Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Prostat vəzin lazerlə qapalı əməliyyatı – TUR əməliyyatı

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

QƏBULA YAZIL

Anonimlik qorunur

Lazerlə prostat əməliyyatı

Prostat vəzin adenoması yaxud prostat vəzin xoşxassəli hiperplaziyası 40 yaşdan yuxarı kişilərdə müşahidə olunan, yaş artdıqca daha çox aşkarlanan və 50 yaşdan yuxarı kişilər arasında ən çox əməliyyata səbəb olan xəstəlikdir. Bu xəstəlik prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar şikayatlərin müydana çıxması ilə müşahidə olunur. ( Lazerlə prostat əməliyyatı, prostat vəzin lazerlə qapalı əməliyyatı – plazmakinetik TUR )

 

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

androloq.az

Lazerlə prostat əməliyyatı – Bipolyar TUR

Prostat vəzi sidik kisəsinin altında, sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edən orqandır. Məhz ona görə də prostat vəzinin böyüməsilə müşahidə olunan xəstəliklər sidik ifrazının çətinləşməsinə, az – az, qırıq – qırıq, haçalanma, duşdan gəlməni xatırladan səpələnməyə, sidiyin şırnağının zəifləməsinə, hətta sidk ifrazının mümkün olmamasına səbəb ola bilir. Bir çox insanlar bu əlamətləri yaşlanma ilə əlaqələndirir və onu cərrahi müdaxilə ilə düzələ biləcəyinə inanmır.

Təəssüflər olsun ki xəstələr, hətta bəzi həkimlər cərrahi əməliyyata ən axırıncı çıxış yolu kimi baxırlar. Hətta konservativ müalicənin əks göstəriş olduğu hallarda belə həkimi təhrik edirlər ki, nə edirsə etsin, ancaq əməliyyat deməsin və onlara müalicə yazsın. Belə olduğu halda isə, xəstələr öz vəziyyətlərini daha da çətinləşdirirlər və gecikmiş vəziyyətdə, sidik ifrazının mümkün olmadığı, böyrək çatışmazlığı ilə ağırlaşmış halda cərrahi müdaxilə üçün müraciət edirlər.

Başqa bir tərəfdən isə nisbətən cavan xəstələri narahat edən odur ki, prostat vəzidən əməliyyat olunduqdan sonra cinsi əlaqədə ola bilməyəcəklər. Bu kökündən səhv fikirdir. Çünki, prostat vəzidə aparılan müasir əməliyyatlar cinsi orqanın sərtləşməsinə ( ereksiyaya ) xidmət edən sinir və damarların tam qorunması şəraitində aparılır. TUR əməliyyatından sonra bir çox pasientlərdə cinsi funksiyaların daha da yaxşılaşması müşahidə olunur. (Lazerlə prostat əməliyyatı)

TUR  nədir ? –  Trans Uretral Rezeksiya ( Lazerlə prostat əməliyyatı )

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

androloq.az

Prostat vəzin TUR əməliyyatı dedikdə, yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş cihaz vasitəsilə ( endoskop yaxud rezektoskop ) sidik kanalından keçməklə prostat vəzin böyümüş hissəsinin yaxud tamamilə prostat vəzi toxumasının xaric edilməsi əməliyyatıdır. TUR əməliyyatı adətən spinal keyitmə ( bel nahiyyədən aşağı hissənin hissiyyatsızlaşması ilə ) altında icra olunur. Əməliyyat təqribən 1 saat davam edir. Əməliyyat zamanı xəstənin istəyi ilə ekranda əməliyyatın gedişini seyr etmək imkanı vardır. Xəstə əməliyyat günü daxil olmaqla 3 gün ərzində xəstəxanada qalır.

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

androloq.az

Bədəndə heç bir kəsik aparılmadan, dəlik açılmadan sidik kanalının xarici dəliyinin diametrinə uyğun olaraq, uc hissəsi kamera və kəsici – yandırıcı ucluqla təchiz olunmuş rezektoskop adlanan boruşəkilli alət vasitəsilə sidik kanalına daxil ounur. Alətin ucundakı kamera vasitəsilə sidik kanalının daxilinin görüntüsü ekranda əks olunur və bu görüntüyə əsasən həkim uroloq sidik kanalı boyunca aləti gəzdirir və sidik kanalının başlanğıc hissəsinə çatır. Sidik kanalının başlanğıc hissəsi və prostat vəzin böyüməsi ( adenoma ) aydın müşahidə edilir. Prostat adenomasının rezeksiyasına başlamazdan əvvəl sidik kisəsinə daxil olunur, sidik kisə vizual müayinə olunur və sonra prostat adenoması rezeksiya olunur.

Rezeksiya dedidə kanalın daralmasına səbəb olan adenoma toxumasının qat – qat qaşınaraq ( kəsilərək ) kanalın genişlənməsi başa düşülür. TUR zamanı təkcə adenoma toxuması deyil, prostat vəzin toxuması da rezeksiya olunur. ( Lazerlə prostat əməliyyatı )

TUR prostat

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

androloq.az

Əməliyyat zamanı xaric edilən  toxumanın miqdarı prostatın həcmindən asılıdır. TUR əməliyyatında toxumanın kəsilməsi alətin ucunda generasiya olunan yüksək temperaturun hesabına mümkün olur. Bu da eyni zamanda kəsilmə zamanı zədələnmiş damarların mənfəzinin yanaraq bağlanmasına və qanaxmanın dayanmasına səbəb olur. Tur əməliyyatı təkcə prostat vəzin adenoması zamanı aparılmır. Həmçinin prostat xərçəngi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir və qızıl standart hesab olunur. Prostat vəzi adenoması ilə müraciət edən pasientlərin əməliyyatı bizim klinikamızda də 95 % – dən artıq halarda qapalı üsulla aparılır. Yəni TUR əməliyyatı aparılır.

Prostat vəzin həcmi 20 – 130 sm3 – a qədər olan bütün prostatlar bipolyar TUR əməliyyatı olunur. Bir neçə il əvvələ qədər TUR – un avadanlığı ancaq monopolyar modifikasiyada idi. Belə olduqda 60 sm3 dan böyük prostatları əməliyyat etmək mümkün deyildir. Çünki, monopolyar alət ilə işlədikdə rezektosol yaxud trussol adlanan xüsusi təyinatlı məhlullardan istifadə edilirdi. Bu məhlullarla işlədikdə çalışmaq lazımdır ki, əməliyyat zamanı 1 saatdan artıq olmasın. Çünki, bu məhlul qana sorulub həyat üçün təhlükə törədə bilir. Buna TUR sindrom deyilir. Ona görə də monopolyar alətlə çox böyük prostatları etmək mümkün deyil.

Bizim klinikamızda olan bipolyar avadanlıqla isə çox böyük ölçüdə prostatları cərrahi müdaxilə etmək mümkündür. Çünki, bipolyar avadanlıqla işlədikdə yuxarıda adı çəkilən məhlullardan deyil, 0,9 % – li NaCl ( natrium xlor ) istifadə edilir. NaCl qana sorulduqda heç bir problem yaradmır xəstənin həyatı üçün. Ona görə də bu əməliyyat 2 – 3 saat çəksə belə TUR sindrom təhlükəsi yoxdur. Bütün dünyada prostat adenomasının müalicəsində qızıl standart olaraq qəbul edilmişdir.

 

Əməliyyatdan əvvəl hansı müayinələrdən keçmək lazımdır ?

1. Prostat, sidik kisəsi, böyrəklər usm ( ultrasəs ) müayinəsi

Bu zaman əsas göstərici prostat vəzin həcmi və sidik ifrazından sonra qalıq sidiyin olmasıdır. Əgər qalıq sidik varsa onun həcmi nə qədərdir?

2. Urofloumetriya

Sidiyin maxsimal sürəti, sidik ifrazının davametmə vaxtı ( sidik ifrazına başladıqdan sidik ifrazının qurtarmasına qədər keçən vaxt ) və s digər göstəricilərin ölçülməsi.

http://androloq.az/uslugi/urofloumetriya-nedir-sidik-ifrazinda-cetinlesme/

3. Qanda PSA – nın miqdarı ( PSA dedikdə prostat spesifik antigen başa düşülür)

PSA prostat vəzin böyüməsinin xarakterini müəyyənləşdirmək üçün yoxlanılır. PSA-nın miqdarı qanda 4 nq /ml – dən yüksəkdirsə deməli buna ehtiyatla yanaşmaq lazımdır və təkrari PSA müayinəsinə yaxud digər əlavə müayinələrə ( prostat biopsiyası ) ehtiyac ola bilər. Bu müayinələrin zəruriliyini və olunma ardıcıllığını həkim uroloq müəyyən edir. Qeyd etmək lazımdır ki, müraciət edən xəstə əgər son bir həftədə cinsi həyat yaşayıbsa, son iki həftədə sidik kanalına kateter qoyulubsa, son iki həftədə xəstədə kəskin sidik ləngiməsi epizodları olubsa, son bir ayda prostata düz bağırsaqdan baxılıbsa yaxud prostat masajı olunubsa qanda PSA səviyyəsi qalxa bilər və həkim uroloq xəstə ilə yaxud onun yaxınları ilə söhbət zamanı müəyyənləşdirməli və PSA – nın nəticələrini qiymətləndirərkən nəzərə almalıdır. ( Lazerlə prostat əməliyyatı )

Həmçinin prostat vəzi xəstəliklərində istifadə olunan əsas preparatlar olan alfa adrenoblokatorlar ( tamsulozin – omnik, doksazozin – kardura ) və 5 alfa reduktaza adlanan fermentin inhibitorları ( finasterid – proskar – penester, dutasterid ) adlanan dərmanlar da qanda PSA ssəviyyəsinə təsir edir. Ümumi olaraq belə qəbul olunmuşdur ki, müraciət edən xəstə adı çəkilən dərman preparatlarını qəbul edən müddətdə yoxlanan PSA müayinəsinin nəticəsini real nəticənin yarısı kimi qəbul etmək lazımdır. Məsələn, əgər xəstə alfa blokatorlardan – tamsulozin ( omnik ), doksazozin ( kardura ), terazozin ( artezin ) və yaxud 5 alfa reduktaza inhibitorlarından olan finasterid ( proskar, penester ), dutasterid qəbul edən müdddətdə PSA nəticəsi 2nq/ml çıxıbsa bu nəticəni ikiyə vurmaq və real nəticəni 4nq / ml kimi qəbul etmək lazımdır. ( Lazerlə prostat əməliyyatı )

 

4. Qanda kreatinin, sidik cövhəri yoxlanmalıdır

 

Qanda kreatinin və sidik cövhəri səviyyəsinin yüksək olması artıq xroniki böyrək çatışmazlığı əlamətidir. Əgər prostat adenoması ilə müraciət edən xəstədə qalıq sidik çoxdursa və həkim uroloq hesab edirsə ki, qanda kreatinin və sidik cövhərinin yüksəlməsi prostat adenomasının nəticəsidir, bu halda sidik kanalından uretral kateter qoyulmalıdır. Əgər sidik kanalından kateterin keçməsi mümkün olmursa o halda qarının ön divarından sidik kisəyə kateter qoyulmalıdır. Bir müddət sonra isə prostat əməliyyatı aparıla bilər. Bu müddət 1 həftədən 2 aya qədər ola bilər.

İki həftədən sonra isə sidik cövhəri və kreatinin yoxlanmalı və daha sonra TUR əməliyyatı icra edilməlidir. ( Lazerlə prostat əməliyyatı )

 

TUR əməliyyatına əks göstərişlər hansılardır? Yəni hansı hallarda lazerlə prostat əməliyyatını aparmaq olmaz.

 

1. Bədəndə hər hansı nahiyyədə irinli iltihabın olması

2. Sidik cinsiyyət yollarında kəskin iltihabın olması

3. Qanın laxtalanma problemləri olduqda

4. Bud – çanaq oynağında kontraktura olan xəstələr. Çünki bud – çanaq oynağının ankilozu zamanı xəstə TUR əməliyyatının aparılması üçün lazımi vəziyyəti ala bilmir. Bildiyimiz kimi TUR əməliyyatı zamanı xəstə vəziyyəti üzü yuxarı uzanmış, qıçları bud – çanaq oynağından aralanmış və diz oynağından yarıbükülü vəziyyətdə olur ( litotomik vəziyyət – ginekoloji stol ).

5. Ürəyində kardiostimulyatoru olan xəstələrə monopolyar TUR əməliyyatı olmaz. Onlar üçün bipolyar TUR yaxud plazmakinetik TUR əməliyyatı göstərişdir. Monopolyar TUR daha köhnə texnologiyadır. Bu zaman insan bədəni elektrik keçirici rolunu oynayıır. Bu əməliyyat zamanı xüsusi mürəkkəb tərkibli məhlullar istifadə olunur. Bu məhlullarla insan  bədənin zəhərlənməsi mümkündür. Həmin məhlul əməliyyat zamanı qana sorularsa xəstənin həyatı üçün ciddi təhlükə yaranır. Bu vəziyyət TUR sindrom adlanır. Bu halda insanı xilas etmək heç də həmişə asan olmur.

Daha müasir və təhlükəsiz metod isə bipolyar TUR əməliyyatı hesab olunur. Bipolyar TUR əməliyyatı zamanı insan bədəni elektrik keçirici rolunu oynamır. Ona görədə irriqasiya məqsədilə adi 0,9 % – li NaCl məhlulu istifadə olunur. İrriqasiya dedikdə əməliyyat zamanı görüntü yaradmaq məqsədilə sidik kanalına salınmış alətin işçi kanalından daxilə göndərilən maye nəzərdə tutulur. Bu məqsədlə 3l həcmində olan NaCl məhlulu olan torbalar xüsusi ştativdən asılır ki, əməliyyat sahəsindən yuxarıda qalsın. Yuxarıda olduğu üçün öz ağırlığı ilə təzyiqlə axır və əməliyyat zamanı çıxan qanın yuyulmasını təmin etməklə görüntü yaradır.

TUR – əməliyyatının üstünlükləri

  1. Açıq əməliyyatdan fərqli olaraq sidik kisə açılmır, tamlığı pozulmur.
  2. Bədəndə heç yerdə kəsik, dəlik olmur və ona görə də xəstə tez sağalır, ağrısı az olur, əmək qabiliyyəti tez bərpa olunur.
  3. İstənilən yaşda və yanaşı gedən bir çox ağır xəstəliklər olanda aparıla bilər.
  4. Yuxarıda qeyd olunduğu kimi sidik kanalına yüksək dəqiqliklə görüntü verən kamera ilə təchiz olunmuş rezektoskopla ekranda vizual müayinə altında aparılır. hər hansı nahiyyədə cüzi qanaxma olduqda belə vaxtında müdaxilə edilərək qan dayandırılır. (Lazerlə prostat əməliyyatı)

 

TUR əməliyyatından sonrakı dövr – ( Lazerlə prostat əməliyyatı )

Lazerlə prostat əməliyyatı, TUR əməliyyatı, endoskopik prostat əməliyyati Bakida androloq - uroloq Ziyad Əliyev. Prostat vezi emeliyyati

androloq.az

90 % – dən artıq hallarda TUR əməliyyatından sonrakı vəziyyət qənaətbəxş olur. Əməliyyat bitdkdən sonra sidik kanalına kateter qoyulur və əməliyyatın 3 cü günü pasient evə yazılarkən kateter çıxardılır və xəstə sərbəst sidik ifraz edir. Pasient evə yazılarkən əməliyyatdan sonrakı bir neçə gün yaxud bir neçə həftə ərzində tezləşmiş və ağrılı sidik ifrazının, sidik saxlamamazlıqın ( sidik qaçırtma ) ola bilməsi barədə həkim pasienti xəbərdar edir. Bütün bu əlamətlərin səbəbi əməliyyat zamanı 1 – 1,5 saat alətin sidik kanalında qalması, əməliyyatdan sonra kateterin qalması və həmçinin əməliyyat sahəsində yaranın olması ilə əlaqədardır. Tam normal sidik ifazı adətən 1,5 – 2 aya bərpa olunur.

Daha çox rast gəliniən narahatçılıq isə prostat vəzidə aparılan digər əməliyyatlardan sonra olduğu kimi TUR – dan sonra da retroqrad eyakulyasiyanın olmasıdır. Retroqrad eyakulyasiya dedikdə cinsi əlaqənin sonu olaraq eyakulyatın xaricə çıxmaması, yəni sidik kanalı ilə əksinə yuxarı, sidik kisəsinə doğru qayıdması halı başa düşülür. Lakin cinsi əlaqədən və eyakulyasiyadan alınan həzz azalmır. Retroqrad eyakulyasiya TUR əməliyyatının ağırlaşması deyil, nəticəsi hesab olunur. ( Lazerlə prostat əməliyyatı )

Əməliyyat sonrası həkim məsləhətləri

TUR əməlyyatından sonrakı iki ay ərzində cinsi əlaqədə olmaq və ağır fiziki işlə, idmanla məşğul olmaq məsləhət görülmür. İki həftə ərzində təyyarəyə minmək məsləhət deyildir. Çünki, atmosfer təzyiqinin düşməsilə əlaqədar qanaxma ola bilər. Əməliyyatdan sonrakı 1 ay ərzində kəskin duzlu, istiotlu yeməklər, spirtli içkilər olmaz. Gün ərzində iki litrdən artıq maye qəbul etmək lazımdır. Ola bilər ki, böyrək çayı şəklində sidikqovucu təsiri olan çaylar da içilsin. (Lazerlə prostat əməliyyatı)

Standart TUR əməliyyatı zamanı adenoma toxuması tam, prostat vəzi isə qismən rezeksiya olunr. Ona görə də prostat vəzi normal funksiya göstərir və TUR əməliyatı keçirmiş pasientlər bütün digər kişilər kimi prostat vəzi ilə bağlı vaxtaşırı müayinə keçməlidirlər.

Bu müayinələrə aiddir:

  1. USM ( ultrasəs müayinəsi prostatın ) ildə iki dəfə
  2. Düz bağırsaqdan prostatın barmaqla müayinəsi ildə iki dəfə.
  3. PSA qanda ( prostat spesifik antigen – prostat vəzin onkomarkeri ) ildə iki dəfə.

TUR əməliyyatı yüksək texnologiyalı əməliyyatlara aidir. Əməliyyatın icrası isə həkimdən klinik bilik və bacarıqla yanaşı yüksək dəqiqlik, səbir və ” zərgərlik ” tələb edir.

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

PSA haqqında geniş məlumat aşağıdakı linkdə.

http://androloq.az/uslugi/prostat-spesifik-antigen-nedir-psa-uroloq-ziyad-liyev/

 

( Prostat vəzin lazerlə qapalı əməliyyatı, plazmakinetik TUR, prostat vəzin xoşxassəli hiperplaziyası,  prostat vezi, endoskopik əməliyyat, uroloq, prostatemeliyyatıbaku Ziyad Aliyev Bakida, prostat emeliyyatı bakı, urologbaku )

Sosial şəbəkələrdə paylaş