Həkim uroloq-androloq Ziyad Əliyev

(055) 571 49 51

Generic selectors
Exact matches only
Search in title
Search in content

Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə.

Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

QƏBULA YAZIL

    İşarəni götür*

    Anonimlik qorunur

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə.

    Cinsi zəiflik, erektil disfunksiya dedikdə ya ereksiyanın zəifləməsi yaxud ümumiyyətlə olmaması başa düşülür. Erektil disfunksiya diaqnozu o halda qoyula bilir ki, cinsi partnyorun olduğu halda üç aydan artıq müddət ərzində erektil disfunksiyanın əlamətləri olsun. Erektil disfunksiyanı dərk eləmək üçün ilk növbədə ereksiyanın nə olduğunu bilmək lazımdır. Ereksiya dedikdə cinsi orqanın bərkiməsi ( rigidliyinin artması, sərtləşməsi, durması ), erektil disfunksiya dedikdə isə bu prosesin pozulması halı başa düşülür.

     

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

     

    Əvvəllər impotensiya, yaxud cinsi zəiflik adladırılan bu patoloji hal indi də erektil disfunksiya ( ED ) adlandırılır. Cinsi zəiflik, erektil disfunksiya müxtəlif formalarda təzahür edə bilər.

    • 1. Ereksiyanın ümumiyyətlə olmaması yaxud yaranıb anidən itməsi.
    • 2. Yaranan ereksiya o qədər zəif olur ki, cinsi əlaqəyə başlamaq üçün yetərsidir. Yəni cinsi orqan tam sərtləşmədiyi üçün vaginaya ( uşaqlıq yolu )  daxil olması mümkün deyil.
    • 3. Cinsi əlaqənin uğurla sona çatdırılması üçün zəruri olan davamlı ereksiyanın olmaması.

     

    Erektil disfunksiya əksər hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşaiyət olunmur. Lakin, kişinin həyat keyfiyyətinə, əhval – ruhiyysinə çox ciddi təsir göstərir. Digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya daima kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Əsasən orta yaş və daha yaşlı kişilərdə yaranır, lakin daha erkən yaşlarda da rast gəlinir. Statistika onu göstərir ki, 20 – 40 yaş arasında olan kişilərin hər 10 nəfərdən birində ( 10% ), 40 – 70 yaş arasında kişilərin isə hər ikisindən biri ( 50 % ) cinsi zəiflikdən əziyyət çəkir. Bu heç də o demək deyil ki, yaşlandıqca erektil disfunksiya yaranmalıdır yaxud mütləq yaranacaq. Xeyir, sadəcə olaraq insan yaşlandıqca erektil disfunksiyaya səbəb ola bilən xəstəliklər, xüsusilə ürək – qan damar sistemi xəstəlikləri ( ateroskleroz ) daha tez – tez müşahidə edilir.

     

    Erektil disfunksiyanın nə olduğunu başa düşmək üçün ilk növbədə ereksiyanın nə olduğunu anlamaq lazımdır. https://androloq.az/uslugi/ereksiya-nedir/

    Ereksiya dedikdə cinsi orqanın sərtləşməsi ( rigidliyinin artması, bərkiməsi, durması ) başa düşülür. Erektil disfunksiya isə, cinsi orqanın lazımi dərəcədə sərtləşməməsi səbəbindən cinsi əlaqənin mümkün olmadığı haldır.

     

    Ereksiya nədir ? Cinsi zəifliyin müalicəsi, erektil disfunksiya.

    Cinsi orqan slindir şəklində olan iki ədəd mağaralı ( kavernoz cisim ) və bir ədəd süngəri cisim adlanan hissələrdən ibarətdir. Mağaralı cisimlər tatamilə ereksiyaya xidmət edir, süngəri cisim isə qismən. Süngəri cismin mərkəzindən sidik kanalı keçir. Cinsi orqanın baş hissəsində süngəri cisim genişlənərək glans penis – yəni, cinsi orqan başını əmələ gətirir ( formalaşdırır ).

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Adından göründüyü kimi mağaralı cisimin daxili boşluqlardan, mağaralardan ibarətdir. Cinsi qıcıqlandırıcı olduqda, baş beyin onurğa beyni vasitəsilə mağaralı cisimə impuls göndərir ki, ereksiya yaransın. Bu zaman mağaralı cisim hüceyrələri tərəfindən damar genişləndirici xüsusi maddələr ifraz olunur. Bu maddələrin də təsirindən cinsi orqana qan gətirən damarlar genişlənir. Cinsi orqandan qanı aparan damarlar isə əksinə daralır. Həmçinin mağaralı cisim daxilindəki mağaralar ( boşluqlar ) genişlənir. Bu isə öz növbəsində boşluqlarda mənfi təzyiq yaradır və boşlulara arterial qanın dolmasına şərait olur. Bununla da cinsi orqanın həcmi böyüməyə başlayır. Eyni zamanda cinsi orqanın kökü nahiyyəsində və aralıq hissədə yerləşən əzələlər yığılaraq cinsi orqandan gedən venoz qanın sürətini azaldır. Nəticədə cinsi orqanın qanla dolması daha da sürətlənir.

    Göründüyü kimi normal ereksiyanın yaranması üçün eyni zamanda cinsi orqana gələn qanının miqdarı artmalı, gedən qanın miqdarı isə azalmalıdır. Məhz bu mexanizm təmin olunduğu halda cinsi orqanın bərkiməsi – yəni , normal ereksiya mümkün olur. İnsanların əksəriyyəti ereksiyanı cinsi orqan əzələlərinin sərtləşməsi kimi başa düşür. Əslində isə cinsi orqanın bərkiməsi əzələ bərkiməsi yox, boşluqlu bir orqanın içərisinin qanla dolmasıdır.

     

    Cinsi zəifliyin səbəbləri.

    Cinsi zəifliyin səbəbləri iki böyük qrupa bölünür : orqanik və psixogen. Həmçinin orqanik və psixogen faktorların eyni vaxtda olması mümkündür. Buna qarışıq forma erektil disfunksiya deyilir.  ED ilə müraciət edən kişilərin təqribən 25% – də digər orqan və sistemlərin xəstəlikləri müşahidə edilir. Psixogen forma isə 65 % – ə qədər hallarda müşahidə edilir. Psixogen forma daha çox gənclərdə rast gəlinir. Müxtəlif stresli vəziyyətlər, konfliktlər, depressiyalar gənclərdə psixogen forma erektil disfunksiyanın yaranmasına səbəb ola bilir.

     

    Cinsi zəifliyin orqanik səbəbləri. Orqanik səbəblərə aiddir aşağıdakılar.

    1. Orqanik faktor – ( 34 % -ə qədər ) ürək – damar sistemi xəstəlikləri, çanaq orqanlarında aparılan əməliyatlarvə.s.
    2. Neyrogen – ( 26 % ) sinir sistemi travma və xəstəlikləri ilə əlaqədar.
    3. Endokrin – (25 % ) kişi cinsi hormonlarının azlıgı, qadın cinsi hormonlarının artıqlıgı – hiperprolaktinemiya, hiperestrogenemiya, şkərli diabet, zob xəstəliyi, piylənmə, hipoqonadizim və.s.
    4. Damar – ( 21 % ) arteriogen, venokklyuziv və qarışıq.
    5. Travmatik – ( 20% ) cinsi orqanın, onurga beyinin, baş beynin, çanaq orqanlarını travmaları və əməliyyatlarından sonrakı hallar və.s
    6. Digər əlavə səbəblər: varikosele – damar genişlənmə, hipospadiya, epispadiya, peyroni xəstəliyi, priapizm, mikropenis, gizli cinsi orqan, bir çox dərman preparatları ( təzyiq salan, sidikqovucu, psixotrop, narkotik, dərman preparatları, alkoqol və.s).

    Cinsi zəifliyin hər hansı xəstəliklə əlaqədar olmasını ( orqanik forma ) yaxud psixogen xarakterli olmasını müəyyənləşdirmək üçün aşağıdakı məlumatlar kömək ola bilər.

     

    Cinsi zəifliyin orqanik yaxud psixogen olmasını necə müəyyən etmək olar ? Orqanik cinsi zəifliyin əlamətləri :

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Orqanik erektil disfunksiya ( cinsi zəiflik ) tədricən yaranır və artır. Gecə və səhər ereksiyası tədricən azalır, zəifləyir. Anamnezdə əvvəllər ereksiyanın normal olması, cinsi istəyin normal olması xarakterdir. Cinsi zəiflik daimi xarakter daşıyır. Bu pasientlərdə cinsi istək ( libido ) və eyakulyasiya normada olur. Orqanik erektil disfunksiyanın əsasında çox zaman damar patologiyaları durur. Bunlara daha çox şəkərli diabetli, siqaret çəkən, hiperxolesterinemiyalı ( xolesterini yüksək ) , hipertoniyalı ( təzyiqi yüksək ) xəstələr aiddir. Çünki, ən çox aterosklerotik kirəcləşmə bu xəstələrin damarlarında aşkarlanır.

     

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Psixogen forma cinsi zəifliyin əlamətləri :

    Psixogen forma erektil disfunksiya ( cinsi zəiflik ) adından göründüyü kimi psixogen travmadan ( stress, depressiya, konflikt və.s ) sonra yaranır. Əsasən cavan kişilərdə yaranır. Cinsi zəiflik qəfildən yaranır. Əvvəllər erksiyasının normal olması, zəifliyin kəskin başlaması əsas xarakterik əlamətdir. Yəni, cinsi əlaqədən qorxma ( uğursuzluğu gözləmə sindromu ), cinsi zəifliyin daimi xarakterli olmaması ( müəyyən məqamlarda hiss olunması ) əsas xarakterik əlamətlərdir. Bir neçə gün ya bir neçə ay pasient özünü yaxşı hiss elədiyi halda günün birində cinsi zəif olmasını hiss edir. Belə pasientlər münasibət qurmaqda çətinlik çəkirlər. Bir gün ərzində iki – üç qadınla görüşdüyü halda, qadınlardan biri ilə normal cinsi əlaqədə olmasına baxmayaraq başqa biri ilə cinsi əlaqədə ola bilmir. Başqa bir misal : kənarda başqa bir qadınla normal cinsi əlaqədə olduğu halda öz həyat yoldaşı ilə cinsi əlaqədə çətinlik çəkir, yaxud əksinə.

    ED – nın effektiv müalicəsinin təmin edilməsi üçün onu yaradan səbəblərin aydınlaşdırılması çox vacibdir.

     

    Cinsi zəifliyin əlamətləri.

    1. Ereksiyaanın zəifləməsi: səhərlər ereksiyanın zəifləməsi. Hətta cinsi əlaqə zamanı tam sərtləşmir.

    2. Cinsi əlaqə zamanı birdən ani olaraq ereksiya itir və cinsi əlaqə yarımçıq qalır. Yəni eyakulyasiya ( boşlma ) olmadan cinsi əlaqə sona çatdırılır.

    3. Cinsi orqan tam bərkimədən eyakulyasiya ( boşalma ) olur, yaxud çox erkən boşalma olur.

     

    Diaqnostika – cinsi zəifliyi olan xəstələrin müayinəsi.

    Bütün digər xəstəliklərdə olduğu kimi, erektil disfunksiyanın da düzgün və uğurlu müalicəsi onu yaradan səbəbin müəyyən olunaraq aradan qaldırılmasından ibarətdir. İlkin diaqnostika xəstə ilə söhbətdən, onun şikayətlərini dinləməkdən başlayır. Buna anamnez məlumatları deyilir.

     

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Bir sıra pasientlər həkimə cinsi zəifliklə əlaqədar müraciət etməyinə baxmayaraq, həkim qəbulunda olarkən sanki özlərində cinsi zəiflik hiss etmir kimi davranır. Bunu sanki özlərinə utanc, qəbahət kimi qəbul edirlər. Həkimin peşəkarlığı, səmimiyyəti və klinik manevr qabiliyyəti bu baryeri aradan qaldırmalı və pasient özünü tam komfortlu və güvənli hiss etməlidir. Həmçinin söhbət əsnasında xəstənin psixoloji durumu ( psixoloji portreti ) müəyyən olunur. Əvvəllər keçirdiyi xəstəliklər, əməliyyatlar, qəbul elədiyi dərmanlar, zərərli vərdişlərin olması haqqında məlumat toplanılır. Daha sonra pasientə baxış olunur.

    Baxış zamanı bir sıra məqamlara aydınlıq gəlir. Cinsiyyət orqanı, xayaların ölçü və forması haqqında, bədəndə tüklənmə, piylənmə, anadangəlmə hər hansı bir qüsurun olması müəyyən edilir. Sonda isə həkim qaranlıq qalan məqamları aydınlaşdıqmaq üçün xəstəni müvafiq olaraq laborator və digər ( usm, kt, mrt ) və s müayinələrdən keçirdir. Sonda diaqnoz dəqiqləşdirilir, erektil disfunksiyanı yaradan səbəb müəyyən olunduqdan sonra müasir Avropa və Amerika protokollarına uyğun müalicə təyin edilir. Belə edildiyi halda xəstənin sağalma ehtimalı çox yüksəkdir.

    Cinsi zəifliyin müalicəsi.

    Ereksiya kişi orqanizminin unikal sağlamlıq göstəricisidir. Yaşından asılı olmayaraq seks hər bir kişinin həyatında çox mühüm yer tutur və onun həyat keyfiyyətinə təsir edir. Normal cinsi həyat tərzi yaşamaq kişinin əhval ruhiyyəsinə, ailədə və cəmiyyətdə özünü kişi kimi hiss eləməsinə çox müsbət təsir edir, onun həyat eşqini, qurub yaratmaq eşqini artırır, hətta karyerada uğurlar qazanmasına təkan veirir. Aparılmış çoxsaylı epidemioloji – statistik müayinələrdə kişinin uzunömürlüyü ilə onun aktiv cinsi həyat yaşaması arasında bir bağlılıq müəyyən edilmişdir.

    Erektil disfunksiyanın bütün formaları səbəbindən və xəstənin yaşından asılı olmayaraq  tərəfimizdən müasir dünya protokollarına uyğun müalicə edilir. Əksər hallarda pasientlər erektil disfunksiyanın əlamətlərini özlərində hiss etməsinə baxmayaraq həkimə müraciət etmirlər yaxud çox gec müraciət edirlər. Qeyd etmək çox vacibdir ki, erkən mərhələdə erektil disfunksiya əksər hallarda müalicəyə asan tabe olur. Buna baxmayaraq əksər kişilərin öz laqeyidlikləri səbəbindən prosesin daha ağırlaşmış formalarına çox rast gəlinir.
    Yəni ki, onlar özlərində erektil disfunksiyanın əlamətlərini ilkin mərhələdə hiss eləsələr də, sanki bu onlar tərəfindən qısamüddətli keçici xarakterli hal kimi qəbul olunur, yaxud onlar müayinə olunmaqdan utanaraq vəziyyəti daha da ağırlaşdırırlar. Bəziləri isə uzun müddət özünümüalicə ilə məşgul olur. Belə ki, internetdən müxtəlif reklam xarakterli məlumatları mənimsəyərək bunları öz üzərində tətbiq eləməyə çalışırlar.

     

    Yaş artdıqca cinsi zəiflik, erektil disfunksiya yaranmalıdırmı ? – Cinsi zəifliyin effektiv və tam müalicəsi.

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Cinsi zəiflik yaranmış insanlarda xəstəliyin yaşla əlaqədar olaraq yaranan və insanlar tərəfindən səhv olaraq sanki, qaçılmaz bir hal kimi qəbul olunması ilə də çox tez – tez rastlaşırıq. Əksər kişilər bunu yaşla əlaqələndirərək həkimə getmək ,müayinə və müalicə olunmağın faydasız olduğunu düşünürlər.

    Sözsüz ki, digər xəstəliklərdə olduğu kimi yaş faktoruna böyük əhəmiyyət verilir, lakin yaşlı insanda yaranan cinsi zəiflik bütün hallarda yaşla əlaqədar olmur. Belə insanlar müalicənin nəticəsin gördükdən sonra fikirləri və yanaşmaları tamamilə fərqli olur. Belə pasientlərlə söhbət əsnasında məlum olur ki, onlar həkimə gec müraciət etdikləri üçün çox peşimandırlar, gərək vaxtında sizə müraciət edəydim deyirlər. ” Vaxtında sizə müraciət etsəydim indi əhvalım da yaxşı olardı ” deyirlər. Hətta müalicə alan xəstələrin əksəriyyətinin dilindən desək ” həkim mən bu vaxta qədər cinsi həyat yaşamamışam ki” , – deyirlər. Əlbəttə ki, gözləmək lazım deyil ki, siz müəyyən yaşa çatasız və erektil disfunksiya sizin qapınızı döysün. Vaxtında həkim uroloq – androloqun qəbulunda olmaq, lazımi məsləhətlər almaq və normal cinsi həyat yaşamaq sizin kişilik haqqınızdır. ( Cinsi zəiflik, erektil disfunksiya müalicəsi )

    Cinsi zəifliyin müalicəsi onu yaradan səbəbin aradan qaldırılmasına yönəldilir.

    Belə ki, bir sıra pasientlərdə bunun səbəbi prostatit, başqa qrup pasientlərdə damar patologiyaları, şəkərli diabet, sinir psixi pozğunluqlar və.s. Peşəkar klinisist uroloq – androloqun əsas vəzifəsi xəstəliyin səbəbini müəyyən etmək və zəruri olan müalicəni təyin etməkdir.

     

    Cinsi zəiflik, erektil disfunksiya, impotensiya müalicə, sərtləşmə problemləri, ereksiya problemi, cinsi problem, androloq Ziyad Əliyev Bakıda.

    androloq.az

    Müalicəsi:

    • Fosfodiesteraza 5 – in ingibitorları adlanan dərman preparatları
    • Cinsi hormon preparatları.
    • Qan dövranını yaxşılaşdıran və B qrup vitaminləri.
    • Sinir əzələ keçiriciliyini yaxşılaşdıran.
    • Psixogen formada qorxu, həyəcan hissini aradan qaldıran.
    • Spesifik olaraq hər hansi orqanın xəstəliyi fonunda yaranıbsa ( məsələn prostatit ) bu orqanın funksional olaraq bərpasına yönələn dərman preparatları ( alfa blokator ), fizioloji proseduralar, sanator kurort müalicəsi təyin olunmaqla, daha ağır hallarda isə cərrahi müdaxilə ( cinsi orqanın protezləşdirilməsi ) ilə aparılır.

    Müalicəyə başlamazdan əvvəl isə ereksiyanın yaranmasına mane ola bilən zərərli vərdişlərdən uzaqlaşmağı, nisbətən aktiv həyat ( fiziki iş, hərəkət ) tərzinə keçməyin vacibliyini xəstəyə bildirmək vacibdir.

     

    https://androloq.az/uslugi/xroniki-prostatit-mualicesi-bakida-prostat-vezin-iltihabi-prostat-vezi/

    https://androloq.az/uslugi/ereksiyanin-formalari-cinsi-zeifliyin-sebebleri/

    https://androloq.az/uslugi/ereksiya-nece-yaranir-ereksiya-nedir/

    https://androloq.az/uslugi/cinsi-zeifliyin-mualicesi/

    https://androloq.az/uslugi/ereksiya-ilk-defe-nece-yasda-yaranir-ve-neye-xidmet-edir/

    https://androloq.az/uslugi/prostat-vezin-masaji/

     

    Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda

     

    https://varikosele.az/

    https://androloq.az/

    https://prostatvezi.az/

    https://boyrekdasi.az/

    Sosial şəbəkələrdə paylaş

    Həkim Ziyad Əliyevin uğurla müalicə etdiyi xəstəliklər