Furnye qanqrenası, xayada şiş, kəskin ağrı.
Furnye qanqrenası ildırımsürətli kəskin infeksion proses olub, əsasən xarici cinsiyyət orqanlarını və aralığın toxumasını əhatə edir. Aralıq dedikdə iki budun arası, xayalıq və anus arasında olan sahə başa düşülür. Bu xəstəlik ilk dəfə Fransız həkimi Jan Alfred Furnye tərəfindən qeydə alınıb və ona görə də Furnye qanqrenası adını daşıyır.
Əsasən xayalıqda və qasıq nahiyyəsində, həmçinin çanaq dibi orqanlarında və aralıqda aparılan əməliyyatlardan sonra yaranır. Həmçinin sadalanan nahiyyələrin travmalarından sonra müşahidə edilir. Kəskin infeksiyalaşma nəticəsində xayalığın toxuması şişir, qızarır, kəskin ağrılı olur. Şişkinlik qasıq kanalı və aralıq nahiyyəsinə yayılır. Xəstənin bədən temperaturu yüksəlir, halsız olur, ürəkbulanma, qusma da ola bilir.
Ölümlə nəticələnmə ehtimalı 40 % dən yüksəkdir. Vaxtında müdaxilə edilərsə tam sağala bilən xəstəlikdir. Bu zaman ilk yardım xayalığın açılması və orada olan irinin xaric edilməsidir. Əlbəttə ki, yanaşı olaraq antibakterial, infuzion terapiya effektivliyi artırır.
Furnye qanqrenasının mərhələləri
Furnye qanqrenasının yaranmasında 4 ardıcıl mərhələ qeyd edilir :
Prodromal mərhələ 1 – 2 gün, bəzən bir neçə gün, hətta 10 günə qədər uzana bilir.
İlkin yaxud preqanqrenoz ( qanqrena önü ) mərhələ 10 – 12 saat, bəzən 4 günə qədər uzana bilir.
Gecikmiş yaxud qanqrenoz mərhələ 10 – 14 saat, bəzən bir neçə gün.
Reparativ mərhələ 10 – 14 gün.
Prodromal mərhələ
Prodromal mərhələdə xəstənin aktiv şikayəti olmur. Xəstələr əsasən xayalıq, cinsiyyət orqanı, qasıq və çanaq orqanlarında aparılan əməliyyatlara, yaxud bu nahiyyələrdən aldığı küt travmalara məxsus əlamətləri qeyd edir. Ola bilir ki, xayalıqda kiçik hematoma şəklində təzahür etsin. Başqa sözlə desək çanaq, qasıq, cinsiyyət orqanlarının travması olan, yaxud bu nahiyyələrdə əməliyyat keçirən insanlarda çox rast gəlinən əlamətlər şəklində başlıya bilir.
Preqanqrenoz mərhələ
İlkin yaxud preqanqrenoz mərhələ xayalığın kəskin ödemi, şişkinliyi, dərisinin qızarması ilə başlayır. Daha sonra isə kəskin ağrılar başlayır. Furnye qanqrenası zamanı ağrı bu zonada ağrı verə biləcək bütün digər xəstəliklərin ağrısından qat – qat kəskin olur. Ağrı demək olar ki, heç bir ağrıkəsici ilə azalmır. Əsas proses xayalıqda olsa da ağrı aralıqda, qasıq nahiyyəsində də eyni dərəcədə kəskin olur. Xayalığın ölçüsü kəskin böyüyür. Əvvəlcə dərisi qızarır, sonra bürüncü rəngə boyanır. Ən kiçik toxunma şiddətli və dözülməz ağrı ilə müşahidə olunur. 50 % – ə qədər hallarda xayalığın dərisi ağac qabığına oxşar şəkil alır bərkləşir. 80 5 – ə qədər hallarda xayalığın dərisində qabarcıqlar ( bullalar ) əmələ gəlir. Onlar tez bir zamanda partlayır və içərisindən seroz – hemorragik möhtəviyyat xaric olur.
Xəstəlik əsasən diffuz nekrozlaşdırıcı fassit şəklində başlayır. Xayalığın və aralığın səthi fassiyası iltihablaşır. Hər bir saatda təqribən 2 – 3 sm ətraflara doğru böyüyür. Beləliklə də aralıq, budun iç səthi, qasıq və qasıqüstü nahiyyəyə, qarının ön divarına, sağrı nahiyyəsinə yayılır. Bu proses zamanı qanqrenanın dəqiq sərhədləri olmur.
İlkin olaraq xəstəliyi diaqnozlaşdırmaq o qədər də asan olmur. Çünki, bu əlamətləri bir çox digər xəstəliklər zamanı da görmək mümkündür. Ona görə də adətən həm cərrahi, uroloji həm də dəri mütəxəsislərinin konsultasiyası aparılır. Çünki, dərinin bir çox irinli iltihabı xəstəlikəri zamanı da buna bənzər mənzərə yaranır. Lakin ciddi bir təcrübəyə sahib həkim uroloq yaxud androloq üçün bu o qədər də çətinlik törədmir.
Xsətəliyin gedişində ağrının şiddəti və inkişaf edən toksiki infeksion əlamətlər və aparılan antibakterial, analgetik müalicəyə davamlılıq təcrübəli həkimi Furnye qanqrenası barədə düşünməyə vadar etməlidir.
Gecikmiş yaxud qanqrenoz mərhələ
Bu zaman yuxarıda sadalanan əlamətlər pikə çatır. Xəstənin vəziyyəti kəskin ağırlaşır, səptiki əlamətlər yaranır. Ürəkdöyünmə artır, üşümə, ürəkbulanma, baş ağrısı, halsızlıq və müalicəyə tabe olmayan yüksək bədən hərarəti yaranır. Xəstə hərəkət edə bilir, adinamik vəziyyətdə olur, orientasiyanı saxlıya bilmir, huşun qaranlıqlaşması və itməsinə qədər gətirib çıxardır. Ürək döyüntüləri dəqiqədə 150 vurğuya qədər yüksəlir, təzyiq düşür, tənəffüs hərəkətləri dəqiqədə 40 – a qədər yüksəlir. Sutka ərzində ayrılan sidiyin miqdarı azalır. Bütün bu septiki vəziyyət fonunda xəstənin itirilmə ehtimalı çox yüksəkdir. Xayalıqda nekrotik proses dərinləşdikcə xayalığın rəngi tündləşir. Əllə toxunduqda xayalığın dərisində krepitasiya ( xışıltı ) hiss olunur. Bu isə dərialtı toxumaların emfizemasının əlamətidir.
Gecikmiş və nekrotik mərhələdə xəstəliyin ildırımsürətli inkişafının əsas səbəbi anaerob mikrofloradır. Anaerob dedikdə oksigen olmayan mühit başa düşülür. Oksigensiz mühitdə yaşayan bakteriyalar anaerob bakteriyalar adlanır. Anaerob mühitdə gedən nekrotik pross zamanı intensif qazayrılma prosesi gedir. Bu da öz növbəsndə qapalı toxuma mühitində irinli – nekrotik prosesi sürətləndirir. Zaman keçdikcə nekrotik proses dəriyə yayılır. Nekrozlaşmış hissələr dəmək olar ki, hissiyyatsızlaşır. Çünki, burada olan sinr ucluqları da nekrozlaşır, ağrı hiisi itir. Həmçinin nekrozlaşmış sahələrdə irinli möhtəviyyat toplanır. Bu irin toplantısına toxunduqda fluktuasiya effekti hiss oluna bilir. Bu halın hiss olunması təcili təxirəsalınmaz cərrahi müdaxiləni zəruri edir. Mütləq toxuma açılmalı, nekroz boşluğu dren edilməlidir. Yəni irini xaric etdikdən sonra ora rezin drenaj yaxud drenaj rolunu oynayan borucuq yerləşdirilir ki, nekrotik proses zamanı yığılan irin orada toplanmasın, drenajla xaricə axsın. Xaric olan irin üfunətli, boğucu iyli olur.
Əgər vaxtında müdaxilə olunmazsa nə baş verər. Sağlam toxuma ilə nekotik toxuma gözlə görülə biləcək sərhədlə ayrılır. Bu sərhəd demarkasion xətt yaxud demorkasion sərhəd adlanır. Bu sərhədlər daxilində olan hissədə dəri və dərialtı toxumalar daxil olmaqla nekrozlaşır, qopur və xayalar dəri örtüyündən məhrum olur. 75 – 80 5 hallarda xayalarda ciddi irinli proses yaranmır. Çünki, xayaların qan dövranı xayalığın ( xaya kisəsinin ) qan dövranı ilə eyni deyildir. Xayaların qan dövranı toxum ciyəsi boyunca qayalara gələn daxili və xarici toxum arteriyası və venalarından ibarətdir.
Reparativ mərhələ
Xəstəliyin 12 – 14 cü günündən etibarən reparativ faza başlayır. Belə ki, nekrozlaşmış toxuma və irin xaric olduqdan sonra orqanizmdə ümumi intoxsikasiya əlamətləri azalır və orqanizmdə bərpa prosesləri başlayır.
Şişkinlik cinsi orqana yayıldıqca xəstənin sidik ifrazı pozula bilir, bəzən mümkün olmur. Bu halda sidik kanalına sidik kateteri qoyulur.
Əlamətləri
Əlamətlər yerli və ümumi olmaqla iki qrupa bölünür. Yerli əlamətlər də öz növbəsində erkən və gecikmiş olmaqla ayrılır.
Erkən əlamətlər: xarici cinsiyyət orqanlarında, əsasən xayalıqda şişkinlik, kəskin ağrı və eritemadır. Eritema dedikdə dərisinin qızarması başa düşülür.
Gecikmiş əlamətlər : xayalığın və aralıq toxumasının nekrozu, xayalığın toxumasında krepitasiya ( əllə toxunduqda xışıltı ) və xayalıqdan irinli möhtəviyyatın xaric olması. Ola bilər ki, irinli möhtəviyyat xaric olmasın. Lakin USM – də irinli möhtəviyyatın toplanması aşkarlansın. ( Bu halda təcili cərrahi müdaxilə aparılaraq oradakı irin evakuasiya ) olunmalıdır. Furnye qanqrenası zamanı xəstənin ölümünün səbəbi də məhz bu irinin qana keçərək septki şoka səbəb olmasıdır.
Furnye qanqrenasının gedişatına görə tipləri
Gedişatına görə üç tipi müəyyən olunur.
I Tip : Xəstəlik yerli və ümumi əlamətlərlə kəsəskin, ildırımsürətlli başlayır. Bu halda septiki ağırlaşma ehtimalı çox yüksəkdir adətən infeksion toksiki şokla nəticələnir.
II Tip : Adətən zəif nəzərə çarpan əlamətlərlə başlayır. Həm yerli həm də ümumi əlamətlər az nəzərə çarpır. Lakin zamanla daha da proqressivləşir. Avropa uroloqlar assosiasiyasının qənaətinə görə daha çox şəkərli diabeti olan və piylənməsi olan insanlarda rast gəlinir.
III Tip : Septiki əlamətlərlə başlayır. Lakin yerli əlamətlər demək olar ki olmur yaxud o qədər zəif olur ki, diqqəti cəlb etmir. Çox vaxt ölümlə nəticələnir.
Diaqnostika
Yuxarıda sadalanan əlamətlərə görə təcrübəli həkim uroloq – androloq üçün diaqnozu dəqiqləşdirmək bir o qədər də çətin deyildir. Əlbəttə ki, Furnye qanqrenası zamanı xəstənin sağalması və hətta həyatda qalması həkimin bilik və bacarığından, klinik manevr qabiliyyətindən çox asılıdır.
Müalicə
Əksər hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur. Vaxtında cərrahi müdaxilə aparılmadıqda xayalığın dərisi tam nekrozlaşa və demorkasion xətdən ayrılaraq qopub düşə bilir. Bu zaman xayalar dəri örtüyündən məhrum olmuş şəkildə qalır. Sonradan isə rekonstruktiv – plastik əməliyyata ehtiyac duyulur.
Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.