Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Hipospadiya nədir ?

Hipospadiya nədir, müalicə, uşaq uroloqu, uşaq cərrahı dr Ziyad Əliyev Bakıda. Hipospadia əməliyyatı mikrocərrahi əməliyyatdır. Hipospadiya nedir ?

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Hipospadiya nədir ? Sidik kanalının xarici dəliyinin normalda olmayan yerə açılmasıdır

    Hipospadiya nədir, müalicə, uşaq uroloqu, uşaq cərrahı dr Ziyad Əliyev

    Hipospadiya zamanı başlıq ( капюшон ). Androloq Ziyad Əliyev

    Hipospadiya sidik kanalının xarici dəliyinin yerləşmə anomaliyasıdır. Daha dəqiq  desək, hipospadiya zamanı sidik kanalının xarici dəliyi cinsi orqanın başı ilə anus arasında hər hansı bir səviyyədə yerləşir. Yəni, bu uşaqlarda sünnətin ucunda sidik kanalı olmur, daha doğrusu sünnətin ucuna qədər gəlib çatmır. Bundan başqa cinsi orqanın aşağıya doğru əyilməsi, sünnət ( pülük ) dərisinin aşağı hissəsinin olmaması xarakterdir. Ona görə də el arasında bunlara “ peygəmbər sünnəti “  yaxud  “anadangəlmə sünnət” də deyilir. Bu barədə ətraflı bilmək istəyirsinizsə hipospadiyyanın təsnifatına nəzər salmaq lazımdır. Yəqin ki, hipospadiya nədir sualına cavab tapa bildiniz. Bu barədə aşağıda ətraflı yazmışam.

    Başqa sözlə desək hipospadiya cinsi orqanın inkişaf qüsurudur. Çünki, sidik kanalı özü cinsi orqanı əmələ gətirən, onu formalaşdıran strukturlardan biridir.

     

    Hipospadiya nədir və onun əlaməti

    Hipospadiyanın əlamətləri aşağıdakılardır: bu əlamətlər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq az və çox dərəcədə təzahür edir.

    • Sidik kanalı xarici dəliyinin qeyri – tipik yerləşməsi. Sidik kanalının xarici dəliyi ” meatus adlanır “. Bu dəlik normada olmalı olduğu yerdən daha aşağıda yerləşir. Bu uşaqlar ayaqüstə sidik ifraz edərkən sidik şırnağı cinsi orqanın oxu boyunca önə deyil, aşağıya axır. Yaxud əksinə ayaqlarının arasına, hətta daha arxaya axır, paltarlarını isladır. Əgər sidik kanalı cinsi orqanın ortasına açılarsa bu uşaqlar ayaqüstə sidiyə çıxa bilmək üçün cinsi orqanı yuxarı qaldırıb qarnına yapışdırır.
    Hipospadiya nədir, müalicə, uşaq uroloqu, uşaq cərrahı dr Ziyad Əliyev

    Hipospadiyanın formaları

    • Sidik kanalı xarici dəliyinin dar olması. Buna meatostenoz deyilir. Baxmayaraq ki, daralma olmayan hipospadiyaya da rast gəlmək mümkündür. Hətta normaldan daha geniş meatusa rast gəlinir. Buna meqameatus deyilir. Meqameatus az hallarda rast gəlinir və bu zaman pülük dərisinin forması normaya daha yaxın olur.
    • Cinsi orqanın aşağıya doğru əyilməsi, deformasiyası. Düzdür bu ola bilir ki, həm aşağıya həm də hər hansı bir tərəfə əyilsin. Cinsi orqanın əyilməsinin səbəbi cinsi orqan normal sürətlə böyüdüyü halda, sidik kanalının inkişafdan qalması, yaxud zəif sürətlə böyüməsidir. Hipospadiyaların 25 % də rast gəlinir.
    • Cinsi orqanın baş hissəsini örtən dəri aşağıdan inkişaf etməmiş və tac şırım səviyyəsində ona sıx bitişmiş olur və başlığı ( капюшон ) xatırladır. Yuxarıdan isə əksinə daha uzun olur və cinsi orqan başını tamamilə örtür. Anadangəlmə sünət yaxud peygəmbər sünnəti də adlanır. Lakin bəzi hallarda pülük dərisi ( prepusium ) tam normal olur, baxmayaraq ki, sidik kanalı yerində deyil.
    • Cinsi orqanın başı nisbədən yastı olur.

    Hipospadiya ilə yanaşı ola bilən anomaliyalar

    Adətən hipospadiya aşkarlanan uşaqlarda yanaşı olaraq cinsiyyət orqanlarının digər anomaliyalarına da rast gəlinir. Bunlardan ən çox aşkarlananlar :

    Hipospadiya olan uşaqların sidik ifrazı normal olmur.  Belə ki, hipospadiyanın formasından asılı olaraq sidik ifrazı müxtəlf narahatlıqlarla müşahidə edilə bilər. Həmçinin kanalının ucunda daralma oduğundan sidik şırnağı zəif olur, səpələnir. Belə ki, xayalıq və aralıq forma hipospadiyalarda oğlan uşaqları oturaq vəziyyətdə sidik ifraz edir. Çünki, ayaqüstə sidik ifraz edərsə özünü islatmış olar. Bu isə kişi cinsinə məxsusi olan ayaqüstə sidik ifrazını mümkünsüz edir.

     

    Hipospadiyanın səbəbi yaxud səbəbləri

    Hipospadiya nədir, müalicə, uşaq uroloqu, uşaq cərrahı dr Ziyad Əliyev

    Hipospadiyanın səbəbləri

    50 il bundan əvvəl hər yeni doğulan 500 uşaqdan 1 – i hipospadiya ilə doğulurdu. İndi isə bu rəqəm 150 – 200 uşağa – 1 dir. Hipospadiyanın dəqiq səbəbi müəyyən olunmasa da ehtimal olunur ki, daha çox ana orqanizmində gedən hormonal dəyişikliklərlə əlaqədardır. Xüsusən də həmiləliyin 7 – 15 həftəliyində. 7 həftəliyə qədər dölün cinsi orqanları oğlan və qızlarda fərqlənmir. 8 ci həftədən etibarən sidik kanalı formalaşmağa başlayır. Bu zaman yarana biləcək hər hansı faktor, zərərli vərdişlər sidik kanalının formalaşmasına mənfi təsir edə bilər. Bu hormonal dəyişikliklər ananın bədənində də yarana bilir, dölün də. Əlbəttə ki, infeksion xəstəliklər, intoksikasiya istisna edilmir. Son zamanlar hipospadiyanın çox rast gəlinməsinin əsas səbəbləri aşağıdakılar hesab olunur:

    • Süni mayalanma ilə doğulan uşaqların sayının artması.
    • 5 alfa reduktaza fermentinin sintezinə cavabdeh olan genlərin mutasiyası. Bu ferment testosteronu daha da aktiv andogen aktivlikli maddə olan dehidrotestosterona çevirən maddədir.
    • Bətndaxili inkişafın əvvələrində inkişafdan qalma hallarının qarşısının alınması məqsədilə qəbul olunan hormonal dərmanlar.
    • Ana və atanın yaxud onlarda birinin nisbətən yaşlı olması.
    • Genetik faktoru xüsusilə qeyd etmək lazımdır. Belə ki, ailəvi hipospadiya ümumi hipospadiyaların 10 – 20 % ni təşkil edir. Yaxın qohum evlənmələr zamanı bu ehtimal daha da artır.
    • Hamilə olarkən pis vərdişlərin olması ( alkoqol, tütün məmulatları )

    Əgər birinci uşaqda hipospadiya varsa, ikinci uşaqda da hipospadiya olma ehtimalı 12 % – dir. Atada hipospadiya olubsa uşağın hipospadiya ilə doğulma ehtimalı  10 – 25 % təşkil edir. Əkizlərdə iki dəfə daha tez – tez rast gəlinir. Hipospadiyalı uşaqlarda demək olar ki, həmişə çəki defisiti olur.

     

    Hipospadiyanın formaları

    Bildiyimiz kimi, normal halda sidik kanalı cinsi orqanın uc hissəsinin zirvəsinə açılır. Hipospadiya olan uşaqlarda isə cinsi orqanın alt səthi boyunca anus dəliyi ilə cinsi orqanın baş hissəsinin zivəsi arasında hər hansı səviyyədə ola bilir. Buradan da hipospadiyanın formaları ayırd edilir. Yəni sidik kanalının xarici dəliyinin yerləşdiyi yerə görə. Şəkilə baxdıqda bunu daha aydın müşahidə etmək olur.

    • Baş forma hipospadiya – sidik kanalının xarici dəliyi cinsi orqanın başına açılsa da, normalda olduğu kimi onun zirvəsinin mərkəzinə açılmır. Bu halda cinsi orqanın başı nisbətən aşağı əyilmiş, assimmetrik olar. Sanki, sidik kanalı xarici dəliyi tam inkişaf etməmiş kimi görünür.
    • Tac şırım hipospadiyası – bu zamanı sidik kanalının xarici dəliyi ( meatus ) tac şırım səviyyəsinə açılır.
    • Penil forma hipospadiya – cinsi orqanın gövdəsində hər hansı bir hissəyə açılır sidik kanalı. Bunun da 3 forması ayırd edilir. Ön, orta və arxa penil forması ayırd edilir.
    • Xayalıq forma hipospadiyada – sidik kanalının xayalıqdan keçən hissəsində orta xət boyunca hər hansı bir səviyyədə açılır meatus.
    • Aralıq forma hipospadiya – xayalıqla anus dəliyi arasında hər hansı bir səviyyədə açılır meatus.

      Hipospadiya nədir, müalicə, uşaq uroloqu, uşaq cərrahı dr Ziyad Əliyev

      Hipospadiyasız hipospadiya yaxud xorda tip hipospadiya

    • Həmçinin hipospadiyanın xüsusi bir forması da vardır ki, sidik kanalının xarici dəliyi öz normal yerində olmasına baxmayaraq cinsi orqanın başı aşağıya doğru əyilmiş olur. Buna ”hipospadiyasız hipospadiya” yaxud “xorda tipində hipospadiya” da deyilir. Bütün hipospadiyaların təqribən 5 % – ni təşkil edir. Bunun səbəbi sidik kanalının uzunluğunun penisdən qısa olmasıdır.

    Sidik kanalının xarici dəliyi cinsi orqan başından uzaq olduqca hipospadiya daha ağır forma hesab ounur. Penil, xayalıq və aralıq forma hipospadiyalarda sidik kanalının açıldığı yerdən cinsi orqanın başına qədər olan hissədə sidik kanalı olmur.

     

    Bir çox hallarda hipospadia üçün aşağıdakı təsnifatdan (  Barсat təsnifatı) istifadə olunur.

    Distal hipospadiya: Baş, tac şırım və ön penil hipospadiyalar distal forma hipospadiyalar hesab olunur və 65 – 70 % təşkil edir.

    Orta penil hipospadiya yaxud medial hipospadiya: Adından göründüyü kimi, penisin ortasında hər hansı səviyyədə açılan meatusla xarakterizə olunur və hipospadiyaların 10 – 15 % – ni təşkil edir.

    Proksimal hipospadiya: Proksimal gövdəyə ( bədənə ) daha yaxın mənasını verir. Arxa penil, xayalıq və aralıq forma hipospadiya proksimal hipospadiyalar hesab olunur və 20 % hallarda rast gəlinir.

     

    Hipospadiyanı necə aşkarlamaq olar. Hipospadiyanın müayinəsi.

    Yuxarıda sadalanan əlamətlərə əsasən adi gözlə diqqətlə baxıb hipospadiyanı uşaq doğulan gündən müəyyən etmək mümkündür. Nəzərə alsaq ki, hipospadiya olan uşaqlarda cinsiyyət sistemi orqanlarının digər anomaliyaları da ola bilər. Bu məqsədlə uşaqları qarın boşluğu orqanlarının usm müayinəsi, aralıq və xayalıq forma hipospadiyalarda xromosom ( kariotip ) müayinələrinə ehtiyac duyulur.

     

    Hipospadiyanın müalicəsi. Hipospadiya əməliyyatı.

    Hipospadiya əməliyyatı Bakıda, androloq ziyad əliyev

    Penoskrotal tip hipospadiya. Androloq Ziyad Əliyev

    Hipospadiya cərrahi xəstəlikdir və onun yeganə qəbul olunmuş müalicə yolu mikrocərrahi müdaxilədir. Dünyada aparılmış çoxsaylı əməliyyatlara rəğmən bu əməliyyat üçün ən optimal vaxtın 1 – 2 yaş arasında aparılmasıdır. Hipospadiyanın müalicəsində ən müasir dünya standartları, ən müasir protokolları rəhbər tuturuq. Hipospadiyanın müxtəlif formalarında müxtəlif əməliyyat modifikasiyaları tətbiq edilir.Yuxarıda qeyd olunduğu kimi, dstal formalarda bir mərhələli ( yaxud bir mərhələli ) əməliyyat aparılır. Bu əməliyyatlardan ən çox tətbiq olunanı Snodqros və Kof modifikasiyalarıdır.

     

     

     

    Hipospadiya əməliyyatı, müalicə dr ziyad əliyev

    Sünnət pülüyünün dərisi ilə uretroplastika yəni sidik kanalının plastikası.

    Sidik kanalının xarici dəliyi aralıq, xayalıq və cinsi orqanın xayalığa yaxın hissəsində olan hallarda 6 ay fasilə ilə adətən ikietaplı əməliyyat edirik. Çünki, aralıq və xayalıq forma hipospadiyada sidik kanalının xarici dəliyi cinsi orqanın başından çox aralı olduğu üçün həmin məsafəyə əlavə material ( transplantant ) köçürülür. Bu transplantant adətən cinsi orqanın başını örtən pülük ( prepusium ) dərisinin iç səthindən götürülür. Əlbəttə ki, uşağı sünnət etməyiblərsə. Çox təəssüf ki, körpə vaxtında sünnət olunaraq pülük dərisi kəsilmiş hipospadiyalı uşaqları da görürük. Belə olduğu halda uşağın ağzından, daha doğrusu yanağın iç səthindən müvafiq ölçüdə hissə ( loskut) kəsilib yaxud soyulub çıxardılır. Sonra isə bu loskut sidik kanalının olmadığı hissəyə, yəni hipospadik dəliklə cinsi orqanın başı arasında qalan hissəyə köçürdülür. Bu əməliyyatın birinci mərhələsidir. Köçüdülmüş bu hissə uretral meydança yaxud uretral plastinka adlanır. Uretra sidik kanalı deməkdir.

    Əməliyyatın 2 – ci mərhələsi 6 aydan sonra planlaşdırılır. Bu mərhələ isə 6 ay əvvəl sünnət pülüyü dərisindən yaxud ağızın selikli qişasından götürülmüş transplantantın ( uretral meydança ) tubulyarizasiyası adlanır. Yəni həmin köçürülmüş material kateter ətrafında tikilərək boru şəklinə salınır. Məhz bu boruşəkilli orqan gələcəkdə sidik kanalının olmayan hissəsini təşkil etməklə sidiyin cinsi orqanın oxu boyunca derivasiyasını ( axmasını ) təmin edəcək.  Əməliyyatın mahiyyəti həm estetik həm də funksional olaraq penisin normallığını təmin etməkdir. Hipospadiyanın yüngül formalarında əsasən estetik olaraq cinsi orqan görünüşünü normallaşdırmaq lazımdır. Aralıq, xayalıq və penil forma hipospadiyalarda isə əsas məqsəd normal sidik ifrazını təmin etməkdən ibarətdir. Hər bir halda bu əməliyyatları edərkən uşağın gələcəkdə normal cinsi həyat yaşaya bilməsi və ata olmaq xüsusiyyətlərinin saxlanmasına da eyni dərəcədə önəm verilməlidir.

     

    Hipospadik invalid nədir?

    hipospadiya müalicə, əməliyyat dr ziyad əliyev androloq uroloq.

    Müasir texnoloji imkanlar, yeni tikiş materialları sayəsində hipospadiya əməliyyatları çox hallarda bir etaplı aparılır və xəstələr tamamilə sağalır. təqribən 10 il və daha əvvəllər hipospadiyalı xəstələrin əməliyyatı çox az klinikalarda aparılırdı və çox tez – tez fəsadlaşırdı. Əməliyyatdan sonra svişlər, daralmalar o qədər tez – tez rastlanırdı. Bu isə xəstələrin təkrari əməliyyat olunması demək idi. Çünki, daralma və svişlər cərrahi müdaxilə tələb edən haldır. Bizim praktikamızda 14 dəfə əməliyyat keçirən xəstəmiz olub. Əlbəttə ki, o bizdən əvvəl keçirib bu əməliyyatları. Ondan sonra da biz 6 ay fasilə ilə iki dəfə əməliyyat etdik və tamamilə bu xəstəlikdən azad oldu. Amma xəstə sağalsa da, hələ də, sağala biləcəyinə, sağalmağına inanmırdı.

     

     

    Hipospadiya zamanı sidik kanalında olan defektin ləğvi. 1 – ci mərhələ.

    Əlbəttə ki, təkcə bizim uğurumuz yox, bütünlükdə təbabətin uğurudur bu hal. Çünki, müasir tikiş materialları artıq imkan verir ki, biz bu əməliyyatları ya tam fəsadsız yaxud cüzi fəsadlarla sona yetirək. Məhz ona görə də hipospadik invalid sözü artıq köhnəlmiş termin hesab olunur və hazırda müşahidə olunmur.

     

    Hipospadiyanın fəsadları. Hipospadiya vaxtında müalicə edilməzsə nə olar ?

    Əgər körpə vaxtı, xüsusən də uşağın öz cinsiyyətini dərk edənə qədər cərrahi müdaxilə aparılmazsa, uşaqda ciddi psixoloji dəyişikliklərə səbəb ola bilər. Çünki, belə uşaqlar öz həmyaşıdları ilə ayaqyoluna, hamama girəndə, idman dərsində və.s  onlar daima digər uşaqların cinsi orqanlarına baxmaq istəyir. Onlar bilmək istəyirlər ki, hamıda özlərində olduğu kimidirmi. Əlbəttə ki, belə uşaqların fikri daima cinsi orqanlarında olur. Valideyinlərin bir çoxlarının sözlərinə görə, uşaqları yatarkən əlləri cinsi orqanlarında yatırlar. Çünki, uşaq böyüdükcə bunu daha çox fikirləşir.

    Çox təəssüf olsun ki, biz yetkin insanlarda da hipospadiyaya rast gəlirik. Əlbəttə ki, bunun səbəbi o insanlar yox, onların valideyinlərindədir. Belə insanların sidik ifrazı normal olmur, cinsi orqanı adi vəziyyədə əyilmiş olur. Ereksiya zamanı isə bu əyrilik daha ciddi ola bilir və insanlarda cinsi əlaqəyə girə bilməmək qorxusu yaranır. Başqa bir tərəfdən də cinsi orqanın xarici görünüşündə olan eybəcərlik səbəbinsən cinsi partnyorundan utanır. Bütün bu narahatlıqlar psixoloji stres yaşadır. Belə insanlar çox hallarda evlənməkdən çəkinirlər. Hətta bizim təcrübəmizdə dəfələrlə olub ki, sonsuzluqla əlaqədar müraciət edən pasientdə hipospadiya olduğunu aşkarlamışır. Çünki, sidik kanalı öz təbii yerində olmadıqda xaric olan eyakulyat ( sperma ) vaginanın bəlli bir hissəsinə tökülməlidir. Hipospadiya olan xəstələrdə bu mümkün olmur. Başqa bir tərəfdən də hipospadiyalı xəstələrin böyük əksəriyyətində sidik kanalının xarici dəliyində daralma olur. Bu da sparmanın xaric olmasını əngəlləyə bilir.

     

    Hipospadiyanın profilaktikası nədir?

    Profilaktika dedikdə hipospadiyanın səbəblərinə nəzər yetirmək lazımdır.

    Yaxın qohum evlənmələrdən çəkinmək.

    Vaxtında evlənmək. Çünki, valideyinlərdən biri yaxud hər ikisi nisbətən yaşlı olduqda doğulan uşaqda hipospadiya ehtimalı artır.

    Hamilə olmamışdan ginekoloq, endokrinoloq qəbulunda olmaq.

    Əgər birinci hamiləlik bətndaxili inkişafdan qalıbsa növbəti hamiləlik planlamadan həkim yanında olmaq, ətraflı müayinə olunmaq.

    Pis vərdişlərdən uzaq olmaq, təmiz havada çox olmaq və.s.

     

    Uroloq, androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

     

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər