Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Orxit nədir ? – xayada ağrı, şişkinlik, hərarət

Orxit nedir

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Orxit nedir ?

    Xayanın iltihabı orxit adlanır. Xaya artımının iltihabı isə epididimitdir. Adətən xayanın iltihabı xaya artımınının iltihabı ilə eyni vaxtda olur və orxoepididimit adlanır. ( Orxit nedir)

     

    Orxit və epididimitin səbəbləri

     

    Orxit nedirOrxit yaxud orxoepididimitə cinsi yolla yoluxan xəstəliklərə tutulan insanlar arasında daha çox rast gəlinir. Bunlar infekion – iltihabı xəstəliklər və zöhrəvi xəstəlikləridir ( qonoreya – tripit, trixomoniaz, xlamidioz, ureaplazmoz ). Cinsi yolla yoluxan xəstəliklərin törədiciləri prostatit, vezikulit ( toxum kisəciklərinin iltihabı ), uretrit ( sidik kanalının iltihabı ) törətdiyi üçün asanlıqla xaya artımı iltihablaşa bilir. Həmçinin bir sıra xəstəliklər də var ki, xayaların iltihabına səbəb ola bilir: qrip, pnevmaniya, parotit ( svinka ), skarlatina, brusellyoz, vərəm və.s.

    Çox ciddi əhəmiyyət veriləsi hal epidemik parotitdən ( svinkadan ) sonra yaranan orxitdir. Parotitli uşaqların 20 – 40 % – də orxitlə ağırlaşma müşahidə edilir. Orxitdən sonra xaya atrofiyalaşır ( ölçüsü kiçilir ) və gələcəkdə kişi sonsuzluğu ilə nəticələnir. Xayaların travmasından sonra da çox tez  -tez orxit müşahidə edilir. Epididimit üçün yüksək risk qrupunu təşkil edən pasientlər sidik kanalında hər hansı əməliyyat, prosedura keçirmiş, sidik kateteri qoyulmuş pasientlərdir. 

    Orxitin əlamətləri

    Orxit və epididimit əlamətlərin kəskinlik dərəcəsinə görə kəskin və xroniki olur. Orxit xayada kəskin ağrıların yaranması ilə başlayır. Adətən ağrı qasıq və bel nahiyyəsinə ötürülür edir. Orxit olan xaya şişir, xayalıqda simmetriya pozulur, şişkinlik tərəfdə xayalığın dərisi qızarır, temperaturu yüksəlir, qırışları hamarlaşır, toxunduqda kəskin ağrılı olur. Bütün bu yerli əlamətlərnən yanaşı olaraq, iltihaba xas olan digər əlamətlər də yaranır. Bunlara aiddir: ümumi zəiflik, halsızlıq, bədən temperaturunun yüksəlməsi, titrətmə, ürəkbulanma, qusma, iştahasızlıq. Vaxtında lazımi müalicə aparılmadıqda xayada irinli prosesə və xaya absesinə səbəb ola bilir. Sağaldıqdan sonra belə xaya öz funksiyalarını bərpa etmir və sonsuzluqla nəticələnmə ehtimalı yüksəlir. Bu halda yaranan sonsuzluq sekretor forma sonsuzluq adlanır. Çünki, xaya toxumasında irinli proses yarandıqda, orada olan spermatozoid hazırlayan kanalcıqlar dağılır. Sağaldıqdan sonra isə bu kanalcıqların yerində çapıq toxuması əmələ gəlir.

     

    Orxit nedir

    Kəskin epididimitdə də sadalanan bu əlamətlər müşahidə edilir. Lakin bütünlükdə xaya deyil, xaya artımı ağrılı olur. Epididimit də sonsuzluqla nəticələnə bilir, xüsusən də proses ikitərəfli olarsa. Bu halda xayalarda spermatozoid hazırlayan kanalcıqların sağlam qalmasına və onlarda spermatozoidlərin əmələ gəlmə prosesinin normal olmasına baxmayaraq xaya artımında yaranan iltihab səbəbindən, yaxud iltihabdan sonra yaranan çapıq səbəbindən onlar xaricə çıxa bilmir. Ona görə də bu halda yaranan sonsuzluq ekskretor sonsuzluq adlanır.

     

    Orxitin müalicəsi –

    Bir sıra hallarda xəstələrin həkimə müraciət etmədən özünü müalicə ilə məşğul olmaları vəziyyəti daha da çətinləşdirir, xüsusilə də proses ikitərəfli olduqda. Çünki bu halda pasientin sonsuzluqla üzləşmə ehtimalı çox yüksəkdir. (Orxit nedir)

    Ona görə də xayalarla əlaqədar hər hansı kəskin proses olarsa təcili olaraq həkimə müraciət etmək lazımdır. Həkim baxışından sonra əgər orxit yaxud epididimit müəyyən olunursa təcili olaraq xəstəxanaya yerləşdirilməli və bir neçə gün ərzində yataq rejimində müalicə aparılmalıdır. Əgər vaxtında müalicəyə başlamazsa xaya absesi ilə nəticələnə bilir. Belə olduqda cərrahi müdaxilə ilə xaya ya tamamilə götürülür ( orxektomiya ) yaxud da daxilindəki irin boşaldılır və xəstə uzun müddət stasionarda müalicə alır. (Orxit nedir)

     

    (Orxit – xaya iltihabı – xayada ağrı – şişkinlik – uroloq – androloq – Ziyad Əliyev Bakıda)

    http://androloq.az/uslugi/hidrosele-nedir-xayaliga-maye-toplanmasi/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/az/

    https://boyrekdasi.az/az/

     

    ( Orxit – xaya iltihabı – xayada ağrı – epididimit, kəskin orxit, xaya artımının iltihabı )

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər