Həkim uroloq-androloq Ziyad Əliyev

(050) 571 49 51

(055) 571 49 51

Varikosel haqqında ətraflı məlumat – Varikosel nədir ?

Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı

QƏBULA YAZIL

Anonimlik qorunur

Varikosel haqqında ətraflı məlumat – Varikosel nədir ?

Varikosele dedikdə çox zaman xalq arasında Varikosel və ya damar genişlənməsi kimi tanınan toxum ciyəsi venalarında yaranan varikoz genişlənmə nəzərdə tutulur. Varikosele zamanı xaya venalarında yaranan genişlənmə eynilə aşağı ətraf venalarının genişlənməsini xatırladır. Genişlənmə 90 – 92 % solda, 1 – 2 % sağ, 5 – 7 % hallarda isə hər iki xaya venalarında rast gəlinir.Varikosel haqqinda - varikosel nedir androloq Ziyad Aliyev Varikoseleyə müxtəlif yaş qruplarında rast gelməsinə baxmayaraq 90 % – dən artıq hallarda 15 – 30 yaş arasında olan gənclərdə aşkarlanır. Müxtəlif peşə sahiblərində aşkarlana bilir, lakin əksər hallarda varikosele ağır fiziki işlə ( 75 % ) və idmanla məşğul olan insanlarda rast gəlinir.

Varikosel nədir? Spermaya necə təsir edir? Bütün bu sualları məqalədə androloq Ziyad Əliyev ətraflı cavablandıracaq

Varikosele anlayışını, onun təbabət və cəmiyyət üçün aktuallığını əhatəliklə dərk eləmək üçün varikoselenin gənclər arasında nə dərəcədə tez – tez aşkarlanmasını, nə zaman aşkarlanmasını, ən çox rast gəlinən ağırlaşmasının nə olduğunu və vaxtında cərrahi əməliyyat olunmazsa nəyə səbəb ola biləcəyini hörmətli oxucularımızın diqqətinə çatdırmaqda özümü borclu bildim. Kişi sağlamlığının qorunmasında məsuliyyətin bir hissəsinin də həkim uroloq – androloq olaraq mənim də üzərimə düşdüyünü nəzərə alıb daha geniş məlumat vermək qərarına gəldim.
Statistik məlumatlara görə varikosele 15 – 30 yaş arasında olan gənclərin təqribən 15 – 20 % – də rast gəlinir. Varikoselenin ən ciddi fəsadı xayanın atrofiyası ( kiçilməsi ) nəticəsində xayanın spermyaratma funksiyasının zəifləməsidir. O baxımdan da varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biri hesab olunur.

Varikosele aşkarlanan kişilərin sperm müayinələrinin nəticələri göstərir ki, bunların 70 – 75 % də müxtəlif dərəcədə zəifləmə var. Sonsuzluqla müraciət edən kişilərin müayinəsi zamanı isə onların 35 – 40 % – də varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin ( həyat yoldaşları bir dəfə hamilə olan kişilər ) isə 70 – 75 % də varikosele müəyyən olunur.

Varikosel hansı əlamətlərlə özünü göstərir?

Gənclər bunu özlərində necə aşkarlaya bilərlər və ya hansı hallarda həkim androloq – uroloqa müraciət etməlidirlər ?
Varikosele cox zəif sürətlə ikişaf edir, məsələn : I dərəcədən II dərəcəyə yaxud II dərəcədən III dərəcəyə kecməsi bir neçə ay və ya bir neçə il davam edir. Məhz buna görə də xəstələrin əksəriyyətində ( təqribən 90 % – ə qədərində ) ağrı şikayəti olmur. Varikoselenin əksər hallarda təsadüfi aşkarlanmasının əsas səbəbi də onun ağrısız keçməsidir. Xəstələrin yalnız 10 % – ə qədərində ağrı şikayəti olur, bütün digər hallarda isə xayalığın müvafiq tərəfində keçici xarakterli diskomfort, qısamüddətli sızıltı, digər xayaya nisbətən cox sallanma və.s kimi əlamətlərlə özünü göstərir. Bir çox hallarda isə hec bir əlamətsiz keçir. Bu əlamətlər əsasən piyada uzun məsafə gəzdikdə, ağır fiziki iş gördükdə və cinsi əlaqə zamanı və ya ondan az sonra yaranır, yaxud artır. Uzanmış vəziyyətdə isə sadalanan əlamətlər azalır yaxud tam itir.

 

Xayada ağrı nəyin əlamətidir ?

Hətta bəzən varikosele olan insanlar ağrı zamanı xayanı şalvarın cibindən əlləri ilə nisbətən yuxarıda saxlamağa çalışırlar ki, ağrı azalsın, yaxud çıxış yolunu sıx alt paltar geyinməkdə görürlər. Bu isə öz növbəsində varikoselenin daha uzun müddət gizlədilməsinə, fəsadlarının isə daha dərinləşməsinə gətirib çıxardır. Belə gecikmiş ( III, IV cü dərəcə) varikosele zamanı adətən xayanın ölçüləri kiçilir, konsistensiyası yumşalır, spermyaratma funksiyası zəifləyir. I, II dərəcədə isə xayanın xarici görünüşündə, həcmində dəyişiklik yaranmır.

Sadalalan əlamətlərlə yanaşı agır fiziki işdən sonra varikosele olan tərəfdə xayalığın daha çox sallanması, digər tərəfə nisbətən böyük görünməsi, həmçinin müvafiq tərəfin dərisində qaşınma, dəridə genişlənmiş damarların proyeksiyasında gözlə görülə bilən, əllə hiss olunan damar təsviri müəyyən oluna bilər. Məlumatlı insan üçün bu əlamətlər kifayət qədər asan aşkarlana bilər və həkimə vaxtında müraciət eliyərsə gələcəkdə özünü və ailəsini sonsuzluq adlanan həm tibbi həm də sosial ağır bir problemdən qismən də olsa sığortalamış olar.

Həmçinin varikosele uzun müddət davam edərsə xayanın həcmi kiçilir ( atrofiya ), cinsi sferada müəyyən dəyişikliklər yaradır. Başqa bir qisim pasientlər isə sperm ( toxum ) mayesində duruluq, ereksiya zəifliyi və.s qeyd edir. Düzdür, sadalanan əlamətlərin varikosele ilə nə dərəcədə əlaqəsi tam müəyyən olunmasa da, məlum olan odur ki, varikosele əməliyyatından sonra, sadalanan bu əlamətlər itir və xəstə özünü tam normal hiss edir. Əlamətsiz keçdiyinə görə də pasientlərin həkimə müraciətlərinin gecikməsinə və müraciət edən pasientlərin əksəriyyətində varikoselenin gecikmiş və ağırlaşmış formalarının aşkarlamasına səbəb olur. Əgər həkimə vaxtında müraciət edərsinizsə gələcəkdə özünüzü və ailənizi yaxud övladınızı sonsuzluq kimi tibbi və sosial ağır problemdən sığortalamış olarsınız.  Təqribən 10 % – ə qədər hallarda hər hansı bir ağrı, diskomfort hissiyyatı ilə müşahidə edilir. Qalan digər hallarda isə ( təqribən 90 % – də ) təsadüfi müayinə zamanı, yaxud sonsuzluqla, cinsi zəifliklə əlaqədar müraciət edərkən aşkar edilir.

 

Varikoselin dərəcələri necə təyin etməli ?

Təzahür formasından asılı olaraq varikoselenin dörd dərəcəsi ayırd edilir :

Varikosel mualicesi - dr Ziyad Əliyev

I – Dərəcə : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxarkən damarların ( vena damarları ) genişlənməsini gözlə görmək və əllə toxunmaqla aşkarlamaq mümkün olmur. Yalnız xəstə 15 – 20 dəfə oturub durduqdan sonra, yaxud bir neçə dəfə qarnını şişirdib saxladığı halda ( buna valsalva sınağı deyilir ) toxum ciyəsini əllə müayinə edərək aşkarlamaq olur.

II – Dərəcə : adi sakit halda xəstə ayaqüstə durduqda xayalara baxış zamanı gözlə görünmür, lakin əllə toxunduqda genişlənmiş damarları müəyyən etmək olur. Lakin xəstə uzanıq vəziyyətə keçdikdə ola bilər ki, venalar əllə müəyyən olunmasın. Valsalva sınağı zamanı isə venalarda genişlənmə yenidən müəyyən olunur.

III – Dərəcə : adi sakit halda xəstə ayaqüstə durduqda genişlənmiş venaları hətta bir necə metr məsafədən görmək olur, xayalığın müvafiq tərəfi deformaiya olunur, daha çox sallanır. Xəstənin horizontal vəziyyətində də genişlənmiş venalar müəyyən olunur. Əllə baxış zamanı əksər hallarda xaya ağrılı olur.

IV – Dərəcə : venaların daha qabarıq genişlənməsi ilə xayalığın müvafiq tərəfi daha çox deformasiya olunur, xayanın ölçüləri kiçilir ( atrofiyalaşır ), konsistensiyası yumşalır. Ağrı sakit halda da ola bilir.
Xəstəlik, xaya səthidə ( 90 % – dən artıq hallarda sol xayada ) venaların genişlənməsi şəklində təzahür etdiyi halda funksional olaraq xaya toxumasında dəyişikliklər xəstəliyin dərəcəsindən, davametmə müddətindən asılı olaraq dəyişir.

 

Varikoselin səbəbləri

 

  1.  İrsi olan damar divarı zəifliyi ( irsiyyətə bağlı damar çatışmazlığı )
  2. Yuxarı müsariqə ( yuxarı çöz arteriyası ) arteriyasıın sol böyrək venasını nə dərəcədə sıxması ( buna aortamezenterial pinset deyilir )
  3. Varikosele olan tərəfdə xayanın venoz drenajını ( xayadan gedən venoz qanın daşınmasını ) həyata keçirən venaların anatomik qruluşu xüsusiyyət
  4. Böyrək sallanması
  5. Böyrəyin aşağı qütbündən inkişaf edən kistalar və şişlər
  6. Böyrəyin aşağı qütbünə gedən əlavə qidalandırıcı damarın ( arteriyanın ) olması və.s.

Varikoselenin yaranmasına təkan verən faktorlar – ( provakasiya edici faktorlar )

Qarın boşluğunda təzyiqin tez – tez, uzunmüddətli ( xroniki ) və kəskin artması ilə müşaiyət olunan bütün hallar, astma və allergik bronxitli xəstələr, ağciyər vərəmi və ağciyərin peşə ilə əlaqədar xroniki xəstəlikləri, hansı ki, xroniki öskürəklə müşahidə edilir.

  • Ağır fiziki iş
  • Ağır idmanla məşğul olmaq ( ona görə də varikoseleni bəzən idmançıların xəstəliyi də adlandırırlar )
  • Qəbizlik

 

Venalarda genişlənmə necə yaranır?

Bunu başa düşmək üçün venaların qruluşuna nəzər salmaq lazımdır. Bildiyimiz kimi arteriyalar arterial qanı orqanlara daşıyan damarlardır. Arterial qan – oksigenlə və qidalı maddələrlə zəngin təmiz qandır. Venalarla isə əksinə, venoz qan orqanlardan ürəyə daşınır.  Venoz qan – tərkibində oksigeni, qidalı maddələri az, toksiki maddələri, sərbəst radikalları çox olan çirkli qandır. Nəzərə almaq lazımdır ki, arteriyalarla qanın orqana dogru axın sürəti venalar vasitəsilə orqandan gedən qanın axın sürətindən dəfələrlə yüksəkdir. Venalarla orqandan gedən qanın geriyə axmaması üçün venaların daxilində klapaVarikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı - androloq ziyad əliyevn rolunu oynayan qapaqlar vardır.

Şəkil : venaların daxilində klapanlar.

Bir çox hallarda varikoselenin səbəbi bu klapanların ya anadangəlmə olaraq olmaması, yaxud normal fəaliyyət göstərməməsidir. Normal halda bu klapanlar qanın orqandan getməsi zamanı açılır və sonra da bağlanır ki, gedən venoz qan  ( çirkli qan ) yenidən orqana ( xayaya ) qayıdmasın. Varikosele xəstəliyinin səbəbləri arasında əsas yerlərdən birini də varikoz xəstəliyinə irsi meyillik tutur. İrsi meyilik zamanı toxum ciyəsi venaları daxilində klapanlar ya olmur, yaxud bu klapanların qruluşunda qüsur ( defekt ) olur. Həmçinin damar divarında irsi faktorlarla əlaqədar olan yetməməzlik ola bilir. Bu halda venalar varikoz xəstəliyinə daha asan məruz qalır. Belə insanlarda hətta ürək qapaqlarında ( klapanlarda ) da qüsur aşkarlanma ehtimalı var.

 

Varikoselenin əsas səbəblərindən biri hesab olunan aortamezenterial pinset nədir?

Aortamezenterial pinset dedikdə iki böyük damar – qarın aortası və ondan ayrılan yuxarı mezenterika ( yaxud yuxarı çöz arteriyası ) arteriası arasında qalan bucaq nəzərdə tutulur. Məhz bu bucaqda qalan sol böyrək venası ( sol böyrəkdən və sol xayadan qanı aparan damar ) sıxılır və bu sol böyrəkdən və sol xayadan gedən qanın axınına mane olur.Varikosel haqqinda - varikosel nedir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı

 

1 – sag böyrək, 2 – sol böyrək, 3 – aşagı boş vena, 4 – qarın aortası, 5 – sol xaya venası ( yaxud sol daxili toxum venası), 6 – sol sidik axarı, 7 – sag böyrək arteriyası, 8 – yuxarı mezenterika arteriyası (yaxud yuxarı çöz arteriyası), 9 – sol böyrək venası.
Şəkildən də göründüyü kimi qarın aortası ( 4 ) və ondan ayrılan yuxarı mezenterika arteriyası ( 8 ) pinset əmələ gətirir. Sol böyrək venası ( 9 ) bu pinsetdə sıxılır ( 4 və 8 arasında ) və qanın axını həm sol böyrək venasında ( 9 ) həm də sol xaya venasında ( 5 ) ləngiyir.Varikosel nedir - elametleri ve mualicesi -androloq ziyad əliyev

Qanın vena daxilində uzunmüddətli ləngiməsi venaların genişlənməsinə və varikoslenin yaranmasına səbəb olur. Əgər nəzərə alsaq ki, yuxarı mezenterika arteriyası ( 8 ) bağırsaqların böyük bir hissəsini qanla təmin edir və bu bağırsaqlar sanki ondan asılı vəziyyətdədir, deməli insan ayaq üstdə qaldıqda bu bağırsaqların ağırlığından yuxarı mezenterika arteriyası ( 8 ) aşağı dartılır və sol böyrək venası ( 9 ) daha çox sıxılır. Ona görə də ayaqüstə olarkən varikoseleni aşkarlamaq daha asan olur və varikosele daha aydın görünür. Uzanıq ( horizontal ) vəziyyətdə isə bağırsaqların yuxarı mezenterika arteriyasına ( 8 ) düşən ağırlığı azalır və varikosele daha az nəzərə çarpır.

Yuxarıda qeyd olunduğu kimi varikosele 90 % – dən artıq hallarda soltərəfli olur. Bunun əsas səbəbi xayalardan qanı aparan ( xayaların venoz drenajını həyata keçirən ) damarların ( venaların ) gedişinin fərqli olması ilə izah edilir. Məlum olmuşdur ki, sağ xaya venası aşağı boş venaya, sol xaya venası isə sol böyrək venasına açılır və sağa nisbətən 6 – 8 sm uzundur. Bir daha anatomiyaya nəzər salaq. Şəkildən də göründüyü kimi, xaya venalarının açıldığı venalarda qanın gedişinə hər hansı maneə olarsa xaya venalarında da qanın ləngiməsi olacaq.

 

Varikoselin müayinəsi

Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Soyuq havada xayalığın dərisinin büzüşməsi və isti havada xayalıq dərisinin boşalması, sallanması buna əyani sübutdur. Ona görə də varikosele olan xəstənin müayinəsi isti otaqda aparılmalıdır ki, xayalığın dərisi büzüşmüş olmasın. Çünki, xayalığın dərisi büzüşmüş vəziyyətdə olduqda damarları təyin etmək çətinləşir yaxud mümkün olmur. Xüsusən də səpələnmiş damar tipi olan insanlarda.

Bildiyimiz kimi insanlar damarların şaxələnmə tipinə görə iki qrupa bölünür.

– magistral tip
– səpələnmiş tip

Magistral damar tipli insanlarda varikosele daha aydın nəzərə çarpır, əllə baxdıqda xayalığın səthində və toxum ciyəsi boyunca genişlənmiş venalar müəyyən olunur. Əməliyyat zamanı belə pasientlərdə genişlənmiş venaların sayı az olur, 2 – 4 ədəd.
Səpələnmiş damar tipi olan insanlarda isə genişlənmiş venalar nisbətən çətin müəyyən olunur. Bu halda venaların sayı daha çox olur, 5 – 7 və daha çox.Varikosel mualicesi - varikosel elametleri nece olur - uroloq - androloq -Ziyad Əliyev
Ümumiyyətlə isə varikoselenin ən dəqiq diaqnostikası USM müayinəsidir. USM – in rəngli dopler rejimində genişlənmiş damarları aydın görmək, onların diametrini təyin etmək, qanın nə dərəcədə geri qayıtdığını müəyyən etmək olar və. s. Yuxarıda göstərildiyi kimi venaların genişlənməsi nəticəsində onların daxilində olan klapanlar ( qapaqlar ) aralı qalır, venanın mənfəzini tam tutmur və nəticədə venoz qan geriyə, xayaya qayıdır.

Dopler müayinəsi zamanı damarların diametri və qanın damarlarla geri qayıdmasının davametmə müddəti təyin olunur. Venalarda qanın geriyə qayıdmasına reflüks, yaxud retroqrad axın deyilir. Xaya doplerində venaların ən geniş yeri sakit halda 1,5 – 1,6 mm, ayaqüstə və gərginlik sınağından sonra isə 1,8 – 2,0 mm dən artıq olmamalıdır. USM – də həmçinin xayaların həcmini, toxuma strukturunu dəqiq müəyyən etmək olur.

 

 

 

Varikoselin fəsadları, ağırlaşması

– kişi sonsuzluğu

– xayanın atrofiyası

 

Varikoselin ən ciddi fəsadı kişi sonsuzluğudur

Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı

Varikoselenin ən çox rast gəlinən ağırlaşması sonsuzluqdur. Bildiyimiz kimi xayalığın dərisi ətraf mühitin temperaturunun dəyişməsinə çox həssasdır. Belə ki, soyuqda büzüşür, istidə isə boşalır sallanır. Bu isə xayalarda gedən spermyaranma prosesinin ( spermatogenezin ) nə yüksək dəqiqliklə tənzimlənməsini və xaya toxumasının ətraf mühit temperaturuna çox həssas olmasını göstərir. Nəticədə isə sabit temperatur rejimi qorunmaqla xayaların gördüyü bu məsuliyyətli işin daha mükəmməl olması üçün optimal şərait yaranır.

Soyuq havada xayalığın dərisi çox büzüşmüş olduqda ya varikoselenin olub – olmamasını, yaxud da müxtəlif dərəcələrini ayırd etmək nisbətən çətin olur, əsasən də səpələnmiş damar tipli, qadın tipdə piylənməsi olan, toxum ciyəsi elementləri nisbətən zəif inkişaf edən insanlarda. Bu halda xəstəyə müəyyən müddət isti yerdə qaldıqdan sonra, yaxud 5 – 10 dəqiqə aktiv fiziki işlə məşğul olduqdan ( pilləkənlə düşüb – qalxma, 15 – 20 dəfə oturub – durma hərəkətləri etdikdən ) sonra təkrar baxmalı, yaxud daha dəqiq nəticə üçün rəngli dopler müayinəsinə göndərmək lazımdır.

Varikosel əməliyyatının faydası

Varikoselenin ağırlaşmaları içərisində ən çox rast gəlinəni və tibbi və sosial cəhətdən daha təhlükəli hesab olunanı kişi sonsuzluğudur. Varikosele kişi sonsuzluğunun birbaşa səbəbi ola bilər. Lakin qeyd etmək vacibdir ki, varikosele olan pasientlərin bir qismində spemyaratma ( toxumyaratma ) prosesi pozulmur. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə yer kürəsində mövcud olan ailə cütlərinin 15 % – i dölsüzdür ( sonsuzdur ). Bütün müalicə səylərinə baxmayaraq bunların 5 % – i heç bir halda müalicəyə tabe olmur və dölsüz qalırlar. Sonsuzluqla müraciət edən kişilərin müayinəsi zamanı onların 35 – 40 % – də varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilərin isə 80 % – ə qədərində varikosele aşkarlanır. İkincili sonsuzluqla müraciət edən kişilər dedikdə həyat yoldaşlarında yaxud cinsi partnyorunda əvvəllər hamiləlik olan kişilər nəzərdə tutulur.

Məlum olub ki, sonsuzluq şikayəti ilə müraciət edən və varikosel aşkarlanan pasientlərin əməliyyat olunmadıığı halında onların yalnız 10 % – ə qədəri nəsiltörətmək ( ata olmaq ) qabiliyyətini saxlayır. Əgər bu pasientlər əməliyyat olunarlarsa onların 76 – 80 % – i ata olmaq qabiliyyətini saxlayır, yaxud bərpa edir. Varikosel təkcə nəsiltörətmə yaşında olan pasientlərdə yox, həmçinin yaşından asılı olmayaraq aşkarlandığı bütün halda əməlyyata göstəriş hesab olunur. Çünki, yuxarıda qeyd olunduğu kimi, varikosele təkcə spermyaranma prosesinə təsir etmir. Xayaların qan dövranını, onların qidalanmasını, oksigen təchizatını pozmaqla, sərbəst radikallar və venoz qanla toxumadan uzaqlaşdırılan son mübadilə məhsullarının xaya toxumasında ləngiməsinə səbəb olur, xayalarda hazırlanan kişi cinsi hormonu olan testosteronun sintezini və kişinin cinsi statusunu zəiflədir.

Varikosel spermaya necə təsir edir?

 

Varikosel nedir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı -uzman uroloq androloq ziyad aliyev bakida - mikroskopik varikosel

Varikosel zamanı spermatozoidlərin morfologiyası və hərəkəti

Varikosele ilə müraciət edən pasientlərin böyük əksəriyyətində ( 60 – 70 % – də ) daha çox rast gəlinən və diqqəti çəkən hal aktiv hərəkətli spermatozoidlərin sayının kəskin azlığı və ya olmaması, əksinə yararsız spematozoidrin sayının çox olmasıdır.

 

 

Varikoselenin xayaların toxumyaratma ( spermyaratma ) funksiyasına təsiri müasir dünya ədəbiyyatında əsasən üç mexanizmlə əlaqələndirilir: varikosel və sonsuzluq, varikosel və sperma faizi

 

1. Xayaların temperatur tənziminin pozulması

2. Xaya toxumasında sərbəst radikallarin miqdarının artması

3. Genişlənmiş venaların xaya toxumasına mexaniki təsiri

Bu 3 mexanizm haqqında ayrı – ayrı məqalələrdə ətraflı məlumat veriləcəkdir, saytımızı izləyin.

Varikoselin müalicəsi

Varikoselenin mikroskopik – mikrocərrahi müalicəsi

Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı - uzman uroloq androloq ziyad aliyev mikroskopik varikosel emeliyyati

Varikosel əməliyyatından sonra spermanın morfologiyası və hərəkəti

 

Varikoselenin qəbul olunmuş müalicə metodu cərrahi müdaxilədir. Bu vaxta qədər varikoselenin müalicəsində çox sayda əməliyyatlar təklif və tətbiq olunub. Müasir dövrdə bunlardan yalnız biri bütün dünyada ən geniş tətbiq olunmaqdadır. Buna mikroskopik Marmar əməliyyatı deyilir. Marmar əməliyyatı genişlənmə olan tərəfdə, xayadan qalxan damarların ( toxum ciyəsinin ) proyeksiyasında cinsi orqanın kökü səviyyəsində 1,0 – 1,5 sm kəsikdən yaxud dəlikdən icra olunur.

 

 

Mikroskopik əməliyyatın üstünlükləri

1. Əməliyyatın icrasının texniki cəhətdən asan olması
2. Əməliyyatın böyüdücü mikroskop altında icra olunması ilə əlaqədar toxum daşıyıcı axacaq ( duktus deferens ), arteriya və limfa damarlarının zədələnmə ehtimalının, yaxud səhvən kəsilmə, bağlanma ehtimalının minimum olması.
3. Əməliyyat kəsiyinin kiçik olması ( 1,0 – 1,5 sm )

4. Qanaxmanın az olması ( 5 – 10 ml )

Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı - uzman uroloq - androloq - Ziyad Aliyev

Xəstənin istəyindən və klinik göstəricilərdən, yanaşı gedən xəstəliklərdən asılı olaraq əməliyyatı yerli keyitmə, vena daxili, yaxud spinal ( bel nahiyyəsindən keyidici maddənin vurulması ) keyitmə altında icra edirik.
Yerli keyitmə dedikdə yalnız əməliyyat aparılan sahəyə ağrısızlaşdırıcı maddə vurmaqla yalnız əməliyyat sahəsi ağrısızlaşır. Əməliyyatdan bir necə saat sonra ( 2 – 3 saat ) xəstə evə yazılır.

Vena daxili keyitmə ( narkoz ) zamanı xəstə yatızdırılır.

Spinal keyitmə dedikdə isə, xəstənin bel nahiyyəsindən keyidici maddə vurmaqla bədənin beldən aşağı hissəsi ayaq barmaqlarına qədər keyləşir, hissiyyatsızlaşır və heç bir ağrı hiss etmir. Əməliyyat zamanı xəstənin huşu aydın olur. Əməliyyatdan 10 – 12 saat sonra yaxud əməliyyatın səhəri günü xəstə evə yazılır.

Əməliyyat önü müayinələr

Mikroskopik əməlyyat zamanı toxum ciyəsi elementlərinin zədələnmə ehtimalı minumum olur. Çünki bir neçə dəfə böyütmə nəticəsində xaya arteriyası, venalar, toxumdaşıyıcı axacaq, limfa axarları aydın seçilir. Mikroskopik əməliyyat xüsusi hazırlıq tələb etmir. Xəstə bütün digər əməliyyatlar olduğu kimi müayinələrdən keçir. Qan ümumi, sidik ümumi, laxtalanma, qan qrupu, hepatit B, hepatit C, HİV ( spid ), sifilis, ürəyin EKQ müayinəsi, döş qəfəsi rentgen müayinəsi.
Əməliyyatın mahiyyəti genişlənmiş xaya venalarının kəsilib bağlanması və xayadan gedən venoz qanın bu venalarla geriyə – xayalığa qayıdmasının qarşısını almaqdır. Əməliyyat 1,0 – 1,5 sm kəsikdən icra olunur, orta hesabla 30 – 35 dəq. davam edir. Dəri içi kosmetik tikiş qoyulur.

Əməliyyatdan sonra bütün xəstələrdə sperm göstəriciləri yaxşılaşır. Birinci spermoqramma əməliyyatdan 3 ay sonra verilməlidir. Əməliyyat olunan bütün xəstələrin sperm göstəriciləri yaxşılaşır, böyük əksəriyyətində isə tam normallaşır. Əksər xəstələrdə buna 3 – 6 ay, digərlərində isə 6 – 8 ay və daha artıq vaxt tələb olunur. Bütün bunlar asılıdır varikoselenin dərəcəsindən, davametmə müddətindən ( varikoselenin yarandığı dövrdən əməliyyata qədərki dövr ), xayaların həcmindən, yanaşı gedən xəstəliklərdən və s.

 

Mikroskopik varikosel əməliyyatına göstərişlər

Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı sonsuzluq - uzman uroloq androloq ziyad aliyev

1. Klinik olaraq aşkarlana bilən varikosele ( bura aiddir II, III, IV dərəcəli varikosele )

2. Xayalıqda varikosele ilə əlaqədar ağrı, diskomfortun olması

3. Xayanın ölçüsünün kiçilməsi, konsistensiyasının yumşalması

4. Spermatozoidlərin kəmiyyət və keyfiyyət göstəricilərinin zəifləməsi.

 

Diqqət !

Sizə ətraflı məlumatlandırmaqda məqsədimiz varikosele adlanan və insanlar arasında damar genişlənməsi kimi papulyar olan bu xəstəliyin vaxtında əməliyyat olunub qarşısı alınmadıqda hansı fəsadlarla üzləşə biləcəyinizi sizə ətraflı şəkildə anlatmaqdır.Varikosel nədir - spermaya necə təsir edir - sonsuzluq - xayada ağrı

Varikoz damar genişlənməsi cərrahi xəstəlikdir.
Sonsuzluqdan əziyyət çəkən ailələrdə kişilər özündə varikosele olduğunu bilərək əməliyyat olunmaqdan qorxub uzun illər dərman və. s müalicələrinə üstünlük verirlər. Nəticədə isə uzun sürən varikosele, xaya toxumasında özünəməxsus geridönməyən dəyişikliklər yaradır. Belə olan halda əməliyyat olsa belə sperm göstəricilərində ciddi bir irəliləyiş olmur. Varikosele uzun müddət davam elədikcə fəsadlar da dərinləşir.

Bu işdə sizə ən yaxın yardımçınız, dostunuz həkimlərdir. Həkim androloq – uroloq, sidik – cinsiyyət sistemi xəstəliklərini, onların digər orqan və sistemlərə təsirini, digər orqan və sistemlərin xəstəliklərinin sidik – cinsiyyət sisteminə təsirini öyrənən, bunları müalicə edən həkimdir.

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/az/

https://boyrekdasi.az/az/

 

( Varikosele haqqında, varikosel nədir, damar genişlənməsi, xayada damar genişlenmesi, soltərəfli varikosel, sağtərəfli varikosel, iktərəfli varikosel, varikosel əməliyyatının qiyməti, mikroskopik varikosel əməliyyatının qiyməti )

 

Sosial şəbəkələrdə paylaş