Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi.

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

    androloq.az

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi. Spermoqram eyakulyatın ( spermanın ) göstəricilərinin müayinə üsuludur. Bu müayinədə eyakulyatın həm makroskopik həm də mikroskopik göstəriciləri müəyyən olunur. Makroskopik göstəricilər dedikdə eyakulyatın həcmi ( miqdarı ), rəngi, iyi, qatılığı, durulaşma müddəti, turşu – qələvi mühiti ( ph ), seliyin olub olmaması və.s . Mikroskopik göstəricilərə isə eyakulyatın 1 ml də olan, ümumi həcmdə olan spermatozoidlərin sayı, aktiv hərəkətli spermatozoid, zəif və yerində hərəkətli spermatozoid sayı, morfoloji cəhətdən normal spermatozoidlər və defektli spermatozoidlərin miqdarı, leykositlər, bakteriyalar və.s miqdarı aiddir. Mayalandırmaq qabiliyyətli sperm müayinəsi fertil sperm adlanır. Spermanın yaxud eyakulyatın fertil hesab olunması üçün spermatozoidlərin miqdarı, onların morfoloji sağlamlığı ( qruluşca qüsursuz olmaları ) və aktiv hərəkətli olmaları vacibdir. ( Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi nədir ətraflı izah etməyə çalışacam )

    Spermoqramın nəticəsinə əsasən reproduktiv orqanların sağlamlığı barədə fikir yürüdə və məlumat ala bilərik. Məhz ona görə də sonsuzluqla ( dölsüzlüklə ) müraciət edən ailələrdə kişinin müayinəsinə spermoqramdan başlanılır. Spermoqram göstəricilərinə görə də həkim növbəti müayinə planını, istiqamətlərini müəyən edir. Məsələn: genetik, sitoloji, biokimyəvi, immunoloji və.s.

     

    Spermaqrammanın əsas göstəriciləri.

    Ümümdünya Səhiyyə Təşkilatının ( ÜST ) insan sperm kütləsinin normativ göstəricilərinin sonuncu dəfə 2010 – cu ildə aşağıdakı kimi qəbul olunması tövsüyyə edilmişdir. Bu göstəricilərə fikir versək görərik ki, spermoqramın normal göstəriciləri müxtəlif illərdə müxtəlif olmuşdur. Bu isə onunla əlaqədardır ki, hər dəfə Ümumdünya Səhiyyə Təşkilatının normativ kimi qəbul etdiyi göstəricilərdən nisbi aşağı göstəriciləri olan kişilərin təqribən 15 – 20 % – də həyat yoldaşlarında hamiləlik müşahidə edilmişdir.

    Məhz ona görə də cədvəldən göründüyü kimi, 1999 və 2010 – cu illərin spermoqramlarında aşağıdakı fərqlər yaranmışdır. Məsələn : 1999 – cu ildə eyakulyatın miqdarı 2ml, hər ml – də 20 mln spermatozoid normal spermoqram göstəriciləri hesab olunmağına baxmayaraq, 1999 – 2010 cu illərdə aparılmış müşahidələr göstərdi ki, eyakulyatın həcmi 1,5 ml və hər ml – də spermatozoidlərin miqdarı 15 mln olan sağlam kişilərin həyat yoldaşlarında da hamiləlik müşahidə olunmuşdur və ona görə də 2010 – cu ildə Ümumdünya Səhiyyə Təşkilatı eyakulyatın yeni normativlərini təstiq edir. ( Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi )

    ÜST 2010
    Həcm ≥ 1,5 ml
    Konsentrasiya ≥ 15 ( mln/ml )
    Bütün eyakulyatda olan spermatozoidlərin miqdarı ≥ 39 ( mln )
    Hərəkətlilik  ≥ 40 ( % ) ( a+b+c )
    Proqressiv yaxud cəld irəli hərəkətli  32 ( % ) ( a+b )
    Morfoloji normal spermatozoidlər  4 ( % )
    Canlılıq  ≥ 58 ( % )
    Leykositlər  < 1,0 ( mln/ml )

     

    Eyakulyatın makroskopik göstəriciləri. ( Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi )

    Eyakulyatın durulaşma müddəti otaq temperaturunda 60 dəq, 37 C temperaturda isə 10 – 30 dəq – dir. Eyakulyatın durulaşması onun tərkibində olan protealitik ( durulaşdırıcı ) fermentlərin hesabınadır. Protealitik fermentlər eyakulyata prostat şirəsinin tərkibində qarışır. Əgər eyakulyat durulaşmırsa yaxud çox gec durulaşırsa deməli ya prostat vəzin şirəsi azalıb yaxud prostat vəzin şirəsinin tərkibindəki durulaşdırıcı ( protealitik ) fermentlər. Bu halda isə prostatın iltihabından ( prostatitdən ) şübhələnmək lazımdır. Müəyyən edilmişdir ki, eyakulyatın durulaşma qabiliyyətində hər hansı problem spermatozoidlərin aktivliyinə mənfi təsir edir.

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

    androloq.az

    Eyakulyatın rəngini adətən durulaşdıqdan sonra yaxud eyakulyasiyadan 1 saat sonra qiymətləndirirlər.

    Normal eyakulyat bozumtul – ağ rəngdə bulanıq, tutqun olur. Bulanıqlıq spermatozoidlərin konsentrasiyasından asılı olur. Əgər spermatozoidlər azdırsa eyakulyat daha şəffaf olur və əksinə spermatozoidlərin miqdarı çox olduqda bulanıq olur. İltihabı prosesdən eyakulyatın rəngi sarımtıl ola bilir ki, bu leykositlərin ( irin ) miqdarınin artması ilə izah olunur. Eyakulyatın rənginin çəhrayı yaxud qəhvəyi rəngə çalması eritrositlərin ( qanın ) olmasına işarədir.
    Eyakulyatın həcmi normal halda 1,5 ml – dən az olmamalıdır. Həcmin 1,5 ml – dən az olması hipospermiya, ümumiyyətlə olmaması yaxud 0,5 ml olması aspermiya adlanır. Xəstədə hipo və aspermiyanın olması ilə həkim hansı xəstəliyin yaxud hansı anadangəlmə qüsurun ola bilməsi təxmin edir və o istiqamətdə müayinələrini davam etdirir. Eyakulyatın həcminin 8 – 10 ml yaxud daha çox olması polispermiya adlanır.

     

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

    androloq.az

     

    Eyakulyatın mikroskopik göstəriciləri – 
    Spermatozoidlərin miqdarı.

    Bir ml eyakulyatda olan spermatozoid sayı, spermatozoid konsentrasiyası adlanır. Spermatozoid konsentrasiyası yuxarıda qeyd olunduğu kimi, təyin olunduğu gündən bu günümüzə qədər bir neçə dəfə dəyişmişdir. Belə ki, sperm konsentrasiyası 40 mln/ml olan və 20 mln/ml olan kişilərin həyat yoldaşlarında hamiləliyin baş vermə tezliyi bir birindən fərqlənməmişdir. Hal hazırda isə Ümumdünya Səhiyyə Təşkilatı fertil kişinin sperm konsentrasiyasını 15 mln/ml qəbul etmişdir. Həmçinin sperm konsentrasiyasının 10mln/ml – dən az olması təbii mayalanma üçün kritik hədd kimi qəbul olunmuşdur. Eyakulyatda spermatozoidlərin azalması yaxud tamamilə olmaması çoxsaylı səbəblərdən ola bilər.

     

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

    androloq.az

     

    Spermatozoidlərin hərəkəti. ( Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi )

    Spermatozoidin mayalandırmaq qabiliyyətinin əsas kriteriyalarından biri də məhz onun hərəkətidir. 2010 – cu ildə Ümumdünya Səhiyyə Təşkilatı insan sperm göstəricilərinin sonuncu normativ protokoluna əsasən fertil kişinin eyakulyatında aktiv düzxətli hərəkət edən spermatozoidlərin miqdarı 32 % – dən artıq olması qəbul edilmişdir.

    Spermatozoidlərin morfoloji göstəriciləri.

     

    Spermaqramma nədir, sperma müayinəsi, sperma analizi, sperma faizi

    androloq.az

    Spermatozoidlərin mikroskop altında daha dərin incələnməsi zamanı sağlam spermatozoidlərin miqdarının digər spermatozoidlərə ( anormal ) nisbətən dəfələrlə az olması məlum olmuşdur. Eyakulyatda morfoloji cəhətdən normal spermatozoidlərin miqdarının azalması teratozoospermiya adlanır.

    Spermoqramı xarakterizə edən terminlər.

    Normozoospermiya Ümumdünya Səhiyyə Təşkilatının son təsnifatına uyğun ( WHO, 2012 )

    Hipospermiya yaxud oliqospermiya – eyakulyatın həcminin 1,5 ml – dən az olması ( < 1,5 мл )

    Aspermiya – eyakulyatın olmaması

    Oliqozoospermiya – sperm konsentrasiyasının azalması. Yəni ki, 1 ml eyakulyatda olan spermatozoid sayının 15 mln – dan az olması  ( < 15mln/ml )

    Azoosspermiya – eyakulyatda spermatozoidlərin olmaması

    Kriptozoospermiya – eyakulyatı sentrifuqalaşdırdıqdan sonra tək – tək spermatozoidlər aşkar edilir

    Astenozoospermiya – düzxətli irəli hərəkətli spermatozoidlərin azalması ( hərəkətlilik a+b < 32 % )

    Teratozoospermiya – morfoloji normal spermatozoidlərin azalması ( < 4 % )

    Nekrozoospermiya – ölü spermatozoidlərin artması ( > 50 % )

    Leykospermiya – eyakulyatda leykositlərin miqdarının artması ( leykositlərin konsentrasiyası >1 mln\ml )

    Hemospermiya – eyakulyatda eritrositlərin olması

     

    İnsan ömrünün ( həyatının ) müxtəlif vaxtlarında sperm göstəriciləri müxtəlif ola bilər. Sperm göstəriciləri çox labildir və çox geniş variasiyada dəyişə bilir. Kişinin orqanizmində spermatogenez ( spermatozoidlərin əmələ gəlməsi ) həmişə gedir və daima ətraf mühitin zərərli faktorlarının təsirinə məruz qalır. Məsələn müxtəlif xəstəliklər, qəbul olunan dərmanlar, alkoqol, siqaret çəkmək və.s. Ona görə də pasientin birinci sperm müayinəsində göstəricilər zəif olduqda mütləq 2 – 3 həftə sonra təkrar spermoqramma vermək lazımdır.

    Spermaqrammanı necə verməli ? – Aşağıdakı linkdə ətraflı məlumat var

    http://androloq.az/uslugi/spermoqramin-verilm-qaydasi-spermoqram-muayinesine-hazirliq/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər