Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Prostat vəzin kistası. Prostat kistası

Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Prostat vəzin kistası

    Prostat vəzin kistası da digər orqan və toxumalarda  olduğu kimi, maye tərkibli olur. Kista dedikdə içərisi maye ilə dolu, divarları olan boşluq nəzərdə tutulur. Kistalar daha çox 50 – 55 yaşdan yuxarı olan kişilərdə rast gəlinir, lakin cavan kişilərdə və yeniyetmə oğlan uşaqlarında da olur. Ümumilikdə isə kişilərin təqribən 8 – 12 % – də prostat vəzin kistalarına rast gəlinir.

     

    Prostat vəzin kistası hansı səbəblərdən yaranır ?

    Prostat kistaları anadangəlmə və sonradan qazanılma olmaqla iki qrupa bölünür.
    Anadangəlmə kistalar prostat vəzi kistalarının təqribən 8 – 10 % – ni təşkil edir və adətən digər cinsiyyət orqanlarının anomaliyaları, ( kriptorxizm – xayanın xayalığa enməməsi https://androloq.az/uslugi/kriptorxizm-nedir-xayalarin-xayaliqda-olmamasi-kriptorxizmin-mualicesi/, monorxizm – anadangəlmə bir xaya ilə doğulmaq, toxum kisəciklərinin birləşməsi, bir və ya hər iki toxum kisəciyinin ikiləşməsi, infantil cinsiyyət orqanının, sidik kanalının anomaliyaları – hipospadiya https://androloq.az/uslugi/hipospadiya-n-dir/, epispadiya ) ilə yanaşı olur və istənilən yaşda aşkarlana bilir. Anadangəlmə kistalar adətən tək olmur, bir neçə ədəd olur. Kistaların ölçüsü bir neçə millimetrdən 3 – 4 sm – ə qədər ola bilir.

    Qazanılma prostat kistası ən çox kimlərdə yaranır ?

    • Prostat vəzin iltihabının müalicəsi vaxtında aparılmadıqda yaxud düzgün aparılmadıqda.
    • Prostat vəzini düz bağırsaqdan düzgün masaj etmədikdə.
    • Requlyar cinsi həyat yaşamadıqda.
    • Aralıq nahiyyənin travmalarından sonra daha çox yaranır.
    • Həmçinin bir sıra hallarda prostat vəzidə yaranan kalsinatlar, fibroz dəyişikliklər ( çapıqlaşma ), prostat vəzin daşları prostat vəzin axacaqlarının tutulmasına səbəb olur ki, nəticədə də axacaqlar genişlənir və kista formasını alır.

     

    Prostat vəzidə kistanın əlamətləri.

    Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

    Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

    Prostat vəzin kistası müəyyən klinik əlamətlərlə özünü göstərir. Əlamətlər kistanın ölçülərindən, yerləşməsindən, iltihablaşmasından asılıdır. Əgər kista bir neçə millimetr və 1 sm – ə qədərdirsə adətən əlamətsiz keçir, yaxud çox zəif klinik əlamətlərlə müşaiyət olunur. 1 sm və daha böyük ölçülü kistalar isə aşağıdakı əlamətlərlə müşahidə oluna bilər. Prostat vəzi kistası üçün yalız özünə məxsus olan əlamət demək olar ki, yoxdur. Əsasən prostat vəzin və sidik kisəsinin iltihabı və digər xəstəliklərində müşahidə olunan əlamətlər şəklində təzahür edir. Lakin bir əlamət vardır ki, prostatında kista olan kişilərin demək olar ki, hamısında müşahidə olunur. Bu eyakulyasiya zamanı ağrının olmasıdır. Eyakulyasiya dedikdə sperm kütləsinin ( eyakulyatın ) xaric olması başa düşülür.

    1. Tez – tez və ağrılı sidik ifrazının olması, gecələr sidik ifrazına durma, sidik kisəsinin tam boşalmaması hissiyyatı.
    2. Aralıq nahiyyəsində, qarının aşağısında, düz bağırsaq ətrafında, onurğanın büzdüm ( oturaq ) hissəsində, hər iki tərəfdə qasıq nahiyyəsində müxtəlif intensivlikli ağrı, diskomfortun olması
    3. Cinsi əlaqənin çox erkən bitməsi və eyakulyasiyanın ( spermanın xaric olması zamanı) ağrılı olması.
    4. Erektil disfunksiya ( cinsi zəiflik ).
    5. Az hallarda sperm kütləsində ( eyakulyatda ) qan ola bilir.
    6. Spermaqramma göstəricilərinin aşağı olması.

     

    Prostat vəzi kistası olan xəstənin müayinəsi, diaqnostika .

    Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

    androloq.az

    Prostat kistalarının əlamətləri prostat vəzin digər xəstəliklərinin əlamətləri ilə çox vaxt üst – üstə düşdüyündən təkcə xəstənin şikayətlərinə əsasən prostat kistasının olub – olmamasını müəyyənləşdirmək olmur. Prostat vəzin kistalarını aşkarlamaq üçün ən çox istifadə olunan müayinə metodu ultrasəs müayinəsidir ( USM ). Həmçinin komputer tomoqrafiya ( kt ), maqnit rezonans tomoqrafiyadan ( mrt ) da istifadə olunur.

     

    Prostat vəzi kistasının müalicəsi.

    Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

    androloq.az

    Kistanın ölçüsündən, xəstənin şikayətlərindən, kistanın iltihabı prosesə nə dərəcədə cəlb olunmasından aslı olaraq xəstənin şikayətləri və həkimin müalicə taktikası dəyişir.  Əgər kista təsadüfi aşkarlanıbsa və xəstəyə heç bir şikayət vermirsə, ölçüsü 1 – 1,5 sm – i keçmirsə belə halda xəstə nəzarətədə saxlanılır. Daha sonra isə ildə iki – üç dəfə olmaqla usm – də kistanın ölçüsünün manitorinqi aparılır, lazımi məsləhətlər verilir, dərman preparatları yazılır. Əgər kistanın ölçüsü böyükdürsə, sidik ifrazında disokomfort, ağrı yaradırsa, insanın həyat keyfiyyətini aşağı salırsa cərrahi müdaxilə edilə bilir.

    Cərrahi müdaxilənin bir əsasən iki forması vardır. Əgər pasientin yaşı 40 – dan yuxarıdırsa və gələcəkdə ata olmaq planlaşdırmırsa, sidik kanalından keçməklə tam qapalı üsulla, dəridə heç bir kəsik aparılmadan əməliyyat olunur. Buna transuretral rezeksiya, yəni ( TUR ) əməliyyatı deyilir. Bununla da kistanın ətraf toxumalara, sinirlərə, sidik kanalına, toxum qabarına kompressiyası ( toxum qabarını sıxması ) nəticəsində meydana çıxan əlamətlər ( diskomfort, ağrı ) yox olur. Əgər pasient subaydırsa, yaxud ailəlidir və gələcəkdə ata olmaq planlaşdırırsa daha çox aparılan əməliyyat aralıq nahiyyəsindən icra edilir. Aralıq nahiyyə dedikdə xayalıqla anus arasındakı hissə başa düşülür. Belə ki, sidik kanalından keçməklə aparılan əməliyyatlardan sonra xəstələrin böyük əksəriyyətində retroqrad eyakulyasiya yaranır. Retroqrad eyakulyasiya isə spermanın xaricə çıxmamasıdır.prostat vəzi kistası Sperma xaricə çıxmır və yuxarıya sidik kisəyə doğru atılır. Ona görə də TUR əməliyyatı keçirən xəstələrin həyat yoldaşlarının hamilə qalmaq ehtimalı aşağıdır.  Aralıq nahiyyədən aparılan əməliyyatlarda isə belə problem olmur.

    Prostat kistasının iltihablaşması.

    Qeyd etmək yerinə düşər ki, prostat abseslərinin və daşlarının əsas səbəblərindən biri məhz  kistalardır. Prostat kistaları həmçinin xroniki prostatitin sağalmasını ləngidir, daima iltihabı prosesin yaranması üçün zəmin yaradır. Ona görə də prostatit ( prostat vəzin iltihabı ) olan pasientlərdə həmişə  kistanın olmamasına baxmayaraq kista olan pasientlərdə demək olar ki, həmişə prostatit olur. Kistalar böyüdükcə prostatın sağlam toxumasını sıxır, kompressiya edir, qan dövranını pozur və digər patoloji proseslərə gətirib çıxardır, prostat vəzi tez – tez iltihablaşır, cinsi sferada dəyişikliklər yaranır, sperm göstəriciləri zəifləyir. Başqa bir halda isə daima prostat vəzidə iltihabı prosesə şərait yaradmaqla xroniki prostatitin əlamətlərini qabardır. Bəzən isə kista infeksiyalaşır, irinləyir və bu halda isə cərrahi müdaxiləyə ehtiyac duyulur. Aralıq nahiyyədən yaxud düz bağırsaqdan girməklə kistanın möhtəviyyatı ( irin kütləsi ) boşaldılır.

     

    Nə etmək lazımdır ki, prostat vəzidə kista əmələ gəlməsin

     

    Prostatınızda kistanın yaranmasını istəmirsizsə aşağıdakı şərtlərə əməl etmək lazımdır.

    • sidik kisəsi dolu oluqda ağır fiziki iş görməmək

      Prostat vəzin kistası, prostat vəzidə kista, prostatda kista, prostat kistası. Androloq, uroloq Ziyad Əliyev Bakıda müalicə lazerlə tam qapalı üsulla.

      androloq.az

    • sidik kisəsini vaxtı – vaxtında boşaltmaq, yəni uzun müddət dolu vəziyətdə saxlamamaq
    • travmadan, soyuqdan qorumaq, nəm və soyuq yerlərdə oturmamaq
    • alkoqol və tünd kofedən mümkün qədər az istifadə etmək
    • requlyar cinsi həyat yaşamaq
    • cinsi yolla yoluxan xəstəliklərə yoluxmamaq və . s.

    Prostat vəzi ilə əlaqədar hər hansı bir diskomfort yaxud şikayət olduqda vaxtında həkim uroloq – androloqa müraciət etmək, ildə bir dəfə profilaktik müayinədən keçmək lazımdır.

     

     

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    ( Prostat vəzin kistası, prostat vəzinin kistası, prostat vəzidə kista )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər