Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

PSA nədir – prostat spesifik antigen

PSA nədir - prostat spesifik antige, prostat adenoması

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    PSA nədir – prostat spesifik antigen

    Aşağıdakı məqalədə mən sizə PSA nədir, onun nə kimi diaqnostik əhəmiyyəti var suallarına cavab tapmağınıza kömək edəcəyəm. Bəlkə də fikirləşirsiz ki, bu suallara cavab tapmaq bizim nəyimizə lazımdır ? Sizi əmin edirəm ki, səbirli olub oxusanız biləcəksiz nəyinizə lazımdır. ( PSA nədir – prostat spesifik antigen )

    45 yaşdan yuxarı kişilər arasında prostat vəzi xərçəngi adlanan belə bir xəstəlik vardır. Prostat xərçəngi ürəyin işemik xəstəliklərindən ( infarktdan ) sonra kişilərin ölümünə ən çox səbəb olan ikinci xəstəlikdir. Qısaca PSA adlandırdığımız Prostat Spesifik Antigenin səviyyəsinin qanda ölçülməsi bizə imkan verir ki, prostat xərçəngini daha erkən mərhələdə aşkarlıyaq. Başqa sözlə desək PSA, prostat vəzin böyüməsinin xarakterini müəyyənləşdirmək üçün istifadə olunan onkomarkerdir. Yəni, qanda PSA – nın normal qəbul olunmuş səviyyəni aşması xəstədə prostat xərçəngi ola bilməsi haqqında düşünməyə vadar edir. ( PSA nədir – prostat spesifik antigen )

     

    Avropa Uroloqlar Assosiasiyasının tövsiyyəsi odur ki, 45 yaşdan yuxarı hər kişi ildə bir dəfə PSA – nın səviyyəsini yoxlatmalıdır.

     

    PSA normal halda əsasən harada olur və nəyə xidmət edir ?

    PSA prostat vəzin hüceyrələri tərəfindən hazırlanan zülaldır və eyakulyatın ( spermanın ) özlülüyünü tənzimləyir. Normal halda PSA prostat vəzin hüceyrələri tərəfindən hazırlanaraq prostat vəzin şirəsinin tərkibində eyakulyata qarışır və onu durulaşdırır ki, spermatozoidlərin aktiv hərəkəti mümkün olsun. Sizdə sual yarana bilər ki, bəs bunun prostat xərçənginə nə aidiyyatı var ? ( PSA nədir – prostat spesifik antigen )

    Prostat spesifik antigen nedir-PSA

    Göründüyü kimi PSA normal halda yalnız prostat şirəsində və eyakulyatda olur, qanda isə ya olmur yaxud çox cüzi miqdarda olur . Qanda yüksəlməsinin bir səbəbi var- kapilyar damarların zədələnməsi . Hər hansı bir səbəbdən prostat vəzin daxilində kapilyar damarların zədələnməsi olarsa PSA qana keçə bilir . Bu səbəblər prostatit, prostat adenoması, prostat xərçəngi, prostat masajı, prostat vəzin düz bağırsaqdan olan ( transrektal ) usm – i, kateterin qoyulması, gərgin cinsi əlaqə, hətta qəbizlik və.s ola bilər . ( PSA nədir – prostat spesifik antigen )

     

    PSA – nın formaları ( fraksiyaları )

    PSA qanda iki formada olur, bunlardan biri ümumi PSA, digəri isə sərbəst PSA – dır. Ümumi PSA dedikdə sərbəst PSA və zülallarla birləşmiş PSA nəzərdə tutulur. Yaxşı olar ki, ümumi PSA  40 – 50 yaşlı kişidə 2,5 nq/ml – i, 50 – 60 yaşda isə 3,5 nq/ml – i aşmasın. Son zamanlar prostat vəzi xərçəngini daha erkən və müalicə oluna bilən mərhələdə aşkar etmək üçün ümumi  PSA – nın nisbi normal göstəricisi 2,5 nq/ml qəbul olunmuşdur.

     

    Prostat xərçənginə şübhə olan xəstələrdə PSA – nın başqa hansı göstəriciləri yoxlanılır ?

    Müayinələrin nəticəsi göstərir ki, prostat xərçəngi zamanı sərbəst PSA azalır.  PSA ümuminin 2,5 – 10 nq/ml arasında olan göstəricisi boz zona adlanır . Bu göstəricidə sərbəst PSA/ümumi PSA х 100% nisbəti hesablanır. Yuxarıda qeyd olunduğu kimi xərçəngdə sərbəst PSA azalır. Bu nisbət 15 % – dən aşağı olduqda xərçəng ehtimalı daha yüksəlir. Göstərici 15% – dən yuxarı olduqda xoşxassəli prosesə dəlalət edir . Bu göstərici yüksək olduqca xərçəng ehtimalı azalır .

    PSA sıxlığı nədir? Ümumi PSA-nın prostat vəzin həcminə nisbətinə PSA sıxlığı deyilir ( PSA ümumi / prostat vəzin həcmi = PSA sıxlığı ) . Prostat vəzin həcmi düz bağırsaqdan ( transrektal ) ölçülməlidir. Normada PSA sıxlığı 0,15 – ə qədər qəbul edilmişdir və prosesin xoşxassəli olmağına dəlalət edir .

    PSA – nın illik artım sürəti nədir? PSA – nın illik manitorinqi aparılanda əhəmiyyət verilən göstəricidir . Belə ki, əgər ümumi PSA göstəricisi keçən il eyni vaxtda verilən göstəricidən 0,5 nq / ml və daha çoxdursa prostat biosiyasına göstəriş hesab edilir. PSA – sı 4nq / ml – dən aşağı olan pasientlərə də aiddir . Bu göstərici şişin aqressivlik göstəricisi sayılır . ( PSA nədir – prostat spesifik antigen )

     

    PSA səviyyəsi qanda hansı səbəblərdən yüksələ bilir ?

    PSA – nın cüzi yüksəlməsi və qısamüddətli yüksəlməsi müxtəlif faktorların təsirindən mümkündür . Prostat vəzin iltihabı ( prosatit ), prostat vəzin adenoması, həmçinin bəzi proseduralar, məsələn sidik kanalına kateter qoyulması, sistoskopiya, düz bağırsaqdan prostat vəzin barmaqla müayinəsi, prostat vəzin masajı PSA – nın qanda səviyyəsini yüksəldir . Lakin PSA – nın daha dayanıqlı və stabil olaraq yüksəlməsi əksər hallarda prostat xərçəngi ilə əlaqədar olur . ( PSA nədir – prostat spesifik antigen )

    Ona görə də siz PSA analizi verməyə gedərkən bunları bilməlisiniz

    1. Səhər saat 11 – ə qədər tam ac qarına vermək lazımdır .
    2. Kəskin sidik ləngiməsi olubsa yaxud hər hansı bir səbəbdən sidik kanalına kateter qoyulubsa 2 həftə keçməlidir
    3. Prostat vəziyə düz bağırsaqdan barmaqla baxılıbsa 2 həftə keçməlidir
    4. Prostat vəzi düz bağırsaqdan masaj olunubsa 2 həftə keçməlidir
    5. Sistoskopiya olunmusunuzsa 2 həftə keçməlidir. Sistoskopiya dedikdə yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş alətlə sidik analından keçib sidik kisənin gözlə endoskopik müayinəsi başa düşülür .
    6. Prostat vəzin düz bağırsaqdan ( transrektal ) USM – ni keçmisinizsə PSA – i iki həftə vermək olmaz
    7. Cinsi əlaqədə olduqdan sonra 1 hətə keçməlidir ki, PSA verəsiniz
    8. Velosiped sürdükdə və at çapdıqda 1 həftə keçməlidir
    9. Sidik – cinsiyyət sistemi orqanlarında və digər orqanlarda kəskin iltihabı proses olduqda, bədə hərarəti yüksək olduqda PSA müayinəsini götürmək olmaz, yalnız sağaldıqdan 10 gün sonra götürmək lazımdır .
    10. Əgər prostat vəzidən biopsiya olunmuzunuzsa təkrar PSA analizi vermək üçün 1 ay keçməlidir .

     

    PSA səviyyəsi qanda hansı səbəblərdən azala bilir ?

    Bir sıra dərman preparatlarının qəbulu qanda psa səviyyəsini təqribən 50 % azaldır . Ona görə də belə pasientlər analiz verdikdə qəbul elədiyi dərmanın PSA səviyyəsinə təsirini nəzərə almaq lazımdır .

    Bunlara aşağıdakı iki qrup dərman peparatları aiddir

    1) 5 alfa reduktaza fermentinin inhibitorları : finasterid ( proskar, penester, profin ), dutasterid ( avodart )

    2) alfa blokator dərman preparatları : tamsulozin ( omnik, omnik okas, fokusin, flomaks, tulozin, tamsol ), doksazozin ( kardura ), silodozin ( urorek ), terazozin ( artezin ), alfuzozin ( kornam ) və.s aiddir .

     

    PSA normal olduğu xəstədə prostat xərçəngi ola bilərmi ?

    Bəli, prostat xərçəngi olan xəstələrin əksəriyyətində PSA yüksək olur . Buna baxamayaraq bir qism xəstələr var ki, onların PSA – sı normal olmağına baxmayaraq biopsiyada xərçəng müəyyən edilir . Belə ki, prostat vəzidə bərk törəmə əlləndiyi və PSA – nın normal çıxdığı 50 yaşdan yuxarı xəstələrin biopsiyasında 25 % hallarda ( hər 4 xəstədən birində) prostat xərçəngi aşkarlanır . ( PSA nədir – prostat spesifik antigen )

     

    Öz praktikamdan

    PSA analizindən sonra prostat biopsiyası məsləhət görülən xəstə ilə söhbəti sizə təqdim edirəm.

    – Doktor, zəhmət olmasa mənə izah edin görüm, niyə mənə birbaşa prostat biopsiyası məsləhət görürsünüz ? – deyə nisbətən acıqlı formada xəstə soruşur . Qonşuma isə ancaq antibiotiklər və digər tabletlər yazıb evə göndərdiniz, dediniz ki, bir aydan sonra gəlib təkrar PSA verərsiz . Hansı ki, onun PSA – sı mənimkindən də yüksək idi .

    – Mən isə çox böyük səbir və təmkinlə xəstəyə izah eləməyə çalışıram ki, hətta sizin PSA sfır olsaydı belə yenə də sizə biopsiya məsləhət edərdim . Ona görə ki, USM – də sizin prostatda hipoexogen düyün aşkarlanıb, düz bağırsaqdan prostatınıza baxdıqda da bərk konsistensiyalı düyün əllənir . Həmçinin sizdə sərbəst PSA / ümumi PSA nisbəti 15 % – dən aşağıdır. Bu sadalanan hər üç göstərici bizə əsas verir ki, onlara istinad edərək sizi biopsiyaya göndərək . Hətta bunlardan hər hansı biri olsa belə biopsiyaya göstərişdir . Çünki, sadalanan bu üç əlamət ayrı – ayrılıqda yaxud birlikdə əksər hallarda prostat xərçənginin əlaməti olur .

    Xəstənin üzündə çox gərgin emosiyalar yer aldı, hətta mənə, doktor azərbaycanca danış görüm nə deyirsən deyə dilləndi .

    Yenə də mən çalışıram ki, xəstəni narazı salmayım, eyni zamanda fikrimi tam çatdırım .

    Prostat vəzi xəstəliklərinin 3 əsas müayinə metodu vardır. Bunlardan biri və birincisi, bəlkə də ən informativ olanı prostat vəzin düz bağırsaqdan barmaqla müayinəsidir. Buna per – rectum müayinə deyilir .

    Düz bağırsaqdan prostat vəzin müayinəsi bizə prostat vəzi haqqında hansı məlumatları verir ?

    1. Prostat vəzi böyüyüb ya yox ?
    2. Prostat vəzin səthi hamardır ya kələ – kötür ?
    3. Prostat vəzin konsistensiyası yumşaqdır yaxud sərt ? Barmaqla baxanda məhdud ( lokal ) sərt hissə var ya yox ?
    4. Müayinə zamanı vəzi ağrılıdır ya yox ?
    5. Düz bağırsaq selikli qişası prostat vəzi üzərində hərəkətlidir ya yox ? Bir sıra hallarda, xüsusən də prostat xərçəngi düz bağırsağa doğru böyüyəndə düz bağırsaq selikli qişası prostata bərk bitişmiş və hərəkətsiz olur .

    Daha sonra USM – də prostata baxırıq . Sizin prostatda hipoexogen düyün müəyyən olunub, təəssüf ki, o da əsasən prostat xərçəngi üçün xarakter əlamətdir .

    Üçüncü əsas müayinəmiz PSA müayinəsidir ki, o da sizdə demək olar normanı aşmayıb .

    Əziz və hörmətli pasientlərimiz, təəssüf olsun, prostat xərçənginin elə formaları var ki, PSA – nın qanda səviyyəsi normal qalır . Digər bir tərəfdən sərbəst PSA / ümumi PSA nisbətini unutmayaq. Sərbəst PSA sizdə aşağıdır . Bu özü də prostat vəzidə xərçəng prosesinə işarədir .

    Burada bir yolumuz var, o da prostat vəzin biopsiyası . Əlbətə ki, mən istiyərdim düşündüklərim səhv olsun .

    Ama nə etməli, budur biopsiyanın nəticəsi əlimizdədir . Düzdür, xərçəng aşkarlanıb və Qlisson şkalası ilə 6 bal . Bu o deməkdir ki, xəstənin canını xərçəngdən xilas edə bilərik .

    Pis odur ki, xərçəng tapdıq, digər bir tərəfdən bəlkə də sevinməliyik ki, biz xərçəngi erkən mərhələdə tapdıq və onu tam müalicə edə biləcəyik .

     

    Əslində bu tarixçə bir çox xəstələr üçün nəticə çıxartmağa gözəl materialdır. Ona görə də həkimin məsləhətlərinə əməl edin ki, sağlamlığınız sizdə qalsın .

     

    PSA yüksək olduğu halda əgər biopsiyada xərçən aşkarlanmayıbsa nə etməli ?

    Belə olan halda biopsiyadan 2 ay sonra təkrari PSA analizi verməli. Yenə də PSA yüksək olarsa 3 ayın tamamında təkrari biopsiya məsləhətdir ?

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər