Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər, herpes virusu.

Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər – cinsi yolla yoluxan virus xəstəliyidir. Xəstəliyin törədicisi 80 % – ə qədər hallarda herpes virusunun II tipi, 20 % hallarda isə I tipidir və yalnız cinsi yolla yoluxur. Dünya əhalisinin təqribən 90 % – ə qədəri herpes virusuna yoluxmuş olsalar da yalnız 20 % – ə qədərində müəyyən klinik əlamətlərlə təzahür edir. I tip herpes virusu əsasən üz və ağız ətrafı nahiyyənin ( el arasında  uçuq deyirlər ), II tip herpes isə cinsi orqanların dəri və selikli qişasını zədələyir. Virusun orqanizmə düşdüyü vaxtdan təqibən 2-12 gün ərzində, orta hesabla 5 – 6 gün ərzində xəstəliyin əlamətləri görünə bilər. Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər, cinsi infeksiya müalicə. Herpes nədir, cinsi orqanda herpes virusu androloq Ziyad Əliyev.

Genital herpes kişidən qadına daha tez yoluxur nəinki qadından kişiyə. Statistik məlumatlara görə adi qoruyucu ilə cinsi əlaqə zamanı genital herpesə yoluxma riski 20 % ( yəni 5 cinsi əlaqəyə 1 yoluxma ), xüsusi antiseptik – nanoksinol tərkibli qoruyucu ilə olduqda isə 5 % – ə qədərdir. Həmçinin xəstə anadan dölə yoluxa bilər. Belə halda hətta döl tələf ola bilir, hamiləliyin inkişafdan qalması, vaxtından əvvəl açılışların olması, yaxud çox ciddi nevroloji əlamətlərlə, eybəcərliklə doğulur. Digər yoluxma yolları müəyyən edilməməşdir. Bu əlamətlər olarsa gecikdirmədən həkimə müraciət edin : Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər.

Ona görə də su hovuzlarında, hamamlarda, xəstə insanın oturduğu unitazda oturmaqla, ümumi qab – qacaqdan istifadə etməklə yoluxma müşahidə edilməmişdir. Lakin bütün bunlara baxmayaraq belə yerlərdə şəxsi gigiyena qaydalarına maksimim ciddi əməl edilməlidir.

 

Herpes virusu klinik olaraq iki formada təzahür edir.

Birincili herpes və residivləşən herpes.

Birincili herpes : İlk dəfə yoluxarkən genital herpes daha şiddətli keçir və hətta ümumi halsızlıq, bədən temperaturunun yüksəlməsi, cinsi orqanlar nahiyyəsində səpkilərin yaranması, qaşınma, baş ağrısı, yuxu pozğunluğu ilə də müşaiyət oluna bilir.

Residivləşən herpes : Xəstəliyin əlamətlərinin tam itməsi, yaxud qismən sönməsi və müəyyən müddətdən sonra yenidən aktivləşməsi halı residiv yaxud residivləşmə adlanır. Genital herpes xəstəliyi üçün residivləşmə il ərzində bir və bir neçə dəfə ola bilir. Residivləşən herpes xəstələrinin 95 % – ə qədərini genital herpesli xəstələr təşkil edir. Qadında və kişidə residiv riski bərabərdir. Residivlər kişilərdə nisbətən uzumüddət davam etdiyi halda qadınlarda qısa müddət davam edir və daha kəskin əlamətlərlə keçir. Xəstəliyin residivləşməsinə orqanizmin immunitetinin zəifləməsi, soyuqdəymə, müxtəlf uzun sürən xroniki xəstəliklər, cərrahi əməliyyatlar, abortlar, uşaqlıq daxili spirallar, aybaşının olması, psixi və fizioloji gərgin vəziyyətlər şərait yaradır.

 

Herpesin virusunun əlamətləri. 

Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər, cinsi infeksiya müalicə. Herpes nədir, cinsi orqanda herpes virusu androloq Ziyad Əliyev.

androloq.az

Bir çox hallarda xəstəlik əlamətsiz keçə bildiyindən insanlar bunu hiss etmir və cinsi həyatını da həmişə olduğu kimi davam etdirməklə özləri də bilmədən cinsi partnyorunu yoluxdururlar. 60 % – ə qədər hallarda xəstəlik məhz əlamətsiz keçir. Əvvəlcə kiçik suluqlar, qovuqcuqlar şəklində təzahür edir, sonra onlar 2 – 4 günə partlayır və onların yerində kiçik yaralar yaranır. Qadınlarda herpetik səpkilər əsasən böyük və kiçik cinsiyyət dodaqları, uşaqlıq yolu, uşaqlıq boynu, kişilərdə isə əsasən cinsi orqanın başında, dərisində, xayalığın, aralığın, qasıq nahiyyənin, budun içəri səthinin dərisində, sidik kanalında yerləşir.


Səpkilər 2 – 5 mm ölçüdə çoxsaylı, dairəvi formada olub, əvvəlcə şəffaf, sonra isə bulanıq tutqun maye ilə dolu olur. Sıxdıqda icərisindəki maye çıxır və yerində səthi eroziyalar ( kiçik yaralar )yaranır. Sonra bu səpkilər və ya eroziyalar birləşərək nisbətən böyük yaraya çevrilir və əlavə infeksiya qoşulduqda irinləyə bilir. 2 – 4 həftəyə sağalır, yerində nisbətən tünd rəngli ləkələr qalır. Adətən yaraların yerində çapıq qalmır. Digər əlamətlərinə sidik kanalı ətrafında qızartı, qaşınma, sidik kanalında cüzi miqdarda axıntı, sidik ifrazı zamanı yandırma və ağrının olması aiddir. Herpes digər cinsi yola yoluxan xəstəliklərlə yanaşı olduqda sidik kanalından axıntı çox ola bilər.

 

Herpesin müalicəsi 

Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər, cinsi infeksiya müalicə. Herpes nədir, cinsi orqanda herpes virusu androloq Ziyad Əliyev.

androloq.az

Genital herpes xəstəliyindən özünüzdə şübhə yaranarsa mütləq həkimə müraciət etmək lazımdır. Məhz həkimə vaxtında müraciət etmədikdə, özünü müalicə ilə məşğul olduqda xəstəlik daha ağır formaya keçir və xronikiləşir. Bir sıra hallarda insanlar bizə yazıb göndərərək səpkilərin üzərini spirtlə yaxud digər antiseptik məhlullarla sildikdən sonra prosesin daha şiddətli keçdiyini bildirirlər. Əslində spirt nəinki qıcıqlandırıcı təsir göstərir, hətta yerli immuniteti zəiflədərək növbəti residivi daha da kəskinləşdirmiş olur.

Yəni ki, xəstəlik növbəti dəfə aktivləşdikdə daha şiddətli əlamətlərlə keçir. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Virus daha çox cinsiyət sistemi orqanlarını zədələdiyindən müəyyən klinik əlamətlər şəklində təzahür edə bilir. Bunlara cinsi zəiflik, prostat vəzi ilə bağlı şikayətlər tez – tez, ağrılı, yandırma ilə sidik ifrazı, gecələr sidiyə durma, sperm göstəricilərinin zəifləməsi, sinir sistemində müxtəlif pozğuntular və.s aiddir. Müalicəsində əsas məqam immuniteti gücləndirmək, virus əleyhinə dərmanları müəyyən sxemlə, həkimin təyin elədiyi qaydada qəbul etməkdir.

 

Herpesdən necə qorunmalı ? Herpes virusundan qorunma yolları.

Genital herpes xəstəliyi, cinsi orqanlarda səpkilər, cinsi infeksiya müalicə. Herpes nədir, cinsi orqanda herpes virusu androloq Ziyad Əliyev.

androloq.az

Digər cinsi yolla keçən infeksiyalarda olduğu kimi təsadüfi cinsi əlaqədən çəkinmək və qoruyucudan istifadə etmək xəstəliyin əsas profilaktikasıdır. Əgər sizdə herpes varsa, digər infeksion xəstəliklərə yoluxmanız herpes xəstəliyinin də aktivləşməsinə səbəb ola bilər. Çalışmaq lazımdır ki, bədən immuniteti zəifləməsin.

 

Herpes virusu və digər cinsi yolla keçən infeksiyalar haqqında aşağıdakı məqalələrdə.

 

http://androloq.az/urogenital-trixomoniaz-trixomonada-cinsi-xestelikler-uroloq-androloq/

 

http://androloq.az/qonoreya-triplit-cinsi-yolla-yoluxan-xestelikler-uroloq-androloq/

 

http://androloq.az/qardnerellyoz-qardnarella-bakterial-vaginoz-cinsi-yolla-yoluxan-xestelikler/

 

http://androloq.az/urogenital-xlamidioz-xlamidiya-cinsi-xestelikler-cinsi-infeksiyalar/

 

Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

https://varikosele.az/

https://androloq.az/

https://prostatvezi.az/

https://boyrekdasi.az/