Epididimit nedir ?

epididimit nedir

Xayanın iltihabı orxit adlanır. Xaya artımının iltihabı isə epididimitdir. Adətən xayanın iltihabı xaya artımınının iltihabı ilə eyni vaxtda olur və orxoepididimit adlanır. ( Epididimit nedir)

 

Epididimitin səbəbi

 

Epididimit yaxud orxoepididimitə cinsi yolla yoluxan xəstəliklərə tutulan insanlar arasında daha çox rast gəlinir. Bunlar infekion – iltihabı xəstəliklər və zöhrəvi xəstəlikləridir ( qonoreya – tripit, trixomoniaz, xlamidioz, ureaplazmoz ).

 

epididimit nedir

Cinsi yolla yoluxan xəstəliklərin törədiciləri prostatit, vezikulit ( toxum kisəciklərinin iltihabı ), uretrit ( sidik kanalının iltihabı ) törətdiyi üçün asanlıqla xaya artımı iltihablaşa bilir. Həmçinin bir sıra xəstəliklər də var ki, xayaların iltihabına səbəb ola bilir: qrip, pnevmaniya, parotit ( svinka ), skarlatina, brusellyoz, vərəm və.s.

Çox ciddi əhəmiyyət veriləsi hal epidemik parotitdən ( svinkadan ) sonra yaranan orxitdir. Parotitli uşaqların 20 – 40 % – də orxitlə ağırlaşma müşahidə edilir. Epididimitdən sonra xaya artımı, orxitdən sonra isə xaya atrofiyalaşır ( ölçüsü kiçilir ) və gələcəkdə kişi sonsuzluğu ilə nəticələnə bilir. Xayaların travmasından sonra da çox tez  -tez orxit müşahidə edilir. Epididimit üçün yüksək risk qrupunu təşkil edən pasientlər sidik kanalında hər hansı əməliyyat, prosedura keçirmiş, sidik kateteri qoyulmuş pasientlərdir.

Həmçinin travmadan sonra da xaya və xaya artımının ciddi iltihablaşmalaına rast gəlinir.

Epididimitin əlamətləri

Epididimit və orxit əlamətlərin kəskinlik dərəcəsinə görə kəskin və xroniki olur. Epididimit xayalıqda kəskin ağrıların yaranması ilə başlayır. Xəstə onu bilmir ki, ağrıyan xaya artımıdır. İnsanların çoxu xaya artımı haqqında ümumiyyətlə məlumatlı deyil.

Adətən ağrı qasıq və bel nahiyyəsinə ötürülür edir. Epididimit olan tərəfdə xayalıq şişir, xayalıqda simmetriya pozulur, şişkinlik tərəfdə xayalığın dərisi qızarır. Temperaturu yüksəlir, qırışları hamarlaşır, toxunduqda kəskin ağrılı olur. Bütün bu yerli əlamətlərnən yanaşı olaraq, iltihaba xas olan digər əlamətlər də yaranır. Bunlara aiddir: ümumi zəiflik, halsızlıq, bədən temperaturunun yüksəlməsi, titrətmə, ürəkbulanma, qusma, iştahasızlıq. Vaxtında lazımi müalicə aparılmadıqda xayada irinli prosesə, absesə çevrilir. Sağaldıqdan sonra belə xaya artımı öz funksiyalarını bərpa etmir. Sonsuzluqla nəticələnmə ehtimalı yüksəlir. Bu halda yaranan sonsuzluq ekskretor forma sonsuzluq adlanır. Çünki, xaya artımının toxumasında irinli proses yarandıqda, orada olan sperma kanalcıqları dağılır. Sağaldıqdan sonra isə bu kanalcıqların yerində çapıq toxuması əmələ gəlir.

 

 

Kəskin orxit zamanı da sadalanan bu əlamətlər müşahidə edilir. Lakin bütünlükdə xaya artımı deyil, xaya iltihablaşır, ağrılı olur. Həm epididimit həm də orxit keçirən xəstələrin sonsuz olma ehtimalı az deyildir. Xüsusən də proses ikitərəfli olarsa. Bu halda xayalarda spermatozoid hazırlayan kanalcıqların sağlam qalmasına və onlarda spermatozoidlərin əmələ gəlmə prosesinin normal olmasına baxmayaraq xaya artımında yaranan iltihab səbəbindən, yaxud iltihabdan sonra yaranan çapıq səbəbindən onlar xaricə çıxa bilmir. Ona görə də bu halda yaranan sonsuzluq ekskretor sonsuzluq adlanır.

 

Epididimitin müalicəsi –

Bir sıra hallarda xəstələrin həkimə müraciət etmədən özünü müalicə ilə məşğul olmaları vəziyyəti daha da çətinləşdirir. Xüsusilə də proses ikitərəfli olduqda. Çünki bu halda pasientin sonsuzluqla üzləşmə ehtimalı çox yüksəkdir. (epididimit nedir)

epididimit nedir

Ona görə də xayalarla əlaqədar hər hansı kəskin proses olarsa təcili olaraq həkimə müraciət etmək lazımdır. Həkim baxışından sonra əgər orxit yaxud epididimit müəyyən olunursa xəstə təcili olaraq xəstəxanaya yerləşdirilməlidir. Bir neçə gün ərzində yataq rejimində müalicə aparılmalıdır. Əgər vaxtında müalicəyə başlamazsa xaya absesi ilə nəticələnə bilir. Belə olduqda cərrahi müdaxiləyə ehtiyac duyulur. Xaya ya tamamilə götürülür ( orxektomiya ) yaxud da daxilindəki irin boşaldılır və xəstə uzun müddət stasionarda müalicə alır. Yaxud xaya artımı əməliyyat olunaraq götürülür. (Epididimit nedir)

 

(Orxit – xaya iltihabı – xayada ağrı – şişkinlik – uroloq – androloq – Ziyad Əliyev Bakıda)

http://androloq.az/uslugi/hidrosele-nedir-xayaliga-maye-toplanmasi/

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/az/

https://boyrekdasi.az/az/

 

( Orxit – xaya iltihabı – xayada ağrı – epididimit, kəskin orxit, xaya artımının iltihabı )