Urogenital trixomoniaz, trixomonada.

Urogenital trixomoniaz, trixomonada CYYX ( cinsi yolla yoluxan xəstəliklər ) arasında ən geniş yayılanlardan biridir. Əsasən cinsi yolla yoluxur. Lakin çox nadir hallarda trixomonadalı anadan doğuş zamanı dölə keçməsi də mümkündür. Həmçinin trixomonadalı xəstənin uşaqlıq yolunun ifrazati və ya axıntısı ilə çirklənmiş paltardan, hamam – tualet ləvazimatlarından istifadə etdikdə də yoluxur. Törədici mikroorqanizm sağlam qadının uşaqlıq yoluna düşərsə yoluxma mümkündür. Urogenital trixomoniazın əsas daşıyıcısı qadınlardır.

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Urogenital trixomoniazın törədicisi trixomonada ( trixomonos vaginalis ) adlanan mikroorqanizmdir. Trixomonada insan orqanizmindən kənarda yalnız bir neçə dıqiqə yaşaya bilir və ətraf mühit faktorlarının təsirinə ( günəş şüaları, təzyiqin dəyişməsi ) cox dözümsüzdür. Ona görə də trixomonadaya açıq su hövzələrində hətta çoxlu insanlar olan halda belə, axar sularda, ümumi hamamlarda rast gəlinmir. Bütün bu amillərlə əlaqədar olaraq trixomoniazın qeyri – cinsi yolla yoluxmasına qonareyaya nisbətən daha az hallarda təsadüf olunur.

 

Trixomoniazın əlamətləri.

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Hər bir xəstəliyin özünün kinik əlamətləri oldugu kimi, urogenital trixomoniazın da müvafiq əlamətləri var. Bu əlamətlərin bir çoxu digər cinsi yolla yoluxan xəstəliklərin əlamətlərinə çox oxşardır. Ona görə də diaqnostiq olaraq laborator müayinələrin nəticələrinə daha böyük əhəmiyyət verilir. Kişilərdə sidik kanalından götürülən yaxmada törədicilər daha az aşkarlanır, nəinki qadınlarda.

Törədicinin oranizmə düşməsindən ( yəni xəstə insanla cinsi əlaqədən ) sonra əlamətlərin yaranmasına qədər keçən dövr xöstəliyin inkubasiya dövrü adlanır. Törədici orqanizmə düşdükdən 3 – 30 gün ərzində, təqribən 50 % – ə qədər hallarda isə 2 – 3 gün ərzində müvafiq klinik əlamətlərlə özünü göstərə bilir.

Klinik əlamətlərin təzahür formasına görə xəstəliyin gedişinin üç forması ayırd edilir.

1. kəskin yaxud yarımkəskin

2. xroniki forma ( xəstəliyin gedişi iki aydan çox çəkdikdə )

3. trixomonada daşıyıcılığı ( xəstəliyin heç bir klinik əlaməti olmadığı halda, yaxud çox cüzi əlamətlər olmasına baxmayaraq xüsusi provakasiyaedici maddələrdən istifadə etməklə aşkarlana bilən forması ).

Xəstəliyin daha geniş yayılması məhz trixomonada daşıyıcıları vasitəsi olur ki, bunların da çoxu qeyri normal həyat tərzi yaşayan qadınlardır. Onlar bu xəstəliyin daşıyıcıları olmasını bilmədən cinsi əlaqədə olduqları hər bir insanı asanlıqla yoluxdururlar.

Qadınlarda trixomonadanın əlaməti.

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Xəstəliyin əlamətləri qadınlarda və kişilərdə nisbətən fərqlidir. Məsələn qadınların əksəriyyətində ( təqribən 60 % – ə qədərində ) daha cox irinli, yaşılı – sarı rəngli, 10 – 30 % – də köpüklü – irinli axıntı olur. Həmçinin xarici cinsiyyət orqanlarında qaşıntı, qızartı, nisbətən şişkinlik, ağri, sidik ifrazının ağrılı olması və.s kimi əlamətlər də olur. Təqribən 25 – 35 % – də heç bir əlamətsiz, yaxud çox zəif və nəzərəçarpmayan əlamətlərlə keçir.

 

Kişilərdə trixomonadanın əlaməti.

 

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Kişilərdə əlamətlər əsasən sidik kanalında qaşınma və qarışqa gəzintisini xatırladan hissiyyatın olması, sidik ifrazının ağrılı yandırma ilə olmasıdır. Həmçinin cinsi əlaqədə olarkən ( sperm kütləsi xaric olduqdan sonra ) yandırma, həmçinin qadınlardakına nisbətən daha az miqdarda və nisbətən şəffaf axıntı şəklində özünü göstərir. 25 – 40 % – ə qədər kişilərdə ola bilir ki, trixomoniaz heç bir əlamətsiz keçsin, yaxud əlamətlər o qədər zəif olur ki, xəstə özünün trxomonada xəstəsi olması yaxud ola bilməsi haqqında heç düşünmür də. Məhz bu kimi bir sıra səbəblərdən cinsi yolla yoluxan xəstəliklər çox geniş yayılaraq vüsət almaqdadır.

 

Trixomoniazın müayinəsi. Diaqnostika

Xəstəliyin törədicisi sidik – cinsiyyət yollarında yaşadığı üçün ən dəqiq diaqnostik müayinə metodu sidik-cinsiyyət yollarından gələn axıntının, yaxud oradan götürülmüş sıyrıntının mikroskopik ( buna yaxmanın mikroskopiyası da deyilir ), polimeraz zəncirvari reaksiya ( PZR ) metodu ilə müayinəsidir.

Trixomonada çox elastik olan xarici membranasının ( örtüyünün ) hesabına asanlıqla öz formasını dəyişir. Bu səbəbdən də kişilərdə sidik kanalından, qadınlarda isə uşaqlıq yolundan götürülən müayinə materialının ( sıyrıntı, yaxma ) mikroskopik müayinəsi zamanı trixomonadaların elə formaları ola bilir ki, hətta təcrübəli həkim laborant üçün belə onları tanımaq, fərqləndirmək çətin olur.

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Məhz bu səbəbdən də uzun müddət trixomonadadan müalicə alan, yaxud başqa bir cinsi yolla yoluxan xəstəlikdən müalicə alan, əslində isə trixomonada xəstələri olan xəstələrlə çox tez – tez rastlaşırıq. Belə xəstələri müalicə etmək isə peşəkar həkim üçün belə çox asan olmur. Çünki, uzunmüdətli, düzgün olmayan dozada və kombinasiyada qəbul edilmiş müxtəlif antibiotiklərin, trixomonada əleyhinə dərman preparatlarının təsirindən orqanizmin, immuniteti ( özünü qoruma mexanizmi ) zəifləyir. Trixomonadlar həm qruluşca dəyişilərək aşkarlanması, fərqləndirilməsi çətin olan, həm də dərman preparatlarına daha dözümlü olan formaya transformasiya edirlər ( çevrilirlər ). Əlbəttə ki, təcrübəli peşəkar laborantın və müalicə həkiminin yanaşması daha fərqli olmalıdır.

Hətta müayinədən əvvəl, belə pasientlərə müəyyən provakasiyaedici (” yatmış mikroorqanizmlərə oyadıcı təsir göstərən”) sınaqlar, dərman preparatları təyin olunur. Sınaqların əhəmiyyəti ondan ibarətdir ki, trixomonadlar sidik kanalının daha səthi qatlarına çıxsınlar, oradakı iltihabı proses müvəqqəti kəskinləşsin ki, həm sidik kanalından götürülən sıyrıntıda trixomonadanı yaxud digər törədiciləri aşkarlamaq asanlaşsın həm də təyin olunan müalicə effektiv olsun.

PZR nədir ?

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Eyni zamanda müasir həkimin köməyinə çata biləcək daha müasir müayinə metodları mövcuddur. Bütün dünyada infeksion xəstəliklərin müayinəsinin ən dəqiq müayinə metodu PZR – Polimeraz Zəncirvari Reaksiya – dır. İnfeksion xəstəliklərin diaqnostikasında PCR müayinəsi bütün dünyada ən qabaqcıl texnologiya hesab olunur. PZR müayinəsi axtarılan mikroorqanizmin genetik elementinin təyininə əsaslanır. Son zamanlar inkişaf etmiş ölkələrdə olduğu kimi bizim ölkəmizdə də müasir tələblərə uyğun PZR müayinəsini aparmaq imkanı olan laboratoriyalar fəaliyyət göstərir.

Trixomoniazın  fəsadları.

Yuxarıda qeyd etdiyimiz kimi trixomoniaz çox asanlıqla öz formasını dəyişərək daha sivri uclu olur və bununla da o sidik kanalının divarına, həmçinin prostat vəzin selikaltı qatına, birləşdirici toxumalara keçərək özünə daha dərin və etibarlı yaşayış mühiti seçir. Bununla da o həm ətraf mühit faktorlarından, sidiyin tərkibindəki metobolitlərin ona zədələyici təsirindən, həm də müalicə məqsədi ilə təyin olunan dərman preparatlarının təsirindən daha mükəmməl qorunur. Belə hallarda trixomonada çox vaxt heç bir əlamət vermir və müalicəyə də çox çətinliklə, bir neçə kursa tabe olur.

Bunu aşkarlamaq üçün, sidik kanalından götürülən sıyrıntı mütləq xüsusi provakasiyadan ( yuxarıda qeyd edilən qıcıqlandırıcı,oyadıcı sınaqdan ) sonra və daha dərindən götürülməlidir. Sidik kanalının divarını daha dərindən zədələdiyi üçün trixomonadalı xəstələrdə sidik kanalının daralmalarına tez – tez rast gəlinir. Eyni zamanda prostat vəzini zədələdiyi üçün, hətta xəstəlik sağaldıqdan sonra da bu pasientlərin prostat vəzisində müəyyən dəyişikliklər qalır. Bunlar isə öz növbəsində müxtəlif əlamətlərlə – prostat vəzidə müəyyən xroniki ağrıların olması ( sakit halda və cinsi əlaqədən sonra ), prostat şirəsinin saxlamamazlığı ( prostatoreya ), gecələr sidiyə durma, cinsi zəiflik ( hansı ki, hal – hazırda erektil disfunksiya adlanır ), sidik kanalında daralma olduqda sidik şırnağının zəifləməsi şəklində təzahür edir.

Bildiyimiz kimi prostat vəzi həm də sperm kütləsinin tərkibinin formalaşmasında iştirak edir. Ona görə də trixomonadalı və trixomoniaz keçirmiş xəstələrin bir qismində, bütün cinsi yolla yoluxan xəstəliklərdə olduğu kimi fertillik qabiliyyəti ( ata olmaq şansı ) aşağı olur. Çünki, trixomonada əksər hallarda digər bakterial törədicilərlə yanaşı olur, nəticədə isə prostat vəzi, toxum kisəcikləri, xaya artımları zədələnir. Bu isə sperm kütləsində müəyyən dəyişikliklərin yaranmasına səbəb olur. ( Urogenital trixomoniaz – trixomonada – cinsi xəstəliklər )

Trixomoniazın müalicəsi.

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəlik, cinsi infeksiya müalicə, cinsi orqanda xəstəlik, sidik kanalında çirk, axıntı olması, sidikdə yandırma

androloq.az

Müalicə trixomonada əleyhinə və immun sistemə ( immunitetə ) təsir göstərən dərman preparatlarının effektiv dozada və kombinasiyada təyini ilə aparılır. Əgər trixomoniaz digər cinsi yolla yoluxan xəstəliklərlə yanaşı aşkarlanıbsa müalicə taktikası dəyişə bilər.

 

Trixomonadadan necə qorunmaq olar ?Profilaktikası.

Sonda onu da qeyd etmək istəyirəm ki, təkcə trixomonada deyil bütün digər cinsi yolla yoluxan xəstəliklərdən qorunmağın ən etibarlı yolu təsadüfi cinsi əlaqədən çəkinmək və qoruyucudan ( prezervativdən ) istifadə etməkdir.

Mövzu ilə əlaqəli sual və təklifinizi ” sual ver ” bölməsinə ünvanlaya bilərsiz.

Digər cinsi yolla yoluxan xəstəliklərlə əlaqədar ətraflı məlumatları aşağıdakı məqalələr bölümündən oxuya bilərsiniz.

http://androloq.az/category/uroloq-androloq-bakida-ziyad-aliyev-cinsi-xestelikler/

 

Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/

 

Urogenital trixomoniaz, trixomonada, cinsi xəstəliklər, Uroloq androloq Ziyad Əliyev Bakıda, cinsi xəstəliklərin müalicəsi, cinsi infeksiyalar, cinsi yolla yoluxan infeksiyalar#cinsiyollakecen#androloq#uroloq#ziyadəliyev#trixomonada#trixomoniaz#cinsixestelikler