PSA müayinəsi
PSA müayinəsi nədir ? Bilmək istəyirsiz ? PSA – prostat spesifik antigendir . Məlum olmuşdur ki, prostat vəzi xərçəngi olan kişilərin qanında PSA adlanan maddənin səviyyəsi yüksəlir . Buradan da PSA – nın daha dərin araşdırılmasına qərar verilib . Hal hazırda isə PSA prostat vəzinin onkomarkeri kimi qəbul edilişdir. Daha doğrusu qanda PSA – nın səviyyəsinin yüksək olması xəstədə prostat xərçənginin ola bilməsi haqqında düşünməyə vadar edir . Prostat xərçəngi isə ürəyin işemik xəstəliklərindən sonra kişilərin ölümünə ən çox səbəb olan xəstəlikdir .
Prostat xərçəngi aqressiv gedişli olmaqla qısa zaman daxilində prostat vəzin hüdudlarını aşır və digər ətraf orqan və toxumalara yayılır . PSA – nın qanda təyini isə bizə imkan verir ki, bu prosesi erkən mərhələdə aşkarlayaq və onu digər orqanlara yayılmadan insanı xərçəng xəstəliyindən tam xilas edək . Bunun üçün isə 40 yaşdan yuxarı kişilərin məsuliyyətli olub ildə bir dəfə, 50 yaşdan yuxarı kişilərin isə ildə iki dəfə ( hər 6 ayda bir dəfə ) PSA müayinəsindən keçməsi vacibdir . Amma çox təəssüf ki, insanların əksəriyyəti bu barədə məlumatsızdır, vaxtlı – vaxtında müayinə olunmur və bizə müraciət edərkən demək olar ki, gecikmiş olurlar . PSA müayinəsi bahalı müayinə deyil . PSA qanda yoxlanılır.
PSA müayinəsi üçün hara müraciət etmək lazımdır.
PSA müayinəsi üçün ilk növbədə uroloq – androloq həkimə müraciət edin . Çünki, PSA müayinəsi olunması üçün təkcə ac qarına gəlmək deyil, digər şərtlər də vacibdir. Bunları isə daha dəqiqliyi ilə sizə həkim uroloq – androloq izah edə, tövsiyyələr verə bilər .
PSA müayinəsi necə verilməlidir ?
- Səhər saat 11 – dən gec olmayaraq verilməlidir
- Əgər xəstədə qəfildən sidiyə gedə bilməmək olubsa və onun sidik kisəsini boşaltmaq üçün sidik kanalına kateter ( rezin boru ) qoyulubsa PSA vermək olmaz. Əgər kateter çıxardılıbsa iki həftə keçməlidir ki, PSA yoxlanılsın. Yalnız bu halda real göstərici alına bilər. Əgər xəstədə təkrarən sidiyə gedə bilməmək ehtimalı olduğundan kateterin çıxardılması həkim tərəfindən məsləhət görülmürsə o halda PSA müayinəsi götürülə bilər .
- Əgər prostat vəziyə düz bağırsaqdan barmaqla baxılıbsa 2 həftə sonra PSA yoxlanmalıdır.
- Əgər prostat vəzinin düz bağırsaqdan masajı olunubsa bu halda bir ay keçməlidir ki, PSA yoxlanılsın .
- Əgər sistoskopiya olunubsa yaxud sidik kanalından keçməklə hər hansı endoskopik əməliyyat olunubsa iki həftə keçdikdən sonra PSA yoxlamaq olar.
- Əgər prostat vəziyə düz bağırsaqdan daxil olmaqla usm – də baxılıbsa iki həftə keçməlidir.
- Cinsi əlaqədən bir həftə sonra PSA verə bilərsiniz.
- Sidik – cinsiyyət sistemi orqanlarında hər – hansı kəskin iltihabı proses olubsa bir ay keçməlidir və PSA verə bilərsiniz.
- Əgər prostat vəzin biopsiyası olunubsa təkrar PSA analizi üçün ən azı bir ay keçməlidir.
PSA müayinə haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz