Qardnerellyoz nədir, qardnarella.

Bakterial vaginoz yaxud qardnerellyoz dedikdə uşaqlıq yolunun disbakteriozu nəzərdə tutulur. Xəstəliyin törədicisi qardnerella vaginalis adlanan bakteriyadır. ( qardnerellyoz nədir, qardnarella)

Əsasən cinsi partnyorunu tez – tez dəyişən.

Hormonal və antibiotik tərkibli vaginal şamlardan uzun müddət və ya tez – tez istifadə edən.

Şəxsi gigiyenaya əməl etmiyən insanlarda rast gəlinir.

Törədici bakterialar uşaqlıq yolunda artıb sürətlə artıb çoxalır. Öz həyat fəaliyyəti məhsulları ( ifrazatları ) ilə, normal halda qadın uşaqlıq yollarında yaşayan və qadının sağlamlığı üçün zəruri olan bakteriaların məhvinə səbəb olur. Normal halda qadın cinsiyyət yolllarında yaşayan bir sıra bakteriyalar var ki, onlar cinsiyyət orqanlarında yerli immunitetinin yaranmasını təmin edir. Qardnerellyoz 25 % – ə qədər hallarda tam sağlam qadınlarda da aşkarlanır. Qardnerellyoz insan həyatı üçün xüsusi təhlükə yaratmasa da, müalicə olunmadıqda cinsiyyət orqanlarında ciddi iltihab yaradır. Bununla da hamilə qalmağa mane olur. Hətta hamiləliyin yarımçıq qırılmasına səbəb ola bilir.  ( qardnerellyoz nədir, qardnarella )

Hal – hazırda xəstəliklərin müasir təsnifatında qardnerellyoz cinsi yolla yoluxan xəstəliklərə ( cyyx ) aid edilməsə də, əsasən aktiv cinsi həyat yaşayan, cinsi partnyorunu tez – tez dəyişən insanlarda aşkarlandığı üçün, cinsi yolla yoluxan xəstəlik kimi təsvir edilir.

Qadınlarda qarderelyozun əlamətləri.

Qardnerellyoz nədir, qardnarella, qardnerelyoz müalicə, bakterial vaginoz, qardnarelyoz mualice uzman uroloq Ziyad Əliyev. Cinsi xestelik qardnarella.

androloq.az

Qardnerellyoz – 50 % – ə qədər hallarda müəyyən əlamətlərlə göstərməsinə baxmayaraq təqribən 50 % – ə qədər hallarda isə heç bir əlamətsiz keçir. Qadın cinsiyyət yollarında iylənmiş balıq iyini xatırladan, ağımtıl rəngli, nisbətən köpüklü-irinli xarakterli axıntının olması, qaşınma, quruluq hissiyyatı və cinsiyyət yollarında ümumi diskomfortla müşahidə edilir. Bir sıra hallarda eroziyaların yaranmasına səbəb olur.

 

 

Kişilərdə qardnerelyozun əlamətləri.

90 – 95 % hallarda heç bir əlamətsiz keçir, az hallarda sidik kanalının yüngül iltihabı şəlində, yaxud yalnız səhərlər sidik kanalının uc hissəsində bir damcı axıntı şəklində təzahür edir. Çox az hallarda kişilər özlərində bunu hiss edir.

 

Qardnerellyoz nədir, qardnarella. Qardnerelyozun müayinəsi.

Qardnerellyozun olub olmamasını müəyyən etmək üçün qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından sıyrıntı yaxud axıntı materialı götürülüb mikroskopik, bakterioloji müayinə olunmalıdır. Heç bir halda qardnerellyozun diaqnostikası yalnız xəstəliyin əlamətlərinə əsasən müəyyən olunmamalıdır.

 

Qardnerelyozun müalicəsi.

Götürülmüş müayinə materialında qardnerellyoz aşkarlandıqda spesifik müalicəyə başlamaq məsləhətdir. Müayinə materialı dedikdə kişilərdə sidik kanalından, qadında isə uşaqlıq yolundan götürülmüş sıyrıntı nəzərdə tutulur. Bu sıyrıntı pzr ( polimeraz zəncirvari reaksiya ) yaxud bakterioloji müayinə edilir.

Qardnerelyozun profilaktikası.

Şəxsi gigiyenaya ciddi əməl etmək, təsadüfi cinsi əlaqədən çəkinmək, qorunmaq, müxtəlif cinsi yolla yoluxan xəstəliklərdən qorunmaq, onlara tutulduqda da özünümüalicə ilə məşğul olmamaq, vaxtında həkimə getmək, müayinə və müalicə olunmaq vacibdir. Həkim məsləhəti olmadan müxtəlif tərkibli vaginal şamlardan istifadə etməmək.

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/