Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Gizli cinsi orqan, cinsi orqanın kiçik olması – cinsi inkişafdan qalma

( Gizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası )

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Kişi cinsiyyət sistemi xəstəlikləri və anomaliyaları arasında nisbətən az rast gəlinəni və tibb elmi tərəfindən daha az öyrənilən anomaliyalardan biri də gizli cinsi orqandı. Bu anomaliyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, cinsi orqanın və onu təşkil edən mağaralı cismin ölçüləri uşağın həmyaşıdlarındakı kimi normal olur. Lakin cinsi orqanın dərisinin cinsi orqan cisminə normal fiksasiyasının ( “yapışmaması” )olmaması, qasıqüstü nahiyyədə piy toxumasının ifrat dərəcədə toplanması səbəbindən cinsi orqan sanki, dəridə batmış kimi görünür. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar )

     

    Gizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası

    Başqa sözlə desək cinsi orqanın həqiqi ölçülərinin normal olmasına baxmayaraq onun görünən ölçüləri kiçilmiş olur. Xəstəliyin dərəcəsindən asılı olaraq cinsi orqan tam və ya qismən cinsi orqan ətrafı sahənin, qasıqüstü sahənin dərisi və xayalıq dərisində batmış olur. Belə ki, daha yüngül formalarda cinsi orqanın baş hissəsi və cisminin bir hissəsi görünə bilər. Xəstəliyin ağır formalarında isə cinsi orqan dəridə tam batmış halda olur və onun yeri göbəyi xatırladır ( göbəyə oxşayır ). Sünnət olunmamış uşaqlarda isə yalnız cinsi orqanın başını örtən dəri ( pülük ) görünə bilər.

     

     

     

    Gizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyasıDaha əvvələr belə hesab edirdilər ki, gizli cinsi orqanla doğulan uşaqlara heç bir müdaxilə lazım deyil və onlar cinsi yetişkənliyə çatdıqdan sonra cinsi orqanın ölçüsünün böyüməsi baş verəcək və bununla da problemin həllini tapmış hesab edirdilər. Lakin sonralar müəyyən olundu ki, həqiqi gizli cinsi orqan diaqnozu qoyulan uşaqlarda cinsi oqanın gizli qalmasına səbəb onun ölçülərinin kiçik olması deyil, cinsi orqan dərisinin fiksasiya aparatının zəif inkişaf etməsidir. Dərinin fiksasiya aparatı dedikdə, dərini daha dərində yerləşən toxumalara birləşdirən toxumalar nəzərdə tutulur. Yəni ki, bu xəstəlik zamanı cinsi orqanın dərisi onun uzunluğu boyu (cismi boyu) dərialtı toxumalara, ağlı qişaya sıx fiksə olunmur ( bitişmir ) və nəticədə dəri cinsi orqan üzərində daha çox hərəkətli olur. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası )

    Xəstəliyin yüngül formasında cinsi orqanın cismi ətraf dəri toxuması ilə tam əhatə olunduğu halda baş hissəsi aydın görünür, daha ağır hallarda isə cinsi orqanın başı da dəri büküşləri arasında qalır, çox çətinliklə ayırd edilir, yaxud ümumiyyətlə görünmür. Əksər hallarda belə uşaqlarda fimoz olur, bu isə əlavə olaraq cinsi orqan başının açılmasına mane olur. Fimoz – cinsi orqan başını örtən dərinin iltihablaşaraq ödemləşməsi ( şişkinləşmə, qalınlaşma, qızarma ), cinsi orqan başını sıxması, cinsi orqanla yapışması, bitişməsi halıdır ki, yalnız cərrahi müdaxilə yolu ilə aradan qaldırılır. Fimoz gizli cinsi orqanlı uşaqların 2/3 – də rast gəlinir. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası )

     

    DİQQƏT!

    Gizli cinsi orqanla doğulan uşaqları sünnət etmək olmaz.

     

    Gizli cinsi orqanın səbəbləri

     – Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası

    Bütün digər anomaliyalarda olduğu kimi əsas səbəb hamilə qadının müxtəlif teratogen faktorlarla kontaktının olmasıdır. Teratogen faktorlar dedikdə radiasiya, müxtəlif kimyəvi maddələr, viruslar, bakteriyalar, bəzi dərman preparatları, zərərli vərdişlər başa düşülür. Ehtimal olunur ki, məhz bu teratogen faktorların təsirindən cinsi orqanın dərisi daha dərində yerləşən toxumalara yaxşı fiksasiya olunmur və ona görə də cinsi orqanı futulyar ( lülə ) kimi əhatə edə bilmir. Cinsi orqan dərisinin fiksasiyasının zəif olması isə onun cinsi orqan üzərində daha mobil ( hərəkətli, yerdəyişən ) olmasına səbəb olur. Başqa sözlə desək cinsi orqan dərisinin fiksasiya qüsurudur.

    Gizli cinsi orqanın 3 dərəcəsi ayırd edilir.gizli cinsi orqan uroloq androloq ziyad eliyev -cinsi inki.afdan qalmalar- kicik cinsi orqan - usaq uroloqu - urolog - androlog

    I dərəcə – cinsi orqanın cisminin 2/3 hissəsi dəri büküşləri arasında qaldığı halda, 1/3 hissəsi və cinsi orqanın başı xaricdə olur.

     

    II dərəcədə cinsi orqanın cismi tamamilə dəridə batmış olur və yalnız cinsi orqanın baş hissəsi görünür.

    III dərəcədə cinsi orqan dəri büküşü arasında batmış vəziyətdə olur və görünmür, yalnız dəri büküşlərini aralamaqla cinsi orqanın başını görmək olur. Cinsi orqnın baş hissəsini örtən və sünnət ( circumcisio ) əməliyyatı zamanı kəsilib atılan dəri də cinsi orqanın görünməz olmasına şərait yaradır. Bu zaman cinsi orqanın əvəzinə onun yerində dəri qabarması, güdül, yaxud göbəyə bənzər bir dəri büküşü formalaşır. Belə olan hallarda uşaqların sidik ifrazı çətinləşir.

    Gizli cinsi orqanlı uşaqlarda hormonal statuslarında ( hormonlarında ) dəyişiklik olmur. Bunu gizli cinsi orqanlı uçaqlar üzərində aparılan çoxsaylı təcrübələr də sübüt etmişdir. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası )

     

     

    Gizli cinsi orqanın müxtəlif formaları

     

    1. Həqiqi gizli cinsi orqan

    2. batmış ( bastırılmış ) cinsi orqan – piylənmə ilə müşahidə olunan hallarda rast gəlinir

    3. xayalığın böyüməsilə əlaqədar olan hallar: qasıq yırtığı, hidrosele, və bir sıra digər hallar.

    Bütün bu halların hər birində müalicə taktikası da fərqlidir.

    Həqiqi gizli cinsi orqanı, cinsi orqanın ölçülərinin kiçilməsilə müşahidə olunan digər hallardan fərqləndirmək lazımdır.

    Bunlara aiddir:

    mikropenis ( mikrofallos )
    hipoqonadizmli uşaqlar ( cinsi hormonların çatışmazlığı səbəbindən cinsi orqanların inkişafdan qalması ).
    Mikropenis dedikdə cinsi orqanın ölçüsünün uşağın yaş normasından 2,25 sm kiçik olduğu hal nəzərdə tutulur. Yeni döğulmuş uşağın cinsi orqanı üçün normal ölçü 3,9 +/- 0,9 sm qəbul edilmişdir. Yəni ki, normal ölçüdən ( 3,9 sm -dən ) 2,25 sm çıxdıqda alınan rəqəm ( 1,65 sm ) əgər yenidoğulmuşda cinsi orqanın ölçüsünə uyğundursa mikropenis hesab edilə bilər.

     

    Gizli cinsi orqanın müalicəsiGizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası

    – Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar

    Gizli cinsi orqanın müalicəsinin yeganə qəbul olunmuş yolu cərrahi müdaxilədir. Dünyanın müxtəlif alimləri tərəfindən çoxsaylı əməliyyatlar təklif olunaraq icra olunmaqdadır. Əməliyyat növü seçilərkən fərdilik əsas götürülməklə pasientin yaşı, sünnət və digər əməliyyatlar olunub olunmaması, cinsi orqanın digər anomaliyaları ( hipospadiya ) nəzərə alınmalıdır. Bir sıra hallarda qeyri peşəkarlıq səbəbindən elə hesab edirlər ki, sünnət olunduqdan sonra düzələcək və belə uşaqları sünnət edirlər. Sünnət elədikdən sonra da heç bir dəyişiklik olmur, əksinə cinsi orqanda dəri defekti ( çatışmazlığı ) yarana bilir.

    Ona görə də belə uşaqları olan valideyinlər diqqətli və məsuliyyətli olmalı, peşəkar, ixtisaslı həkimlərə müraciət etməlidirlər. Əgər cinsi orqan ümumiyyətlə görünmürsə, belə uşaqlarda demək olar ki, həmişə fimoz aşkarlanır. Çünki cinsi orqanın başı və müvafiq olaraq sidik kanalının xarici dəliyi dəri səthindən yuxarıda olmadığı üçün uşağın sidik ifrazı zamanı dəri həmişə sidiklə kontaktda olur. Sidik çox zəhərli, toksiki maddədir. Uşağın zərif dərisi uzun müddət sidiklə kontakda olduqda sidiyin kimyəvi təsirindən dəridə aşınma, zədələnmə və iltihablaşma yaranır. Hətta bəzən iltihab o həddə çatır ki, irinli proses inkişaf edir.

     

    Hansı yaşda əməliyyat etməli ?

    – Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar

    Gizli cinsi orqanı olan uşaqların özünəməxsus şəkildə kompleksləri olur və psixoloji cəhətdən daha zəif olurlar. Psixoloqların fikrincə üç yaşında uşaq artıq öz cinsi mənsubiyyətini dərk edir.

     

    Gizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası

    Belə uşaqlar özlərində daima hansısa bir natamamlıq, eybəcərliyin olması barəsində düşünürlər. Bir sıra müəlliflərin fikirlərinə görə belə uşaqlar idmanla məşğul olmaq istəmirlər, paltar soyunub dəyişmə otaqlarında, ayaqyolunda həmyaşıdları ilə olmaqdan həmişə uzaq dururlar. Belə uşaqlar hətta gecələr yatanda da əllərini cinsi orqanlarına aparmaqla, onu düşünməklə keçirirlər, bu isə onların psixoseksual uyğunlaşmasına çox mənfi təsir göstərir. Uşaqların belə ağır psixoloji problemdən azad olması isə bütünlüklə cərrahın bilik və bacarığından, klinik təcrübəsindən asılıdır.

    Nəzərə alsaq ki, üç yaşında uşaq artıq öz cinsi mənsubiyyətini dərk edir, belə olan halda cərrahi müdaxilənin aparılması üçün ən əlverişli vaxt 1 – 3 yaşında olan uşaqlardır. Uşaqların bu yaşda əməliyyat olunması onların gələcəkdə ala biləcəyi psixoloji travmanın profilaktikası kimi çox vacibdir. Həmçinin bu yaşda uşaqlarda cinsi orqanın proporsional ölçüləri cərrahi müdaxilənin aparılması üçün əlverişlidir. Bu isə öz növbəsində əməliyyatın daha uğurlu nəticə verməsi baxımından faydalıdır. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası )

     

     

    Nə etmək lazımdır ki, uşağınız gizli cinsi orqanla doğulmasın? Profilaktikası

    Gizli cinsi orqan - kiçik cinsi orqan - cinsi inkişafdan qalmalar - uroloq - androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyasıHamiləlik öncəsi cinsi yolla yoluxan xəstəliklərin müayinə olunması və əgər aşkarlanarsa müalicə olunduqdan sonra hamiləliyin planlaşdırılması, hamiləliyin düzgün aparılması, düzgün rasional qidalanma, zərərli vərdişlərdən uzaq durmaq, məxmərəyə qarşı vaksinasiya olunmaq və.s bir çox anomaliya və anadangəlmə eybəcərliklərin profilaktikası olduğu kimi gizli cinsi orqanın da profilaktikası hesab oluna bilər. ( Gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar )

    Cinsi inkişafdan qalmaların ən çox rast gəlinən forması kriptorxizmdir. Kriptorxizm xayaların xayalığa enməməsi halıdır. Enməmiş xaya. Kriptorxizm haqqında ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz.

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

     

    ( oğlan uşaqlarında cinsi orqanlarda problem, gizli cinsi orqan – kiçik cinsi orqan – cinsi inkişafdan qalmalar – uroloq – androloq Ziyad Əliyev uşaq urologiyası və andrologiyası – urolog – androlog – uşaqlarda cinsi orqanin inkişafdan qalması )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər