Fleksibl sözü əyilə bilən, qıvrıla bilən şəklində izah olunur. Məsələn, fleksibl nefroskop ( renoskop ) dedikdə, ucluğu yüksək dəqiqlikli görüntü verə bilən kamera ilə təchiz olunmuş və böyrəyin daxilinin vizual görüntüsünü almaq üçün nəzərdə tutulmuş alətin uc hissəsinin əyilə bilən olması başa düşülür. Fleksibl urs adıı da buradan götürülüb. URS sözünün açılışı ureterorenoskopiya sözünün qısaldılmış yazılışıdır.
Fleksibl urs
Hazırda demək olar ki, tərkibindən və ölçüsündən asılı olmayaraq bütün daşlar tam qapalı üsulla əməliyyat olunaraq xaric edilir. Tam qapalı üsul dedikdə sidik kanalından keçməklə aparılan əməliyyat başa düşülür. Yəni trans uretral yolla. Uretra – sidik kanalı deməkdir. Trans uretral isə sidik kanalından keçməklə mənasını verir.
Son zamanlara qədər böyrək və sidik axarı daşları sərt ureteroskop yaxud ureterorenoskopla icra edilirdi. Bu alət hazırkı dövrdə də sidik kanalından keçmklə sidik axarında olan daşların parçalanması üçün istifadə edilir. Lakin böyrək daxili strukturların, yəni böyrəyin kasa – ləyən sisteminin daxilini tam görüntüləmək mümkün deyil bu alətlə. Çünki, bu alət yalnız ön hissəni göstərir, yəni alətin ucu yanlara və yuxarı – aşağı əyilmir. Əgər daş böyrək kasacıqlarındadırsa, bu alətlə onu görmək və qırmaq mümkün deyil.
Fleksibl urs lazer litotripsiyasının üstünlüyü
Əməliyyat tam qapalı aparılır, qan itkisi olmur.
Böyrək daxilində daşın tamamilə parçalanması mümkündür.
Bütün sıxlıqlı daşlar ( yəni ən sərt daşlar da) fleksibl urs əməliyyat oluna bilir.
Reabilitasiya dövrü ( xəstənin əmək qabiliyyətinin bərpa dövrü ) çox qısadır. Növbəti gün xəstə evə buraxılır.
Hazırda ölçüsü 2 sm – ə qədər və 2 sm – dən cüzi böyük olan daşların müalicəsində fleksibl lazer litotripsiya qızıl standart hesab olunur. Yəni ən tərcih olunan metoddur. Düzdür xəstələrin əksəriyyəti çox böyük daşları da flexsibl lazerlə əməliyyat etdirmək istəyir. Lakin 3 sm və daha böyük daşlarda fleksibl litotripsiya 1,0 – 1,5 ay fasilə ilə adətən 2 etapda aparılır. Yaxud biretaplı ( bir mərhələli perkutan ) perkutan əməliyyatına qərar verilir. Perkutan əməliyyatı üçün daşın ölçü məhtudiyyəti yoxdur. Ən böyük daşlar perkutan olunur. Perkutan əməliyyat zamanı fleksibl əməliyyatdan fərqli olaraq bel nahiyyəsindən dəlik açmaqla böyrəyə daxil olunur. Perkutan sözünün mənası dəridən deşib keçməkdir.
Fleksibl tam qapalı əməliyyatdır.
Fleksibl urs əməliyyat zamanı bildiyimiz kimi sidik kanalından sidik kisəyə, oradan da sidik axarına və böyrəyə daxil olunur. Bəzi hallarda sidik axarının daralması səbəbindən fleksibl alətlə böyrəyə tərəf qalxmaq olmur. Bu halda 2 həftəlik stent qoyulur böyrəklə sidik kisə arasına. 2 həftədən sonra sidik axarı genişlənir və əməliyyat mümkün olur. Sidik axarında darlıq adətən o xəstələrdə olur ki, böyrək ləyənində olan daş sidik axarının mənfəzini tam qapamış olsun. Bu proses uzun müddət davam etdikdə, böyrək ləyəni kəskin genişlənir. Əksinə olaraq sidik axarı yuxarıdan mənfəzi daşla tutulduğu üçün sistoidli hərəkəti məhtudlaşır və zaman keçdikcə daralır.
Sistoidli hərəkət nədir? Böyrək ləyənində toplanan sidik, sidik axarına tökülür. Sidik axarın sidiyin axması, axarın divarını təşkil edən əzələlərin yığılması hesabına baş verir. Bu hərəkət 12 – 15 san fasilə təkrarlanır. Məhz bu hərəkəi xüsusiyyət sistoid hərəkət adlanır. Bir neçə stakan su içib sidikqovucu tablet qəbul edən xəstənin sidik kisəsini usm – də dopler rejimində müayinə edərək sidiyin fasilələrlə sidik kisəyə porsiya şəklində axdığını görmək olar. Məhz bu cür axın sistoid hərəkətin hesabınadır.
Əgər sidik axarı yuxarıdan, böyrəkdən çıxan hissəsində mənfəzi daşla tutulubsa sidik axarına sidik keçmir yaxud çox cüzi keçir. Nəticədə isə sidik axarı mənfəzi boş olur və sistoid hərəkət yaranmır. Bu isə zaman keçdikcə sidik axarında funksional daralmaya səbəb olur. Əgər fleksibl əməliyyat etmək istədiyimiz xəstənin böyrəyində ciddi genişlənmə varsa, daşdan aşağı hissədə axarda daralma ehtimalının olması yüksəkdir. Əlbəttə ki, bu hal əməliyyat öncəsi xəstənin özünə və yaxınlarına ətraflı izah olunur. Belə olduğu halda yuxarıda qeyd olunduğu kimi sidik axarına stent qoyulur. 2 həftədən sonra fleksibl urs əməliyyatı olunur.
Fleksibl urs zamanı anesteziya
Fleksibl litotripsiya əməliyyatı adətən spinal keyidmə altında aparılır. Spinal anesteziya dedikdə bel nahiyyədən aşağı hissənin keyidilməsi başa düşülür. Xəstənin huşu aydın qalır. Lakin əksər hallarda spinal anesteziya olmasına baxmayaraq xəstəyə yüngün sedasiya olunur, yəni ağızdan maska şəklində narkoz verməklə yatızdırılır. Lakin ola da bilir ki, spinal keyidmə olmadan birbaşa venadaxili narkoz altında aparılsın.