarının əzələlərinin gərginləşməsi.

    – sidiyin ifrazından sonra sidik kisəsinin tam boşalmaması hissiyyatı ( qalıq sidiyin qalması ).

    Sadalanan bu əlamətlər o qədər zəif sürətlə inkişaf edir, artır ki, insanın diqqətini cəlb eləmir. Prostat vəzin ölçüsü böyüdükcə sidik kisəsi və qarın əzələlərinin gərginləşərək sidiyi qovması daha da çətinləşir. Nəticədə sidik kisəsində sidiyin bir hissəsi qalır . Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Prostat vəzi böyüdükcə qalıq sidik artır və prostat adenomasının digər əlamətləri meydana çıxır. Yaxud vaxtaşırı olan əlamətlər daha daimi  və dayanıqlı xarakter alır. ( Prostat vəzin adenoması ).

    Prostat vəzin adenoması zamanı gecikmiş əlamətlər.

    prostat mualice

    androloq.az

    – tez – tez və az – az sidik ifrazı.

    – gecələr bir və ya bir neçə dəfə sidik ifrazına durmaq.

    – qalıq sidik artır və sidik ifrazı zamanı kisədə qalan sidiyin miqdarı xaricə çıxan sidiyin miqdarından çox olur.

    – qarının aşağısında, qasıqüstü nahiyyədə küt ağrının və diskomfortun olması və daha daimi xarakter alması.

    – bel nahiyyəsində böyrəklərin proyeksiyasında ağrı.

    – xayalarda və aralıq nahiyyədə ağrının yaranması.

    Xəstəliyin gecikmiş mərhələlərində sidik kisəsi dolu olduğu halda sidik ifrazı damcı – damcı olur və ani olaraq sidik ifrazına çağırış itir. Prostat vəzi sidik kisəsinə doğru böyüdükcə sidik kanalını və sidik axarlarını sıxır. Sidiyin böyrəklərdən sidik kisəsinə, sidik kisəsindən xaricə boşalmasını ləngidir. Nəticədə sidik daşı xəstəliyinin, iltihabı xəstəliklərin ( sistit, pielonfrit ), hidronefroz, xroniki böyrək çatışmazlığının ( xbç ) yaranması üçün şərait yaradır. ( Prostat vəzin adenoması )

    Əgər prostat vəz adenoması vaxtında aşkarlanaraq müalicə olunarsa insan bu xəstəliyin ağırlaşmalarından uzaq olar və həyat  keyfiyyəti  yüksələr.

     

    Prostat vəzin adenoması zamanı xəstənin müayinəsi

    Xəstəliyin diaqnostikasında xəstədən soruşulan şikayətlərin düzgün toplanmasının mühüm əhəmiyyəti vardır. Həmçinin yanaşı olaraq ultrasəs ( узи ) müayinəsi, per rektum müayinə ( bağırsaqdan barmaqla prostat vəzin müayinəsi ) çox böyük informativliyə malikdir.

     

    USM ( ultrasəs müayinəsi prostat vəzin adenoması zamanı ).prostat böyüm

    Prostat vəzin adenoması zamanı xəstənin şikayətlərinin əsas səbəbi prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kanalının sıxılması və xəstənin sidik ifazının çətinləşməsidir. Ona görə də prostat adenomalı xəstələrin müayinəsində ən əsas məqam prostat vəzin həcminin dəqiqləşdirilməsidir. Məhz prostat vəzin həcmindən asılı olaraq təyin olunacaq müalicə və  hətta cərrahi  müdaxilənin növü müəyyən olunur. Prostat vəzi həcminin ən dəqiq müayinə metodu usm müayinəsidir. USM müayinəsində prostat vəzə həm qarının ön divarından həm də düz bağırsaqdan baxmaq olur. Prostat adenomalı xəstələrdə daha dəqiq və daha informativ olanı  transrektal aparılan ultrasəs müayinəsidir. Transrektal usm müayinəsi dedikdə prostat vəzin düz bağırsaqdan müayinəsi başa düşülür. Bunun üçün usm aparatında xüsusi transrektal təyinatlı datçik vardır. Ultrasəs müayinəsində sidik ifrazından sonra kisədə sidiyin qalmasını da asan müəyyənləşdirmək olur. ( Prostat vəzin adenoması )

    Aparılan çoxsaylı tədqiqatlarda kişinin cinsi aktivliyi ilə prostat adenomasının yaranması arasında ciddi bir əlaqənin olması aşkarlanmamışdır.

     

    Urofloumetriya nədir ? Sidik ifrazının qrafik təsviri.

    uroflometriya müayinəsi

    androloq.az

    Urofloumetriya aşağı sidik yollarının dinamik müayinə metodu olub, sidik ifrazının dəyişikliklərini qeydə alan müayinə metodudur. Sidik ifrazında hər hansı dəyişikliklə müraciət edən xəstənin urofloumetrik göstəriciləri xəstəliyin diaqnostikasının əsasını təşkil edə bilər.

    Urofloumetriya zamanı xəstə, urofloumetr adlanan xüsusi ölçücü cihaza boru ilə birləşmiş qaba işəyir. Müayinə sidik kisənin dolmuş vəziyyətində və xəstə üçün rahat şəraitdə aparılmalıdır. Başqa heç bir xüsusi hazırlıq tələb etmir. Ölçücü cihaz ifraz olunan sidiyin miqdarını, sidiyin maksimal və orta sürətini, sidik ifrazının davametmə müdətini ölçərək xüsusi qrafik əyri şəklində təsvirini çıxardır. Həkim uroloq isə bu qrafikə əsasən sidik ifrazında olan dəyişikliyin xarakterini, səbəbini müəyyənləşdirir. Urofloumetriyanın nəticəsinə əsasən aşağı sisik yollarının ( sidik kisə, sidik kanalı ) fəaliyyəti barəsində dolğun məlumat ala bilirik. ( Prostat vəzin adenoması )

    Xəstə qəbul elədiyi dərman preparatları haqqında həkimə bildirməlidir. Xüsusən də prostat adenomasından müalicə alan xəstələr. Belə ki, prostat adenomasının müalicəsində istifadə olunan alfa blokatorlar adlanan dərman preparatları qəbul edən pasientlər. ( Bu dərmanları həkim təyinatı olmadan qəbul etmək qəti qadağandır. Sizin sağlamlığınıza ciddi zərər verə bilər. ) Bunlara tamsulozin ( omnik ), doksazozin ( kardura ), terazozin ( artezin ) və.s. Çünki bu dərmanlar sidik kisə və sfinkter əzələlərinin tonusuna təsir edir və urofloumetriyanın nəticələrini təhrif edə bilər. ( urofloumetriya haqqında ətraflı məlumat ayrıca məqalədə məqalədə göstərilmişdir https://androloq.az/uslugi/urofloumetriya-nedir/ ) .

     

    PSA ( prostat spesifik antigen ) və prostat vəzin adenoması.

    PSA nədir - prostat spesifik antige, prostat adenoması

    Prostat spesifik antigen, prostat vəzidə hazırlanan və prostat vəzin xoşxassəli hiperplaziyası yaxud adenoması adlanan xəstəliklə prostat vəzi xərçənginin fərqləndirilməsi üçün yoxlanılan onkomarkerdir. PSA haqqında ətraflı aşağıdakı linkdə  https://androloq.az/uslugi/psa/

    Prostat vəzin xəstəliklərindən ən çox yayılanı prostatit, prostat adenoması və prostat xərçəngidir. Prostatın hər üç xəstəliyi əksər hallarda postat vəzin həcminin böyüməsi ilə müşahidə olunur. Demək olar ki hər üç xəstəlikdə qanda PSA səviyyəsi az və ya çox dərəcədə yüksəlir. Lakin statistik məlumatlar onu göstərir ki, əksər hallarda prostat adenoması və prostatit zamanı PSA – nın qandakı səviyyəsi müəyyən limiti keçmir. Bundan fərqli olaraq prostat xərçəngində isə əksər hallarda PSA – nın səviyyəsi bu limitin üstündədir.

    Düzdür bəzi hallarda prostat adenoması çox böyük olduqda PSA səviyyəsi limiti nisbətən keçir. Lakin bu hal böyük adenomalarda həmişə müşahidə olunmur. Limit dedikdə PSA – nın qanda səviyyəsinin 4 nq / ml – ə qədər olan səviyyəsi başa düşülür. Məhz bu xüsusiyyətinə görə də PSA müayinəsi prostat vəzin onkomarkeri hesab olunur. Bu səbəbdən də prostat vəzə aid şikayətlərlə müraciət edən və 40 yaşdan yuxarı bütün kişilərdə PSA müayinəsi yoxlanmalıdır. ( PSA haqqında daha ətraflı məlumat urologiyada vacib müayinələr – də – ” PSA nədir. ” məqaləsində https://androloq.az/uslugi/psa/).

     

    Per rektum müayinə – düz bağırsaqdan barmaqla müayinə.

     

    paostat adenoması

    Per rectum müayinə dedikdə düz bağırsaqdan prostat vəzin barmaqla müayinəsi başa düşülür. Bu müayinə zamanı :

    Prostat vəzin ağrılı olub – olmaması.

    Böyüməsi, kiçilməsi.

    Səthinin hamar yaxud kələ – kötür olması.

    Konsistensiyasının sərt yaxud yumşaq olması

    Paylar arası şırımın normal olması yaxud hamarlaşması.

    Düz bağırsağın selikli qişasının prostat vəzi səthində hərəkətli olması yaxud prostat vəzə bərk yapışması və.s digər xüsusiyyətləri müəyyən olunur.

     

    Prostat vəzin adenoması ilə oxşar əlamətlər verən xəstəliklər.

    Prostat adenomasının aşağıdakı xəstəliklərdən fərqləndirmək çox vacibdir. Çünki eyni əlamətlərlə yaxud çox oxşar əlamətlərlə müşahidə olunurlar.

     

    – sidik kanalının daralmaları ( striktura).  https://androloq.az/uslugi/sidik-kanalinin-daralmasi/

    – prostatit ( prostat vəzin iltihabı ).

    – prostat xərçəngi.

    – prostat vərəmi

    – sidiklik ( sidik kisə ) xərçəngi.

    – sidik kisə ( sidiklik ) vərəmi

    – sidiklik ( sidik kisənin) daşı

    – sidik axarlarının aşağı 1/3 – nin daşları. https://boyrekdasi.az/az/sidik-axarinin-daslari/

    – neyrogen sidik kisəsi ( sidik kisəsinin atoniyası, qeyri – stabil sidik kisəsi )

    – sidik kisəsinin yad cismi.

     

    Məsələn : əgər 40 yaşa qədər cavan kişi sidik ifrazının çətinləşməsi, şırnağının zəifləməsi və.s adenomaya xas əlamətlərlə müraciət etmişdirsə və usm müayinəsi zamanı prostatın həcminin normal göstəricilər daxilində olmasına baxmayaraq sidiyin şırnağı, sürəti zəifdirsə, qalıq sidik  müəyyən olunursa, deməli bu insanda sidik kanalı daralmasından şübhələnmək lazımdır, adenomadan yox. Əlavə olaraq cinsi yolla yoluxan xəstəliklərin yoxlanılması məsləhətdir. ( Prostat vəzin adenoması )

     

    Prostat vəzin adenoması – Ağırlaşmaları ( fəsadları ).

    1. kəskin sidik ləngiməsi. https://androloq.az/uslugi/keskin-sidik-lengimesi-qaliq-sidik-sidik-kisede-sidik-qalmasi-sidik-kisenin-bosalmamasi/

    2. xroniki böyrək çatışmazlığı

    3. sidik kisəsinin daşı. https://androloq.az/sidik-kis-dasi/

     

    Kəskin sidik ləngiməsi nədir?

    Ağırlaşmalardan biri və çox tez – tez rast gəlinəni kəskin sidik ləngiməsidir. Bu zaman xəstənin sidik kisəsi dolu olduğu halda sidik ifrazı mümkün olmur. Ətraflı aşağıdakı linkdə : https://androloq.az/uslugi/keskin-sidik-lengimesi-qaliq-sidik-sidik-kisede-sidik-qalmasi-sidik-kisenin-bosalmamasi/  . Sidik kisəsi dolu olduğu halda xəstənin sidiyə gedə bilməməsi halı kəskin sidik ləngiməsi adlanır. Müasir təbabətin bu qədər geniş imkanlarının olduğu şəraitdə çox təəssüflər olsun ki, prostat vəzi adenomasının ağırlaşmış formalarına biz hələ də tez – tez rast gəlirik. Buna səbəb isə, prostat vəzi adenomasının ilkin mərhələsinin sidik ifrazında yaratmış olduğu dəyişikliklərə kişilərin laqeyid yanaşmasıdır.

    Məsələn : 50 yaşdan yuxarı kişilərin böyük əksəriyyəti gecələr 2 – 3 – 4 dəfə hətta daha çox sidik ifrzına durur və bunu əsasən yaşla əlaqədar olan, hətta olmalıdır və heç bir müalicə lazım deyil kimi adi hal olaraq qəbul edirlər. ( Prostat vəzin adenoması, TUR əməliyyatı )

    Əksər hallarda kəskin sidik ləngiməsi prostat vəzin çox böyüməsi fonunda müşahidə olunmasına baxmayaraq, bəzən də  cüzi və ya mülayim böyüməsi fonunda, hətta xəstənin sidik ifrazında ciddi narahatliqlar olmadığı halda qəfildən yaranır. Dünənə qədər sidiyə gedməsində cidi narahatlığı olmayan xəstə səhər yuxudan duranda, yaxud gecə sidiyə çıxmaq istədikdə sidiyə gedə bilmədiyini görür. Bu halda maye qəbulu dayandırılmalı və tezliklə həkim uroloq-androloqa müraciət etmək lazımdır. Kəskin sidik ləngiməsi ( ksl )  prostat adenoması olan xəstələrin 10 – 50 -% – də, əsasən isə II dərəcə adenomada yaranır.

     

    Kəskin sidik ləngiməsi ehtimalı yüksək olan kişilər

    – 50 yaşdan yuxarı və prostatın həcmi 50 sm3 – dan böyük olan kişilər

    – 50 yaşdan yuxarı vaxtaşırı olaraq alkoqol qəbul edən

    – 50 yaşdan yuxarı kəskin ədviyyatlı yeməklər yeyən

    – stresli vəziyyətlər

    – bir sıra psixotrop dərman qəbul edən

    – sidikqovucu dərmanların qəbulu

    – sidik kisəsinin vaxtında boşaldılmaması

    – soyuqdəymə, qəbzlik və s. aiddir.

    Bir sıra hallarda isə kəskin sidik ləngiməsi  xəstəliyin ilkin əlaməti kimi yaranır.

     

    Xroniki böyrek çatışmazlığı.

    I dərəcə prostat adenomasında 18 – 20 %  hallarda böyrək funksiyasının pozulmasına rast gəlinir. II dərəcə adenomada 75 % – ə qədər xəstələrdə XBÇ ( xroniki böyrək çatışmazlığı ), III dərəcə adenomada bütün xəstələrdə ( 100 % ) XBÇ aşkarlanır və 45 – 50 % – ə qədər hallarda prostat adenoması zamanı ölümün səbəbi XBÇ və pielonefrit ( böyrəyin irinli iltihabı ) olur. ( Prostat vəzin adenoması, TUR  əməliyyatı)

     

    Sidik kisesinin daşı 

    sidik kisə daşı, prostat böyüməsi

    Prostat adenoması ilə əlaqədar əgər sidik kisəsi tam boşalmazsa və orada qalıq sidik qalarsa müəyyən vaxtdan sonra sisik kisədə daşın əmələ gəlməsinə səbəb ola bilir. Sisik kisə daşı haqqında ətraflı məlumat aşağıdakı linkdə : https://androloq.az/uslugi/sidik-kisenin-dasi/  . Xüsusən də adenoma olan xəstələr gecələr bir neçə dəfə sidik ifrazına durduqları üçün gün ərzində az maye qəbul eləməyə çalışırlar. Nəticədə isə sidik qatılaşır və daşın əmələ gəlmə ehtimalı yüksəlir. ( Prostat vəzin adenoması, TUR )

     

    Prostat vəzin adenoması – lazerlə endoskopik müalicə – TUR prostat əməliyyatı.

     

    DİQQƏT!

    Məqalədə yazılanları həkim məsləhəti olmadan özbaşına qəbul etmək olmaz. Çünki hər bir konkret situasiyada dərman, preparatlarının seçimi, dozası, hansı dərmanların yanaşı qəbulunun mümkün olması yalnız müalicə həkimi tərəfindən təyin oluna bilər.

     

    Prostat  adenomasının müalicəsndə müxtəlif cərrahi müdaxilələrdən və dərman preparatlarından istifadə olunur. Adenomasının ilkin mərhələlərində konservativ ( dermanla ) müalicə kifayət qədər effektli olur.

    Prostat adenomasının daha effektiv radikal müalicə yolu cərrahi müdaxilədir. Əvvəllər aparılan açıq əməliyyatlar çoxdan artıq keçmişdə qalıb. Müasir dövrümüzdə çox nadir hallarda, məsələn prostat vəzin həcmi 150 sm3 – dan böyük ölçüdə olduqda açıq əməliyyat icra olunur. Son bir neçə ildə demək olar bütün hallarda prostat vəzin böyüməsi ilə müraciət edən pasientləri tam qapalı üsulla , yəni sidik kanalından keçməklə cərrahi müdaxilə edirik. Bu əməliyyatlar yüksək dəqiqlik və aydın görünüş verən kameralarla təchiz olunmuş xüsusi endoskopik cihazlarla həyata keçirilir və TUR ( transuretral rezeksiya – sidik kanalından keçməklə aparılan ) əməliyyatı adlanır. TUR əməliyyatı haqqında daha ətraflı məlumat aşağıdakı linkdə : https://androloq.az/uslugi/lazerl-prostat-m-liyyati/

    TUR əməliyatları prostat vəzi xəstəliklərinin cərrahi müalicəsinin qızıl standartı olaraq qəbul edilmişdir və heç bir kəsik aparılmadan icra olunur.

     

     

    Prostat vəzin adenoması – transuretral rezeksiya ( TUR ) əməliyyatı.

    TUR  nədir?

    Prostat vəzin adenoması müalicə, prostat vəzin xoşxassəli hiperplaziyası Bakıda - uzman uroloq - androloq Ziyad Əliyev. Prostat böyüməsi

    Prostat vəzin TUR əməliyyatı dedikdə, yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş cihaz vasitəsilə ( endoskop yaxud rezektoskop ) sidik kanalından keçməklə prostat vəzin böyümüş hissəsinin yaxud tamamilə prostat vəzi toxumasının xaric edilməsi əməliyyatıdır. TUR əməliyyatı adətən spinal keyitmə ( bel nahiyyədən aşağı hissənin hissiyyatsızlaşması ilə ) altında icra olunur. Əməliyyat təqribən 1 saat davam edir. Əməliyyat zamanı xəstənin istəyi ilə ekranda əməliyyatın gedişini seyr etmək imkanı vardır. Xəstə əməliyyat günü daxil olmaqla 2 gün ərzində xəstəxanada qalır.

     

    Bədəndə heç bir kəsik aparılmadan, dəlik açılmadan sidik kanalının xarici dəliyinin diametrinə uyğun olaraq, uc hissəsi kamera və kəsici- yandırıcı ucluqla təchiz olunmuş rezektoskop adlanan boruşəkilli alət vasitəsilə sidik kanalına daxil ounur. Alətin ucundakı kamera vasitəsilə sidik kanalının daxilinin görüntüsü ekranda əks olunur və bu görüntüyə əsasən həkim sidik kanalı boyunca aləti gəzdirir və sidik kanalının başlanğıc hissəsinə çatır.

    prostat böyüməsi zamanı TUR prostat əməliyyatı lazerlə

    androloq.az

    Sidik kanalının başlanğıc hissəsi və prostat vəzin böyüməsi ( adenoma ) ekranda aydın müşahidə edilir. Prostat adenomasının rezeksiyasına başlamazdan əvvəl sidik kisəsinə daxil olunur, sidik kisə vizual müayinə olunur və sonra prostat adenoması rezeksiya olunur. Rezeksiya dedidə kanalın daralmasına səbəb olan adenoma toxumasının qat – qat qaşınıb götürülməsi ( kəsilərək ) başa düşülür. Nəticədə isə sidik kanalının daralmış hissəsi genişlənir.

    TUR zamanı təkcə adenoma toxuması deyil, prostat vəzin toxuması da rezeksiya olunur. Əməliyyat zamanı xaric edilən  toxumanın miqdarı prostatın həcmindən asılıdır.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda :

     

    https://androloq.az/

    https://prostatvezi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər